Tbilisinin mərkəzində müxalifət iki genişmiqyaslı aksiya keçirir.
20-dən çox müxalif partiya parlament binası qarşısına toplanıb. Respublika meydanında isə “Gürcüstan vətənpərvərləri alyansı” ilə “Gürcü marşı” partiyalarının tərəfdarları aksiyaya başlayıb.
Mitinqçilər 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi ilə bağlı Konstitusiyaya düzəlişin qəbul edilməməsi ilə bağlı etiraz edirlər. (Qafqazinfo.az)
Zamantv.az