ABŞ Prezidenti Donald Tramp beş qat Milli Basketbol Assosiasiyasının (NBA) çempionu və iki qat Olimpiya çempionu Kobi Brayantın təyyarə qəzasında öldüyünə görə təəssüfləndiyini bildirib.
TASS xəbər verir ki, Tramp bu barədə "Twitter" səhifəsində yazıb.
“Böyük basketbolçu Kobi Brayant və daha üç nəfərin Kaliforniyada vertolyot qəzasında öldüyü bildirilir. Bu dəhşətli xəbərdir”, - deyə ABŞ prezidenti kədərləndiyini ifadə edib.
Məlumat üçün bildirək ki, qəzada həlak olanlarla bağlı müxtəlif rəqəmlər səsləndirilsə də, Los-Anceles Şerifi Aleks Villanuevanın sözlərinə görə, helikopterdə 9 nəfər olub və onalrın hamısı ölüb.
Qeyd edək ki, 41 yaşlı veteran basketbolçu helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb. Onunla bərabər helikopterdə olan digər şəxslər - K.Brayantın üç dostu, 13 yaşlı qızı və pilot da qəzanın qurbanı olub.(apa)
Zamantv.az