“Prezident mənə təzyiq göstərə bilməz”

15:18 14.02.2020 520
“Prezident mənə təzyiq göstərə bilməz”
ABŞ-ın baş prokuroru deyib ki, prezident Donald Trampın bəzi tvitləri “ona öz işini görməkdə mane olur”. O ABŞ prezidentini Ədliyyə Nazirliyinin işləri barədə tvit yazmamağa çağırıb. Eyni zamanda ABŞ-ın ədliyyə naziri olan Uilyam Barr fevralın 13-də deyib ki, onu heç kəs “gözümçıxdıya sala bilməz”.

Barr bu fikirlərini ABC News telekanalına bildirib. Bundan bir neçə gün əvvəl Ədliyyə Nazirliyi çox qeyri-adi bir addım ataraq prokurorların Trampın müttəfiqi və yaxın adamı Roger Stone üçün istədiyi cəzanın azaldılması barədə qərar qəbul etmişdi.Trampa sadiqliyi ilə tanınan Barr Ədliyyə Nazirliyinin bu addımına görə demokratlar tərəfindən kəskin tənqid olunub.

Onlar deyirlər ki, bu qərar Trampı müdafiə etmək məqsədi güdür. Stone ötən ilin noyabrında Konqresə yalan deməkdə, ədalətin qarşısını almaqda və şahidlərə təzyiq göstərməkdə təqsirli bilinib. Tramp fevralın 11-də açıq şəkildə narazılıq bildirmişdi ki, Stone üçün prokurorlar tərəfindən istənmiş 7 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası “çox dəhşətli və ədalətsizdir”.

Prezident bu məsələ barədə Ədliyyə Nazirliyi ilə danışmadığını iddia etsə də, Barrı bu məsələ barədə “ölçü götürdüyünə” görə tərifləmişdi. O bu iş üzrə hakimi və bir jürini tənqid etmişdi.

Barr ABC-yə deyib ki, “istər Konqres olsun, istər hər hansı qəzetin redaksiyası, istərsə də prezidentin özü, onu nə gözümçıxdıya sala, nə də ona təzyiq göstərə” bilər: "Mən düzgün bildiyimi edirəm. Bilirsinizmi...mən arxamda mənə pəl vuran daimi şərhlər ucbatından burda nazirlikdə öz işimi görə bilmirəm”.

Barr deyib ki, Ədliyyə Nazirliyinin cinayət araşdırması işləri barədə tvit yazmağı dayandırmaq lazımdır.Baş prokuror əlavə edib ki, o, bu sözlərinin prezidentin xoşuna gəlməyəcəyini bilir.(virtualaz.org)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT