Türkiyə Prezidenti Süleymaninin qətlindən danışdı

17:58 6.01.2020 399
Türkiyə Prezidenti Süleymaninin qətlindən danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN TÜRK və Kanal D-nin ortaq yayımında gündəmdəki sualları cavablandırıb.
Türkiyə lideri əvvəlcə “ABŞ-ın iranlı general Süleymanini İraqda öldürməsini necə qiymətləndirirsiniz? Bir tərəfdən, müttəfiqimiz ABŞ, digər tərəfdən, qonşumuz və Astanada eyni masada oturduğumuz İran var, bölgəni və dünyanı bundan sonra nə gözləyir?” suallarını cavablandırıb.

R.T.Ərdoğan deyib ki, əvvəla, bu, sadəcə İraqda meydana gələn hadisə deyil: “Bölgə qaynayır. Bir tərəfdən, biz də Suriyada müəyyən çətinliklər yaşayırıq. Digər tərəfdən, Liviya ilə bağlı proseslər, bu məsələlərlə məşğul olduğumuz bir anda, məlum hadisənin baş verməsi düşündürücüdür. Bunu müəyyən etməliyik. ABŞ-İran gərginliyi artır. Bu gərginliyin nəzarət altında saxlanılması üçün bu günə qədər biz, Türkiyə olaraq, səylər göstərdik. Bütün səylərə baxmayaraq, ABŞ-İran gərginliyini həll etmək mümkün olmadı.

Hadisə məkanı kimi İraqın seçilməsinin də mənası var. Məsələnin bölgəmizin sülhünə və sabitliyinə zərər verəcək tərəflərini vurğuladıq. ABŞ-ın İraqdakı bəzi hədəflərinə hücumla başlayan gərginlik Qasım Süleymaninin ölməsi ilə böhranlı bir mərhələyə çatıb. Həmişə xarici müdaxilələrin əleyhinə olmuşuq. Bu hücumu eyni cür qiymətləndirdik. Dünən onlarla görüşümdə Prezident kimi bəyanatımı verdim.

Xüsusilə, Süleymaninin Bağdadda öldürülməsi başda olmaqla, bölgəmizdəki sülhə və sabitliyə təhlükə yarandığını diqqətlə izləyirəm. Zərər görməzdən əvvəl bütün tərəflər nəzarət altına alınmalıdır. Yaxın Şərq çox yorulub. Bir anda ABŞ bölgəyə və bu sırada “Sülh çeşməsi” əməliyyatına böyük silah yatırımı qoyub. Digər tərəfdən, Rusiya. Cənuba enirik, rejim, aldığı çox böyük dəstəklə… bu dəstəklərin içində ABŞ, İran və Rusiya var. İdlib kimi bir yerdə indi 300 mindən çox insan sərhədlərimizə yüklənir. Bu insanları öz torpaqlarına köçürmək üçün cavabdehik, ancaq qış mövsümündəyik. Hər cür humanitar addımı atdıq.

Bu vaxt bəzi ölkələrin liderləri ilə, xüsusən Ruhani ilə söhbətim olub. İraq Prezidenti ilə də. Qərb ölkələri ilə söhbətim olub. Ruhaniyə səbrlilik təklif etdim. Putin yanvarın 8-də gəlir. Bu məsələlər regionaldır. “Türkün axını” ilə bağlı problemləri də müzakirə edəcəyik”.

Bəs danışıqlarda liderlərin münasibəti necədir? İrandakı hadisələr narahatlıqları çox artırıb. Çətin bir coğrafiyada yaşayırıq. Ən pis ssenari nə ola bilər?

Türkiyə Prezidenti xatırladıb ki, Süleymani bütün bu bölgəni bilən bir insan idi: “Bir insanı elə-belə tərifləməzlər. Burada məhz belə bir insanın seçilməsi… Əlbəttə, bəzi metaforalar edilir, İŞİD-in rəhbəri kimi bənzətmələr… Qasım Süleymani əslində, onların bənzətmələrindəki kimi, xəlifəlik həvəsində olan bir adam deyildi. Bu mövqedə olan şəxsin kimliyi bəllidir. Qasım Süleymani özünü isbatlamış və Xamenei tərəfindən qiymətləndirilmiş bir şəxs idi. ABŞ-ın belə bir məqamda olan adamı seçməsi bölgədə gərginliyin qat-qat artmasına səbəb olub. Düşünürəm ki, bir ölkənin ən üst mövqedəki komandanını öldürmək qarşılıq verilmədən qala bilməz. Buradakı seçim düzgün deyil. Bölgədə gərginliyin artmasına səbəb olmuş yanaşmadır”.

Ərdoğan həmçinin vurğulayıb ki, bu hadisə onun Trampla telefon danışmasından 4-5 saat sonra baş verib: “Mən Trampa İranla gərginliyi artırmamağı tövsiyə etdim”.

Türkiyə lideri jurnalistlərin digər suallarını da cavablandırıb.(virtualaz.org)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu