Prezidentin işdən çıxardığı general jurnalistləri həbs etdirmək istəyir

14:05 5.05.2018 506
Prezidentin işdən çıxardığı general jurnalistləri həbs etdirmək istəyir
Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərlini və saytın baş direktoru Əfsələddin Ağalarovu xüsusi ittiham qaydasında məhkəməyə verib, onları həbs etdirməyə çalışır


Bu barədə jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib.

Vəkilin sözlərinə görə, xüsusi ittihamçı AR DGK-nin sabiq sədri Aydın Əliyev 16 yanvar 2018-ci il tarixdə şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azxeber.com informasiya portalının baş direktoru Ağalarov Əfsələddin Rizvan oğlunun və baş redaktoru Heydərli Hacıbəy Novruz oğlunun barələrində AR CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmaları üçün hökm çıxarılmasını xahiş etmişdir. Aydın Əliyev şikayət ərizəsini bununla əsaslandırmışdır: "Azxəbər.con saytında Gürcüstan Respublikasında həbs edilən DGK-nin polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş-Təfərruat başlıqlı məqaləsində məni ağır cinayət etməkdə iştirakçılıqda ittiham edərək, mənim şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları yayaraq mənə böhtan atmışlar”.

Vəkil deyib ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi icraata götürülüb və jurnalistlər təqsirləndirilən şəxs qismində cəlb olunub: "Cinayət işinin uzadılmasına nail olduq, xoşbəxçilikdən Aydın Əliyev vəzifəsindən kənarlaşdırıldı. Buna baxmayaraq, sabiq komitə sədri Aydın Əliyev azxeber.com informasiya portalının baş direktoru Ağalarov Əfsələddin Rizvan oğlunun və baş redaktoru Heydərli Hacıbəy Novruz oğlunun həbs olunmalarına çalışır. Bu gün, Binəqədi Rayon Məhkəməsinin hakimi Vuqar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında tam aşkar görünürdü. Hakimin ədalətli qərar qəbul edəcəyinə inanırıq”.
Saytın baş redaktoru Hacıbəy Heydərli isə məsələ haqda sosial şəbəkədə yazıb: "Dövlət Gömrük Komitəsinin sabiq rəisi, cənab Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə gün öncə işdən çıxarılan Aydın Əliyev məni və Efseleddin Agalarovu CM-nın 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verib və bu proses artıq 5 aya yaxındır ki, davam edir. Ölkəmiz və dövlətimiz üçün önəmli olan Prezident seçkilərini nəzərə alaraq məsələni ictimailəşdirməmişdik. Bu ərəfədə DGK-nın sabiq rəisinə dəfələrlə barışıq təklifi və mövqeyini işıqlandırmağı təklif etsək də, o bundan imtina etmiş və bizim cəzalanmağımızı tələb etmişdi. Bəhs olunan yazıda Gürcüstanda həbs edilən DGK polkovniki Rəhim Həsənovun Aydın Əliyevin yaxın adamı olması qeyd olunurdu. Qeyd edim ki, adıçəkilən şəxsin Gürcüstanda psixoterapik maddələrlə saxlanılması xəbəri başqa bir sayta istinadən yayımlanıb, biz isə onun əməllərindən sədrin məlumatlı olduğunu yazmışıq. Bu gün də həmin dərmanların və maddələrin ölkəmizə gətirilməsi ciddi şəkildə araşdırılır və bunu edənlər cəzasını alır. Çox şükürlər olsun ki, Prezidentimiz də Aydın Əliyevin fəaliyyətinə siyasi qiymət verdi və o işindən ayrıldı. Ancaq maraqlıdır ki, eks komitə sədri hələ də məhkəmə iddiasında israrlıdır və özünün səhvsiz olduğunu düşünür. Görünən odur ki, işdəki nöqsanlarının mətbuatda işıqlandırılması və onun fəaliyyətinə siyasi qiymətin verilməsini keçmiş sədr qəbul edə bilmir. Ümid edirəm ki, Binəqədi rayon məhkəməsi məsələyə ədalətli yanaşacaq və ölkəmizdə mövcud olan söz və mətbuat azadlığına hansısa keçmiş məmurun istəyi ilə kölgə salmayacaq. Bu məsələdə hər birinizin dəstəyinə görə öncədən təşəkkür edirəm".

Əfsələddin Ağalarov isə bu haqda açıqlamasında bildirib: Əziz dostlar və həmkarlar. Dekabr ayından etibatən Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyev mənə və portalımızın təsisçisi Hacıbəy Heydərliyə qarşı CM 147.2 (böhtan) maddəsi ilə iddia qaldıraraq Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Keçmiş komitə sədrini qəzəbləndirən səbəb isə DGK-da baş verən neqativ halların tərəfimizdən işıqlandırılması olub. Dəfələrlə tərəfimizdən qarşı tərəfin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildirsək də, Aydın müəllimin qəzəbi dinmək bilmir. Bu müddət ərzində qarşı tərəfə barışıq təklif edilsə də, DGK sədri bu təklifləri rədd etdi. Və bu prosseslər davam edərkən ölkədə söz və mətbuat azadlığının qarantı olan, jurnalistlərin dostu, azad media mühitini formalaşdıran cənab prezident İlham Əliyev Aydın Əliyevi postundan azad etdi. Buna baxmayaraq, keçmiş komitə sədrinin mətbuata qarşı bəslədiyi münasibətdə heç bir dəyişiklik müşahidə olunmur. Bu gün Binəqədi rayon məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Aydın Əliyevin vəkili onun adından çıxış edərək bizim həbs edilməyimizi məhkəmədən istəyib. Təbii ki, bu iddia sadəcə bir şəxsin mövqeyidir. Məhkəmə prosesi hələ də davam etməkdədir. İnanırıq ki, media azadlığının mövcud olduğu bir mühitdə sözügedən hadisəyə hüquqi qiymət veriləcək və iddia ləğv ediləcək. Bu günlər ərzində yanımızda olan həmkarlara təşəkkür edir və prosses ərzində jurnalist təşkilatlarını, Mətbuat Şurasının bizə dəstək olmağa çağırırıq"

Qeyd edək ki, Azxeber.com 2010-cu il aprel ayının 13-də yaradılıb. Sayt sosial şəbəkələrdə ən çox izləyicisi olan xəbər portallarındadır. Facebook-da 600 minə yaxın, instagramda isə 260 mindən çox izləyicisi var.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu