Dünya Səhiyyə Təşkilatından sarımsaq və araqla bağlı açıqlama

13:39 10.03.2020 404
Dünya Səhiyyə Təşkilatından sarımsaq və araqla bağlı açıqlama
Koronavirusun qarşısını necə almalı? Bu suala cavab verən delitantlar Azərbaycanda olduğu kimi dünyanın hər yerində var. "BBC" koronavirusdan qorunmaq üçün təklif olunan bir neçə variantla bağlı Dünya Səhiyyə Təşkilatının fikrini öyrənib. Məlum olub ki, koronavirusun qarşısını almaq üçün sarımsaq yemək və ya donuz piyi ilə (sala) araq içmək qətiyyən çıxış yolu deyil. Sarımsaq yemək olar, araq da içmək olar, ancaq bu yolla koronavirusdan yayına biləcəyinizi düşünməyin.

Bizimyol.info xəbər verir ki, Çində belə bir fakt qeydə alınıb: Qadın koronavirusdan qorxduğu üçün 1.5 kq. sarımsaq yeyib, buna baxmayaraq, virusa yoluxub. “BBC” bu faktı Çinin “The South China Morning Post” qəzetinə istinadən yazıb.

“BBC” yazır ki, Dünya Səhiyyə Təşkilatı əmindir ki, meyvə, tərəvəz, su insan sağlamlığı üçün önəmlidir. Ancaq qida vasitəsi ilə koronavirusun qarşısının alınması mümkün deyil.

“BBC” yazır ki, koronavirusa hansısa “Möcüzə mineral”ın kömək etməsi barədə deyilənlər də həqiqətə əsaslanmır. Sosial şəbəkələrdə bu kimi iddialar tez-tez səslənir. Hətta bəziləri iddia edir ki, ev şəraitində dezinfeksiya üçün məhlul əldə etmək olar və həmin məhlulun reseptlərini paylaşırlar. Ancaq müvafiq yoxlamalar göstərir ki, bu kimi məhlullar ümumi gigiyena üçün yarasa da, insanları sözügedən virusdan qorumaq gücündə deyil.

Sosial şəbəkələrdə hansısa Yaponiyalı həkimin resepti xüsusi diqqət çəkib. Guya həmin həkim deyib ki, hər 15 dəqiqədən bir su içdikdə koronavirus təhlükəsi sovuşur. Bu barədə ərəb dilində yazılmış post 250 min dəfədən artıq təkrar paylaşılıb. Bu faktın özü insanların bu məsələyə nə qədər həssas olduğunu göstərir. Ancaq Dünya Səhiyyə Təşkilatı bu iddianı da əsasız sayır. “BBC” belə yazır.

Sosial şəbəkələrdə koronavirusun qarşısını almaq üçün qaynar su içməkdən tutmuş, dondurma yeməyə qədər müxtəlif şeylər təklif olunur. Ancaq bunların heç biri bu virusun yayılmasının qarşısında əngəl deyil.

Yəni elm bunu deyir, Dünya Səhiyyə Təşkilatı da bunu deyir. Cəhalətin nə dediyini isə gördük. İranda mollalar xalqı inandırmağa çalışdı ki, müqəddəs ziyarətgahlarda daş-divarı yalayanlar koronavirusa yoluxmayacaq. Nəticə bəllidir. Hazırda 10 milyondan çox nüfuzu olan Tehran əhalisinin yarısına qədərinin bu virusa yoluxacağı ehtimal edilir...

Virusdan qorunmağın elmi yolu isə budur: Əllərinizi tez-tez və ən azı bir dəqiqə ərzində sabunla yuyun və ya dezinfeksiya edin. Adamların çox və sıx olduğu yerlərdən uzaq olun. Əllərinizi burnunuza, ağzınıza və gözlərinizə toxundurmayın. Öskürərkən ağzınızı qolunuzun bükülən yerinə tutun. İnsanlarla əl verib görüşməyin, qucaqlaşıb öpüşmək isə son dərəcə təhlükəli ola bilər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?