[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

"Gömrük orqanlarının bu qədər "operativ" işlədiyini bilmirdim. Deməli, vətəndaş Bakı Baş Gömrük İdarəsində rastlaşdığı neqativ proseslərlə bağlı şikayət ünvanlayıb. Baş İdarədən onu görüşə dəvət ediblər ki, gəl, araşdıraq". Dia-az.info bildirir ki, bunu öz açıqlamasında tanınmış jurnalist Samir Feyruzov bildirib.

Jurnalist daha sonra qeyd edir: "Amma məsələ bundadır ki, dəvət məktubu bu gün - aprelin 18-də vətəndaşa verilib, görüşə isə martın 18-nə dəvət ediblər. Yəni, vətəndaş bir ay geri hoppanmalıdır ki, şikayətinə baxsınlar, əgər hoppana bilsə, problemini araşdıracaqlar. Öyrəndim, bu, poçtla bağlı problem deyil, sadəcə gömrük işçiləri haqqını tələb edən şəxsləri lağ obyektinə çevirmək üçün belə bir addım atırlar".
Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel danışıb.

Onun sözlərinə görə, ABŞ 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və bölgədə rusiyalı sülhməramlıların yerləşdirilməsi ilə nəticələnən üçtərəfli razılaşmanın tərəfi olmayıb: “Rusiyalı hərbçilərin daha dinc və sabit Cənubi Qafqaz regionuna töhfə verdiyinə işarə edən heç nə görməmişik. ABŞ Ermənistan və Azərbaycanın sülhə nail olmaqla bağlı səylərini qətiyyətlə dəstəkləyir və bu prosesə töhfə verməyə hazırdır”.(News)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

İsrail aprelin 15-i axşam saatlarında İrana qarşı cavab tədbirləri görüb, lakin hücumu təxirə salmaq qərarına gəlib.

Bu barədə Axios portalı Amerika və İsrail rəsmilərinə istinadla məlumat yayıb.

Vaşinqton administrasiyasının nümayəndələrinin sözlərinə görə, İsrail qərarını ABŞ-a çatdırıb.

Hücumun təxirə salınma səbəbi açıqlanmayıb
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana dəstək verib.

CHP lideri çıxışı zamanı bildirib ki, Azərbaycanla bağlı proses qısa zamanda həll olunmalıdır.

Onun sözlərinə görə, Azərbaycanla bağlı yaşanan hadisə təəssüf doğurur.

"Biz Şuranın ortaq dəyərlərini müdafiə edirik, lakin Azərbaycanla bağlı yaşanan hadisə hər iki tərəf üçün ibrətamizdir. Və bundan sonra münasibətlərin yenidən təsis edilməsi, bizim üçün çox önəmli olan Azərbaycanla Şura arasında hər cür məsuliyyəti üzərimizə götürməyə hazırıq", - partiya sədri qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İtaliyanın Venesiya şəhəri ərazisində erməni adası üzə çıxdı?.. - DƏLİXANADIR, VALLAH...

" “San Latstsaro del'i Armeni" İtaliyanın şimalındakı Venesiya laqonunda kiçik bir adadır. Venesiyanın cənub-qərbində və Lidonun dərhal qərbində yerləşir. Orta əsrlərdə adada cüzamlıların koloniyası var idi və 1717-ci ildən burada San Lazaro erməni katolik monastırı yerləşib”.

Moderator.az xəbər verir ki, bu haqda “@tsehakron” erməni telegram-kanalı məlumat yayıb.

“Bu, Mxitarist Ordeninin qərargahıdır və buna görə də dünyanın ən görkəmli erməni mədəniyyəti və ermənişünaslıq mərkəzlərindən biridir. 1789-cu ildən 20-ci əsrin əvvəllərinə qədər erməni çapının əsas mərkəzi olmuşdur.

Ada erməni diasporunun ən məşhur tarixi yerlərindən biridir. Monastırda kitablar, jurnallar, artefaktlar və üçüncü ən böyük erməni əlyazmaları kolleksiyası var”- məlumatda belə deyilir.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycan mediasında yayılmış məlumatlara görə, 1949-cu ildə Mingəçevir ərazisində arxeoloji qazıntılar zamanı Kür çayının sol sahilində aşkarlanmış təxminən 3 minillik tarixə malik türk döyüş tipli qılınclara bənzər qılınclardan biri ermənilər tərəfindən hələ XIX əsrdə oğurlanaraq Venesiyadakı bəhs edilən adaya aparılıb...
İtaliyanın Venesiya şəhəri ərazisində erməni adası üzə çıxdı?.. - DƏLİXANADIR, VALLAH...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bizi aldadıblar, pulumuzu qaytarmırlar” - “Avion Travel”dən şikayət var

Bir neçə vətəndaş Bakıda yerləşən “Avion Travel” şirkəti tərəfindən Avropada işlə təmin olunmaq vədi ilə aldadıldıqlarını iddia edir.

Vələd Bayramov adlı vətəndaş Meydan TV-yə deyir ki, şirkətin rəhbəri Lalə Qurban qızı Rəcəbova onlardan müxtəlif dövrdə müəyyən məbləğlərdə pul alaraq, xaricdə işlə təmin olunacaqlarını desə də, sonradan buna əməl olunmayıb.

“2023-cü ilin mayın 4-də “Avion Travel” şirkətinə Avropada işlə təmin olunmaqla əlaqədar müraciət etdim. Şirkətdə mənə vəd etdilər ki, 6 ay ərzində Avropaya işləməyə gedəcəksən. Müqavilə imzalanandan sonra onlara 3000 manat ödədim. Müqavilənin müddəti bitib, hətta üzərindən bir ilə yaxın vaxt keçib, lakin pullarımı geri qaytarmırlar”, – Vələd Bayramov deyir.

Cəmil Cabbarov da xaricdə işləmək üçün şirkətə viza ilə əlaqədar müraciət etdiyini bildirir:

“2023-cü ilin martında “Avion Travel” şirkətinə yaxınlaşdım. Şirkətin rəhbəri Lalə Rəcəbova bildirdi ki, Almaniyadan iş təklifi var, 2500 manata başa gəlir. Mənə dedi ki, Azərbaycandan gedən vətəndaşı orada birillik iş vizası, ev və işlə təmin edirik. Onlarla müqavilə bağladım və 1250 manat pul ödədim. Mayda mənə zəng edib, dedilər ki, ikinci müqaviləni bağlamaq üçün sizin dəvətiniz gəlib. İkinci müqaviləni imzalayanda da 1250 manat ödədim. Ümumilikdə onlara 2500 manat pul verdim. Dedilər ki, sizə səfirlikdən məlumat göndərəcəklər, viza görüşməsinə gedəcəksiniz”.

Şikayətçi bildirir ki, çox gözləməli olsa da, nə viza ilə əlaqədar qəbula çağırılıb, nə də şirkət ödədiyi pullarını geri qaytarır:

“Müqaviləmin müddəti çoxdan bitib. Ofisə gedib, pullarımı istəyəndə, mənə başqa bir iş təklifi etdilər. İmtina etdim, dedim ki, siz daha məni aldada bilməzsiniz. Müqaviləyə xitam verdilər. Mənə dedilər ki, 2500 manat borcunuzu qaytaracağıq. Pulumu geri qaytaracaqlarını desələr də, buna əməl etmirlər”.

Hamlet Seyidov bildirir ki, iki il öncə “Avion Travel” şirkəti onunla müqavilə bağlayıb.

O da xaricdə işlə təmin olunmaq ümidi ilə şirkətə 1450 manat ödəyib.

Vətəndaş deyir ki, müqavilənin müddəti bitsə də, şirkət onu get-gələ salıb, pulunu qaytarmaq istəmirlər.

Mahir Rüstəmov deyir ki, şirkətə 2023-cü ilin avqustunda 2500 manat verib.

Onunla da müqavilə bağlansa da, işlə təmin olunmayıb.

Vətəndaş bildirir ki, şirkətdən pulunu ala bilmir:

“Bu şirkət fırıldaqla məşğuldur. İnsanların haqqını tapdalayır. Onlarla insanı aldadıblar. Adamlar pullarını tələb edirlər. Lalə xanım adamların pulunu qaytarmaq əvəzinə onları təhqir edir. Birinə “dəli” deyir. Digərinə deyir ki, həddini aşırsan. İnsanlara ağızalarına gələni deyirlər. Zəng edib, pulunu tələb edənlərin nömrələrini bloka atırlar”.

Şirkət rəhbəri deyir ki, viza ala bilməyənlərin pulları qaytarılacaq

Şirkətin rəhbəri Lalə Rəcəbova Meydan TV-yə bildirib ki, “Avion Travel” 2017-ci ildən fəaliyyət göstərir.

İndiyə kimi də onlarla insanın xaricə işləməyə və ya səyahət etməsi üçün imkan yaradıblar:

“Yeddi ildir ki, fəaliyyət göstəririk, hansısa qanunsuz məqsədlə, pis niyyətlə qurulan yeni şirkət deyilik. İndiyə kimi şirkətimiz tərəfindən iş vizası ilə xaricə gedənlərin sayı 200-dən yuxarıdır. Biz necə kimisə aldada bilərik? Bu işin arxasında bir neçə nəfər var, müştərilərimizi bizə qarşı təşkilatlandırırlar”.

“Biz müştərilərdən aldığımız pulun qarşılığında onların xarici ölkədən iş icazəsinin alınmasını və viza dəstəyini göstəririk. Müqavilə üzrə yardımı tam şəkildə göstərməyimizə baxmayaraq müqavilədəki müddətdə səfirlik viza verməyən şəxslərə ödənişləri geri qaytarılır. Biz səfirliyin viza verməsinə cavabdeh deyilik. Kimlər bizə pul ödəyibsə və onlar xaricə gedə bilməyibsə, pullarını geri alacaqlar”, – Lalə Rəcəbova deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AKP seçki nəticəsinə etiraz etdi: Yenidən səsvermə olacaq

Türkiyənin şimal-şərqində yerləşən Ardahan vilayətində martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələri etibarsız sayılıb.
 
Bu barədə yerli seçki qurumu qərar qəbul edib.
 
Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədinin qalib gəldiyi vilayətdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) etirazı ilə seçkilər təkrarlanacaq.
 
Səsvermə iyunun 2-də baş tutacaq. CHP-nin namizədi, şəhərin hazırkı bələdiyyə sədri olan Faruk Demir qərara etiraz edəcəklərini bildirib.
 
Ardahanda Faruk Demir 45,06 %, AKP-nin namizədi Yunus Baydar isə 43,51 % səs toplayıb. İki namizəd arasında səs fərqi 174 olub. Şəhər üzrə etibarsız səslərin sayı 620-dir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

Ölkəmizdə ən çox sifariş qəbul edən şirkətlərdən biri yemək xidməti təqdim edən şirkətlərdir. FED.az 2023-cü ildən günümzədək yemək xidməti sahəsində keçirlən tenderlərin qaliblərini araşdırıb.

Tender yolu ilə 2023-cü ildən indiyənədək müxtəlif şirkətlər tərəfindən toplamda 117 487 541 AZN dəyərində yemək xidməti sifarişi qəbul olunub. Bu tenderlerin 105 188 937 manatı ve ya 90 faizi Tehsil Nazirliyinin payına düşür.

Qeyd edilən zaman kəsiyində sayca ən çox sifariş qəbul edən şirkət "Tais İkf" MMC olub. Adı çəkilən şirkət 39 milyon 102 min AZN dəyərində 3 tenderi (Təhsil Nazirliyindən) udub.

Məbləğə nəzər yetirdikdə isə maksimum dəyərdə sifarişi "El-Oba" QSC şirkəti alıb. Şirkət nə az nə çox 43 981 650 AZN dəyərində 2 tenderin (Təhsil Nazirliyindən) qalibi seçilib.

Digər şirkətlərdən “Məişət İst” MMC, “Sabko” MMC, “Gulay-Food” MMC və “Seaport Catering” MMC şirkətləri dəyəri milyon manatdan yuxarı olan tenderləri udublar.

Adı çəkilən şirkətlərdən başqa 1 fiziki şəxs Ziyafət İsa Oğlu Fərzəliyev 2 müxtəlif quruma yemək xidməti təqdim edərək 3 766 258 AZN qazanıb.

5 şirkət yemək xidməti sahəsi üzrə milyon manatdan aşağı olan tenderlərini qalibi olub.

Qeyd edək ki, “El-Oba” QSC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vüsal Niftiyev Maşalla oğludur. Hüquqi ünvanı Bakı Şəhəri Binəqədi Rayonu, Biləcəri Ştq, Yeni Yaşayış Sahəsi, ev 6 ünvanında yerləşir.

“Tais İKF” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rafail Şirinov Məmməd oğludur. Hüquqi ünvanı, Bakı Şəhəri Nərimanov Rayonu, Ələsgər Qaibov, ev 5 ünvanında yerləşir.

Qeyd edək ki, “Məişət İst” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı 2 574 640 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nicat Cəfərov İzahat oğludur. Hüquqi ünvanı AZ1149, Bakı Şəhəri Xətai Rayonu, Əhmədli Ştq, General Şıxlinski, ev 1A ünvanında yerləşir.

Qeyd edək ki, “Sabko” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Amil Sadıqov Telman oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Mikayıl Rəfili, ev 30, m. 5 ünvanında yerləşir.

Qeyd edək ki, “Gulay-Food” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 1 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Natiq Əlisoy Hüseyn oğludur. Hüquqi ünvanı AZ1031, Bakı şəhəri Nizami rayonu, Əzim Əzimzadə, ev 5, m. 3 ünvanında yerləşir.

Qeyd edək ki, “Seaport Catering” MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 325 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Namiq Həsənov Rizvan oğludur. Hüquqi ünvanı AZ1141, Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid pr., ev 528 məhəllə, ev V, m. 25 ünvanında yerləşir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilir.

Bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Norveç, Kanada və ABŞ hərbiləri Ermənistana göndərilir: Ermənistan rəhbərliyi, açığını desək, uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir, qəsdən Rusiya Federasiyası ilə münasibətlər pozulur, 102-ci hərbi bazada xidmət edən hərbi qulluqçularımız şərlənir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı böhtan atılır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Papanın səhhəti yaxşılaşıb

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti yaxşılaşıb.

Son bir neçə aydır bronxit və soyuqdəymə səbəbindən bütün görüş və tədbirlərini ləğv edən Roma Papası Pasxa bayramı ərəfəsində növbəti dörd gün ərzində sıx qrafiklə işləyəcək.

Pontifik bu gün Müqəddəs Pyotr Kilsəsində keçirilən ibadət zamanı uzun xütbə oxuyub və minlərlə keşişlə birgə and içib. O, cümə günü Müqəddəs Pyotr Kilsəsində keçiriləcək mərasimə rəhbərlik edəcək, Kolizey ətrafında ənənəvi Xaç Yolu yürüşünə qatılacaq. Şənbə günü Pasxa duasına rəhbərlik edəcək, bazar günü isə Müqəddəs Pyotr meydanında ənənəvi “Urbi et Orbi” (“Romaya və dünyaya”) bayram xeyir-duasını oxuyacaq.

Qeyd edək ki, 87 yaşlı Papa Fransisk bu il iki dəfə xəstəxanaya yerləşdirilib. O, kəskin və yoluxucu bronxit olduğunu bildirib. Ağciyər iltihabından əziyyət çəkən Roma Papası səhhətindəki problemlə əlaqədar Dubayda keçirilən BMT-nin COP28 iqlim sammitində iştirak etməyib. Pontifik diz ağrısı səbəbindən bir müddətdir uzun səfərlər zamanı əlil arabasından istifadə edir.

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu