[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kristal Abşeron” sakinləri bataqlığa salır... - Daha bir riskli tikinti….

Kristal Abşeron şirkəti daha yüzlərlə sakini bataqlığa qərq etməyə hazırlaşır. Bundan əvvəl “Qobu Park 2” layihəsində əyri bina tikib vətəndaşların həyatını təhlükəyə atan tikinti firması indi də Yasamal rayonu ərazisində, MiDA evlərinin yaxınlığında bataqlığı qurudub yeni binalar inşa etməyə başlayır. Halbuki Azərbaycan bu ilin payızında möhtəşəm COP29 rədbiri həyata keçirməklə bütün dünyaya yaşıl enerji, yaşıl layihə mesajlarını verəcək. Dünyanın yüzlərlə, minlərlə nümayəndəsi və yaşıllığın müdafiəsində olan ölkələr paytaxtımızda beynəlxalq layihədə iştirak edəcəklər. Bu tədbir dövlətin birbaşa nəzarətində olan və təşkilində olan hadisədir. Amma Azərbaycanda “Kristal Abşeron” adlı tikinti şirkəti üçün ölkə rəhbərliyinin hazırlşadığı beynəlxalq layihə COP29 tədbirinin təşkilinə heç bir məhəl qoyulmadan, bataqlıq bir ərazidə minlərlə vətəndaşın od qiymətinə, yuxarı faizlərlə alacağı mənzillərin tikintisi üçün yeni binalar inşa olunmaqdadır.

Tribunainfo.az saytı məlumat verir ki, bu ərazidə tikinti işlərinin aparılması ciddi müzakirələrə səbəb olub. Ekspertlər, müxtəlif tikinti mütəxəssisləri, eləcə də ayrı-ayrı sosial media fəalları sual edirlər ki, belə bir bataqlıq ərazinin qurudulub yerində mənzillər, binalar inşa edilməsi nə dərəcədə tikinti normativlərinə uyğundur. Amma “Kristal Abşeron” şirtkəti heçbir izahatlara cavab vermir və öz işinin başındadır.

Şirkət artıq işlərə start da verib. Gecə-gündüz bilmədən ərazidə iş aparılır ki, bataqlıq tez qurudulsun. Əraziyə torpaq daşınır, bataqlıq doldurulur. Bataqlıq doldurulduqdan sonra ərazidə hündürmərtəbəli binaların inşasına başlanılacaq. Artıq təxmin etmək olur ki, bataqlıq üzərində tikiləcək binada vəziyyət necə olacaq. “Kristal Abşeron”un indiyə qədər inşa etdiyi digər bütün binalarda sakinlərin ən çox şikayəti həmişə mənzillərin nəm olması, divarların kif olması ilə bağlı olub. Bataqlıq üzərində inşa ediləcək binadakı mənzillərdə indidən vəziyyəti təsəvvür etmək mümkündür.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bulvarda 2 milyonluq mənzili olan icra başçısı işdən çıxarılır? - İLGİNC İDDİA

Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgün Həbibullayev yaxın zamanlarda işdən çıxarıla bilər.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda bildirilir.

Məlumata görə oliqarx məmurlardan sayılan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgün Həbibullayevin işdən çıxarılmasına səbəb özünü hazırkı vəzifədə doğrulda bilməməsidir.

İcra başçısının hədəfə gəlməsinin digər səbəbi isə Nərimanov rayon İcra Hakimiyyətindən Prezident Administrasiyasına ünvanlanan şikayətlərin çoxalmasıdır.

Bir çox yerlərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kadrı olduğunu deyən E.Həbibullayevin milyonluq mülklərə sahib olduğu deyilir.
Bulvarda 2 milyonluq mənzili olan icra başçısı işdən çıxarılır? - İLGİNC İDDİA
Bulvarda 2 milyonluq mənzili olan icra başçısı işdən çıxarılır? - İLGİNC İDDİA

Belə ki, Bakıda məşhur biznes şəbəkələrindən biri olan “Panda Kids”-in Nərimanov rayon İcra Hakimiyyətinin başçısına məxsus olduğu qeyd edilir.

E.Həbibullayevin bulvarın kənarında olan məzilinin qiymətinin isə 2 milyon manatdan çox olduğu vurğulanır.

Qeyd edək ki, Elgün Həbibullayev 2000-ci illərin əvvəllərində Bakı şəhərinin Nizami rayon icra hakimiyyətində şöbə müdiri, 2003 – 2011-ci illərdə Gəncə şəhər icra hakimiyyəti başçısının köməkçisi, sonra aparat rəhbəri, 2011-ci ildən Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini,
20 sentyabr 2018-ci il tarixdən isə Bakı şəhər icra hakimiyyəti aparatının rəhbəri vəzifəsində çalışıb.

E.Həbibullayev 18 fevral 2022-ci il tarixdən Bakı şəhəri Nərimanov rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Nərimanov rayon icra hakimiyyəti yazıya mövqe bildirmədi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hətərən-pətərən danışan Paşinyanla NECƏ DANIŞMALI... - ÇƏTİN SUAL...

Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında növbəti dəfə Azərbaycanı suçlayıb. Baş nazir iddia edib ki, guya, Azərbaycan Ermənistana qarşı genişmiqyaslı müharibəyə başlamaq məqsədilə sərhədin müəyyən hissələrində hərbi əməliyyatlara çalışır: “Bu niyyəti rəsmi Bakının bütün bəyanatlarında və hərəkətlərində oxumaq olar. Buna baxmayaraq, Ermənistanın siyasəti bu ssenarinin qarşısını almaqdan ibarətdir və buna nail olmaq üçün bütün lazımi səylər göstəriləcək. Eyni zamanda Ermənistan ölkənin bütün qanuni maraqlarının müdafiəsində qətiyyətlə dayanacaq”. Paşinyanın sərsəm düşüncəsinə görə, Azərbaycan dialoq yolu ilə əldə edə bilmədiyi şeylərə nail olmaq üçün hərbi müdaxilə təhlükəsindən istifadə edir. Baş nazir zənn edir ki, Nerkin-Hand kəndi yaxınlığında baş vermiş son hadisə Azərbaycanın “destruktiv siyasəti”nin növbəti təzahürü idi: “Bu, Azərbaycanın Ermənistana qarşı hərbi zorakılıq məqsədlərinin dəyişməz qaldığını göstərir. Bizdə belə bir təəssürat yaranır ki, Azərbaycan sərhədlərin sabitliyi və təhlükəsizliyi məsələsinə biganədir. Belə düşünmək üçün kifayət qədər əsaslar var. Xüsusilə, 2022-ci ildə razılıq əldə olunub ki, sərhədlərin delimitasiyası komissiyalarının vəzifələrinə sərhəd təhlükəsizliyi məsələləri də daxil edilsin. Ermənistan sərhədlərin delimitasiyası və təhlükəsizlik məsələləri üzrə komissiya yaratdığı halda, Azərbaycan təhlükəsizlik komponentini daxil etmədən sərhədlərin delimitasiyası üzrə komissiya ilə məhdudlaşıb".
Azərbaycan Xarici İşlər Nazirliyi erməni baş nazirin absurd bəyanatlarını cavabsız qoymayıb. XİN-dən bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 15 fevral tarixli hökumət iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır: "12 fevral tarixində Ermənistan tərəfinin təxribatlarının 5 aya yaxın müddətdə hökm sürən sabitliyi pozduğu və bunun məsuliyyətinin Ermənistan tərəfində olduğu hər kəsə yaxşı məlumdur. Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini iddia edən baş nazirə Ermənistan Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, rəsmi bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarını xatırlatmaq istərdik. Ermənistan tərəfi, həqiqətən də, sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir".
Göründüyü kimi, Ermənistan Baş naziri Nikol Paşinyan yenə qeyri-konstruktiv mövqe sərgiləməklə, Azərbaycanı aqressor kimi göstərib, beynəlxalq təzyiqə nail olmaq istəyini davam etdirir. Nerkin-Hand kəndi yaxınlığındakı mövqelərindən Azərbaycan əsgərini snayper atəşi ilə yaralayan və aylar sonra sərhəddəki atəşkəsi pozan Ermənistan olub, DSX yalnız cavab verib. Digər tərəfdən, Ermənistan Azərbaycana aid kəndləri qaytarmamaq üçün artıq 3 ildən çoxdur müxtəlif bəhanələr gətirir. Halbuki Qazaxın 7, Naxçıvanın 1 kəndinin Ermənistan işğalı altında qaldığını Paşinyan özü belə təsdiqləyib və bu kəndlərin Ermənistanın “29,8 min kv.km ərazisinə daxil olmadığını” elan edib. Bu açıqlamalar müxtəlif bəhanələr gətirmək, riyakarlıq və işğalı davam etdirmək cəhdidir. Fevralın 14-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətindəki mövqelərimiz üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməsi də təxribat planlarının davamı idi.

Millət vəkili Asim Mollazadə "Sherg.az"a deyib ki, Ermənistan daxilində çox ciddi problemlər, siyasi-iqtisadi təlatümlər yaşanır. Parlament üzvünün sözlərinə görə, Ermənistan baş nazirinin tutarsız və məntiqsiz açıqlamaları bir daha göstərir ki, Paşinyanın sülhlə bağlı heç bir açıqlamasına inanmaq olmaz. Çünki İrəvan hökuməti sülhlə imitasiya edir və Azərbaycanla münasibətlərin normallaşmasına çalışmır:

"Nikol Paşinyan hamı ilə oynayır, qarşı tərəfi yalanları ilə aldatmaq niyyəti güdür. Paşinyan qonşu ölkələrlə əməkdaşlıq, münasibətlərin normallaşmasını istəmir. Çünki Ermənistanda radikal, revanşist qüvvələrin mövqeyi getdikcə güclənir. Erməni diasporası da hökumətə təzyiqlərini artırır. Həmçinin bir sıra Qərb və region ölkələrinin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək niyyəti ortadadır. Onlar da aktiv fəaliyyətə keçiblər. Dalana dirənmiş Paşinyan dünən dediyini bu gün təkzib edir, əvvəlki ritorikasını dəyişərək müharibədən, hərbi əməliyyatlardan danışır, heç bir əsas olmadan Azərbaycanı suçlayır. Əlbəttə, qeyri-müəyyən mövqe sərgiləyən bir hökumətlə nəyisə normal müzakirə etmək mümkünsüzdür".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda nazir şikayətçini ŞƏXSƏN QƏBUL ETDİ VƏ... - AÇIQLAMA

Naxçıvanda polis əməkdaşlarının fərdi təsərrüfatla məşğul olan Tahir Abbasovu həyətindəki samana görə qanunsuz cərimələməsi ilə bağlı məlumat ”Gündəlik Naxçıvan”da ctimailəşdikdən sonra o, yerli DİN-ə dəvət olunub. Bu haqda onun özü məlumat verib. Tahir Abbasovun sözlərinə görə, onu daxili işlər naziri Süleyman Neymətovun özü qəbul edib:
“Məlumat ictimailəşəndən təxminən bir saat sonra məni yerli DİN-ə dəvət etdilər. Süleyman müəllim şəxsən özü qəbul etdi. O, mənə öz hüquqlarımı və polisin hüquqlarını izah etdi. Görüşün sonunda onun göstərişi ilə inzibati xətaya görə mənə yazılan cərimə ləğv olundu”.
Naxçıvan şəhər 54-cü məhəllə sakini Tahir Abbasov „Gündəlik Naxçıvan“a bildirdmişdi ki, fevralın 14-də polis sahə rəisi Ramin Əhmədov onun yaşadığı evin həyətinə gəlib, samanın yerə sərilməsini qanun pozuntusu kimi protokollaşdırıb və ona 50 manat cərimə yazıb. Təbriz Abbasovun sözlərinə görə, daha sonra sahə rəisi onu hədələyərək bildirib ki, üç gün ərzində pul ödənilməsə, o və oğlu həbs olunacaqlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həyəcan pik nöqtədə: Onlarla bağlı hansı qərar veriləcək? - Bu gün, yaxud sabah...


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin inauqurasiya mərasimindən sonra Azərbaycan hökuməti istefa verdi. Hazırda baş nazir Əli Əsədov daxil olmaqla, bütün hökumət üzvləri – Baş nazirin birinci müavini, iki müavini, 17 nazir, 7 Komitə sədri, 3 Xidmət rəisi və 2 Agentlik sədri öz vəzifələrini müvəqqəti icra edirlər.

Yenixeber.org-un məlumata görə, yeni hökumətin formalaşması uzun çəkməyəcək. Bu gün yaxud sabah yeni təyinatların olacağı gözlənilir.

Aldığımız məlumata görə, hökumətin istefası ilə əlaqədar olaraq, dövlət qurumlarda həyəcanlı atmosfer hökm sürür. Hökumət üzvlərinin əksəriyyəti kariyerası ilə bağlı ciddi narahatlıq keçirir. Hakimiyyət dəhlizlərində bir neçə nazirin yola salınacağı ilə bağlı xəbərlər dolaşır.

Bu sırada daha çox 4 şəxsin - FHN başçısı Kəmaləddin Heydərovun, Müdafiə naziri Zakir Həsənovun, Elm və Təhsil naziri Emin Əmrullayevin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının adları hallanır. Kimin gedib, kimin qalacağı isə yaxın günlərdə məlum olacaq.(Yenisabah)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakının mərkəzində “RR Construction” ÖZBAŞINALIĞI - Dövlət vətəndaşa sahib çıxmalıdır...

“Kubinka” kimi tanınan Yasamal rayonu Əlibaba Abdullayev küçəsi söküntü ərazisi kimi hasarlanıb. Söküntünü “RR Construction” şirkəti həyata keçirir. Dia-az info bildirir ki, sakinlər isə söküntü şərtləri ilə razı olmadıqlarını deyirlər. Onlar iddia edir ki, ərazini boşaltsınlar deyə evlərini bilərəkdən zədələyirlər.

“Camaatın evini bilə-bilə zədələyirlər. Guya bunların əlində arayış var ki, bu ərazi qəzalı vəziyyətdə olan evlərdir. Burada qəzalı evlər bəlkə də var. Onların sakinləri böyük əksəriyyət bugünkü gündə köçüb gediblər. Qəzalı olmayan evləri də başqa adla çıxarmaq olmur axı, nəsə əsas olmalıdır. Ona görə bilə-bilə zədəliyirlər. Burada qonşunun evini bilə-bilə zədələyiblər. Təsəvvür elə, evin içindən göyə baxırsan, günəş görünür”.

Sözügedən ev Təzəgül Həsənovanın evidir. Deyir ki, artıq neçənci dəfədir evinin damını zədələyirlər. Sakinlər şirkətlə razılığa gələ bilmirlər, şərtlər onları qane etmir. Şirkətin vədlərinə də inanmırlar deyə evlərindən çıxmaq istəmirlər.

“RR Construction” şirkətinin rəhbəri Rafael Abdullayev açıqlamasında bildirir ki, sakinlərə təklif olunan məbləğ bazar qiymətinə uyğun olaraq 2000 manatdır. Sakinlər isə məbləğin bazar qiymətinə uyğun olmadığını deyirlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şöbə müdiri işdən çıxarıldı, narazı qaldı - NƏ BAŞ VERİB?


OMD adı ilə tanınan K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun şöbə müdiri Gülşən Qəhrəmanova işdən çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onun işdən çıxarılması bir müddət əvvələ təsadüf edir.

Gülşən Qəhrəmanovanın işdən çıxarılmasının səbəbləri bəlli olmasa da, keçmiş şöbə müdirinin qərardan narazı olduğu bildirilir. Məlumata görə, Gülşən Qəhrəmanova işə bərpa tələbi ilə İnstitutu məhkəməyə verib.

Lakin birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. Gülşən Qəhrəmanova apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Fuad Abdıyev iş üzrə hakim təyin edilib.

Araşdırmalarımız zamanı məlum olub ki, Gülşən Qəhrəmanova K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların patologiya şöbəsinin müdiri vəzifəsində işləyib. K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Aynur Poluxovadır. Aynur Poluxova direktor vəzifəsinə 2023-cü ilin dekabrında təyin olunub.

OMD-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazax səhiyysinə təcili CƏRRAH MÜDAXİLƏSİ lazımdır... - YOXSA...

Bu günlərdə “Dəryaz” qəzeti redaksiyasına müraciət edən vətəndaş Eyyubova Siranuş Cəbrayıl qızı Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədovanı şikayət edib.

Siranuş Eyyubova bildirir ki, özü Böyük Vətən müharibəsi əlilinin qızıdır. Ailəsi Qarabağ savaşında şəhidlər verib. Böyük qardaşının oğlu I Qarabağ müharibəsinin şəhidi, Milli Qəhrəmandır. Kiçik qardaşının oğlu 44 günlük Vətən müharibəsi şəhidi, bibisi nəvəsi 1 günlük antiterror əməliyyatının şəhididir. Bir sözlə, Siranuş xanımın həmişə gözü ağlar olub, şəhid yaxınlarının qanları, canları bahasına Qalib ölkəyə çevrilən Azərbaycanın alnı açıq, üzü ağ vətəndaşı kimi bu torpağın çörəyini yeməyi haqq edib. Amma şikayətlənir ki, uzun illər kiçik tibb bacısı vəzifəsində işlədiyi Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Sevda Məmmədova onu bu bir tikə çörəkdən məhrum edib. Ötən ilin noyabr ayının 17-də Siranuş xanımın pensiya yaşı (65) tamam olan kimi onu yaş senzi ilə əlaqədar çalışdığı İnfeksion xəstəliklər şöbəsindəki işindən kənarlaşdırıb.

Yeri gəlmişkən, Sevda Məmmədovanın özü 69-u haqlayıb, yaşa qalanda Siranuş Eyyubovadan bir neçə bayram böyükdür. Sevda Məmmədova 2019-cu ildən direktorluq etdiyi Qazax RMX-na başqa yerdən gəlməyib, 44 ilə yaxındır ki, Qazax səhiyyə sistemində çalışır. Yəni, elə Siranuş Eyyubova ilə çiyin-çiyinə. Adam bütün sülaləsini rəhbərlik etdiyi müəssisədə işlə təmin edib, yaşı ötmüş qohumlarını da vəzifədə saxlayıb. Belə ki, əri Musa dəri-zöhrəvi həkimi, bir bacısı Gülüş uşaq həkimi, digər bacısı Hüsniyyə diş texniki, bacısı oğlu elektrik vəzifələrindədirlər. Siranuş xanımın sözlərinə görə, Musanın yaşı 75-dir, Gülüş işə çıxmadığı halda maaş almaqdadır, Hüsniyyə isə özü psixi xəstədir. Əgər, Sevda Məmmədova gənc kadrları irəli çəkmək istəyirsə, ilk növbədə özü və əri kreslolarından əl çəkməlidirlər.

Şikayətçi mərkəzi xəstəxanada Sevda Məmmədovanın öz qohumlarından başqa da “əziz-xələflərinin” olduğunu bildirir: “Direktor Doğum Evində yaş senzi ilə əlaqədar işdən çıxardığı sanitarın yerinə həmin şəxsin gəlinini, camaşırxanaya isə qızını işə qəbul edib. Təbii ki, gedən adama bunca böyük diqqətin göstərilməsinin təmənnasız olduğunu düşünmək sadəlövhlük olar. Arzu adlı sanitar adı gecə növbəsinə yazılsa da, heç vaxt gecələr növbəyə çıxmır, ixtisası olmadığı halda xəstələrə iynə vurur. Direktor Arzuya qeyri-rəsmi ixtiyar verib ki, əlinə süpürgə götürməsin, özünü pasientlərə tibb bacısı kimi tanıtsın, tibb bacısı Ülviyyə isə həkim kimi təqdim olunur. İnfeksion xəstəliklər şöbəsinə gecə qəfləti yoxlama göndərilsə, tibb personalından heç kəsin işdə olmadığı, xəstələrin başlı-başına qaldıqları məlum olar”.

Siranuş xanım bildirir ki, direktor onunla əmək müqaviləsinin müddətini uzatmamasının səbəbini yerinə şəhid ailəsini götürmək niyyəti ilə əlaqələndirib. Hərçənd, sonradan məlum olub ki, Siranuş xanımın yerinə işə götürülən şəxsin heç bir güzəştli statusu, imtiyazı yox imiş. Təbii ki, Siranuş Eyyubova işinə bərpa olunmaq üçün səy göstərib. Amma direktor ona deyib ki, TƏBİB sədri Vüqar Bayramov nə vaxt Qazax Xəstəxanasına vakant ştat göndərsə, o vaxt məsələyə baxılacaq. Halbuki, müəssisədaxili kadr siyasəti direktorun öz səlahiyyətindədir. TƏBİB rəhbərliyinə və daha yuxarı instansiyalara şikayət ünvanlayan Siranuş Eyyubova redaksiyamıza da müraciət edərək, məsələnin ictimailəşdirilməsini xahiş etmişdir.

P.S. Deyilən ittihamlarla bağlı Sevda xanım Məmmədovanın mövqeyini öyrənmək üçün ona zəng etdik. O, yekun olaraq bildirdi ki, şikayətçinin dedikləri doğru deyil, siz də nəyazırsınız yazın. Ancaq Sevda xanım doğruların nədən ibarət olduğunu demədən telefona «odboy» verdi. Biz də araşdırmalarımızdan sonra xanım direktorun əmlaklarından, o cümlədən əriklik adlanan ərazidə yerləşən qoşa villalarından və s. barədə oxucularımıza məlumat verəcəyik...

“Dəryaz”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu xəstəxanada pasiyentlər soyuqdan donur - istilik sistemi sıradan çıxıb...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Zərdab Rayon Mərkəzi Xəstəxanasında istilik sistemində problemlər yaranıb.

Bu barədə İqtisadiyyat.az-a hazırda xəstəxanada stasionar müalicə alan pasiyentlər məlumat verib.

Qeyd edilib ki, ötən ilin payızından havalar soyuyandan bəri tibb müəssisəsinin istilik sistemi işləmir. Uzun müddətdir mövcud halın yaşandığını söyləyən pasiyentlər problemin aradan qaldırılmamasından narazılıqlarını bildiriblər.

Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Emil Kamilov da İqtisadiyyat.az-a açıqlamasında istilik sistemində problemlərin yarandığını və hazırda bunun davam etdiyini təsdiqləyib.

E.Kamilov mövcud problemin onun direktor vəzifəsinə təyin olunmamışdan əvvəl - yəni xəstəxananın keçmiş rəhbərliyinin zamanında yarandığını xatırladıb. O, buna baxmayaraq hazırda xəstəxanada temperaturun normal olduğunu söyləsə də, palatalarda istiliyin necə təmin olunduğu barədə danışmaq istəməyib.

E.Kamilov problemin qısa zamanda aradan qaldırılması üçün işlərə başlanıldığını vurğulayıb. Direktor qeyd edib ki, istilik sisteminin bərpası üçün Bərdə rayonundan mütəxəssislər dəvət olunub.

Məlumat üçün bildirək ki, E.Kamilov ötən ilin noyabrında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. O, daha əvvəl Zərdab Gigiyena-Epidemioloji Mərkəzinin direktoru olub.

Xatırladaq ki, Zərdab Rayon Mərkəzi Xəstəxanasının binası 1988-ci ildə inşa edilib. Uzun müddət baxımsız vəziyyətdə qalan binada 2013-cü ildə əsaslı təmir işlərinə başlanıb və 2016-cı ildə xəstəxananın yeni binası əsaslı təmirdən sonra istifadəyə verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Eşqi Bağırovun arxasında ciddi bir qüvvə dayanır... - İLGİNC GƏLİŞMƏ...

Eşqi Bağırov 10 ildən artıq bir müddətdə bilərəkdən dövlətin qanununu pozaraq rəsmi olaraq həm məmur olub, həm də bizneslə məşğul olub...

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru öz adına olan və 16 il müddətində fəaliyyət göstərən şirkətinin fəaliyyətinə xitam verib.
Eşqi Bağırovun arxasında ciddi bir qüvvə dayanır... - İLGİNC GƏLİŞMƏ...

AzFakt.com xəbər verir ki, 2008-ci ildə təsis edilən “Allure” MMC-nın varlığı barədə məlumat bir neçə il öncə ölkə mətbuatında yayılıb.

Eşqi Bağırov Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə ötən ilin oktyabrında təyinat alsa da, o, uzun illər boyu bu nazirlikdə müxtəlif vəzifələrdə çalışıb. Yəni Eşqi Bağırov 10 ildən artıq bir müddətdə bilərəkdən dövlətin qanununu pozaraq rəsmi olaraq həm məmur olub, həm də bizneslə məşğul olub.

Xatırladaq ki, Eşqi Bağırov əmək fəaliyyətinə 2014-cü ildə Təhsil Nazirliyinin İnsan resursları şöbəsində məsləhətçi kimi başlayıb.

2016–2017-ci illərdə həmin şöbədə sektor müdiri, müdir müavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildən nazirliyin Aparat rəhbərinin müavini səlahiyyətlərinin icrası ona həvalə edilib.

Eşqi Bağırov 2006–2010-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat, 2019–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda ADA Universitetində dövlət idarəetməsi ixtisası üzrə ikinci magistratura təhsilini alır.

Qeyd edək ki, bir müddət əvvəl E.Bağırovun adı məhkəmə işində hallanmışdı. Belə ki, 34 nömrəli tam orta məktəbin sabiq direktoru Rəhman Hacıyevin yaxın qohumu, Rəfael adlı şəxsin 13 il Lənkəranda müəllim işləyən Könül adlı şəxsdən Bakıda sözügedən məktəbdə müəllim vəzifəsinə düzəlmək adı ilə 15 min manat pul alması ilə bağlı keçirilən məhkəmə prosesində E.Bağırovun da adı hallanırdı. Bildirilirdi ki, həmin şəxs pulun E.Bağırova çatacağını deyib. Bundan əvvəlsə “qəhrəmanımızın” adı müəllim qruplarına kart göndərtdirərək pul yığmaqda hallanmışdı. Müəllimlərə həmin vəsaitlərin guya “şəhidlər fonduna” yığıldığı bildirilib. Vəsait üçün müəllim qruplarında paylaşılan kart isə şəxsən E.Bağırovun özünə aid olub.
Eşqi Bağırovun arxasında ciddi bir qüvvə dayanır... - İLGİNC GƏLİŞMƏ...
Eşqi Bağırovun arxasında ciddi bir qüvvə dayanır... - İLGİNC GƏLİŞMƏ...

Bir məmurun qeyri-rəsmi formada, şəxsi kart vasitəsilə yardım adı altında pul yığdırması kifayət qədər ciddi hadisə olsa da, E.Bağırov bu qalmaqalalrı adlaya bilib və ona daha böyük vəzifə belə verilib. Bu isə onu göstərir ki, Eşqi Bağırovun arxasında ETN ssitemində ciddi bir qüvvə dayanır.

Qeyd edək ki, yerli mətbuatda Eşqi Bağırovun FETO-ya bağlı olması ilə bağlı iddialar səsləndirilib.

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ