[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlknur haqda yeni cinayət işi başlanıldı
Dələduzluğa görə bacısı ilə birgə həbsdə olan İlknur Turkut haqda yeni cinayət işi başlanılıb.

Turkut Binəqədi Rayon Polis İdarəsinə daxil olmuş vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

İttihama görə, İ.Turkut zərərçəkmiş Şirin Abbasova oğlunu həbsdən çıxara biləcəyi barədə yalan vəd verib. O, məhkəmə istintaqı davam edən işi həll etmək üçün zərərçəkmişdən 15 min manat pul alıb.

Bu günlərdə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşi hakim Zamiq Bağırov araşdıracaq.

Qeyd edək ki, Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər. İttihama görə bacılar zərərçəkmiş şəxslərə yalan vəd verərək 1 milyon manata yaxın ziyan vurublar.(“Qafqazinfo”)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Komitəsinin “Dostluq”a sədaqəti bu imiş... - NARAZILIQ VAR...

Kinoteatrın binasını sökürdülər. Məsələni ictimailəşdirəndən sonra ora diqqət cəlb olundu və söküntü işləri dayandırıldı”.

Memarlar İttifaqının İdarə Heyətinin üzvü, memar Elçin Əliyev Meydan TV-yə belə deyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Dostluq” (“Дружба”) kinoteatrının sökülməsini təkzib etsə də, memar bu açıqlama ilə razı deyil.

O deyir ki, binanın söküntüsü məhz məsələ ictimailəşəndən sonra dayandırılıb və dövlət komitəsi yalan açıqlama yayıb:

“Kinoteatrın binasının sökülməsi ilə bağlı söylənilənləri necə əsassız adlandırmaq olar? Məgər binanın nə günə qoyulduğunu görmürlər? Buna necə demək olar ki, sökülmür? Hamısı yalandır. Sahibi binanı sökmək istəyirdi”.

“Biz bina sahibinin nümayəndəsi ilə danışdıq və xahiş etdik ki, sökmə. Gəl, sənə bir memar kimi kömək edim, ayrı bir variant tapaq. Binanın fasadını saxla, içərisində nəyi istəyirsən, sök və yenidən tik. Necə ki Bakı Kitab Mərkəzini ediblər. Tarixi bina idi, divarlarını, fasadını saxladılar. İçərisində yeni bina tikdilər”, – Elçin Əliyev deyib.

Fevralın 9-da memar Elçin Əliyev Meydan TV-yə “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı məlumat verib.

Bildirib ki, kinoteatrın ərazisindən təsadüfən keçərkən, binanın söküldüyünü görüb və dərhal Mədəniyyət Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdib.

Hadisə yerində olan aidiyyəti qurumların müdaxiləsi və söhbəti nəticəsində bina sahibinin nümayəndəsi söküntü işlərini dayandırıb və davam etməyəcəklərini deyib.

Mədəniyyət Nazirliyinindən Meydan TV-yə bildirilib ki, “Dostluq” kinoteatrı dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil olmasa da, bu istiqamətdə təkliflərə baxılır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, kinoteatrda monitorinq aparılan zaman binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırılıb.

“Kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb və heç bir tikintiyə icazə verilməyib”,– “Şəhərsalma”nın açıqlamasında bildirilb.

Memar Elçin Əliyev binanın sökülməsi zamanı çəkdiyi fotoları da Meydan TV-yə təqdim edib.

Vaxtilə paytaxt Bakıda 16 kinoteatr fəaliyyət göstərib.

Onlar ümumilikdə 70 kinozaldan ibarət olub.

2006-cı il avqustun 23-də Prezident İlham Əliyevin imzaladığı “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” sərəncamdan sonra ikisi (“Azərbaycan” və “Araz”) profilini saxlamaq şərtilə ölkə üzrə 100 kinoteatr və kino qurğusunun özəlləşdirilməsinə başlanılıb.

Sahibkarlar isə həmin kinoteatrları təmir etmək əvəzinə, onlardan biznes və başqa təyinatlı obyektlər kimi istifadə ediblər.

1952-ci ildə inşa olunan “Dostluq” kinoteatrı da 2017-ci ildə özəlləşdirilib.

Avropa standartları 10 milyon əhali üçün 500 kinozalı nəzərdə tutur.

Bu baxımdan ölkədəki kinozalların say etibarilə Avropa standartlarından geri qalır.

Ölkədə, daha doğrusu, paytaxtda dövlət kinoteatrlarının olmaması da birbaşa bilet qiymətlərinin bahalaşmasına təsir göstərir.

Kino mütəxəssisləri hər dəfə kinonun problemlərindən danışarkən, kinoteatrlar mövzusuna da toxunurlar.

Problemin həlli istiqamətində addımlar atılmadığını deyirlər.

Hazırda isə Bakıda dövlət balansında yalnız bir kinoteatr var, o da “Nizami” Kino Mərkəzidir.

Digərləri – “Park Cinema”, “CinemaPlus” şirkətlər zənciri özəl şəbəkələrdir və hakim ailəyə aid olduğu deyilir.

“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda göstərilib ki, dövlət şəbəkəsində saxlanılan kinoteatr binaları bərpa olunmalı, müasir tələblərə cavab verən nümayiş və səs avadanlığı ilə təchiz edilməlidir.

Qanundan irəli gələn tələblər isə yerinə yetirilməyib.
Dövlət Komitəsinin “Dostluq”a sədaqəti bu imiş... - NARAZILIQ VAR...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AYNA şefi indi də şlaqbaum satır? - BU NƏDİ BELƏ?!


Azərbaycanda avtomobili pulsuz park etmək üçün talon yalnız vətəndaşın qeydiyyatda olduğu ünvan üzrə verilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Hansı ki, qanuna görə, insanlar "Azparking" mobil əlavəsi vasitəsi ilə müraciət edərək 100 metr məsafədə ödənişsiz parklama hüququ əldə edə bilərlər. AYNA bəyan edib ki, əgər vətəndaş yaşadığı ünvanda qeydiyyatda deyilsə və yaxud yaşadığı evin çıxarışı yoxdursa, talon əldə edə bilməz. "Azərbaycan vətəndaşına münasibətdə yaşayış yeri yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Ödənişsiz parklanma yerinin ayrılması və ondan istifadə qaydası Nazirlər Kabinetinin 187 nömrəli Qərarı ilə təsdiqlənmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nda əksini tapıb. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizdə yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu səbəbdən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatda olmayan şəxslərə fərdi parklanma talonunun verilməsi qanuna ziddir", - deyə açıqlamada qeyd olunub.

Amma onu da deyək ki, parklanma həm də paytaxt ərazisində həyətlərin süni surətdə şlaqbaumlaşdırılmasına səbəb olub. Sanki şlaqbaum biznesi ilə məşğul olanların bəxti açılıb... Belə ki, iş yeri ərazisində avtomobilini saxlamağa görə gündəlik 7-8 manat parklanma pulu ödəmək istəməyənlər məcbur olub avtomobillərini həyətlərdə saxlamalı olurdu. Bu isə sakinlər arasında narazılıq yaradırdı. Nəticədə, hazırda Bakıda demək olar bütün həyətlərə 2-4 min manata başa gələn şlaqbaumlar quraşdırılmaqdadır.

tezadlar.az
AYNA şefi indi də şlaqbaum satır? - BU NƏDİ BELƏ?!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
‘İmkanlı bir ailə qisas almaq üçün məni məhv edir’ - ‘Sədərək’ sahibinin keçmiş ev xidmətçisi

“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin evindən 800 min manatlıq oğurluqda suçlanan Ruzan Cabbarovaya 11 il həbs cəzası kəsilib. Bakı Ağır Cinayətlər Məhkəməsi belə hökm çıxarıb.

Qədimbəylilərin evində 5 il xidmətçi çalışmış R.Cabbarova deyir ki, bu ailə öz imkanlarından yararlanıb, onu məhv etməyə çalışır. Onun sözlərinə görə, cəzasını ağırlaşdırmaqdan ötrü, ümumiyyətlə, mövcud olmayan, oğurlamadığı qızıl-bəzək əşyalarını da onun boynuna qoyurlar.

R.Cabbarovanın 44 yaşı var və o, Qədimbəylilərin evindən oğurluq elədiyini təsdiqləsə də, oğurlanan əşyların sayca çox şişirdildiyini söyləyir:

“Şeytana uyub, nəfsimə hakim olmayıb, o evdən bir neçə dəfə telefon, xırda zinət əşyası, saat götürmüşəm. Götürdüklərimin hamısını qaytarmışam. Ancaq imkanlı bir ailə qisas məqsədi ilə məni məhv edir, götürmədiyim qızılları da mənim boynuma qoyur. Məqsəd də ziyanın məbləğini çox göstərib, daha ağır maddə ilə məni uzun müddət həbsdə saxlamaqdır”.

İttiham ağırlaşdırlıb
R.Cabbarova vurğulayıb ki, öncə Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə ona ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub. Digəl, istintaqın sonunda ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 177.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsinə tövsif olunub. Bu maddədə isə cəza müddəti 10 ildən 14 ilədəkdir.(Dia-az.info)

Ziyanın məbləği 500 min manatdan çox olanda xüsusilə külli miqdar sayılır.

“O ailənin əlində oyuncağa çevrilən müstəntiq onların təzyiqilə mənim ittihamımı ağırlaşdırdı. Onların yazdığı qızılları götürsəydim, daha artıq həbsdə qalmamaq üçün qaytarardım. Mənim 4 övladım var, ən kiçiyi 11 yaşındadır. Məsələ burasındadır ki, onları mən götürməmişəm. O qızıllar satılsa, ya da başqa yerdə saxlansaydı, istintaq onu tapardı”, - R.Cabbarovanın son sözündə dedikləridir.

O, təxminən 300 min manatlıq əşya oğurladığını və onları da qaytardığını bildirir.

Ana və oğul məhkəməyə gəlmirlər
Bu cinayət işində “Sədərək” sahibinin həyat yoldaşı Fəridə Qədimova və oğlu Orxan Qədimbəyli zərərçəkmiş qismində tanınıblar. İddia olunur ki, O.Qədimbəylinin də saatı oğurlanıb.

Bir ildən çox sürən məhkəməyə zərərçəkmiş ana və oğulun heç biri gəlməyib. Təqsirləndirilən şəxs və onun vəkili dəfələrlə vəsatət qaldırıb ki, onlara veriləsi suallar olduğundan, zərərçəkmişlər məhkəməyə gəlsinlər.

Ana və oğul məhkəmənin çağırışıyla gəlmədiklərindən, hakimlər onların haqqında məcburi gətirilmə qərarı çıxarıblar. Ancaq məhkəmənin bu qərarı da icra olunmayıb – F.Qədimova və oğlu yenə gəlməyiblər. Onların nümayəndəsi ölkədən kənarda olduqlarını söyləyib.

R.Cabbarovanın vəkili Günay İsmayılova müdafiə çıxışında vurğulayıb ki, bir tərəfdən nümayəndə zərərçəkmişlərin ölkədə olmadığını bildirir, digər tərəfdən F.Qədimova özü Bakıdan məhkəməyə teleqram göndərir:

“Təəssüf ki, məhkəmə onların ölkədə olub-olmadığını araşdırmadı, Dövlət Sərhəd Xidmətinə sorğu göndərməkdən imtina elədi. İrəli sürülmüş ittihamlar əsassız olduğundan, zərərçəkmişlər məhkəmədə iştirakdan yayındılar. Axı danışdıqları yalanlar ortaya çıxacaqdı...”

Prokuror çıxışında deyib ki, R.Cabbarovaya qarşı 803 min manatlıq oğurluq ittihamı məhkəmədə təsdiqini tapıb. Dövlət ittihamçısı onun CM-in 177.4-cü maddəsilə cəzalandırılmasını və 11 il azadlıqdan məhrum olunmasını təklif edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Səbinə Məmmədzadənin sədrlik etdiyi hakimlər kollegiyası prokurorun təklifiylə razılaşıb və R.Cabbarovaya 11 il həbs cəzası kəsilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Muxtar Babayevin ağac əkdiyi ərazi otlaq sahəsinə çevrilib - BU DA FAKT!!!

2021-ci ildə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə əkilən ağcaqayın və görüş ağaclarının hamısı quruyub.

AFN.az xəbər verir ki, bu barədə “EkoNəzarət” adlı internet TV-də məlumat verilib. Bildirilir ki, Yardımlı rayonunda nazir M.Babayevin iştirak etdiyi ağacəkmə kampaniyası çərçivəsində təxminən 1 hektar ərazidə əkilən tinglər baxımsızlıq ucbatından quruyub: “11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Nəsimi Nəsibovun yarıtmaz fəaliyyəti nəticəsində həmin ərazi mal-qara otlağı sahəsinə çevrilib. Həmin əraziyə təxminən 1 kilometr məsafədən su sistemi çəkilmişdi, ağaclara qulluq olunmuşdu və demək olar ki, hamısı bitmişdi. Əfsuslar olsun ki, bu gün suvarma üçün olan şlanklar yoxdur, ağaclar yoxdur, ərazi mal-qaranın tapdağındadır. Dövlət vəsaitləri beləcə göyə sovrulur ”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov AFN.az-a bildirdi ki, Yardımlı rayonunun Bərican kəndi yaxınlığında dağlıq ərazidə əkilmiş tinglərin bir hissəsi dağlıq ərazidə ağır torpaq şəraiti səbəbindən quruyub: “Tinglərin əvəzində bu ilin yaz mövsümündə yerli bitmə
şəraitinə uyğun ağac tinglərinin əkilməsi nəzərdə tutulub. Hazırda ərazinin mal-qaradan və digər kənar təsirlərdən mühafizəsi məqsədilə tədbirlər görülür”.
Ərazidən hazırlanan videomaterialla BURADAN My Webpage tanış ola bilərsiniz.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hakimdən Məhkəmə Hüquq Şurasının sədrinə şikayət... - Vəkil bu qaydaların pozulduğunu deyir

Mülki iş üzrə iddiaçı Aslanov Anar Yurik oğlunun nümayəndəsi və vəkili Yusif Allahverdiyev Sabunçu rayon məhkəməsinin hakimi Nilufər Cəfərlidın şikayətçidir.

Gununsesi.info-nun xəbərinə görə, Məhkəmə Hüquq Şurasına müraciət edən vəkil bildirib ki, iddiaçı Aslanov Anar Yurik oğlu cavabdeh Oqneva Raisa Nikolayevnaya qarşı “payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Müraciətində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, ev 19, mənzil 15 ünvanında yerləşən mənzilin natura ilə bölünməsi və iddiaçı Aslanov Anar Yurik oğlunun ½ hissədə payının naturada təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

Vəkil bildirib ki, işə baxan məhkəmə tərkibi tərəfindən qərəzli olaraq mübahisənin uzadılması məqsədi ilə mülki prosessual qanunvericiliyinin tələblərini pozulması ilə müşahidə olunan silsilə pozuntulara yol verilib, məhkəmə iclaslarında diqqətinə çatdırılmasına baxmayaraq izah olunan xüsuslar nəzərə alınmamış və nəticədə iddia ərizəsinin məhkəməyə daxil olduğu 08.06.2022-ci il tarixindən etibarən hələ də iş üzrə yekun məhkəmə aktı qəbul edilməyib.

Belə ki, ilkin olaraq məhkəmənin 16.09.2022-ci il tarixli, e-2(008)-4506/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, qərardadın iş materialları ilə birlikdə ekspertizanı həyata keçirən orqana göndərilməsi ancaq 22.12.2022-ci il tarixində mümkün olub.

Vəkil şikayətində qeyd edib ki, bundan sonra isə ekspertizanı həyata keçirən qurum tərəfindən 06.01.2023-cü il tarixində məhkəməyə vəsatət təqdim olunaraq tədqiqat obyektinə baxış keçirilməsinin vaxtının 10.02.2023-cü il tarixinə təyin edilməsi xahiş olunb, bu vəsatət məhkəməyə 23.01.2023-cü il tarixində daxil olunub.

“Lakin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.2-ci maddəsində ekspertizanın aparılmasının bu Məcəllənin 101.1-ci maddəsində göstərilən müddətlərdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə məhkəməyə dərhal məlumat verilməsi qaydası müəyyən edilsə də, bu qaydaya riayət olunmamış, məhkəmə tərəfindən də bu pozuntu ilə bağlı heç bir münasibət bildirilməmişdir. Bundan sonra isə ekspert rəyi yalnız 14.03.2023-cü il tarixində çıxarılmış və beləliklə, yol verilmiş pozuntulara görə ekseprtizanın həyata keçirilməsi 6 aya yaxın vaxt almışdır”.

Vəkilin sözlərinə görə, bundan sonra məhkəmə icraatı yenilənib və məhkəmənin 25.04.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunub. “Bu dəfə isə ekspertizanın təyin olunması barədə qərardad və iş materialları ekspertizanı həyata keçirən orqana 02.06.2023-cü ildə göndərilmiş, iş üzrə ekspert rəyi isə 24.11.2023-cü il tarixində çıxarılmış və məhkəmənin 08.12.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə icraatı təzələnmişdir. Beləliklə təkrar ekspertizanın keçirilməsi 7 aya yaxın vaxt almışdır. İşin gedişində 16.01.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclası işə əhəmiyyəti olan halları əlavə olaraq aydınlaşdırmağın zəruri olduğu əsası ilə məhkəmə icraatı yenidən təzələnmiş və 08.02.2024-cü il tarixinə yeni məhkəmə iclası təyin olunmuş, bu sonuncu iclasda isə bunun üçün əsaslarının mövcud olmaması, əvvəl təyin edilmiş ekspertizaların nəticələrinin eyniliyi izah olunaraq bunun süni surətdə uzadılan məhkəmə prosesinin daha da uzadılmasına səbəb olacağı bildirilsə də, yenə də məhkəmə tərəfindən eyni yarıtmaz mövqe nümayiş olunmuş və komisyon ekspertiza təyin edilmişdir”.

O qeyd edib ki, məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 172-ci maddəsində işə baxılması və qətnamə çıxarılması üçün göstərilmiş müddətlərə riayət edilməyib: “İddia ərizəsi daxil olduğu müddətdən 1 il 6 ay keçməsinə baxmayaraq hələ də yekun məhkəmə aktı çıxarılmamış, iş üzrə artıq 4-cü məhkəmə baxışı təyin edilmiş və məhkəmənin yekun qərarı elan edilməmiş, həmçinin ekspertizanın həyata keçirilməsi ilə bağlı yuxarıda qeyd olunmuş pozuntulara yol verilmişdir.

Mülki işə baxılması yolverilməz olan bu pozuntular məhkəmənin qərəzli mövqeyini ortaya qoymaqla, onun tərəfindən qanunvericiliyin müddəalarının tətbiqi və onlara riayət edilməsi ilə bağlı lazımi keyfiyyətlərin mövcud olmadığını nümayiş etdirməklə, işə baxan hakim barəsində qanunla nəzərdə tutulan tədbirlərin görülməsi üçün müvafiq göstərişlərin verilməsinin vacibliyini göstərir”.

Məhkəmə Hüquq Şurasına müraciət edən vəkil yuxarıda göstərilənləri nəzərə alıb, qeyd olunan məsələyə münasibət bildirilməsi və işin nəzarətə götürülməsini xahiş edib.

Gununsesi.info müraciətdə adı çəkilən qurum və şəxslərin mövqelərini dərc etməyə hazır olduğunu bildirir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranın Bakıya qarşı casus oyununun səbəbi - NƏ BAŞ VERİR?

İranın guya Azərbaycanda yerləşən mərkəzdən idarə olunan casus şəbəksini ifşa etməsi barədə iddiası dövlətimizə qarşı qərəzdir. Tehran Azərbaycanı antiiran mərkəzi kimi təqdim etmək istəyir. Hətta bu, Azərbaycana qarşı müxtəlif aksiyaların başlaması üçün “zəmin hazırlanması” da ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan İranın casus iddiası ilə bağlı danışarkən deyib.

“İran mediası iddia edir ki, guya Azərbaycanda casus yuvası var və burda yetişən casuslar İrana göndərlir. Bu cür yanaşma Azərbaycan-İran münasibətlərinə ciddi zərər verir. Təəssüf ki, hakimiyyətə qarşı etiraz edənləri hansısa ölkələrin kəşfiyyatına bağlamaq İran hökumətinin ənənəvi davranışıdır. Hökumət öz vətəndaşlarının tələblərini qarşılamaq, konstitusion hüquqlarını həyata keçirməkdənsə, bu cür üsullara əl atır. Güneydə Azərbaycan türklərinin milli hüquqlarını tələb edənləri Türkiyə, Azərbaycan, ABŞ və İsrail kəşfiyyat orqanlarına bağlamaq klassik variantdır”, - o bildirib.

Ekspert İranın bu cür addımlarını həm də ölkəmizə qarşı şantaj adlandırıb:

“Azərbaycanın regiondakı nüfuzu, təhlükəsizlik çərçivəsində attığı addımlar, Ermənistanla münasbətləri normallaşdırmağa çalışması və regional layihələrdə aparıcı mövqedə olması İranın qısqanclığına səbəb olur. Tehran Cənubi Qafqazda Azərbaycanın güclənməsini həzm edə bilmir. Çünki bu güclənmə orada yaşayan türklərin Azərbaycanı örnək almasına səbəb ola bilər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Xəzər Dəniz Gəmiçiliyi"ndə yoxlama: - İcazə olmadan radioelektron vasitələr qurlaşdırılıb!

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti barəsində novbəti prtokol tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, müvafiq qurum tərəfindən aparılan yoxlama zamanı QSC-də icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi halı aşkar edilib.

Bu hala görə QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 362-3 maddəsi ilə protokol tərtib olunub.

Sözügedən maddəyə əsasən, Radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsinə, quraşdırılmasına və istismar edilməsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılmasına və istismar edilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər 550 manat, vəzifəli şəxslər 1500 manat, hüquqi şəxslər 3000 manat məbləğdə cərimə olunur. Təkar törədilməyə görə isə iki qat cərimə nəzərdə tutulur.

İş Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın icraatındadır.

Qeyd edək ki, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevdir. QSC barəsində bir neçə gün əvvəl İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan protokol (Valyuta tənzimi qaydalarının pozulması) tərtib edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Amma nə mal var, nə pul..." - NARAZILIQ VAR...

"İş yoldaşım bu səhifədən məhsul sifariş verib, kartına pul da atıb (kart nömrəsi və çek də var). Amma nə mal var, nə pul..." Dia-az.info bildirir ki, bunu öz paylaşımında tanınmış jurnalist Famil Cəfərli qeyd edib.

F.Cəfərli eyni zamanda hüquq-mühafizə orqanlarına müraciət edərək, onları hərəkətə keçməyə də çağırıb.

Jurnalistt bildirib: "Haqqını istəyəni, irad bildirib tənqid edənləri də blok edirlər.

Müvafiq dövlət qurumları bu cür dələduzlarla ciddi məşğul olmalıdır".(Dia-az.info)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Statistika Komitəsi nazirliyin yalan məlumat verdiyini ortaya çıxarır” - BU NƏDİ BELƏ?!

Bu ilin 1 yanvar tarixinə olan məlumata görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi) işçilərin sayı 1 milyon 741,8 min nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 899,1 min nəfəri dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət (özəl) sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, bir il əvvəl – 2023-cü il yanvar ayının 1-də Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 733,9 min nəfər olub, onlardan 903,3 min nəfəri dövlət sektorunda, 830,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Rəqəmlərdən də göründüyü kimi, son bir ildə muzdla çalışan işçilərin ümumi sayı 7,9 min nəfər və ya 0,5% artıb. Bu dövrdə dövlət sektorunda çalışanların sayı 4,2 min nəfər və ya 0,5% azalıb, qeyri-dövlət sektorunda çalışanların sayı isə 12,1 min nəfər və ya 1,5% artıb.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən açıqlanan məlumatda isə bildirilir ki, əmək müqavilələrinin sayı 2022-ci illə müqayisədə 62,5 min müqavilə və ya 3,6 faiz artaraq 1 milyon 809 minə çatıb.
Son bir ildə muzdla çalışan işçilərin sayı 7,9 min nəfər artdığı halda, əmək müqavilələrinin sayı bundan 8 dəfə çox – 62,5 min ədəd artıb.
İki qurumun açıqladığı məlumatlar arasında bu qədər kəskin fərqin olmasına münasibət bildirən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, əmək müqavilələrindəki artım əmək bazarında muzdla çalışan işçilərin sayının artması hesabına deyil, bir işçi ilə birdən çox əmək müqaviləsinin bağlanılması hesabına baş verib:

“Bildiyimiz kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Bundan başqa Statistika Komitəsinin açıqladığı məlumatda da muzdlu işçilərin əmək müqaviləsi ilə çalışan şəxslər olduğu qeyd olunur. Belə olan halda biz görürük ki, muzdla çalışan işçi eyni zamanda əmək müqaviləsi ilə çalışan işçi deməkdir. Əgər yanvar ayının 1-nə olan məlumatda ölkədə 1 milyon 741,8 min nəfər muzdla çalışan işçi varsa, o zaman yanvar ayının 1-nə 1 milyon 809 min əmək müqaviləsinin olması o deməkdir ki, 67,2 min əmək müqaviləsə birdən artıq şəxslə bağlanılıb. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin açıqladığı məlumatda əmək müqavilələrinin sayının artması məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlərlə əlaqələndirilib. Lakin, Statistika Komitəsinin muzdla çalışan işçilərin sayı ilə bağlı açıqladığı məlumat nazirliyin bu məlumatını təkzib edir. Statistika Komitəsi əslində nazirliyin yalan məlumat verdiyini ortaya çıxarır. Əgər, əmək müqavilələrinin sayı nazirliyin dediyi kimi, məşğulluq imkanlarının artırılması və qeyri-rəsmi məşğulluğun leqallaşdırılması hesabına artsaydı, o zaman muzdla çalışan işçilərin də sayı buna paralel şəkildə artmalı idi. Amma, biz bunun əksini görürük”.
Məsələ ilə bağlı ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Yeniavaz.com-un sorğusuna belə cavab verib:
“Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.
Əvəzçilik üzrə əlavə iş yerində işlədikdə də onunla əmək müqaviləsi bağlanır. Belə halda, göründüyü kimi, muzdlu işçinin adında əsas və əlavə iş yerləri üzrə olmaqla artıq bir yox, iki əmək müqaviləsi e-sistemdə qeydə alınır.
Əmək müqavilələrinin sayının muzdla (yəni əmək müqaviləsi ilə) çalışanların sayından çox olması da bununla əlaqədardır.
Son illər qeyri-formal məşğulluqla mübarizə tədbirlərinin, məşğulluq imkanlarının genişləndirilməsinin nəticəsi olaraq əmək müavilələri mütəmadi artır.
Əmək müqavilələrinin sayında artım olduğu kimi, eyni zamanda muzdla (yəni əmək müqaviləsi ilə) çalışanların sayında da davamlı artım mövcuddur. Dövlət Statistika Komitəsinin muzdla çalışanların sayı ilə bağlı açıqladığı məlumatlara nəzər saldıqda bu artım dinamikasını aydın şəkildə görmək olar”.

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu