[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vüqar Əhmədovun “topdağıtmaz” mülklərinin SİYAHISI


Son günlər sosial şəbəkələrdə Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun topdağıtmaz biznes şəbəkəsi yayılıb.

“Azərişıq” rəhbərinin mülklərinin adlarını sizlərə təqdim edirik:

“Azərişıq” rəhbəri biznes fəaliyyətinə 2010-cu ildən başlayıb, həmin il o, nizamnamə kapitalı 100 manat olan “QRAD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni (VÖEN 1701121201) qeydiyyatdan keçirib.
MMC BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA KÜÇ. ev.23 m.35 ünvanında hüquqi qeydiyyata alınıb.
Şirkətin qanuni qanuni təmsilçisi Kazımov Elçin Sahib oğlu elə həmin il eyni ünvanda hüquqi qeydiyyata alınmış “ŞÜVƏLAN UŞAQ BAĞÇASI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin də qanuni təmsilçisidir. “ŞÜVƏLAN UŞAQ BAĞÇASI” MMC-nin təsisçisi isə “Azərişıq” rəhbərinin həyat yoldaşı ƏHMƏDOVA NƏRMİN AZAD qızıdır.
Vüqar Əhmədov eyni hüquqi ünvanda keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın adamı kimi tanınan İSMAYILOV VÜQAR İSMƏT oğlu ilə şərik “TESTA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni (VÖEN 1701132901) də
təsis edib. Vüqar İsmayılov vaxtilə Vergilər Nazirliyinin Daxili təhlükəsizlik və Vergi öhdəliklərinin icrasına nəzarət departamentlərinə rəhbərlik edib.
Şirkətin qanuni təmsilçisi AĞAYEV SAHİB OKTAY oğlu keçmiş vergilər naziri Fazil Məmmədova məxsus Synergy Şirkətlər Qrupuna daxil olan “AZORCHİD HOTELS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə və ATATRAVEL MMC-yə də rəhbərlik edib.
“Azərişıq” şefinin və xanımının şirkətlərinin hüquqi qeydiyyatda olduğu ünvanda daha 3 şirkət qeydiyyatdadır.
Bunlardan biri BƏHRAMİ MAHMUD ÇİNGİZ oğlunun təsisçiliyi ilə qeydiyyatdan keçmiş
“BEAT CATERING” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİdir
Eyni ünvanda hüquqi qeydiyyatda olan “BEAT GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Bakıdakı elit BEERBASHA, M’EAT, SUMAKH restoranları, GAZELLİ CAFÉ, EXPO, Dubaydakı BAKU kafelər şəbəkəsini idarə edir. Şirkətin təsisçisi BABAYEV MURAD KAMAL oğludur. O, təsisçiləri “SİNERJİ ŞİRKƏTLƏR QRUPU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ və DOYURUCU RESTORAN PASTAHANE VE TURİZM İŞLETMECİLİĞ İ TİCARET LİMİTED ŞİRKETİ (Türkiyə Respublikası) olan “AZORCHİD HOTELS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə, həmçinin bir müddət isə ATAHOLDİNQ-ə daxil olan “ATATRAVEL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə rəhbərlik edib.
Vüqar Əhmədova məxsus ünvanda hüquqi qeydiyyata alınmış “VOGA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisi də “Azərişıq” şefinin şəriki, keçmiş vergi məmuru, Fazil Məmmədovun yaxın adamı Vüqar İsmayılovdur. VOGA MMC Bakının Zərdabi küçəsindəki eyniadlı mebel satış mərkəzinə sahibdir. Şirkətin qanuni təmsilçisi MƏMMƏDOV NURƏLİ ƏHMƏDİYƏ oğlunun adı “EVRA” , “SOLENNE” və “ERVA-EN” şirkətlərinin də təsisçisiləri sırasında yer alır.
“Azərişıq” şefinin şəriki Vüqar İsmayılova məxsus olduğu məlum olan daha 3 şirkət var. Bunlar “LAYF FİTNES”, “PEQAS MARKETİNQ” və “TOSCANA” MMC-lərdir.
Qarşı tərəfin mövqe haqqını tanıyırıq.xeberal.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağ qazisinin HAQQI TAPDANIR... - Ağstafadan GİLEY


Medallarla təltif edilən Qarabağ qazisi diqqətdən kənarda qalıb.

Sozcu.az saytının redaktoru Ceyhun Nabi Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini, Qarabağ qazisi Məmmədov Mustafa Saqif oğlunun pozulmuş hüquqlarından yazıb.

Ceyhun Nəbinin Qarabağ qazisinin problemləri ilə bağlı verdiyi məlumata görə, "Ağstafa rayon Aşağı Göycəli kənd sakini, İkinci Qarabağ müharibəsi iştirakçısı, Fizulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın alınmasında iştirak etmiş və həmin rayonların işğaldan azad edilməsi ilə bağlı medallarla təltif edilmiş və bununla yanaşı döyüşlərdə göstərdiyi xidmətlərə görə "Cəsur döyüşçü" medalı ilə təltif edilmiş tankçı (tuşlayıcı operator) Məmmədov Mustafa Saqif oğlu tamamən dövlətin diqqətindən kənarda qaldığını bildirir.

Ona nə müharibə veteranı statusu verilib, nədə ki, müharibədə aldığı psixoloji tramvalarla bağlı (əlillik dərəcəsi) sosial qrup. Qazax Rayonlararası və Maştağa Psixiatriya Xəstəxanalarında psixoloji müalicə alıb. Müharibədə alıdığı tramvalar ilə bağlı əlində Hərbi Həkim Komissiyasının rəyləri var. Ailənin tək övladı olduğunu, ata və anasının xəstə olduğunu bildirən müharibə iştirakçısı Mustafa Məmmədov onunla heç kəsin maraqlanmadığını, probleminə heç kəsin kömək olmadığını bildirir". //Mediaxeberleri.Az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramazan Zeynalov necə Hacı Mazana çevrildi?! - İLGİNC İDDİALAR...


Xatırladaq ki, bu yaxınlarad aktualxeber.az saytında “Ədalət Həsənovla Hacı Mazanın gizli sövdələşməsi” başlıqlı məqalə dərc etmişdik. Məqalədə qeyd etmişdik ki, Ədalət Həsənov bu yaxınlarda Emin Əhədov adlı şəxsə saxta rəy vermək üçün Hacı Mazandan 15.000 manat rüşvət alıbdı. Hacı Mazanın adı mətbuatda vaxtaşırı çəkilsə də onunla bağlı ictimaiyyət o qədər də geniş bilgiyə malik deyil. Ona görə də, Hacı Mazanın keçmişi ilə bağlı yüngül bir araşdırma apardıq. Bu araşdırma zamanı Hacı Mazanı yaxından-uzaqdan tanıyan bəzi şəxslərin bilgisindən də yararlandıq. Ortaya çıxan məlumatlar isə çox maraqlı oldu.
Beləliklə aydın olur ki, Ramazan Zeynalovu Paşazadələrlə bağlayan təkcə qohumluq əlaqələri deyil. Sovet dövründə R.Zeynalov, separatçılıq fəaliyyətinə görə uzun müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra isə ölkədən qovulmuş Əlikram Hümbətov və Şeyxin qardaşı, hazırda Milli Məclisin üzvü olan Cavanşir Paşazadə cavanlıq illərindən dostluq ediblər. Həmin dövrdə Ə.Hümbətov Lənkərandakı avtobazanın baş mühəndisi, R.Zeynalov isə həmin bazaya məxsus “KamAZ” markalı maşınlardan birinin sürücüsü olub. Bu məlumatı yazmaqla heç də R.Zeynalovun keçmişinə həqarət etmirik. Sadəcə “qəhrəmanımızın” keçmişi ilə bağlı vacib bir detalı oxuculara təqdim edirik. Həmin dövrlərdə Cavanşir Paşazadə Lənkərandakı çay fabriklərindən birində rəhbər vəzifədə işləyib. R.Zeynalovun C.Paşazadə ilə bu gün də işbirliyində olmasını şərtləndirən məqamlardan biri də budur. Yəni R.Zeynalovun ilkin kapitalını formalaşdırmaq üçün təkcə C.Paşazadənin rəhbəri olduğu fabrikdən “KamAZ”la Bakıya, keçmiş Sovet respublikalarına çay daşıması kifayət etməzdi. R.Zeynalovun sonradan Hacı Mazana çevrilməsi çayla yanaşı başqa çəkidə yüngül, qiymətdə ağır “strateji məhsullar”ın daşınması və bundan külli miqdarda vəsait əldə edilməsi hesabına olub. R.Zeynalov familiyası ilə yanaşı adının önündəki Ra-dan da imtina etməklə hazırda iş aləmində tanındığı Hacı Mazana dönüb.
Onun bioqrafiyasında olan və kimliyi haqda əlavə təsəvvür yaradan başqa bir məlumat 7 iyul 2010-cu ildə mətbuatda dərc olunub. Həmin vaxt qəzetlər yazmışdı ki, 6 iyul 2010-cu ildə Bakı-Astara yolunun 75-ci km-liyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Yazılarda qeyd olunurdu ki, Bakıdan İran istiqamətinə hərəkət edən “Bayram M” firmasına məxsus Az 10 AA 641 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı avtomaşın qarşı tərəfdən gələn “VAZ-2121” markalı, Az 10 KL 322 dövlət nömrə nişanlı “Niva” avtomobili ilə toqquşub.Nəticədə “Niva”nın sürücüsü, Yardımlı rayonu, Mansurov küçəsi ev 5-də yaşayan, 1949-cu il təvəllüdlü Qurbanov Gülağa Ağa oğlu dünyasını dəyişib. Araşdırmalar nəticəsində o da müəyyənləşib ki, “Mercedes Benz” markalı maşının sükanı arxasında “Bayram M” firmasının rəhbəri Ramazan Zeynalov özü olub və hadisəni də o özü törədib. Həmin vaxt hadisə qəzetlərdən birində bu cür təsvir edilib: “Araşdırmalar nəticəsində müəyyənləşdirə bildik ki, R.Zeynalovun avtomobilində – Əhmədli qəsəbəsi, Sarayevo 20 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Zəkəranlı Mətanət Ağabala qızı, elə həmin ünvanda qeydiyyatda olan 1950 təvəllüdlü Nuriyeva Qəmzə (Qənirə) Ərəstun qızı və hələlik adları bizə məlum olmayan bir neçə xanım olub. Hadisə şahidlərinin redaksiyamıza telefon açaraq bildirdiyi məlumatlarda göstərilir ki, hadisə zamanı “Niva” markalı avtomobilin sürücüsü ağır yaralansa da sağ olub. Amma Ramazan Zeynalov və onun yanındakılar “Niva”nın sürücüsü Qurbanov Gülağa Ağa oğlunu söyüşlərlə ağır təhqir ediblər və deyilənə görə onu döyüblər də. Yaralı sürücü onu xəstəxanaya çatdırılmasını xahiş etsə də, buna məhəl qoyan olmayıb”. Şahidlər bildirir ki, dünyasını dəyişən “Niva” markalı avtomobilin yaralı sürücüsü xəstəxanaya çatdırılsaydı, onun həyatını xilas etmək mümkün olardı. R.Zeynalov isə ağır yaralını xəstəxanaya çatdırmaq əvəzinə onu təhqir edib və qanunu pozub”.
Mətbuat o dövrdə yazıb ki, hadisənin tam təfərrüatları bununla bitməyib: “Etibarlı mənbələrdən aldığımız məlumata görə, Ramazan Zeynalov başqa xoşagəlməz hərəkətlər də törədib. Bildirilir ki, “Niva” markalı avtomobildə təxminən 50 min dollara yaxın pul olub. R.Zeynalov bu pulu götürərək onun az miqdarını yol polislərinə verib. Böyük bir hissəsini isə özü götürüb. Lakin polislər bu pulu qəbul etsələr də, sonradan istintaqa təhvil veriblər. Onlar aldıqları pulu – təxminən 6 min dolları istintaqa təhvil veriblər”. Hacı Mazan haqda araşdırmalarımız davam edir. Yaxın vaxtlarda onun barəsində yeni materiallar dərc edəcəyik.
Qarşı tərəfin də öz mövqeyini verməyə hazırıq. //aktualxeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABU-nun sabiq rektorunun oğlunun ermənilərlə "iş birliyi" - FOTOFAKT


ABU-nu sabiq rektoru, vətənini sataraq Avropaya sığınan Elşad Abdullayevin Azərbaycanın Fransadakı səfirliyinə ermənilər tərəfindən edilən hücumda əli olduğu haqda faktlara söykənən yazı yayımladıq. Bu yazıda Abdullayevin Fransa səfirliyinə hücumda iştirak edən şəxslərlə daha öncədən görüşdüyü haqda Avropadakı etibarlı mənbələrimizdən məlumat da daxil oldu. Aydındır ki, Elşad Abdullayev uzun illər ərzində Azərbaycan Beynəlxalq Universitetində tələbələrin, gənclərimizin haqqını yeyərək milyonlara sahib olduqdan sonra, ölkəsi haqda da qarayaxma kampaniyalarında iştirakdan çəkinməyib və öncədən planlı şəkildə çəkdirdiyi məlum videoları yayaraq Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışıb. Mənfur planı fiaskoya uğradıqdan və özünün ifşa edildiyini gördükdən sonra isə vətəninə xəyanət yolunu seçərək Fransaya sığınıb. Abdullayevin burada da sakit dayanmadığı və Azərbaycana qarşı mənfur düşmənlərimizlə birləşdiyi göz qabağındadır. Bunu sübuta yetirən yazılar yerli mediada dəfələrlə dərc edilib. Amma görünən odur ki, Elşad Abdullayevə bu işdə özündən geri qalmayan oğlu Elşən Abdullayev də ciddi dəstək verir.

Gündəmtv.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, oğul Abdullayev də atası kimi mənfur düşmənimiz olan ermənilərə xüsusi simpatiyası ilə seçilir. Necə deyərlər, Belə ki, 1987-ci il təvəllüdlü Elşən Abdullayevin 1961-ci ildə Bakıda doğulan erməni əsilli Şaxramanova Susanna Şaqenovna ilə əlaqələrinin olmasına dair fotolar redaksiyamıza göndərilib. Əldə etdiyimiz məlumata görə, 2014-cü il dekabrın 27-də tərəflər arasında boc müqaviləsi imzalanıb və oğul Abdullayev erməni qadına hazırkı məzənnə ilə təxminən 72 min ABŞ dolları borc verib. Həmin sənədə hər iki tərəfin qol çəkməsinə və şəhərin notariusu Tatyana Kuzovkova Nikolayevnanın möhür vurmasına dair fotolar da mövcuddur.

Bütün bunlar Elşad Abdullayev kimi oğlu Elşən Abdullayevin də vətəninə qarşı xəyanət yolunu tutduğunu, həmçinin mənfur düşmənlərimizlə sıx iş birliyi yaratdığını sübuta yetirir. Elşən Abdullayev nəinki Azərbaycana, həmçinin vətəndaşı olduğu Rusiya Federasiyasına qarşı da xəyanət yolunu tutaraq əsl simasını ortaya qoyur. Belə ki, qanunla 35 yaşlı Rusiya vətəndaşı Elşən Abdullayev Rusiyadakı səfərbərliyə qoşulmalı və müharibədə iştirak etməli olduğu halda, bundan yayınır. Doğulduğu vətəni Azərbaycana qarşı xəyanət yolunu tutan Elşən Abdullayevdən bundan başqa bir şey gözləmək də doğru deyil. Odur ki, Rusiyanın hüquq mühafizə orqanları ayıq-sayıq olmalı və Elşən Abdullayevin ordudan yayınmaq və ölkədən çıxmaq kimi niyyətlərinin qarşısını almaq üçün əlindən gələni etməlidir.

Gündəmtv.az
ABU-nun sabiq rektorunun oğlunun ermənilərlə "iş birliyi" - FOTOFAKT
ABU-nun sabiq rektorunun oğlunun ermənilərlə "iş birliyi" - FOTOFAKT
ABU-nun sabiq rektorunun oğlunun ermənilərlə "iş birliyi" - FOTOFAKT
ABU-nun sabiq rektorunun oğlunun ermənilərlə "iş birliyi" - FOTOFAKT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulları alırlar… - İLGİNC FAKTLAR


Fövqəladə Hallar Nazirliyinin tibb sahəsi üzrə formalaşdırılan üç qurumunun birləşdirilməsi üçün işlərə başlanılıb.

DİA.AZ bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, FHN-nin Tibb Xidməti, Tibb Mərkəzi və Xüsusi Həkim Ekspertiza Komissiyasının vahid qurum kimi fəaliyyət göstərməsi üçün layihə hazırlanır. Layihənin hazırlanması isə FHN-nin Tibb Mərkəzinin yeni rəisi təyin olunan polkovnik Xanım Sofiyevaya həvalə olunub.

Xanım Sofiyeva artıq sənədləri hazırlayaraq təsdiqlənməsi üçün FHN-in hüquq idarəsinə göndərsə də, müvafiq çatışmazlıqlar səbəbindən geri qaytarılıb. İndi Xanım Sofiyevanın rəhbərliyi altında bu sənədin yenidən hazırlanması istiqamətində işlər aparılır. Burada ştat cədvəllərinin artırılması da nəzərdə tutulur. Vahid tibb xidməti ilə bağlı sənəd təsdiqlənərsə, bu qurumun rəhbəri olacaq şəxsin rütbəsi də generala kimi yüksələcək.
FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulları alırlar… - İLGİNC FAKTLAR

Xanım Sofiyeva

Qeyd edək ki, 16 dekabr 2014-cü ildə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa olunmuş Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının açılışını edib. Üstündən 8 il keçməsinə baxmayaraq, bu qurumda tibb sahəsi üzrə ciddi maddi-texniki çatışmazlıqlar var. Hazırda Tibb Mərkəzinin binası ilə FHN Bakı Regional Mərkəzinin binasının yerdəyişməsi prosesi gedir ki, bunun üçün də külli miqdara maliyyə vəsaiti ayrılıb və iş Xanım Sofiyevaya tapşırılıb.
FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulları alırlar… - İLGİNC FAKTLAR

Tibb Mərkəzinin yeni inzibati binasının açılış mərasimi

Buna cavabdeh olan şəxslər (Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəis müavini Namiq Qayibov) vəzifələrini möhkəmləndirmələrinə baxmayaraq, Tibb Xidməti və Tibb Mərkəzində xeyli sayda yüksək rütbəli şəxslər istefa verməli olublar. Bəziləri isə vəzifələrindən çıxarılıblar.

İddia edilir ki, vahid tibb mərkəzi təsdiqləndikdən sonra bu qurumun başına rəhbər gətirləcək polkovnik Xanım Sofiyeva ona mane olan bütün işçiləri də vəzifəsindən uzaqlaşdıra bilib. Həmin quruma rəhbər vəzifəsinə namizəd ola biləcək Tibb Mərkəzinin sabiq rəisi, tibb xidməti polkovniki Kamal Namiq oğlu Əliyev, tibb xidmətinin iqtisadi işlər üzrə rəis müavini - polkovnik Rəfiq Faiq oğlu Mirişli və tibb xidməti mayoru Mirzəyeva Aidə Rəfail qızını da uzaqlaşdırmağı bacarıb.

Xatırladaq ki, Kamal Əliyev mərhum akademik Namiq Əliyevin oğlu, Aida Mirzəyeva nazirin 1-ci müavini, general-leytenant Rəfail Mirzəyevin qızıdır. Rəfiq Mirişlinin atası, professor Faiq Mirişli uzun illər Naxçıvan Dövlət Universitetinin prorektoru olub və xalq artisiti Ramiz Mirişlinin qardaşı oğlu, eyni zamanda "Dan ulduzu" ansamblının rəhbəri olmuş mərhum Həsənağa Qurbanovun bacısı oğludur.
FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulları alırlar… - İLGİNC FAKTLAR

Kamal Əliyev

Onların arasında bu ilin aprel ayında vəzifələrindən azad olunaraq, sərəncama göndərilən maliyyə şöbəsinin rəisi Anar Ələkbərov, dərman şöbəsinin rəisi polkovnik-leytenant Rəşad Feyzullayev, öz istəyi ilə işdən gedən statistika şöbəsinin rəisi Afaq Hüseynova da var.

Onu da bildirək ki, hazırda FHN-nin Tibb Xidməti ümumi şöbəsinin rəisi mayor Sevər Hacıyeva FHN-nin Tibb Mərkəzinin Zığdakı Modul Tipli Hospitalından da qeyri-rəsmi olaraq 1000 manat əmək haqqı almaqlda orda da işə çıxıbmış. Sevər Hacıyevanı bura sabiq vergilər naziri Fazil Məmmədovun bacısı oğlu İlyas Həsənov aparıb. İlyas Həsənov "Synergy Group" MMC-nin icraçı direktoru vəzifəsində də çalışıb.

Sevər Hacıyeva bir neçə ay əvvəl (dəfələrlə təkrarlanıb) restoranların birində rəsmi formada qəlyan çəkərkən FHN-nin mayoru, Yanğın Nəzarəti Xidmətinin Nümayim adlı əməkdaşının etirazı üzləşib. Nümayim ona restoranda FHN-nin formasında belə hərəkət etməsinə görə irad bildirib. Daha sonra FHN-nin xanım və kişi əməkdaşının mübahisəsi təmsil etikləri qurumda da davam edib. Həmin günün səhəri qurumun binasının liftində onlar yenidən mübahisə ediblər.

Bundan qəzəblənən Sevər Hacıyeva Nümayim haqqında müvafiq vəzifəli şəxslərə şikayət edərək, onu vəzifəsindən qovdurmağı bacarıb. O, Nümayimlə aralarında olan mübahisəni avtomobilində video görüntüyə də çəkib. Hazırda Nümayim tapdalanmış haqqını bərpa elətdirmək üçün Sevər Hacıyevanı məhkəməyə verib və bu işlə bağlı məhkəmə çəkişməsi gedir.

İddiaya görə, Sevər Hacıyeva Nümayimi qovdurmaqda general-mayor Sevda Şirinovanın, daxili təhqiqat mayoru Tural Məmmədovun, nəzarət təftiş xidmətinin əməkdaşı Nicat Ağayevin dəstəyindən istifadə edib. Nicat Ağayevin "Gömrük işi"nə görə həbsdə olan general-mayor Ehtiram Xəlilovun yaxın qohumu olduğu da deyilir. Sevər Hacıyeva həm də Xanım Sofiyevaya ilə yaxındır. Sevər Hacıyevanın yuxarıda adını sadaladığımız şəxslərə arxayın olub qurumda istədiyini edə bildiyi deyilir.
FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulları alırlar… - İLGİNC FAKTLAR

Qəşəm Məmmədov

Sevər Hacıyevaya digər vəzifəli şəxslər - nəzarət təftiş komissiyasının rəisi, "Tuz Qəşəm" ləqəbli Qəşəm Məmmədov, Mülki Müdafiə Qoşunlarının məntəqə həkimi, FHN-nin Tibb Mərkəzinin sabiq rəisi Ərəstun Əliyev də ona dəstək verirlər. Hazırda qeyri-rəsmi olaraq Ərəstun Əliyev FHN-nin Tibb Mərkəzinin Zığdakı Modul Tipli Hospitalı üzrə cavabdeh şəxsdir. Ona xidməti avtomobil də Xanım Sofiyeva təşkil edib. Xanım Sofiyevaya yalnız yüksək vəzifəli generalların tapşırığı ilə vəzifə tutan şəxslərlə yaxınlıq edir.

İddiaya görə, Ərəstun Əliyev FHN-nin Tibb Mərkəzinin rəisi vəzifəsindən azad olunduqdan sonra ondan üz döndərən işçilərdən "qisasını” Xanım Sofiyevanın əliylə almağa çalışır.

Tibb Mərkəzinin rəisinin müavini, polkovnik Eydun Rzayev, Mərkəzin kadrlar şöbəsinin rəisi, mayor Adil Aqilov vəzifəsindən kənarlaşdırılıb. Aqil Aqilovun nazir müavini, general-mayor Teymur Mehdiyevin köməkçisi olan qardaşı da vəzifəsindən uzaqlaşdırılıb. Maliyyə şöbəsinin əməkdaşı, baş leytenant Əliqulu Quluzadə, həkim Rəfail, fizioterapist Şəhla da işdən çıxarılıblar. Xanım Sofiyeva öz əvvəlki yerinə - Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi vəzifəsinə kosmetoloq Pərvanə Babayevanı təyin elətdirib.

Bir sözlə Xanım Sofiyevə uzun müddətdir işə çıxmayan, səhhətində ciddi problem yarandığı deyilən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Cavad oğlu Tağı-zadənin dəstəyi ilə bugünki vəzifəsinə gəlib çıxıb. Hazırda isə Xanım Sofiyeva deyilənə görə general-leytenantı Faiq Cavad oğlu Tağı-zadənin ən böyük rəqibinə çevirilib.

Yeri gəlmişkən FHN Tibb Xidməti rəisi, tibb xidməti polkovniki Pərviz Vəliyevin də yaxın vaxtlarda təqaüdə göndəriləcəyi ilə bağlı ehtimallar var. Çünki xidmetkeçmənin son yaş həddindən 4 il ötüb. Hazırda Pərviz Vəliyevin də Xanım Sofiyevanın rəqibinə çevrilməsinə baxmayaraq, nazirlikdə güclü nüfuza sahib adam kimi tanınır.
FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulları alırlar… - İLGİNC FAKTLAR

Məhbubə Vəliyeva

Pərviz Vəliyevin anası Məhbubə Vəliyeva ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının müdiridir. O, nazirin həyat yoldaşı Ruhəngiz Heydərova ilə birgə hazırladıqları "Biyan” adlı dərman preaparatları müssisəsinə sahibdirlər. Onlar hazırda biyan əsasında 60 Avroasiya və milli patentin sahibidir.

Onu da bildirək ki, 2019-cu ildə "Babasil əleyhinə vasitənin alınma üsulu” Avroasiya patenti №024167 Patentin sahibləri - Heydərova Ruhəngiz Muxtar qızı, Vəliyeva Məhbubə Nəbi qızı və Vəliyev Pərviz Mustafa oğlu qızıl medala layiq görülüblər.
FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulları alırlar… - İLGİNC FAKTLAR

Bir sözlə, bu yolla yüksək vəzifə tutan Pərviz Vəliyev Bakıda və rayonlarda kifayət qədər böyük biznesə, mülklərə malikdir. Onun Bakının Mərdəkan qəsəbəsində qiyməti milyonlarla dəyərləndirilən 3 mərtəbəli bağ evi, Badamdar qəsəbəsində bir villası, Maştağa qəsəbəsində iki mərtəbəli evi, heyvandarlıq təsərrüfatı obyekti, Qaxda arıçılıq təsərrüfatı, Binəqədidə, Heydər Məscidinin yanında bir evi olduğu halda, dövlətin mənzil-kirayə pulundan da yararlanır. Polkovnik qeyri-qanuni olaraq illik FHN-dən 6900 manat kirayə pulu da alır.
FHN-də "taxt oyunları": Milyonluq malikanələri olan zabitlər kirayə pulları alırlar… - İLGİNC FAKTLAR

Pərviz Vəliyev

İddiaya görə, son yaş həddinin xidmət müddəti 7 il keçmiş FHN Tibb xidməti Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovnikı Salman Məmmədov ve digər tibb xidmətinin əməkdaşları evləri olduğu halda, saxta sənəd düzəldərək küli miqdarda kirayə pulu alıblar. FHN nəzarət təftiş idarəsinin rəisi Qəşəm Məmmədov da buna olaraq göz yumub.

Onların bu güzəştlərdən yararlanması FHN-nin sözügedən qurumlarının əməkdaşları arasında ciddi narazılıqlarla qarşılanıb. Bir neçə gün əvvəl Kəmaləddin Heydərov Tibb Mərkəzinə gələrək, oradakı catışmamazlıqlara görə mərkəz rəhbərinin müavini, Davud adlı şəxsi danlayıb. Nazir onun vəzifə və rütbəsini bir pillə aşağı salmaq haqqında göstəriş versə də, Xanım Sofiyeva öz kadrı olan Davudu Sevda Şirinovanın dəstəyi ilə qoruya bilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyev həbs olunmalıdır… - Rauf Əliyev bir mənzili bir neçə nəfərə satıb…


Biz bir media olaraq bütün araşdırma yazılarımızda təkcə problemləri sadalamaqla kifayətlənmirik. Və daha çox çalışırıq ki, problemin yaranma səbəblərini ortaya qoyaq, vətəndaşlara məsələ ilə bağlı hüquqi bilgilər verək. Ki, aldadılan vətəndaşlarımız az olsun, vətəndaşlar öz hüquqlarını müdafiə edə bilsin və s.

Ona görə də Mənzil-Tikinti Kooperativləri ( MTK) ilə bağlı oxucularımıza qısa bir bilgi verək. Mənzil-Tikinti Kooperativləri nədir?

Mənzil-Tikinti Kooperativləri fiziki və hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyidir. Mənzil-Tikinti Kooperativləri istehlak kooperativləri olmaqla, üzvləri əmlak pay haqları hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və müəyyən dövr ərzində binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsində iştirak edirlər. Mənzil-Tikinti Kooperativlərindən mənzil alarkən alıcı nələrə diqqət etməlidir?

Alıcı ilə kooperativ arasında müqavilə imzalanarkən:

1. Alıcı, kooperativin ortaq (assosiativ) üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış tələb etməli;
2. Kooperativin müqaviləsini imzalayacaq vəzifəli şəxsin koopertivə məxsus əmlakı satmaq səlahiyyətinə malik olub-olmamasını aydınlaşdırmalı;
3. Alıcı almaq istədiyi mənzilin məhz müqavilədə göstərilən ünvanda, mərtəbədə, dəyərini ödədikləri ölçülərə uyğun gələn və qeyd edilən kooperativə məxsus binada mənzil olduğuna tam əmin olmalı;

4. Müqavilədə mənzilin nə zaman və necə vəziyyətdə tikilib təhvil veriləcəyi göstərilməli;

5. Alıcı, mənzilin ödənişinin və borcunun olub-olmaması haqqında maliyyə arayışı tələb etməli;

6. Müqavilə üzrə ödənməli vəsaitlər kooperativin bank hesabına ödənməli, faktiki ödədikləri məbləğin müqavilədə və mühasibat sənədlərində tam əks etdirilməsini tələb etməli;

7. Mənzilin yerləşdiyi binanın tikinti obyektlərini dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunub – olunmadığı araşdırılmalıdır. Çünki binanın istismara təhvil verilməməsi həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsini qeyri-mümkün edir.
Nəticədə alıcı unutmamalıdır ki, kooperativin səlahiyyətli və tam hüquqlu üzvü (payçısı) olaraq tikinti bitdikdən sonra kooperativdən razılaşdırılmış mənzili almaq və ya tələb etmək hüququ var. Bəli, bu qısa bilgidən sonra keçək əsas problemə.

Redaksiyamıza müraciət edən payçı Yasamal rayonu, Şərifzadə küç., 571-ci məhəllə ev 33 ünvanında yerləşən “Dərəçiçək” MTK-nın payçıların başına açdığı oyunlardan şikayət etdi. Şikayətçinin dediyindən bəlli oldu ki, MTK yuxarıdakı ünvanda 2009-cu ildən bina tikməyə başlayıb. Və bizə müraciət edən vətəndaş həmin ünvanda mənzil almaq üçün müqavilə bağlayaraq 98 min ABŞ dolları və 80 min AZN pul keçirib. Vətəndaşın bizə təqdim etdiyi MALİYYƏ ARAYIŞINDAN görünür ki, pulun keçirilməsi ilə bağlı sənədi MTK-nın direktoru Əhmədov.S.R öz möhürü ilə təsdiq edib.

Bəli, sənədlərdən görünür ki, vətəndaş binadan 3 otaqlı, sahəsi 133, 5 kv.m mənzil almaq üçün 93 min 450 manat pul keçirib. Yəni adi hesabdan da görünür ki, 93450: 133.5 təxminən 700 manat. Yəni 1 kv metr mənzil 700 manata satılır. Ancaq əslində bu binada mənzilin 1 kv.m 170 manata başa gəlir. İkinci sənəddən bəlli olur ki, vətəndaş həmin binadan 2 otaqlı 93.5 kv.m sahəsi olan mənzili almaq üçün 65 min 450 manat pul köçürüb. Yenə 65000: 93.5 = 700 manat. Yəni yenə 1 kv.m-in qiyməti 700 manatdır. Bu mənzil üçün də MTK-nın direktoru Əhmədov.S.R-in verdiyi maliyyə arayışından bəlli olur ki, payçı pulunu tam köçürüb.

Bəs yaxşı 13 il əvvəl pulunu köçürmüş, əlində bütün sənədləri olan vətəndaş niyə qanuni mənzillərinə sahib ola bilmir..?
Bəli olur ki, MTK rəhbərliyi mənizlləri başqa birinə satıb. Və vətəndaşa deyir ki, yeni bina tikəcəyik orada sizə mənzil verəcəm. Bəli, bu gün MTK-ların payçıları aldatması, bir mənzili bir neçə nəfərə satması az qala adi hal olub. Və ən dəhşətlisi odur ki, bəzi hüquq-mühafizə orqanları, məhkəmə hakimləri belə dələduz MTK rəhbərlərinə himayədarlıq edirlər.

Sözün düzü araşdırma zamanı sənədlərə imza atan Əhmədov.S.R-in kimliyini müəyyən edə bilmədik. Amma şikayətçilərin adını çox çəkdiyi və MTK-ya faktiki rəhbərlik edən Rauf Əliyevlə bağlı bəzi məlumatları dəqiqləşdirə bildik. Rauf Əliyev vaxtilə “Qosstandart” deyilən qurumda rəhbər vəzifədə çalışıb. Və hazırda tikinti biznesi ilə məşğul olur. Rauf Əliyev təkcə bir mənzili bir neçə nəfərə satmaqla kifayətlənmir. Həm də satılan mənzillər təmirsiz olur, binada liftlər işləmir və s. Binanın qaz, su xətləri işləmir, sakinlər özləri kommunal xətləri çəkiblər. “Dərəçiçək” MTK şirkətinin rəhbəri Rauf Əliyev hər dəfə problemlərin yaxın zamanda həll olunacağını desə də, illərdir bir irəliləyiş yoxdur. Payçıların çoxu vaxtilə ödənişi ABŞ dolları ilə etdiklərini və son 10 ildə manatın məzənnəsinin necə dəyişdiyini deyərək, bu illər ərzində nə qədər ziyana düşdüklərini bildirirlər. Bəzi payçılar pullarını geri tələb edirlər.
Görəsən pul qaytarılsa, hansı kursla qaytarılacaq..? 2022-ci il, yoxsa 2009-cu il kursu ilə..?

Sözün qısası, Dərəçiçək MTK-nın sahibi Rauf Əliyev həbs olunmasa, problemlər həll olunan deyil.gundelik-baku.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyənin Azərbaycandakı məşhur şirkətinin dövlətə borcu üzə çıxdı - FOTOFAKT


Türkiyənin Azərbaycandakı məşhur şirkəti "Sinerji Pro"nun dövlətə vergi borcu üzə çıxıb.

Şirkətin bu günə olan vergi boru 50 min manata yaxındır (49913.14AZN).

Rəsmi sənədlərdə adı "Sinerji Proje Yönetimi Elektrik Elektronik Ve Sağlık Teknolojileri Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı olan şirkətin rəhbəri Ufuk Aydındır.

16.09.2009-ci il tarixində dövlət qeydiyyatına alınıb. 32gun.az
Türkiyənin Azərbaycandakı məşhur şirkətinin dövlətə borcu üzə çıxdı - FOTOFAKT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
500 evlik bir kəndin 300 dəlisi var: Onlar hərbidən belə yayınıb - ŞOK İDDİA


Nə yazıq ki, son vaxtlar sosial medialarda belə məlumatlar dərc edilir ki, hansısa məmur şəhid anasına, "Neyniyim oğlun şəhid olub", yaxud müharibə əlillərinə "neyniyim əlilsən, mənim üçün döyüşməmisən ki, özün üçün döyüşmüsən də" kimi ifadələr işlədiblər.

Maraqlıdır, o oğullar necə özləri üçün döyüşüb ki, əllərinə silah götürüb, ölümün üstünə gediblər, o anaları, o valideynləri də təbii ki, bu tip məmurlar ümumiyyətlə anlamazlar, çünki, onlar o atalar, o analar kimi şərəfli oğul böyüdüb, "kişilik məktəbi" adlandırılan hərbi xidmətə, müharibəyə göndərməyiblər.

44 günlük müharibə ərəfəsində, baxmayaraq ki, pandemiya dövrü idi, ölkəyə giriş-çıxış sərbəst deyildi, amma əksər məmurların oğulları, kürəkənləri ölkədən hansısa yollarla çıxmışdılar. Cavan məmurlar özləri də xeyli azalmışdı, əksəriyyəti "xaricdə müalicədə" idilər ya da o adla səfərbərlikdən yayınırdılar, deyə bilmərik, gerçək olan isə budur ki, zəfər savaşında heç bir məmurun "oğlun şəhid oldu" deyilib, qucağına bayraq verilmədi. Əksinə, müharibə sakitləşən kimi, çox məmurlar el dilində desək "şirə dönüb, düşdü qazi və veteranların üstünə. Nəcə dəyərlər düşmənə GÜC gələn igidlərə, təklikdə "güc " göstərib, problem ictimailəşdirildikdə isə "xəbərim olmayıb sığortası"ndan istifadə etməklə "aydan arı, sudan duru" olduqlarını göstərməyə çalışan səlahiyyət sahiblərinin bir qismi də hərbi komissarlıqlarda əyləşən səlahiyyət sahibləri idi.

Sizi deyə bilmərik, söhbət hərbi komissarliqların özündənrazı səlahiyyət sahiblərindən düşəndə, bizim ağlımıza ilk gələn Beyləqan hərbi komissarlığı oldu.

Yəqin ki, siz də xatırlamış olarsınız ki, ötən il bir qrup Beyləqan rayon sakinləri - şəhid və qazi ailələri "DogruXeber.az" redaksiyasına məktubla müraciət edib, Ş.H.X.Ç.D.X-nin Beyləqan rayon şöbəsinin rəisi Əlsafa Musa oğlu Məmmədovun 2020-ci ildə müharibə ərəfəsində 7-10 min manat rüşvət müqabilində bir neçə imkanlı rayon sakinlərini hərbi səfərbərlikdən yayınırdırdığı barəsində məlumat vermişdilər.

Sakinlər bizə Əlsafa Məmmədovun oturduğu hər məclisdə Arzu Rəhimovun qohumu olduğu ilə qürrələnməsini bildirmişdilər.

Doğrusu, bunu sakinlərdən eşidəndə, o qədər də inandırıcı gəlmədi. Düşündük, bəlkə şişirdilmiş şaiyədir. Lakin, eşidəndə ki, Əlsafa Məmmədov qardaşının məhkumluq həyatı olmasına rəğmən bu vəzifədə çalışır, daha "qohumluq əlaqələri"nə şübhəmiz qalmadı.

Üstəlik, sakinlərin şikayətləri ictimailəşdirildikdən sonra Əlsafa Məmmədovu işdən çıxarmaq əvəzinə, eyni vəzifə ilə Sabirabad rayon Hərbi komissarlığına köçürülməsi, yəni Arzu Rəhimovun Əlsafa Məmmədovun öz dili ilə desək, qohumunu "bığdan götürüb, saqqala qoyması" nəinki isti münasibətlərin olduğuna dair şübhələri aradan götürdü, hətta əminlik hissi belə yaratdı.

Yeri gəlmişkən, indi sizə "DogruXeber.az" olaraq, elə bir məlumat verəcəyik ki, məəttəl qalacaqsınız.

Ya da yox, inanmırıq ki, o qədər təəccüblənəsiniz, çünki, bu məsələ artıq, çoxlarınıza tanış - ən əsası da 2020-ci ilin sentyabrından bəri çoxlarınızın rastlaşdığınız, şahidi olduğunuz məsələdir.

Hörmətli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun "diqqət və qayğısı" sayəsində yerlərdəki hərbi komissarlıqlar özləri üçün "əsgər biznesi" qurublar.

Necə?
Aşağıdakı videonu diqqətlə və sona qədər izləyin, o zaman özünüz də buna şahid olacaqsınız.

Gördüyünüz kimi, "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" youtube kanalında, "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Kazım Cəbrayılov Şamaxı rayonunda baş verən bir neçə şokedici faktlar açıqladı.

Əslən Şamaxı rayonundan olan və Sabirabad rayon "Nizami kənd" kəndində yaşayan Kazım Cəbrayılov bildirir ki, Şamaxı rayonunun bir kəndində 300 (üç yüz) nəfər "dəli" var. Yəni, bu imkanlı şəxslərin müharibədən yayınmaq üçün hərbi komissarlıqdan 5.000 (beş min) manata aldıqları diaqnozdur. Özü də Kazım Cəbrayılovun dediyinə görə, güya "psixiatrik problemləri olan" bu şəxslərin hamısının sürücülük vəsiqəsi, avtomobili və normal işi var.

Maraqlıdır, "dəli" olduğu üçün müharibəyə aparılmayan bu şəxslər, sürücülük vəsiqəsi alarkən, tələb olunan tibbi arayış üçün müayinələrə nə kimi cavab veriblər?

Bundan əlavə evində rahat oturub, öz biznesi ilə məşğul olan, müharibə ərəfəsində dövlət əmlakı olan iki yük avtomobilini idarənin sürücüləri ilə müharibəyə, odun-alovun içinə göndərən Şamaxı rayon Yol idarəsinin müdiri Nazim Eynallıya şəxsi imzası ilə fəxri fərman verən Arzu Rəhimov, görəsən həmin dövlətin əmlakı olan yük avtomobillərini müharibə zonasında idarə edən sürücülərə niyə "ögey"lik göstərib, adlarını "bir çürük qozla" da anmadı?

Yeri gəlmişkən, onu da qeyd edək ki, Kazım Cəbrayılovun bu açıqlamaları "Kanal14"də efirə gedər-getməz Arzu Rəhimovun"qoruyucu mələk"ləri dərhal hərəkətə keçdilər.
Aldığımız məlumata görə, proqramın efirdən çıxarılması üçün Kazım Cəbrayılovun özünə, atasına minnətçi düşüblər ki, "Gərək Arzu Rəhimovun adını çəkməzdin. Onu çalış efirdən sildir."

Xatırladaq ki, Beyləqan rayon hərbi komissarlığının rəisi Əlsafa Məmmədovun barəsində məlumat yayımladığımız zaman da həmin məlumatların yayımdan qaldırılması üçün də bir neçə müxtəlif şəxsləri, hətta bəzi həmkarlarımızı belə elçi salmışdılar.

Görəsən, adının mətbuatda çəkilməsindən bu qədər narahat olan Arzu Rəhimov tabeçiliyində çalışan işçilərinə konkret tapşırıqlar verib, problem yaradan korrupsioner əməkdaşlarını işdən çıxarmaqla, yaxud digər qanunamüvafiq qaydada cəzalandırmaqla, məsələni kökündən həll edə bilməzmi?

Mövzuya qayıdacağıq və növbəti yayımlarımızda daha da şokedici

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?