Koronavirusa yoluxan əcnəbilər Rusiyadan deportasiya ediləcək
Rusiyanın Baş naziri Mixail Mişustin koronavirusa yoluxan əcnəbilərin deportasiyası barədə əmr imzalayıb.
"Yeni Sabah" Rusiya mediasına istinadən bildirir ki, baş nazir hazırda Rusiyada xəstəliyin yayılmasının qarşısının alınması üçün bütün dərman və vəsaitlərin olduğunu vurğulayıb.
Xatırladaq ki, Çinin Hubey vilayətində yeni növ koronavirusa yoluxanların sayı 13,8 min, ölənlərin sayı isə 350 nəfərə çatıb.
Zamantv.az