İstanbulda casusun sirli ölümü: Özbək qulluqçunun dedikləri

13:12 16.11.2019 483
İstanbulda casusun sirli ölümü: Özbək qulluqçunun dedikləri
Suriyada illərdir davam edən müharibə zamanı dağıntılar altında qalanların xilas edilməsi, yaralılara yardım göstərilməsi kimi humanitar fəaliyyətlə məşğul olan, könüllülərdən ibarət “Ağ dəbilqəlilər” hərəkatının qurucusunun İstanbulda sirli şəkildə ölməsi günlərdir dünya mediasının gündəmindədir.
Zamantv.az xəbər verir ki, Böyük Britaniya kəşfiyyatını keçmiş zabiti Ceyms Le Mesuryerin qulluqçusu olmuş Gül Feyzullayeva ilk dəfə “Daily Mail” qəzetinə danışıb. O, Ceymsin həmin axşam özünü çox narahat hiss etdiyini, yemək yemədiyini deyib.

Ceyms Le Mesurye noyabrın 11-də İstanbulun Beyoğlu rayonundakı evində ölü tapılıb. Hadisədən əvvəl o, həftə sonunu İstanbulun materik hissəsindən 2.5 kilometr məsafədə yerləşən Böyükadadakı villasında keçirib, axşam Beyoğlundakı evinə dönüb. Özbək əsilli Gül Feyzullayeva Böyükadadakı kirayə götürdüyü villasında Ceymsin ev işlərini görüb.

“Ceyms şənbə günü heç özündə deyildi, nəyə görəsə çox gərgin idi və stressli görünürdü. Onun nəyə görə narahatlıq keçirdiyini deyə bilmərəm, amma özünü yaxşı hiss etmədiyini dedi və həmin axşam yemək yemədi. Təzyiqini ölçdüm, qalxmışdı. Narahat oldu və xəstəxanaya getdi. İynə vurdular, həb verdilər və həmin gecə evə döndü”,-qulluqçu deyib.

Feyzullayeva bildirib ki, həmin axşam Ceyms saat 23.00 radələrində siqaret çəkmək üçün çölə çıxıb. “Sonra yataq otaqlarının pəncərəsinə baxdım və yatdıqlarını gördüm, çünki işıqları sönmüşdü”,-qadın bildirib.

Qulluqçunun sözlərinə görə, ertəsi gün Ceyms və arvadı Emma Uinberq İstanbula dönüblər. Və onları daha sonra görməyib. Feyzullayeva deyib ki, Ceyms son vaxtlar yuxusuzluqdan əziyyət çəkirdi.

Ceyms Le Mesuriyerin ölümündə əsas versiya hazırda intihar hesab edilir. Lakin onun Böyük Britaniya və ABŞ kəşfiyyatı tərəfindən aradan götürüldüyü haqda iddialar var. Belə ki, “Ağ dəbilqəlilər” neçə vaxtdır Suriyada Əsəd rejiminin kimyəvi silahlardan istifadə etdiyinə dair dezinformasiyalar yaymaqda ittiham olunurdu. Bu təbliğatdan isə Suriyaya beynəlxalq müdaxilə üçün bəhanə kimi istifadə edilirdi.

Təsadüfi deyil ki, Suriya diktatoru Bəşər Əsəd Ceyms Le Mesuryerin ölümünün Mərkəzi Kəşfiyyat İdarəsinin işi olduğunu bildirib. Əsəd bildirib ki, o, MKİ üçün “artıq yükə” çevrilmişdi və bu səbəbdən aradan götürüldü.(virtualaz.org)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...