Keçmiş prezidentin nəvəsinə qarşı korrupsiya ittihamı: Bakiyev idi, Petrov oldu

19:51 28.11.2019 446
Keçmiş prezidentin nəvəsinə qarşı korrupsiya ittihamı: Bakiyev idi, Petrov oldu
“CurrentTime” Belarus mediasına istinadən bildirir ki, ölkəsindən qaçaq düşmüş keçmiş Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin oğlu Marat Bakiyevin oğlu Ruslan hazırda Belarusda yaşayır və soyadını Petrova dəyişib. Naviny.by saytı yazır ki, 25 yaşlı Ruslan Petrov Minskin mərkəzindəki “Centropol” kompleksini tikən şirkətlərdən birinin sahibidir.
“Centropol” kompleksinin açılışı 2020-ci ildə olmalıdır. Burada kazino, tibb, uşaq və istirahət mərkəzləri, butiklər, bar, restoran və yay kafesi olacaq. Layihəyə 80 milyon dollar investisiya qoyulub.

Naviny.by saytının jurnalistləri kompleksi tikən “Hermes Construction” firması ilə Forpaton Resource LP şirkəti arasında bağları aşkar ediblər. Məhz bu şirkətdə “Ruslan Petrovun” payı 75 faizdir.

Naviny.by yazır ki, Ruslan Petrovun Facebook-dakı şəkli keçmiş Qırğızıstan prezidentinin nəvəsinə çox oxşayır. Həmin Ruslan Petrovun dostluğunda Maksim Bakıyev də var. O isə Qırğızıstandan qaçaq düşmüş prezidentin qardaşıdır. Bu fotodakı şəxs həm də Ruslan Maratovich Bakiyevin təhsil aldığı Belarus Dövlət Universitetinin saytındakı foto ilə eyniyyət təşkil edir. Ruslan bu universitetdə təhsil alıb.

Bu da qeyd olunur ki, 2010-cu ildə Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinə Bakiyev Ruslan Maratovich adlı şəxs daxil olub. Onun adı tələbə siyahısında da var. Amma növbəti il elə həmin fakültədə artıq Petrov Ruslan Maratovich adlı tələbə oxuyurdu.

Naviny.by Belarusun hüquqi şəxslərin və fərdi sahibkarların vahid reyestrinə istinadən yazır ki, Ruslan Maratoviç Petrov Belhanter-Invest MMC-nin təsisçisi olub. Bu şirkət daşınmaz əmlakın icarəyə verilməsi ilə məşğul olur.

Jurnalistlər Ruslan Petrovla əlaqə yaratmağa çalışıblar. Lakin o tabeçiliyində olanlardan biri vasitəsilə xəbər göndərib ki, “Centropol” kompleksinin tikintisi ilə heç bir bağlılığı yoxdur. Müxbirlər yazırlar ki, “Centropol” layihəsi ilə onun atası Marat Bakiyev məşğul olur.

2018-ci ilin iyulunda Belarus mediası yazırdı ki, Qırğızıstanın keçmiş baş naziri Daniyar Usenov da bu ölkədədir və soyadını dəyişərək Daniil Uritski olub. O da Belarusda biznes açıb. Usenov 2010-cu ildə kütləvi nümayiş iştirakçılarına atəş açılması ilə əlaqəsinə görə öz ölkəsində ömürlük həbs cəzasına məhkum edilib.

Kurmanbek Bakiyev 2005-2010-cu illər arasında Qırğızıstanın prezidenti olub. O hakimiyyətə özündən əvvəlki Akayev hökumətinə qarşı kütləvi etirazların dalğasında gəlmişdi. O vaxt bu hərəkatı “zanbaq inqilabı” adlandırmdışlar. Lakin Bakıyev 2010-cu ildə baş vermiş yeni inqilabın gedişində müxalifət tərəfindən devrildi. O ölkədən qaçdı və hazırda Belarusda siyasi mühacir kimi yaşayır.

Qırğızıstanda Bakiyevə və onun qardaşı Janıbek Bakiyevə qarşı onlarla cinayət işi açılıb. Onlar həm də paytaxt Bişkekin yaxınlığındakı 262 hektar torpaq sahəsinin tikintiyə verilməsində, habelə Britaniya biznesmeni Sean Daley-in həyatına sui-qəsd cəhdində ittiham olunurdular. Bişkekin Oktyabr rayon məhkəməsi 2010-cu ilin dekabrında Kurmanbek Bakiyevi və qardaşını 10 il müddətinə azadlıqdan məhrum etmişdi. Bu isə o deməkdir ki, yeni hökmlərlə birlikdə keçmiş prezidentə cəmi 30 il iş kəsilib. Bakiyevin qardaşı ömürlük həbs cəzasına məhkum olunub.

Keçmiş prezidentin oğlu Marat da öz ölkəsində korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə ömürlük həbs cəzasına məhkum edilib. Bəzi media məlumatlarına görə o Londonda və Belarusda yaşayır. Onun biznes şəriki Gureviç də Qırğızıstanda 25 il müddətinə azadlıqdan məhrum edilib.

CurrentTime saytına müsahibəsində keçmiş prezident oğlunun pul oğurladığına dair iddiaları rədd edib: "Deyirlər ki, hər şey onun oğlu Maksimin ətrafında fırlanırdı, çünki o bizneslə məşğul olurdu. Hə o biznesmen idi. Amma onun aktivlərinin nə olduğunu bir ata kimi heç mən də bilməmişəm. Onlar deyirdilər ki, o ölkədən milyonlarla, milyardlarla pul çıxarıb və indi xaricdə cəh-cəlal içində yaşayır. Onda niyə Londondakı Ali Məhkəməyə müraciət etmirlər ki, haqlı olduqlarını sübut etsinlər? Amma aprelin 7-dən sonra yoxa çıxmış pulların yerini onlardan, yeni hakimiyyətdən soruşmaq lazımdır”.(Virtualaz.org)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi