[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Xaricdən alınan benzin əhaliyə 2 dəfə baha satır” – Ekspert qiymətləri açıqladı

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən bu gündən etibarən 2024-cü ilin sonuna kimi ölkəyə idxal olunan “Aİ-92” markalı benzin və dizel yanacağı aksiz vergisindn azad edilib.
Bəs, idxal olunan benzin və dizelin aksiz vergisindən azad edilməsi daxili bazarda satılan yanacağın qiymətinə necə təsir edəcək?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, idxal olunan yanacağın aksiz vergisindən azad edilməsi daxili bazarda satılan benzinin qiymətinə təsir etməyəcək:
“Bildiyimiz kimi, Nazirlər Kabineti əvvəlki illərdə də analoji qərarlar qəbul edib. Azərbaycanda “Aİ-92” markalı benzinə və dizelə olan təlabat əsasən daxili istehsal hesabına ödənilir. İdxal olunan yanacağın daxili tələbatda payı aşağıdır. Bu səbəbdən idxal olunan yanacağın aksiz vergisindən azad edilməsi daxili bazardakı qiymətlərə təsir edə bilməz. Məsələn, ötən il Azərbaycanda 1 milyon 464 ton “Aİ-92” markalı benzin istehsal edilib. Eyni zamanda 65 min ton “Aİ-92” markalı benzin idxal edilib. Göründüyü kimi, idxal olunan benzin daxili istehsalın təxminən 4%-i həddində olub”.

İqtisadçı-ekspert belə hesab edir ki, daxili bazarda satılan benzinin qiyməti kifayət qədər yüksəkdir:
“Bizdə adətən yanacağın qiymətini digər ölkələrlə müqayisə edirlər. Amma, bu cür müqayisə iqtisadi baxımdan yanlışıdır. İstənilən məhsulun, o cümlədən də yanacağın ölkə daxilindəki qiymətinə onun maya dəyəri, vergilər, nəqliyyat xərcləri və s. bu kimi amillər təsir edir. Avropada benzinin baha olmasının Azərbaycanda benzinin qiymətinə birbaşa olaraq heç bir təsiri yoxdur”.
Azərbaycanda istehsal olunan “Aİ-92” markalı benzinin maya dəyərinin açıqlanmadığını deyən iqtisadçının sözlərinə görə, benzinin yalnız istehsalçı qiyməti açıqlanır:
“Açıqlanan son məlumatlar göstərir ki, “Aİ-92” markalı benzinin şirkətdən çıxış qiyməti 1 litr üçün 52 qəpik təşkil edir. Aydın məsələdir ki, benzinin maya dəyəri bu qiymətdən də aşağı olur. Hətta biz benzinin istehsalçı qiymətini maya dəyəri olaraq qəbul etsək, o zaman açıq şəkildə görülür ki, pərakəndə satış qiyməti ilə maya dəyəri arasında ən azı 2 dəfə fərq var. Hazırda benzinin hər litrinin istehsalçı qiymətinin üzərinə 40 qəpiyə yaxın vergi əlavə olunur ki, bu da əhalinin gəlir səviyyəsinə adekvat deyil”.
Allahverdi Aydın bildirir ki, qiymət fərqi idxal olunan “Aİ-95” markalı benzinin qiymətindən daha çoxdur:
“Azərbaycan “Aİ-95” markalı benzin istehsal etmədiyi üçün tamamilə xaricdən idxal edir. Ötən il ölkəyə 86 min ton “Aİ-95” markalı benzin idxal edilib. Benzinin ölkəyə giriş qiyməti, yəni gömrük dəyəri 1 litr üçün 1 manat 20 qəpik olub. Amma, biz bilirik ki, “Aİ-95” markalı benzinin ölkə daxilindəki pərəkanda satış qiyməti 2 manatdır. Gördüyünüz kimi, arada təxminən 2 dəfəyə yaxın fərq var. 2022-ci ildə “Aİ-95” markalı benzinin qiyməti 1 manat 60 qəpikdən 2 manata qaldırılan zaman, bunun səbəbi kimi idxal olunan benzinin qiymətinin artması göstərildi. Lakin, maraqlıdır ki, 2022-ci illə müqayisədə 2023-cü ildə idxal olunan “Aİ-95” markalı benzinin qiyməti təxminən 18% aşağı düşüb. Amma, biz bu ucuzlaşmanı daxili bazarda müşahidə etmirik”.
Ekspert bildirir ki, ölkədə benzinin həm istehsalı, həm də idxalı SOCAR-ın nəzarətindədir:
“SOCAR-dan verilən açıqlamalarda hər zaman deyilir ki, istənilən şəxs, ya da istənilən şirkət xaricdən benzin idxal etməkdə sərbəstdir və bu heç kimə qadağan olunmayıb. Amma bu açıqlmaya baxmayaraq, mövcud vəziyyət onu göstərir ki, uzun illərdir SOCAR benzin istehsalı, idxalı və topdansatışında inhisarçı mövqedə dayanır. Buna görə də, gömrük dəyəri 1 manat 20 qəpik olan “Aİ-95” markalı benzinin 2 manata satılmasının əsas səbəbkarı məhz SOCAR hesab olunmalıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hakim Əli Məmmədov iki tikinti dələduzunu müdafiə edir - yeni ədliyyə nazirinə faktlar...

Azərbaycanın məhkəmə-hüquq sistemində dələduzlara, cinayətkarlara hakimlər tərəfindən himayəçilik edilməsi təəccüblü hal sayılmır. Ölkədə onlarla belə məhkəmə hakimi görmək olar ki, zərər çəkmişi yox, təqsirləndirilən şəxsi müdafiə edir, onu qoruyur, hansısa yollarla qismən də olsa haqq qazandırmaq istəyir. Təbii ki, bu femida adına rüsvayçılıqdır. Belə hakimlər geyindiyi mantiyanı əynindən çıxarmalı və başqa peşə seçməlidirlər, ya da tam əksinə, onların cinayəti sübut olunmuş şəxlərlə işbirliyi araşdırılmalıdır. Axı hakim ədalətin yanında olmalıdır, bəs bəziləri niyə cinayətkarların, insanların haqqını yemiş fırıldaqçıların yanında olur?!
Soruşa bilərsiniz ki, Anaxeber.info-nun konkret hansı faktları var, o zaman biz təqdim edək, siz tanış olun:
Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədov ağır cinayət törətmiş iki nəfəri müdafiə edir. Təsəvvür edin, məhkəmənin adı ağır cinayətlə bağlıdır, onun hakimi isə ağır cinayətdə ittiham olunan tərəfə qahmar çıxır... Söhbət Yeni Günəşlidə tikdiyi binada bir mənzili bir neçə nəfərə sataraq dələduzluq etmiş "Sahil - S İnşaat" şirkətinin rəhbərlərindən gedir. Onlar Taley Alaverdiyev və Pənah Kərimovdur. Hər ikisi həbsdədir. Sübut olunub ki, 165 ailə bu şirkətin sahiblərinin dələduz əməllərinin qurbanıdır. Di gəl ki, hakim Əli Məmmədov daşıdığı o ada belə dəyər vermədən "müaviyə"lərin, "yezid"lərin, ailələrin pulunu yeyib yuva qurmaq ümidini söndürmüş, uşaqların sevincini ürəyində qoymuş həmin iki dələduzun tərəfini saxlayır. Halbuki Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin obyektiv araşdırması, sonrakı dönəmdə sakinlərin problemlərini diqqətdə saxlaması, ölkə rəhbərliyinə edilən müraciətlər əsasında dövlət qurumlarının dəstəyi sayəsində sakinlər o fırıldaqçıların yarımçıq qoyduqları işləri öz gücünə, şəxsi resursu hesabına tamamlamağa çalışıblar. Ki, mənzillərinə köçsünlər. Lakin hakim Əli Məmmədov həbsdəki "moşennik"lərin yanında dayanmağa üstünlük verir. Bəs bunu necə edir?Belə ki, dələduzluğa görə həbs edilmiş şirkət rəhbərlərinə qahmar çıxaraq, zərər çəkmişlərdən onlara ödəniş edilməsini tələb edir. Həmin zərər çəkmiş 16 ailə aldadıldığını başa düşdüyü üçün mənzilə görə kredit ödənişini zamanında dayandırıblar. Kredit ödəyiciləri sonrakı dönəmdə ödədikləri pulla binanın yarımçıq işləri tamamlanıb. Belə ki, həmin vəsaitlə lift alınıb, dam vurulub, qaz, su, işıq xətləri çəkilib, arakəsmələr düzəldilib, fasadlar işlənib. Yəni ümumilikdə 16 ailə kreditin əvəzinə o vəsaiti binanın işlərinə yönəldib, nəticədə bütün sakinlərin problemlərinin həlli üçün addımlar atılıb. Əslində 165 ailənin üzləşdiyi bir problemdən söhbət gedir. Ancaq hakim Əli Məmmədov isə dələduzlara sahib çıxaraq belə qənaətə gəlib ki, həmin vəsaitlər tikinti şirkətinə çatmalıdır. Yəni kredit ödəyiciləri o pulu şirkət sahiblərinə ödəməlidirlər, nəticədə onlar azadlığa çıxmalıdır. Bu qədər absurd, bu qədər anormal mövqe... Maraqlıdır, şirkət sahibləri götürdüyü hansı öhdəlikləri yerinə yetiriblər ki, zərər çəkmiş ailələr bu pulu onlara versin?! O ailələr aldadılıb, bununla belə mənzillər təhvil verilsin deyə ödəməli olduqları krediti binanın yarımçıq işlərinə xərcləyiblər. Ki, evlərinə köçüb yaşasınlar. Ancaq hakim bu işdə dələduzların müdafiəsinə qalxır, sakinləri sıxışdırır. Ümumiyyətlə, onun fırıldaqçıları müdafiə etməsi suallar doğurur. Axı Əli Məmmədovun hakim kimi bu işdə nə marağı var ki, həmin şəxslər azadlıqda gəzsinlər, yaxud pullar şirkətə verilsin?! Belə şübhələr yaranır ki, hakim həmin dələduzlarla nəyinsə müqabilində sövdələşib. Bunu başqa cür anlamaq çətindir. Əgər hakim vətəndaşların haqqının pozulmasını deyil, şirkətin iki dələduzunu müdafiə edirsə, deməli, onun məsələyə yanaşması şəxsi prizmadandır, ədalətin bərpası deyil.
Ona görə də həmin sakinlər yeni ədliyyə naziri Fərid Əhmədova müraciət edərək bu məsələdə araşdırma aparılmasını xahiş edirlər. Onlar gənc nazirə inanaraq qeyd edirlər ki, hakim Əli Məmmədovun tutduğu mövqenin səbəbi araşdırılacaq. Həmçinin, Ali Məhkəmə sədri İnam Kərimovdan da dəstək istəyən sakinlər deyirlər ki, bu məsələ ciddi şəkildə yoxlanmalıdır, hakimin prosesə baxışı öyrənilməlidir. Sakinlər bildirirlər ki, pozulan hüquqlarının müdafiəsi üçün Prezident Administrasiyasına gedəcəklər və hakimin tələbləri barədə dövlət rəhbərliyini məlumatlandıracaqlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bacıoğluya güvənən dayı... Şəmkirdə QOÇULUQ EDİR - ÖZBAŞINALIQ!

Şəmkir rayonu, Çinarlı qəsəbəsinin sakini Rəcəbova Bəsdi Emin Qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, oğluna aid olan torpaq sahəsini saxta sənədlərlə satıblar:

“Mən, Rəcəbova Bəsdi Emin Qızı, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Tofiq İsmayılov küçəsində yaşayıram. Sizə bildirmək istəyirəm ki, 1985-ci ildə ailə başçısını itirmişəm. 78 yaşım var. Beş oğul anasıyam. Oğullarımın hər biri Vətənə olan borcunu yerinə yetirib.

Oğlum Nail Lamiq oğlu 1998-2000-ci illərdə erməni əsirliyində olub. Ağlamaqdan gözüm və qulağım zəifləyib.

Belə ki, 1989-cu ildə bizim ailəyə Həzi Aslanov Sovxozundan 12 sot torpaq verilib. 2008-ci ildən oğlum Rəcəbli Zaur Lamiq oğlu ev tikib, ailəsiylə birlikdə orada yaşayır.

Çinarlı Bələdiyyəsiniun sədri Arzu Qafarov və Çinarlı məktəbinin direktoru İradə Əliyeva qohumluq əlaqələrindən istifadə edərək, özbaşına, saxta sənədləşmə apararaq, torpağı ələ keçiriblər. Həmin torpaq sahəsi İradə Əliyevanın arxiv arayışı ilə Bakı sakini Hökümə Əliyeva adlı şəxsin adına sənədləşdirilib.

Bu saxta sənədlərlə bağlı mən onları məhkəməyə verməli olduğum halda, oğlum Rəcəbli Zauru məhkəməyə veriblər ki, torpağı zəbt etmisən, çıx torpaqdan. Mən başa düşmürəm ki, 2008-ci ildən oğlum orada ev tikəndə, bundan əvvəlki Bələdiyyə sədri bizə heç bir söz deməyibsə, indi torpağı necə “zəbt etmiş” oluruq?!

Arzu Qafarov deyir ki, torpaq mənimdir, kimə istəsəm sataram. Onun özünün və ya atasının şəxsi torpağımı var?

Onu da qeyd edim ki, İradə Əliyeva 1 arxiv arayışı ilə 3 torpaq satıb. Onun bacısı oğlu Rəşad Şəmkir İcra Hakimiyyətində yüksək vəzifədə işləyir. Bizim şikayətimizə heç bir dövlət orqanı baxmır. Lazım olan araşdırmanı aparmaq üçün heç bir orqan gəlib yerində işə baxmır.

Mən bir ana kimi sizlərdən xahiş edirəm, problemimi işıqlandırıb, səsimi lazımi qurumlara çatdırasınız”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yasamalda 64 ailə evində donur – “Azəriqaz”, BŞİH və “Azəristilik” hara baxır?

Paytaxtın Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 1 ünvanında yaşayan sakinlər neçə illərdir istilik və qaz problemindən əziyyət çəkirlər. Bu barədə Tribunainfo.az-a məktubunda sakinlərdən biri Rauf Əliyev yazıb. O, qeyd edir ki, adıçəkilən 16 mərtəbəli binada 64 ailə, yəni 300-ə yaxın sakin yaşayır. Bildirilir ki, 90-cı illərin əvvəli tikilən və dövlətin balansında olan binada əvvəldən qaz çəkilişi nəzərdə tutulmayıb. Binada istilik sistemi var, qızdırıcı xətlər, radiatorlar quraşdırılıb, amma mərkəzi istilik sisteminə onillərdir qoşulmur.
Sakinlər şikayət edir ki, qışda mənzillərdə soyuğa dözmək çox çətindir.
Özəl MTK-nın olmayan, dövlətin balansında olan binada istilik sistemi var, qızdırıcı xətlər quraşdırılıb, amma mərkəzi istilik sisteminə illərdir qoşulmur, bina istiliklə təmin olunmur. Bu problem soyuq qış günlərində özünü daha qabarıq şəkildə büruzə verir.
12 ildir bu binanın sakini olan Rauf Əliyev bildirir ki, bu illər ərzində onların aidiyyəti qurumlara edilən bütün çoxsaylı müraciətləri heç bir müsbət nəticə verməyib.
Sakinlərə rəsmi qurumlardan gah deyiblər yeni istilik qazanxanası tikilməsinə vəsait yoxdur, gah da deyiblər binaya qaz çəkə bilmərik, çünki əvvəlcədən nəzərdə tutulmayıb, ya da vəd veriblər ki, problem həll olunacaq, amma həll olunmayıb.
R. Əliyev yazır ki, indiyədək etdikləri rəsmi müraciətlərinin heç bir faydası olmayıb, rəsmilər yalnız söz verməklə kifayətləniblər.
“Bakı İcra Hakimiyyətinə, “Azəriqaz” “Azəristiliktəchizat”-a, Nazirlər Kabinetinə və digər yerlərə çoxsaylı müraciətlər, şikayətlər etsək də, problemimiz telekanallarda işıqlansa da, bizim illərdir çəkdiyimiz bu zülmə bir tədbir görülmür.
Binamız MTK deyil, sovetlər dağılandan sonra tikilib. Evlərimizi qızdırmaq üçün altenativ vasitələrdən istifadə edirik. Məsələn, evi qızdırmaq üçün kondisionerdən, yağla işləyən radiatorlardan, isti su üçün aristondan istifadə edilir ki, bu da bizə çox baha baş gəlir. Elektriklə işləyən kombi lap kəllə-çarxa çıxır -300-400 manat işıq pulu yazır”. O da deyilir ki, bununla belə yenə də mənzilləri normal qızdırmaq olmur: “Hər şey elektriklə olduğundan soyuq aylarda- oktyabrdan martacan hər ay işığa hələ qənaət edə-edə böyük miqdarda-təxminən 200-300 manat ödəməli oluruq ki, bu da maddi cəhətdən cibimizə uyğun deyil.
Əvvəllər binada qazın, istiliyin olmamasını nəzərə alıb heç olmasa bizə işıq pulunda 50 faiz güzəşt edirdilər. Amma sonrdan bu güzəşt ləğv olundu.
Bundan başqa əvvəl işıq pulu ayrı-ayrı dövrlərdə 2, 6, 7 qəpik idi.
İndi 200 kilovat/saatla 300 kilovat/saat arasında istifadə edən abonentlərin tarif qiyməti 9 qəpiyə qalxıb.
300 kVts limiti keçəndə 13 qəpikdən ödəməlisən. Məndə işıq ayda 1700,1800 kVts yazır, limiti isə 1 həftəyə keçir .
Mən hər ay işığa 200 manat və daha çox pul ödəyirəm ki, bu da büdcəmə uyğun deyil. İşlətməsən də olmur.
Düzdür isti aylarda, bu məbləğ bir qədər az 100 manat olur, amma binada qazın olmaması bir çox başqa çətinliklər yaradır.
İstiliyin olmamasından mənzillərdə nəmişlik yaranır, divarlar, oboylar qaralır və digər fəsadlar olur. Buna görə tez-tez böyük xərc çəkib evlərimizi təmir etmək məcburiyyətində qalırıq.
Bundan başqa, biz istiliyə görə bu qədər xərc çəkməyimizə baxmayaraq, evimizdə qızına bilmədiyimizdən bir çoxlarının xəstələnməsinə gətirib çıxarır. Bu cür acınacaqlı vəziyyət binanın yaşlı, xəstə olan sakinlərinə, balaca uşaqlara daha pis təsir edir. Nəticə olaraq üstəlik dava-dərmana da xeyli xərc çəkməli oluruq.
Biz hesab edirik ki, bina mərkəzi istilik sisteminə qoşulmasa belə heç olmasa qaz olsa idi biz istilik problemini kombi vasitəsilə öz vəsaitimiz hesabına həll edərik. Bu bizə qat-qat ucuz başa gələrdi. Çünki işığa görə ayda 200-300 manata ödəməyə əksəriyyətin imkanı yoxdur.
Mərkəzi istilik sisteninə qoşulsaq belə bizim problem tam həll olunmayacaq. Maksimum istilik probeni həll olunacaq. Amma qaz çəkilsə problem kökündən həll oluna bilər.
Amma bununla belə biz heç olmamaqdansa təkcə mərkəzi istilik sisteninə qoşulmağa razıyıq. Amma bu da belə həll olunmur.
“Azəristiliktəchizat”dan bizə bildirirlər ki, yaxınlıqda qazanxana yoxdur. Bizim üçün xüsusi bina tikməyə də vəsaitləri yoxdur. Deyirlər ki, icra hakimiyyəti nə vaxt pul ayırsa o vaxt tikmək olar. Yasamal İcra hakimiyyəti də deyir ki, büdcədə pul yoxdur, dövlətdən pul ayrılmalıdır.
Beləcə bizim problemimizin həlli dalana dirənir, bizə laqeyd yanaşılır. Halbuki icra hakimiyyəti vəsaitin ayrılması üçün müraciət edə bilər istəsə.
Düzdür, Yasamalda bizdən başqa da elə binalar var ki, orda qaz yoxdur,amma onlar heç olmasa mərkəzi istilik sisteminə qoşulub.
Amma bizdə nə qaz var, nə də mərkəzi istilik sistemi…
Bu baxımdan bizim vəziyyətimiz ikqat acınacaqlıdır. Sakinlərin əksəriyyəti binaya qaz çəkilməsinin tərəfdarıdır.
Bu dövlətə də ucuz başa gələ bilər, nəinki qazanxananın tikilməsi.

Bizə hansısa firmanın adamı tərəfindən binanın qazlaşdırılması təklif olunub.
Amma deyilən məbləğ külli miqdarda olub deyə bizim buna imkanımız çatmayıb. Qaz çəkilərsə biz hətta borunun balkonacan çəkilməsinə də razıyıq.Necə ki, indi bir çox hümdürmərtəbəli binalarda belə edilir.
Əslində bir vətəndaş olaraq bizim istiliklə təmin olunmağımız bizim qanuni hüququmuzdur, haqqımızdır.Bu binanın tam qaydasında olan sənəddə də öz əksini tapıb.
Sonda bütün aidiyyəti dövlət qurumlarına mətbuat vasitəsilə bizim problemin həll olunmasını üçün yenidən müraciət edirəm.Ümid edirəm bizim sosial problemimiz axır ki, öz həllini tapacaq”.

Sonda vətəndaş Rauf Əliyev öz əlaqə nömrəsini də təqdim edib ki, aidiyyatı orqanlar əlaqə saxlasın.(055) 548 65 05
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elçin Allahverdiyevin "Sahra Baku” restoranı müştərilərinə kiflənmə əlamətləri müəyyən olunan qida məhsulları satırmış - FOTOLAR

Nərimanov rayonunda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb.

Mediada yayılmış məlumatın yerində araşdırılması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, mənzil 15 ünvanında fəaliyyət göstərən “Sahra Baku” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, baxış zamanı ictimai iaşə müəssisəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən olunub.

Belə ki, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, həmçinin üzərində etiket məlumatları qeyd olunmayan, kiflənmə əlamətləri müəyyən olunan məhsulların satışının həyata keçirildiyi aşkar edilib.

Həmin məhsullar satışdan kənarlaşdırılıb, sınaq məqsədi ilə məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.("Azərbaycan Reallığı")
Elçin Allahverdiyevin "Sahra Baku” restoranı müştərilərinə kiflənmə əlamətləri müəyyən olunan qida məhsulları satırmış - FOTOLARElçin Allahverdiyevin "Sahra Baku” restoranı müştərilərinə kiflənmə əlamətləri müəyyən olunan qida məhsulları satırmış - FOTOLAR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyada 100 milyon dollara 3 sanatoriya tikmək istəyən azərbaycanlı kimdir? - İLGİNC

Azərbaycandan olan şirkət Rusiyanın Jeleznovodsk xüsusi iqtisadi zonasında üç sanatoriyanın tikintisinə 9 milyard rubl (100 milyon dollar) sərmayə qoymağı planlaşdırır.
Yeniavaz.com TASS-a istinadən bildirir ki, bunu Jeleznovodsk xüsusi iqtisadi zonasının rəhbəri Yevgeni Bakulin bildirib.
“İnvestorlar yenidən Jeleznovodsk xüsusi iqtisadi zonasına maraq göstəriblər. Azərbaycanlı investor ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağlayıb. İnvestisiyaların həcmi təxminən 9 milyard təşkil edəcək”, - deyə Bakulin bildirib.
Onun sözlərinə görə, həmin ərazidə 600 otaq və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, Bakulin investorun kimliyini açıqlamayıb.
Məlumat üçün bildirək ki, daha əvvəl də Jeleznovodsk xüsusi iqtisadi zonasında Azərbaycan sərmayəsi ilə sanatoriyalar inşa olunub.
2018-ci ildə Jeleznovodsk xüsusi iqtisadi zonasının yerləşdiyi Stavropol diyarının rəhbəri Vladimir Vladimirov mətbuata verdiyi açıqlamada bildirib ki, Azərbaycandan olan sərmayəçilər üç sanatoriya tikirlər.
Vladimir Vladimirov deyib ki, Azərbaycandan olan investorlar 2016-cı ildə Essentukidə 1,5 milyard rubldan çox vəsait hesabına 400 çarpayılıq “İstochnik” sanatoriyasını tikiblər. Stavropol diyarının rəhbəri hələ 2018-ci ildə bildirib ki, Jeleznovodskda (400 yerlik) və Kislovodskda iki (500 və 600 yerlik) sanatoriyanın tikintisi davam edir.
Onu da qeyd edək ki, 2017-ci ildə keçirilən Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Kislovodsk şəhərində “Rusel” sanatoriyasının tikintisi ilə bağlı müqavilə imzalayıb. Bu sanatoriyanı Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı Şahmar Vəliyevin Rusiyanın Yesentuki şəhərində təsis etdiyi “Rusel” şirkəti inşa edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yüksək vəzifəli məmur ölkədən qaçdı - TƏFƏRRÜAT

Müstəqilliyimizin ilk illərində Azərbaycana sərmayə qoyan kiprli iş adamı Əfruz Sami Müdüroğlunun Azərbaycandakı varisləri ölkədən qaçıb.

Bu barədə Gununsesi.info-nun məlumatlı mənbədən əldə etdiyi bilgiyə görə, Müdüroğlu ailəsinin gəlini olan Dövlət Neft Fondu icra direktorunun müşaviri Nərgiz Nəsrullayeva da həyat yoldaşı ilə birlikdə vətəndaşı olduqları Avropa ölkələrindən birinə gedib.

Buna səbəb isə “Landmark” Biznes Mərkəzinin sahibi olan Müdüroğlu ailəsinin Bakıdakı biznesi ilə bağlı yaranmış vəziyyət olub.

Nərgiz Nəsrullayeva da Müdüroğlu ailəsinin ölkəmizdəki biznesinin qanuni təmsilçisidir.

Qeyd edək ki, ailənin sahib olduğu “Landmark” ölkədə ilk biznes mərkəzlərindən sayılır.

“Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində köhnə dəyirman deyilən ərazidə kıbrıslı mühəndis və tanınmış iş adamı Efruz Sami Müdiröğlunun tərəfindən inşa edilib.

“Landmark” Biznes Mərkəzinin qanuni təmsilçisi də Nəsrullayeva Nərgiz Müdüroğlu Namiq qızıdır.

O, mərhum iş adamının oğlu Eran Müdüroğlunun həyat yoldaşıdır.

Məlumata görə Nəsrullayeva Nərgiz Müdüroğlu 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır.

Dövlət Neft Fondundan isə Gununsesi.info-nun sorğusuna cavab olaraq, Nərgiz Nəsrullayeva ilə bağlı konkret fikir bildirməyiblər.

“Nərgiz xanımın işə çıxıb-çıxmamasından məlumatsızıq” deyə Fondun İctimaiyyətlə Əlaqələr Departamentinin adının çəkilməsini istəməyən əməkdaşı əlavə edib. (Gununsesi.info)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kərəm Həsənovun adı hallanan daha bir QALMAQAL - Prezidentə müraciət olundu

Bakı şəhəri, Nizami küçəsi, ev 53, mənzil 41-də yaşayan Amanova Kəmalə Balaş qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Birinci vitse-prezidentin katibliyinin rəisi Altay Məmmədova, İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edən şikayətçi 2015-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi tərəfindən törədilmiş cinayət hadisəsi barədə məlumat verir:

“Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Bildirirəm ki, 1988-ci ildə Bakı şəhəri, Hövsan qəsəbəsi, “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid olan ərazidə tikilmiş 3/1294 nömrəli bağ evini almışam. Bağ evi 1993-cü ildən istifadəmdədir. 2005-ci ildən isə evi özəlləşdirmişəm.

Sözügedən Bağ evinə Bakı şəhəri İcra Hakimiyyətinin Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən BM seriyalı, 002771 №li QEYDİYYAT VƏSİQƏSİ (kupça) verilmişdir.

Xüsusi mülkiyyətimdə olan bağ evinə dair bütün hüquqverici və təsdiqedici sənədlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində saxlanılır(Kupçanı və bütün hüquqverici və təsdiqedici sənədləri əlavə edirəm).

Yaxın keçmişdə məlum olmuşdur ki, istifadəmdə və xüsusi mülkiyyətimdə olan sözügedən bağ evimin altındaki torpaq sahəsi 2015-ci ildə qanunsuz olaraq, başqa bir şəxsin adına özgəninkiləşdirilmişdir. O dövrdə Əmlak Məsələri Dövlət Komitəsinin sədri Kərəm Həsənov olmuşdur. Bu cinayət həmin vaxt ƏMDK-nin rəhbərliyndə yer alan və hal-hazırda da ƏMDX-nin sədr müavini vəzifəsində işləyən Rüstəm Şahbazov tərəfindən törədilmişdir.

Xüsusilə vurğulamaq istəyirəm ki, Rüstəm Şahbazov bir qrup qanunsuz quruplaşmalarla qabaqcadan əlbir olaraq, törədilmiş və başa çatdırılmış bu cinayətin üstünü ört-basdır etmək və izi itirmək məqsədilə, sonradan həmin torpağa dair bir neçə dəfə özgəninkiləşdirmə əməliyyatı aparmışdır.

Bir daha qeyd edirəm ki, bu cinayət o dövrdə Əmlak Məsələləri Dövlət Komitəsində sədr müavini vəzifəsində işləyən Rüstəm Şahbazovun rəhbərliyi və təşkilatçılığı altında törədilmişdir. Dəhşətlisi odur ki, Rüstəm Şahbazov hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin sədr müavini vəzifəsində işlədiyi üçün, bu cinayətin üstünün açılmasına imkan vermir.

Torpaq İslahatı Haqqında Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələblərində bildirilir:

Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi zamanı vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

Qanunvericiliklə müəyyən olunmuş qaydada bağ evimin altında olan torpaq əvvəzsiz olaraq mənim mülkiyyətimə verilməli olduğu halda, o dövrdəki Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi - sədr müavini Rüstəm Şahbazov vəzifəsindən sui-istifadə edərək və vəzifə səlahiyyətlərinin hüdudlarından kənara çıxaraq, bir qrup qanunsuz qruplaşmalarla əlbir olub, mənim bağ evimin altındakı törpağı özgəninkiləşdirmiş və törətdikləri cinayətin üstünün gələcəkdə açılmaması üçün tez-tez digər şəxslərin adına özgəninkiləşdirmə əməliyyatı həyata keçirmişdir.

Bu faktları İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rüstəm Şahbazovun, Azərbaycan Respublikasının Nazirlər Kobinetinin 22.11.2023-cü il tarixli, 3-21/1-A-7443-8/2023 saylı və 04.12.2023-cı il tarixli 3-21/2-A-7443/2-8/2023 saylı nömrələrlə İqtisadiyyat Nazirliyində qeydiyyata alınmış məktublarına verdiyi, 09 fevral 2024-cü il tarixli 3-21-3/2-A-1340/02-8/2023 nömrəli cavab məktub ilə təsdiq etmişdir. Belə ki, bağ evinin altında olan torpaq sahəsinin başqa-başqa şəxslərin adına özgəninkiləşdirildiyini bildirmişdir(Subut üçün məktubun ksersurətini əlavə edirəm).

Məlum məsələdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rüstəm Şahbazov 30 ildən artıq mənim istifadəmdə və xüsusi mülkiyyətimdə olan bağ evinin altındakı torpağı ancaq maddi maraqları naminə, aldığı külli miqdarda rüşvətin müqabilində özgəninkiləşdirmişdir.

Yuxarıda qeyd etdiklərimi nəzərə alıb, mənə məxsus, xüsusi mülkiyyətimdə olan bağ evinin altındakı törpağın satılması faktı ilə bağlı, vəzifəsindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərinin hüdudlarından kənara çıxaraq, maddi maraqlarının təmin olunması müqabilində, bir qrup qanunsuz qruplaşmalarla əlbir olub, b
Kərəm Həsənovun adı hallanan daha bir QALMAQAL - Prezidentə müraciət olundu

Bakı şəhəri, Nizami küçəsi, ev 53, mənzil 41-də yaşayan Amanova Kəmalə Balaş qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Birinci vitse-prezidentin katibliyinin rəisi Altay Məmmədova, İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edən şikayətçi 2015-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi tərəfindən törədilmiş cinayət hadisəsi barədə məlumat verir:

“Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Bildirirəm ki, 1988-ci ildə Bakı şəhəri, Hövsan qəsəbəsi, “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid olan ərazidə tikilmiş 3/1294 nömrəli bağ evini almışam. Bağ evi 1993-cü ildən istifadəmdədir. 2005-ci ildən isə evi özəlləşdirmişəm.

Sözügedən Bağ evinə Bakı şəhəri İcra Hakimiyyətinin Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən BM seriyalı, 002771 №li QEYDİYYAT VƏSİQƏSİ (kupça) verilmişdir.

Xüsusi mülkiyyətimdə olan bağ evinə dair bütün hüquqverici və təsdiqedici sənədlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində saxlanılır(Kupçanı və bütün hüquqverici və təsdiqedici sənədləri əlavə edirəm).

Yaxın keçmişdə məlum olmuşdur ki, istifadəmdə və xüsusi mülkiyyətimdə olan sözügedən bağ evimin altındaki torpaq sahəsi 2015-ci ildə qanunsuz olaraq, başqa bir şəxsin adına özgəninkiləşdirilmişdir. O dövrdə Əmlak Məsələri Dövlət Komitəsinin sədri Kərəm Həsənov olmuşdur. Bu cinayət həmin vaxt ƏMDK-nin rəhbərliyndə yer alan və hal-hazırda da ƏMDX-nin sədr müavini vəzifəsində işləyən Rüstəm Şahbazov tərəfindən törədilmişdir.

Xüsusilə vurğulamaq istəyirəm ki, Rüstəm Şahbazov bir qrup qanunsuz quruplaşmalarla qabaqcadan əlbir olaraq, törədilmiş və başa çatdırılmış bu cinayətin üstünü ört-basdır etmək və izi itirmək məqsədilə, sonradan həmin torpağa dair bir neçə dəfə özgəninkiləşdirmə əməliyyatı aparmışdır.

Bir daha qeyd edirəm ki, bu cinayət o dövrdə Əmlak Məsələləri Dövlət Komitəsində sədr müavini vəzifəsində işləyən Rüstəm Şahbazovun rəhbərliyi və təşkilatçılığı altında törədilmişdir. Dəhşətlisi odur ki, Rüstəm Şahbazov hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin sədr müavini vəzifəsində işlədiyi üçün, bu cinayətin üstünün açılmasına imkan vermir.

Torpaq İslahatı Haqqında Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələblərində bildirilir:

Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi zamanı vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

Qanunvericiliklə müəyyən olunmuş qaydada bağ evimin altında olan torpaq əvvəzsiz olaraq mənim mülkiyyətimə verilməli olduğu halda, o dövrdəki Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi - sədr müavini Rüstəm Şahbazov vəzifəsindən sui-istifadə edərək və vəzifə səlahiyyətlərinin hüdudlarından kənara çıxaraq, bir qrup qanunsuz qruplaşmalarla əlbir olub, mənim bağ evimin altındakı törpağı özgəninkiləşdirmiş və törətdikləri cinayətin üstünün gələcəkdə açılmaması üçün tez-tez digər şəxslərin adına özgəninkiləşdirmə əməliyyatı həyata keçirmişdir.

Bu faktları İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rüstəm Şahbazovun, Azərbaycan Respublikasının Nazirlər Kobinetinin 22.11.2023-cü il tarixli, 3-21/1-A-7443-8/2023 saylı və 04.12.2023-cı il tarixli 3-21/2-A-7443/2-8/2023 saylı nömrələrlə İqtisadiyyat Nazirliyində qeydiyyata alınmış məktublarına verdiyi, 09 fevral 2024-cü il tarixli 3-21-3/2-A-1340/02-8/2023 nömrəli cavab məktub ilə təsdiq etmişdir. Belə ki, bağ evinin altında olan torpaq sahəsinin başqa-başqa şəxslərin adına özgəninkiləşdirildiyini bildirmişdir(Subut üçün məktubun ksersurətini əlavə edirəm).

Məlum məsələdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rüstəm Şahbazov 30 ildən artıq mənim istifadəmdə və xüsusi mülkiyyətimdə olan bağ evinin altındakı torpağı ancaq maddi maraqları naminə, aldığı külli miqdarda rüşvətin müqabilində özgəninkiləşdirmişdir.

Yuxarıda qeyd etdiklərimi nəzərə alıb, mənə məxsus, xüsusi mülkiyyətimdə olan bağ evinin altındakı törpağın satılması faktı ilə bağlı, vəzifəsindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərinin hüdudlarından kənara çıxaraq, maddi maraqlarının təmin olunması müqabilində, bir qrup qanunsuz qruplaşmalarla əlbir olub, bu cinayəti törətmiş Rüstəm Şahbazovun və diğərlərinin qanun qarşısında cəzalandırılmaları üçün aidiyyəti qurumlara göstəriş verməyinizi və bu işi sona qədər nəzarətinizdə saxlamağınızi Sizlərdən xahiş edirəm.

Onu da qeyd edim ki, bu günə kimi sözügedən məsələ ilə əlaqədar bütün aidiyyəti dövlət qurumlarına müraciət etsəm də, heç bir tədbir görülməmişdir.

Qabaqcadan öz minnətdarlığımızı bildirirəm”.u cinayəti törətmiş Rüstəm Şahbazovun və diğərlərinin qanun qarşısında cəzalandırılmaları üçün aidiyyəti qurumlara göstəriş verməyinizi və bu işi sona qədər nəzarətinizdə saxlamağınızi Sizlərdən xahiş edirəm.

Onu da qeyd edim ki, bu günə kimi sözügedən məsələ ilə əlaqədar bütün aidiyyəti dövlət qurumlarına müraciət etsəm də, heç bir tədbir görülməmişdir.

Qabaqcadan öz minnətdarlığımızı bildirirəm”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncənin icra başçısı oğluna 6 bahalı maşın alıb - Araşdırma/Video

Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramov bahalı avtomobilini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə nişanını dəyişməyə əl atıb. Anaxeber.info məlumat verir ki, bu haqda bloger Mehman Hüseynov araşdırma aparıb. Məlum olub ki, başçı oğlunun 10 BB 904 nömrə nişanlı "Range Rover" markalı avtomobili var. Daha sonra eyni qarajda və eyni yerdə 10 ZZ 904 nömrə nişanlı "Mercedes S Class" markalı maşın görmək olar. Bu nömrə isə əvvəl "BMW X 6" markalı maşının üstündə olub. Lakin icra başçısının oğlu indi həmin nömrəni çıxarıb başqa avtomobilinə qoyub. Bildirilir ki, Gəncə İH rəhbərinin oğlunun avtomobil kolleksiyasında 6 maşın var. Bu da bir məmur oğlunun hansı vəsaitlə bahalı maşınlar aldığına dair suallar doğurur. Hər halda Niyazi Bayramovun icra başçısı kimi aldığı maaş buna çatmaz. Deməli, adi korrupsiya, mənimsəmə faktının nəticəsidir...(Anaxeber.info)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir Teymur Musayevlə rektor Gəray Gəraybəylinin Tədris Stomatoloji Klinikasında bölə bilmədikləri nədir?

Azərbaycan Tibb Universitetinin onlarla kafedraları ilə bərabər bir neçə klinikaları da var. Universitetin özünün uzun və zəngin bir tarixi olsa da nəzdindəki klinikaların fəaliyyəti yaxın keçmişimizdən başlayıb. Klinikalar ən müasir, Avropa standartlarına uyğun zəruri tibbi avadanlıqlarla təchiz olunub. Bu klinikalardan biri də Stomatoloji Klinikadır. Universitetin Stomatoloji Klinikası 2002-ci ildə açılıb. Stomatoloji Klinikada 2014-cü ildə tədris mərkəzi açılıb, tədris-klinik binası əsaslı təmir olunduqdan sonra Yaponiya, Almaniya, Türkiyə, Slovakiya, Braziliya, Koreya və b. ölkələrdə istehsal olunan tibbi avadanlıqlar və stomatoloji qurğularla təchiz olunub.

Redaksiyamıza verilən məlumatlara görə rəsmi şəkildə Tibb Universitetinin Tədris Stomatoloji Klinikası olmasına baxmayaraq, demək olar ki, özəl klinika kimi işini davam etdirir. Klinikada həm də universitetin 4 kafedrası və xüsusi poliklinikası fəaliyyət göstərir. Amma bu kafedraların heç birində tədrisdən əsər-əlamət yoxdur, deyirlər. Burada tələbələrə hətta ən kiçik işləri belə görməyə icazə verilmir. Baxmayaraq bu kimi hallara tələbələr dəfələrlə narazılıq ediblər, onların etirazları eşidilməyib.

Rəsmi olaraq Klinikanın direktoru tibb üzrə fəlsəfə doktoru Mahir Səfərovdur. O, Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin ən yaxın adamlarından biri hesab olunur. Məlumata görə Mahir Səfərov burada rektor Gəray Gəraybəyliyə göstərişlərinə uyğun qaydalar qoyub. Klinikaya girən hər pasientdən kimi 5 manat tələb olunur. Qapıya xüsusi nəzarətçi təyin edib ki, klinikaya daxil olan pasientlərin dəqiq sayını hesablayır. Hətta pullu pasientləri birbaşa Mahir Səfərovun yanına aparırlar. Mahir Səfərov da diroktor olduğu xidməti otağında diş kabineti yaradaraq pasientləri müalicə edir. Bizə verilən ən son məlumatlara görə burada şəxsi stomatoloji kabinetlər fəaliyyət göstərir. Nə mənada? Dövlət tərəfindən vəsait ayırmasına baxmayaraq kabinetlərin bütün avadanlıqları, təmiri həkimlər tərəfindən toplanan pullar hesabına həyata keçirilir. Burada hər bir həkimə, diş texnikinə aylıq 500-100o manat civarında “stavka” müəyyən edilib. Klinikanın direktoru Mahir Səfərov heç kimdən çəkinməyərək, bu “stavka”ni yuxarıların, yəni Gəray Gəraybəylinin göstərişi ilə təyin edildiyini bildirir.

Məlumatlara görə klinikada tədris müəssisəsi ilə əlaqəsi olmayan qanunsuz stomatoloji sektor yerləşir ki, gün ərzində yüzlərlə pasient müraciət edir. Lakin pasientlərin klinikaya ödədiyi pulların cüzi hissəsi rəsmiləşdirilir, vergidən yayınma hallarına yol verilir. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları üzərindən apardığımız araşdırmada məlum oldu ki, Stamatoliki Klinika 23.06.2017-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Tibb Universitetinin rəsmi portalında isə Stomatoloji Klinikanın 2002-ci ildə açıldığı göstərilir. İndi təsəvvür edin klinika fəaliyyətə başladığı ilə dövlət qeydiyyatına alındığı gün arasında, yəni 15 il ərzində nə qədər vergidən yayınıb. Əvvəllər bu pulların kimlərin cibinə getməsi bəlli olmasa da, indi bəllidi.

Əldə etdiyimiz məlumatlara görə bir müddət əvvəl bununla bağlı hətta nazirliklər səviyyəsində danışıqlar aparılıb. İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti İlə Səhiyyə Nazirliyi arasında aparılan danışıqlardan sonra Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yaranmış külli miqdarda vergi borcunun müəyyən hissəsi ödətdirilib. Dövlət Vergi Xidmətinin rəsmi portalında Klinikanın hazırki günə isə 11 940.27 manat vergi borcu qalmaqdadır.

Redaksiyamıza verilən ən son məlumatlara görə Səhiyyə Nazirliyi xüsusi komissiyası Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yoxlamalara başlayıb. Bu yoxlamaların bir başında Klinikada olan malliyyə pozuntularının araşdırılması durursa, digər başında Səhiyyə naziri Teymur Musayevin şəxsi maraqları dayanır.

Bəs burada Səhiyyə naziri Teymur Musayevin nə kimi maraqları var?

Məlumatlara görə 2022-ci ilin yanvarından Səhiyyə naziri təyin edilmiş Teymur Musayevin əsas maraqlarından biri, və ya birincisi Tibb Universitetinin nəzdindəki klinikalara axan pullardır. Məlum olduğu kimi dövlət tərəfindən Tibb Universitetin nəzdindəki klinikalar müasir tibbi avadanlıqlarla təchiz olunub, yüksək ixtisaslı tibb personal çalışır. Bu baxımdan buraya müraciət edən pasientlərin sayı da çoxdur. Buradakı cərrahiyyə əməliyyatlarının qiymətləri də yüksəkdir. Pasientlərin sayı çox olduğundan, pullar da çox gəlir. Amma Tibb Universitetinin klinikaları rəsmi qurumların da qeyd etdiyi kimi daim problem içindədir. Yəni, Klinikalara daxil olan vəsaitlərin çoxluğuna baxmayaraq tibb müəssisələri yenə də dövlət vəsaitləri hesabına yaşayır. Teymur Musayevin başçılığı ilə Səhiyyə Nazirliyi də bütün bunları əsas gətirək Tibb Universitetinin nəzdindəki klinikalara nəzarəti ələ almaq istəyir.

Məlumatlara görə Teymur Musayev Tədris Terapevtik Klinikasına və Tədris Cərrahiyyə Klinikasına öz adamlarını yerləşdirməklə buna qismən nail olub. Lakin Tibb Universitetinin rektoru Gəray Gəraybəyli də şəxsi kanallarını işə salaraq Stomatoloji Klinikaya nəzarəti əldən vermək istəmir. Odur ki, Səhiyyə Nazirliyinin xüsusi komissiyası Tədris Stomatoloji Klinikasında yoxlamaları uzadır.

Bütün bu məlumatlardan da göründüyü kimi bu gün Səhiyyə Nazirliyi ilə Tibb Universiteti arasında bir gərginlik yaşanmaqdadır. Bu gərginlk heç də ölkəmizin tibb sahəsinə yeniliklər gətirmək, tibb elminin inkişafı ilə bağlı olan məsələlər üstündə deyil. Bu iki şəxsin, Səhiyyə naziri Teymur Musayevin və Tibb Universitetinin rektoru Gəray Gəraybəylini şəxsi maraqları üzərində yaranmış bir gərginlikdir. Yəni burada mübarizə pullar üstündə gedir. Həm də elə belə pullar üstündə deyil, böyük pullar üstündə.

Odur ki, anunsunu veririk. Yaxın günlərdə Stomatoloji Klinikası ilə geniş məlumatlar tirajlanacaq. Bu da Klinikanın direktoru Mahir Səfərovun yol verdiyi nöqsanlara görə tutduğu vəzifəfə ilə vidalaşmasına səbəb olacaq.

Əyalətmedia.az

XƏBƏR LENTİ

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu