[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş deputatın bank sektorunda REANKARNASİYASI... - NƏ BAŞ VERİR?

“Muğan Bank” ASC-nin bağlanmasından sonra ona yaxın olan investisiya şirkəti bazarda mövqe gücləndirmək yolundadır.

Banker.az xəbər verir ki, “MFX-Trading İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı daha 150 000 manat və ya 15.6% artırılaraq 1 110 000 manata yüksəldilib.

“MFX-Trading İnvestisiya Şirkəti” ASC 2020-ci ildə təsis edilib və həmin il Mərkəzi Bankdan bazarda iştirak üçün lisenziya əldə edib.

İnvestisiya şirkətinin nizamnamə kapitalının 40%-i Anar Nəbiyev, 34%-i Cəmşid Novruzov və 26%-i isə Zərifə Həsənova adlı fiziki şəxslərə məxsusdur.

“MFX-Trading İnvestisiya Şirkəti” yarandığı gündən kapital bazarında zəif iştirak edir. Bunu Bakı Fond Birjasındakı dövriyyələr də göstərir. İlk yarandığı gün bir qədər aktivlik göstərsə də son iki ildə məhdud sayda əməliyyatlar aparıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Azərbaycan Mərkəzi Bankı “MuğanBank” ASC-nin lisenziyasını kapital çatışmazlığını səbəb gətirərək ləğv edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş hakim BİZNESƏ GİRİŞİB... - İDDİA

Azərbaycanda məmur övladlarının biznes sahəsi ilə məşğul olması barədə mətbuatda çoxsaylı məlumatlara rast gəlmək olar. Bu məmur övladları valdeynlərinin rahat şəkildə əldə etdikləri pullar hesabına rahat biznes sahələri yaradırlar.

AzFakt.com-un əldə etdiyi məlumata görə belə məmurlar övladlarından biri də Bakı Apelyasiya Məhkəməsinin keçmiş sədri İman Nağıyevin oğlu Rüstəm Nağıyevdir.

Mötəbər mənbədən əldə etdiyimiz məlumata görə Rüstəm Nağıyev Quba rayon Qəçrəş kəndində dəyəri bir neçə milyon manat olan otel və restoran biznesinə sahibdir.

Belə ki, Rüstəm Nağıyev Quba rayonunun ən prestijli zonası olan Qəçrəş kəndində 1,2 hektar ərazidə tikinti sahəsi 1144 kvadrat olan 2 mərtəbəli otel inşa etdirib.

Rüstəm Naığyevin Qubadakı mülkü bununla bitmir.

O, tikinti sahəsi 668 kvadrat metr olan daha bir restoran inşa etdirib. Bu restoran bir mərtəbədən ibarətdir.

1.2 hektar ərazidə yerləşən və ümumi sahəsi 4200 kvadrat olan otel və restoranın hazırkı bazar qiyməti bir neçə milyon manata dəyərləndirilir.

Ümumi sahəsi 857 kvadrat olan obyektin hazırkı bazar qiymətinin 1 milyon manatdan çoxdur.

Qeyd edək ki, Rüstəm Nağıyevin atası İman Nağıyev uzun müddət məhkəmə-hüquq sistemində yüksək vəzifələrdə çalışıb.

İman Nağıyev 2000-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2007-ci 2021-ci ilə qədər Bakı Apelyasiya Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Həmçinin 2005-2023-cü illərdə Hakimlərin Seçki Komitəsinin sədri vəzifəsində işləyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Asfalt Raqib” təbiətin QƏSDİNƏ DURUB... - Prezidentə müraciət olundu

Ölkədə ekolojir durumla bağlı ardıcıl fəaliyyəti ilə diqqətə gələn "Ecofront" nümayəndələri kömək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıblar. Dia-az.info redaksyamıza daxil olan həmin müraciəti təqdim edir:
"Cənab Prezident, 2021-ci ildə Lənkəran rayonunun Haftoni və Girdani kəndləri yaxınlığında aqrobağ salınması məqsədi ilə məhv edilən Hirkan meşələrindəki vəziyyəti ictimaiyyələşdirməyimizə reaksiya olaraq BetaTea şirkətinin məhv etdiyi 5 hektar meşə ərazisinə yenidən meşə bitkiləri əkildi və 43 hektar meşənin məhvini nəzərdə tutan müqavilə ləğv edildi.
Lakin həmin əraziyə bitişik meşə zolağında 130 hektar meşəni məhv edən "Asfalt Raqib" ləqəbli yerli məmur-sahibkarın gördüyü dağıdıcı fəaliyyətə heç bir hüquqi qiymət verilmədi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı audit yoxlamasına görə məlum olmuşdur ki, icarəçi nəinki ETSN naziri Muxtar Babayevin məhvinə razılıq verdiyi 100 hektar Hirkan tipli relikt meşəni məhv edib, üstəlik gözləri doymayıb 30 hektar da əlavə meşəni ləğv ediblər. Audit yoxlamasının nəticəsinə əsasən nazir Muxtar Babayev müqavilənin ləğvinə əmr versədə, hələ də əmr icra olunmayıb. 30 hektar əlavə məhv edilmiş ərazidə dövlət vəsaiti hesabına yenidən meşə bərpa tədbirləri görülsə də, 130 hektar meşəni məhv etmiş sahibkara qarşı heç bir hüquqi tədbir görülməmiş və o indi 100 hektar məhv edilmiş meşə zolağında aqropark salınmasına davam edir.
ETSN naziri Muxtar Babayevin bu mövzuda çarəsizliyini nəzərə alaraq sizə müraciət etmək qərarına gəldik. Bu dağıdıcı fəaliyyətin tamamilə dayandırılmasına, müqavilənin ləğv edilməsinə və məhv edilmiş ərazidə meşə bərpa tədbirlərinin başladılmasına göstəriş verməyinizi xahiş edirik".

“Asfalt Raqib” təbiətin QƏSDİNƏ DURUB... - Prezidentə müraciət olundu
“Asfalt Raqib” təbiətin QƏSDİNƏ DURUB... - Prezidentə müraciət olundu
“Asfalt Raqib” təbiətin QƏSDİNƏ DURUB... - Prezidentə müraciət olundu
“Asfalt Raqib” təbiətin QƏSDİNƏ DURUB... - Prezidentə müraciət olundu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elm və Təhsil Nazirliyinin Eşqi Bağırov “fenomeni” – bu gəncin sürətli irəliləyişinin arxasında hansı qüvvə dayanır?

Elm və Təhsil Nazirliyində Eşqi Bağırov “möcüzəsi” haqda çox yazılıb. Uzun illərdir haqqında, demək olar ki, hər gün şikayətlər edilən, sıravi müəllimlərin belə əlindən dad-aman etdiyi bu gənc adam hər kimdirsə, təhsil sektoru üçün vacib personaya çevrilməsi, istər-istəməz maraq doğurur.
Ötən ilin oktyabrında Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunan E.Bağırovun o qədər də çox yaşı yoxdur. O, əmək fəaliyyətinə 2014-cü ildə Təhsil Nazirliyinin İnsan resursları şöbəsində məsləhətçi kimi başlayıb.
2016–2017-ci illərdə həmin şöbədə sektor müdiri, müdir müavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildən nazirliyin Aparat rəhbərinin müavini səlahiyyətlərinin icrası ona həvalə edilib.
Eşqi Bağırov 2006–2010-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat, 2019–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda ADA Universitetində dövlət idarəetməsi ixtisası üzrə ikinci magistratura təhsilini alır.
Düzdür, E. Bağırov da ETN-in digər vəzifəliləri kimi pedoqoji təhsilli deyil, lakin təhsil karyerasına baxanda kifayət qədər uğurlu bir gənc təsiri bağışlayan qəhrəmanımızın vəzifə karyerasında təəssüf ki, müsbət çalarlar tapmaq müşkülə çevrilib. Diqqətli oxucu xatırlayar, bir müddət əvvəl E.Bağırovun adı məhkəmə işində hallanmışdı. Belə ki, 34 nömrəli tam orta məktəbin sabiq direktoru Rəhman Hacıyevin yaxın qohumu, Rəfael adlı şəxsin 13 il Lənkəranda müəllim işləyən Könül adlı şəxsdən Bakıda sözügedən məktəbdə müəllim vəzifəsinə düzəlmək adı ilə 15 min manat pul alması ilə bağlı keçirilən məhkəmə prosesində E.Bağırovun da adı hallanırdı. Bildirilirdi ki, həmin şəxs pulun E.Bağırova çatacağını deyib. Bundan əvvəlsə “qəhrəmanımızın” adı müəllim qruplarına kart göndərtdirərək pul yığmaqda hallanmışdı. Müəllimlərə həmin vəsaitlərin guya “şəhidlər fonduna” yığıldığı bildirilib. Vəsait üçün müəllim qruplarında paylaşılan kart isə şəxsən E.Bağırovun özünə aid olub. Bir məmurun qeyri-rəsmi formada, şəxsi kart vasitəsilə yardım adı altında pul yığdırması kifayət qədər ciddi hadisə olsa da, E.Bağırov “möcüzəsi” burdan da problemsiz adlaya bildi. Hətta bu və bu kimi digər məsələlər ictimailəşdikdən sonra E.Bağırovun vəzifədə bir pillə də irəli çəkilməsi təbii ki, maraq doğurur. Kimdir Eşqi Bağırov? Arxasında kim, yaxud hansı qüvvə dayanır?
Mövzu ilə bağlı saytımıza danışan mənbə E.Bağırov haqda ciddi iddialar səsləndirib. Bildirilir ki, Bağırovu Azərbaycanda dəstəkləyən, karyerada sürətlə irəliləməsinə dəstək olan qüvvə FETO-dur. “Əslində hər qurumda bir, yaxud bir neçə eşqi bağırov var: karyerada sürətlə irəliləyən, bir neçə ali təhsilə malik, qurum içərisində gizli rəhbərlik edən şəxs(lər) bütün qurumlarda mövcuddur. Bunların əksəriyyətini himayə edən gizlin qüvvələr də var. Eşqi Bağırovda bu qüvvə FETO-dur” – deyə mənbəmiz iddia edir.
Qeyd edilənlərlə bağlı E.Bağırovun mövqeyini verməyə hazırıq.
Elm və Təhsil Nazirliyinin Eşqi Bağırov “fenomeni” – bu gəncin sürətli irəliləyişinin arxasında hansı qüvvə dayanır?
Elm və Təhsil Nazirliyinin Eşqi Bağırov “fenomeni” – bu gəncin sürətli irəliləyişinin arxasında hansı qüvvə dayanır?
AFN.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Agentliyin keçirdiyi tenderin məlumatları portala niyə gec yerləşdirilib? – FOTOFAKT

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) 2 saylı Gəncə “ASAN Xidmət” Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Deepdive” MMC (VÖEN - 1202984711) şirkəti olub.
Müsabiqənin şərtinə görə “Deepdive” MMC 2023-cü ilin 8-31 dekabr tarixləri ərzində 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində çirkab suların çəkilməsi və daşınması xidmətini həyata keçirəcək. Çirkab suyun çəkilməsi və daşınması üçün “ASAN xidmət” “Deepdive” MMC-yə 22 min 531 manat 63 qəpik ödəyəcək.
Tender müsabiqəsi ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, müsabiqə ilə bağlı məlumat dövlət satınalmalarının vahid internet portalında 29 yanvar 2024-cü ildə dərc olunub. Lakin, tender müsabiqəsinin icra müddəti ötən ilin dekabr ayı göstərilib. Bu isə o deməkdir ki, “ASAN Xidmət” qalib şirkətlə müqaviləni dekabr ayının 8-dən əvvəl imzalayıb.
Agentliyin keçirdiyi tenderin məlumatları portala niyə gec yerləşdirilib? – FOTOFAKT

“Dövlət satınalmaları haqqında” Qanunun (https://e-qanun.az/framework/54966) 38.11-ci maddəsində yazılır ki, satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə portalda məlumat yerləşdirir.
Göründüyü kimi, ötən ilin dekabr ayının 8-də icrasına başlanılan tender ilə bağlı məlumatların bu ilin yanvar ayının 29-da portalda dərc olunması Qanunun qeyd olunan tələblərinə ziddir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Direktorun qoçu dəstəsi, ayaqyoluda açılan angioqrafiya, aşağılanan həkimlər... - NƏ BAŞ VERİR?

Son illər Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın fəaliyyəti ilə bağlı mətbuatda dəfələrlə tənqidi yazılar dərc olunsa da, bu, elm ocağında vəziyyət düzəlmir ki düzəlmir.
Hətta kollektivin davamlı narazılığı və şikayətləri, İnstitutdan xaric edilən professor və işçilərin mətbuatda dərc olunan qalmaqallı müsahibələrindən sonra Səhiyyə Nazirliyi Kardiologiya İnstitutuna yoxlama komissiyası göndərsə də, bu da nəticə vermədi. İnstitut kollektivinin bildirdiyinə görə, himayədarları bu dəfə də Gülnaz Dadaşovanı cəzalandırılmaqdan sığortalaya bildilər.
Görünür elə bu cəzasızlıq İnstitutun direktorunu necə deyərlər, yeni-yeni "qəhrəmanlıqlara" həvəsləndirir.

Bakupost.az -a daxil olan məlumata görə, İnstitutun kollektivi öz problemləri ilə bağlı direktorun qəbuluna düşə bilmir. İşçilər İnstitutdakı problemlərlə bağlı onunla görüşmək üçün kollektiv şəkildə müraciət etsələr də, direktor onların bu istəyini də geri çevirib.
Kollektivin əsas narazılıqlarından biri İnstitutdakı mühit, iş rejimi, elmi işçilərə sayğısız münasibətlə bağlıdır. Belə ki, işçilərin bildirdiyinə görə, İnstitut direktorunun müavini Azər Mirzəxanlı "burda mənəm, Bağdadda kor xəlifə" ədası ilə davranır. Qeyd edək ki, bu barədə əvvəllər də tez-tez mətbuatda müxtəlif məlumatlar yayılır, Gülnaz Dadaşovanın geniş səlahiyyətlər verdiyi A.Mirzəxanlının əsassız olaraq, bəzən isə xırda məsələlərə görə işçilərə izahat yazdırdığı qeyd olunurdu. Kardiologiya İnstitunun elmi işçilərindən biri bu inzibatçılığa münasibət bildirərkən, "sanki elmi-tədqiqt institutunda deyil, "konslagerdə" çalışırıq" demişdi.
Kollektivin bildirdiyinə görə, direktor müavini Azər Mirzəxanlı açıq şəkildə Prezidentin 14 yaşına qədər uşaqları olan həkimlərin növbətçiliyi haqqında fərmanının onu maraqlandırmadığını deyir. Onun institutun əməkdaşlarını həmin fərmana pozmağa məcbur etdiyi bildirilir.

İnstitutda çalışanlar Gülnaz Dadaşovanı bu elm ocağında qoçu dəstəsi saxlamaqda da ittiham edirlər:
"Direktor institutda öz məsələlərini həll etmək üçün qoçu dəstəsi saxlayır. Bu adamlar onun sürücüsünün qohumlarından ibarətdir. Gülnaz Dadaşova onların hərəsinə bir iş verib. Həmin adamlar kabinetlərə daxil olur, direktorun göstərişlərini həkimlərə çatdırırlar".
Qeyd olunur ki, İnstitutda kapital təmirə ehtiyac var. Belə ki, hər dəfə isitmə sistemi sıradan çıxır və həkimlər onu öz vəsaitləri hesabına təmir etdirirlər.

Bundan başqa, direktor bu yaxınlarda bir neçə həkimin otaqlarını əllərindən alması narazılığa səbəb olub:
"Bu günlərdə isə direktorun ağlına yeni ideya gəlib: angioqrafiya şöbəsi açmaq. Bunun üçün bir neçə həkimlərin kabinetini onların əlindən alıb. Nəticədə virus infeksiyalarının tüğyan etdiyi indiki vaxtda həkimlər 5-5, 6-6 qruplaşdırılır və 5 kvadratmetr sahəsi olan ordinaturada oturmağa məcbur edilirlər. Biri-birinin üzərinə asqıra-asqıra, öskürə-öskürə dar otaqlarda işləməyə məcbur olurlar. Uzun tənqidlərdən sonra açılan yeganə duş kabinəsi, həmçinin stasionarda müalicə olunanlar üçün nəzərdə tutulan qadın tualeti angioqrafiya şöbəsi ideyasına görə sökülüb. Hazırda ikinci mərtəbədə qadınlar və kişilər eyni tualetdən istfadə etməyə məcburdur.
Direktor özünüreklam xatirinə Qocalar evində aksiyalar keçirir, bununla bağlı videoçəkliş apartdırıb qocalara qarşı "xeyirxah" olduğunu nümayiş etdirir, ancaq öz institunda yaşlı alimlər və həkimlər sayğısız, aşağılayıcı münasibətə məruz qalırlar. Onun müavini Mirzəxanlı isə tez-tez deyir ki, bu yaşlı professorlar bizim nəyimizə lazımdır, onları pensiyaya göndərmək daha yaxşıdır".

Qeyd olunan narazılıqlarla əlaqədar Kardiologiya İnstitutu ilə əlaqə saxladıq. Oradan İnstituda angioqrafiya şöbəsinin açıldığını Bakupost.az -a təsdiqlədilər. Qeyd etdilər ki, bu məsələ Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Həkimlərin kabinetlərinin əllərindən alınmasına və 5-6 həkimin dar bir otaqda yerləşdirilməsinə gəlincə, İnstitutdan bildirdilər ki, angioqrafiya şöbəsinin açılması ilə əlaqədar təmirə aid olan hissədə dəyişiklik aparılıb və bununla bağlı heç bir problem yoxdur:
"Hazırda bütün həkimlər müvafiq otaqlara yerləşdirilib və fəaliyyətlərini davam etdirirlər".
İnstitutda çalışan və himayəsində 12-14 yaşa qədər azyaşlı uşağı olan tibb işçilərinin gecə növbəsinə salınması haqda sualımıza isə belə cavab verdilər:
"Bu məsələ tam olaraq hüquqi cəhətdən tənzimlənir. Əmək Məcəlləsinin 242-ci və 98-ci maddələrinə görə, belə halda əməkdaşlar yalnız öz yazılı razılığı ilə cəlb edilir. Onlarla bağlanmış müqavilədə buna yazılı razılıq veriblər".
BakuPost
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nizami rayonunda Tural Cavadov "qanunları"

Şöbə müdiri rayonda qanunsuz tikililərə himayədarlıq edir?

Paytaxtın bir çox rayonlarında yerli icra hakimiyyətləri tərəfindən gizli şəkildə torpaq satışı və sənədi olmayan evlərin tikintisinə "icazə" verilməsi davam edir. İcra hakimiyyətlərində gizli torpaq satışı və sənədi olmayan evlərin tikintisinə icazə işinə isə baxan şəxslər mövcuddur. Belə rayonlardan biri də Bakının Nizami rayonudur. Xalqxeber.az-ın əldə etdiyi məlumatda bildirilir ki, Nizami rayonunda torpaq satışı və sənədi olmayan elərin tikintisi və sair tikinti işlərinə nəzarəti rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Cavadov rəhbərlik edir. Bildirilir ki, Tural Cavadov İcra başçısı tərəfindən ona tapşırılan bu işin öhdəsindən "məharətlə" gəlir. Məhz bu gün Nizami rayonunda gizlin ev tikmək istəyən, hasar çəkən, dam dəyişən, darvaza qoyan və sair işlərə nəzarət Tural Cavadovun əlindədir. Şöbə müdirinin bu işlərdən yaxşı qazanc əldə etdiyi və qeyd etdiyimiz işləri görmək istəyənlərin isə Tural Cavadov "qanunları" ilə razılaşmaqdan başqa yollarının olmadığı deyilir.(Xalqxeber.az)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəran qarış-qarış yox... KÜÇƏ-KÜÇƏ satılıb... - Prezidentə müraciət olundu

Xəbər verdiyimiz kimi, Lənkəranda piyada səkilərinin üstündə dükan tikilməsi tendensiyası davam edir.Camaat arasında MTS adlanan məhəllənin girişində,Füzuli küçəsi ilə Şəhid Əli Mehdizadə küçəsinin kəsişməsində səkinin üstündə, böyük problemlərə əsas olacaq, 8-9 kvadrat metrlik xırda bir dükan tikilir.

”Yeni Gundem”in məlumatına görə, bu dükan 2 saylı poçt şöbəsinin divarına dirənməklə yanaşı,həm də məhəlləyə gedən qaz və elektrik xətlərinin altında inşa edilir.Dükanın tikilməsi məhəllə sakinlərinin piyada gediş-gəlişi üçün əməlli-başlı əngələ çevrilmişdir.

Həmin ərazidə ki, tikinti ilə bağlı sakinlər Prezident İlham Əliyevə və dövlət qurumlarına müraciət ünvanlayıb.Həmin müraciəti olduğu kimi təqdim edirik.

Lənkəranda camaat arasında MTS adlanan məhəllənin girişində, Füzuli küçəsi ilə Şəhid Əli Mehdizadə küçəsinin kəsişməsində – səkinun üstündə, məhəlləyə gedən qaz və elektrik xətlərinin altında xırda bir dükan tikilir.Bu obyekt məhəllə sakinlərinin piyada gediş-gəlişini çətinləşdirir.Piyadalar məcburiyyət qarşısında avtomobil yoluna çıxmalı olurlar ki, bu da onların həyatlarını təhlükəyə atır.

Qeyd etmək lazımdır ki, 9il qabaq obyekt daha böyük tikilməsi üçün söküldükdə, məhəllə camaatının haqlı narazılıqları və şikayətlərinə baxılmış, Lənkəran ŞİH başçısı hörmətli Taleh Qaraşovun göstərişi ilə tikintisinə icazə verilməmişdi.

Müvafiq qurumların bu qanundankənar tikiliyə münasibət bildirməsini və qanunauyğun tədbir görülməsini xaiş edirik:

Qeyd edək ki, sakinlərinin verdiyi məlumata görə, dükanı tikən Lənkəran Şəhər icra hakimiyyətinin başçı Taleh Qaraşovun müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Cəfərzadənin əmisidir.

Qeyd: Məktuba mövcud vəziyyəti əks etdirən şəkilləri əlavə edirik.

Qarşı tərəfin növqeyini dərc etməyə hazırıq.

Yenigundem.az
Lənkəran qarış-qarış yox... KÜÇƏ-KÜÇƏ satılıb... - Prezidentə müraciət olundu
Lənkəran qarış-qarış yox... KÜÇƏ-KÜÇƏ satılıb... - Prezidentə müraciət olundu
Lənkəran qarış-qarış yox... KÜÇƏ-KÜÇƏ satılıb... - Prezidentə müraciət olundu
Lənkəran qarış-qarış yox... KÜÇƏ-KÜÇƏ satılıb... - Prezidentə müraciət olundu

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirlik hələ də bu “QƏTLİAMA” GÖZ YUMUR - ETİRAZ

"Aidiyyatı qurumları ovlanması qadağan edilmiş və Qırmızı Kitabda olan quşların və heyvanların qanunsuz ovlanaraq yol kənarında, rayon bazarları və restoranlarda satılmasına qarşı reydlər keçirməyə və bu təcrübənin qarşısını almağa çağırırıq. İctimaiyyətdən bu çağırışa qoşulmağı gözləyirik". Dia-az.info bildirir ki, bu barədə "Ecofront" adından paylaşımda qeyd olunur.
Paylaşımda əlavə olaraq deyilir: "Biz bu təcrübəni izləməyə davam etməyəcəyik. Etirazımız ən xoşagələn formada olmayacaq.
Qırmızı Kitaba düşən növlərin qorunmasına Azərbaycan dövləti konstitusiyada nəzərdə tutulmuş zəmanət verir.
Maddə 39
Ovlanması qadağan edilmiş və Qırmızı Kitaba düşən növlərin qanunsuz ovlanması dəymiş ziyanın məbləğindən asılı olmayaraq cinayət məsuliyyəti yaradır.
Cinayət Məcəlləsi: Maddə 258.2.3
Cinayət Məcəlləsinin Kommentarisindən çıxarış:
Qeyd olunan cinayət əməli CM-in 258.2.2, 258.2.3, 258.2.4 maddələri üzrə ictimai təhlükəli nəticələrin baş verib-verməməsindən asılı olmayaraq, həmin əməllər törədildiyi andan başa çatmış hesab edilir".
Nazirlik hələ də bu “QƏTLİAMA” GÖZ YUMUR - ETİRAZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tanınmış iş adamı şirkətdən əmlak tələb edir


"ATEF Şirkətlər Qrupu” "Fortuna F.M” MMC-dən əmlak tələb edir.

Şirkət bununla bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

İş hakim Ülkər Həsənovanın icraatındadır.

"ATEF Şirkət Qrupu”nun sahibi tanınmış iş adamı Talıb Əlixanbəyovdur. O, həm də şirkətin Müşahidə Şurasının sədridir. İş adamının oğlu Emil Əlixanbəyov isə "ATEF Şirkətlər Qrupu”nun qanuni təmsilçisidir.

Talıb Əlixanbəyov Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı təşkilatının İdarə Heyətinin üzvüdür.

Bundan əvvəl "Fortuna F.M” MMC "ATEF Şirkətlər Qrupu”nu məhkəməyə verib. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsinə dair mübahisələrdən ibarət olub. (Valyuta)

XƏBƏR LENTİ

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

12:06

“Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

11:33

İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

10:54

“İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

10:11

Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

09:39

Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

09:17

“İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

16:33

"Azpulmat" məlumatlarınızı OĞURLAYIR: - Tətbiqin sahibini hansı CƏZA GÖZLƏYİR?

16:07

Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir

15:24

Ənvər Əfəndiyevin “sağ əli” Firuz İsmayılov həbs təhlükəsi altında - İLGİNC

14:57

Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

14:17

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

13:37

Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir

13:13

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

12:51

Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...

12:24

İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: Taleh Bəşirov və Eldəniz Qafarov prezidentə sabotaj içində

11:44

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb – Qumarda uduzdu

11:12

Nazirlik "Siyəzən Broyler"də nöqsanlar aşkarlayıb - DETALLAR

10:34

14 saylı Ərazi İdarəsi sənəd SAXTALAŞDIRIR? - BU NƏDİ BELƏ?!

09:45

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

09:25

"Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..." - GİLEY