ABŞ prezidenti Donald Trampla misirli həmkarı Əbdülfəttah əs-Sisi arasında telefon danışığı olub.
Bu barədə Ağ Evin bəyanatına istinadən "Reuters" bildirib.
Qeyd edilir ki, dövlət başçıları Liviyada "xarici istismara" qarşı çıxış ediblər.
İki liderin telefon danışığının çox hissəsi Liviyada vəziyyətin müzakirəsinə həsr olunub. Tərəflər Liviya münaqişəsinə son qoymaq ehtiyacı barədə razılaşmalarını ifadə ediblər.
Dövlət başçıları təsdiq ediblər ki, təcili tədbirlər görmək və Liviyanın problemlərini həll etmək lazımdır.(report)
Zamantv.az