Müəllim adı uca və şərəfli peşədir.

18:02 29.03.2018 1 794
Müəllim adı uca və şərəfli peşədir.


Müəllimin ərsəyə gətirdiyi məhsul insan olduğundan və cəmiyyətin gələcəyi bundan asılı olduğundan, müəllimlik peşəsi olduqca müqəddəs peşədir.

Bu da bir həqiqətdir ki, dünyanın tanınmış simaları hər zaman müəllim haqqında müdrik sözlər, dəyərli kəlamlar və s. söyləmişlər. Məsələn, antik dünyanın ən böyük yunan filosoflarından olan Platon deyir ki, “ müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir ”. Makedoniyalı İskəndər isə müəllimi Aristotel haqqında deyir: “ Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”. Məhəmməd Peyğəmbər bilik öyrətməyi hər cür ibadətdən üstün sayıb. Həzrət Əli isə “Mənə bir hərf öyrədənin qulu olmağa hazıram” deyib. Azərbaycan ədəbiyyatının tanınmış klassiklərindən olan Nizami Gəzncəvi isə, müəllimə fərqli prizmadan yanaşaraq onu göydəki günəşə bənzədib.
Xalqımızın və dövlətimizin xilaskarı, ulu öndər Heydər Əliyev də həmişə müəllimə yüksək qiymət vermiş, müəllim haqqında dəyərli kəlamlar demişdir. Mərhum prezidentin müəllim haqqında dediyi “Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir” deməsi, sözün həqiqi mənasında müəllimə verilmiş ən gözəl qiymətdir. Həqiqətən də cəmiyyətin qurucusunu, onu idarə edənləri, fəhləni, mühəndisi, baytarı, alimi, həkimi və s., bir sözlə hər kəsi tərbiyə edən, hər kəsin formalaşmasına səbəb olan müəllimdir. Ona görə də müəllimlik həm şərəfli və məsuliyyətli, həm də çətin və müqəddəs peşədir.
Unutmaq olmaz ki, əsl müəllim hər zaman şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi, düşünəni, onların bu günü və gələcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yolgöstərəni, bələdçisi, qayğıkeşi və s. olmuşdur. Odur ki, müəllim təkcə özünün deyil, həm də tərbiyə verdiyi, elm öyrətdiyi şagirdlərinin taleyini yaşayır, sevincini, kədərini və problemlərini onlarla birlikdə bölüşür. Əslində, əsl müəllim dərs keçdiyi hər saat ərzində deyil, bütün ömrü boyu şagirdlərinin gələcəyi haqda düşünməlidir. Belə bir səbəb üzündən də, müəllim gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini, illər uzunu çəkdiyi zəhmətini şagirdlərinə verir.

Müəllim adı uca və şərəfli peşədir.


Tanınmış Azərbaycan ziyalısı və müəllimi, milli mətbuatımızın və teatrımızın banisi hesab olunan Həsən bəy Zərdabi də demişdir ki, “Hər xalqın xoşbəxtliyi yaxud da bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır”. Uşaqların tərbiyəsində isə əsas yük müəllimlərin üzərinə düşür. Bəli, bütün peşələr gözəldir, qiymətlidir, amma müəllimin ərsəyə gətirdiyi məhsul insan olduğundan və cəmiyyətin gələcəyi bundan asılı olduğundan, müəllimlik peşəsi olduqca müqəddəs peşədir.
Bəli, əsl müəllim qəlbən, mənən pak olmalı, danışığında və davranışlarında bütün şagirdlərinə eyni gözlə baxmalı, sevgisi hər bir şagirdinə yetəcək qədər böyük olmalıdır. Açıq-aydın onu da vurğulayaq ki, bu gün hər bir müəllimin vəzifəsi, yaxud da işi təkcə hansısa fənni tədris etməklə bitməməli, müəllim geniş dünyagörüşə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata və s. malik olmalıdır. O, yetişdirdiyi gənclərə xalqına, vətəninə sadiq olmağı aşılamalı, əxlaqi dəyərləri təbliğ etməlidir. İlk öncə müəllim sadalanan keyfiyyətlərə malik olmalı, davranışı və danışığı, geyimi, ətrafdakılarla rəftarı, yüksək mədəniyyəti ilə də hər kəsə nümunə olmalıdır. Müəllim adını daşıyan hər kəs ilk öncə yaradıcı olmalı, tədris etdiyi hər bir dərsə yazacağı əsər kimi baxmalı, yenilikçi və novator olmalı, bilib dərk etdiyi ilə kifayətlənməməli, hər zaman axtarışda olmalı, bir sözlə cəmiyyətin inkişafına uyğun müvafiq addımlarını da atmalıdır.
Ümumi şəkildə götürdükdə, müəllimlik müqəddəs bir peşədir və hər bir müəllim unutmamalıdır ki, ərsəyə gətirdiyi hər bir şagirdi qiymətli xəzinədir. Həmin şəxs gələcəkdə layiqli bir vətəndaş olacaq, xalqına, dövlətinə xeyir verəcək. Tanınmış azərbaycanlı filosof, astronom, riyaziyyatçı alim, görkəmli dövlət xadimi olan Nəsrəddin Tusi də demişdir ki, “ hər kəsi kamilliyə çatdırmaq məqsədi güdən sənət, dünya sənətlərinin ən şərəflisi olmalıdır.”
Bəli, bütün bunları nəzərə alaraq onu da bildirək ki, bu gün ölkəmizdə müəllim adı üstün tutulur, müəllim şərəfi hər an qorunur. Bunun da başlıca səbəbi, dövlətimizn Azərbaycan təhsilinə, onun ziyalı auditoriyasına bəslədiyi yanaşmasının varlığıdır. Sevindirici hal odur ki, hal-hazırda ölkə rəhbəri cənab İlham Əliyev təhsilimizin inkişaf etdirilməsini əsas prioritet məsələlərdən biri hesab edir və bu sahəni daim diqqətdə saxlayır. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilimizin inkişafı və problemlərinin aradan qaldırılması istiqamətində atdığı addımlar da, hər zaman hər kəs tərəfindən lazımınca qiymətləndirilib. Başlıca məqsədi və əsas amalı, yalnız və yalnız təhsilimizi inkişaf etdirmək, onu dünya təhsil sisteminin inkişaf göstəricilərinə cavab verən səviyyəyə çatdırmaqdır.

Almaz Yaşar
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL