Günün qoroskopu: şəxsi həyatınızda yaxşılığa doğru irəliləyiş mümkündür

09:36 29.03.2018 674
Günün qoroskopu: şəxsi həyatınızda yaxşılığa doğru irəliləyiş mümkündürQoç - Çətinliklər sizi qorxutmur, istənilən problemi həll etmək gücündəsiniz

Əgər hadisələrin inkişafı gözləmədiyiniz bir məcra ilə axırsa, özünüzü itirmirsiniz. Demək olmaz ki, işdə başgicəlləndirici uğurlar qazanacaqsınız, ancaq şərait elə də pis deyil. Şəxsi həyatınız, dostlarınız və sevgilinizlə ünsiyyət üçün vaxtınız qalır.

Uğurlu alış-veriş mümkündür, pulları ağıllıca xərcləyirsiniz. Köçmək, yaxud daşınmaz əmlakla bağlı digər problemləri həll etmək üçün münasib gündür. Aşiq Qoçları xoş sürprizlər gözləyir.

Buğa - Qeyri-adi hərəkətləriniz, orijinal ideyalarınız hər kəsi heyrətləndirəcək. Bu gün baş verənlər adi hadisələr deyil, bu səbəbdən sizin davranışınız da adi olmayacaq. Güclü emosiyalar, yeni təəssüratlar, hadisələr uzun müddət yaddaşınızdan silinməyəcək. Pul ala bilərsiniz.

Başgicəlləndirici bir eşq macərasına mübtəla olmağınız mümkündür. Bəzi Buğalar isə ilk baxışdan vurulacaqlar. Yaxınlarınızın qayğısına qalın, bu gün sevdiyiniz insanların nəyə ehtiyacı olduğunu çox gözəl anlayırsınız.

Əkizlər - Əməkdaşlığa başlamaq üçün əla gündür. Yeni insanlarla tanış ola bilərsiniz. Başqalarının gücünün yetmədiyi işləri qətiyyət və cəsarətlə öz üzərinizə götürür və əla nəticələr qazanırsınız. Əgər eyni zamanda həm səliqəli, həm də detallara qarşı diqqətli olsanız, nəticə möhtəşəm olacaq.

İnsanların çox olduqları tədbirlərə getmək, kütlə qarşısında çıxış etmək olar. Ekstravaqant davranmaqdan çəkinməyin: hamının diqqətini çəkmək ancaq xeyrinizə olacaq. Qiymətli hədiyyə ala bilərsiniz.

Xərçəng - Gün gözəl və məhsuldar keçərkən bir sıra gözlənilməz hadisələr baş verir. Heç nəyi diqqətsiz qoymaq olmaz. Odur ki, müşahidə qabiliyyətinizi itiləyin, xırdalıqları qaçırmayın. Aldığınız qərarları, fikirlərinizi açıqlamağa tələsməyin. Planları müzakirə etmək vaxtı hələ yetişməyib.

Ağıllı, maraqlı, hərtərəfli bacarıqlı insanlarla ünsiyyət qurun. Mədəni tədbirlərə, konfranslara, seminarlara, elmi müzakirələrə qatılmaq olar. Günün ikinci yarısı gözlənilməz qonaqlarınız ola bilər.

Şir - İşdə uğurlar qazana bilərsiniz. Çoxdankı məqsədlərinizə çata bilərsiniz. İstədiyinizi almaq üçün istənilən maneəni aşmağa, zəhmət çəkməyə hazırsınız. Tərəfdaşlarınız qələbələrinizlə qürur duyurlar və bunun sevincini paylaşmağa hazırdırlar. Azacıq maliyyə itkiləri mümkündür.

Qohumlarınızla münasibətləriniz ahəngdardır, yaxınlarınızla ünsiyyət sizi sevindirəcək. Bir çox Şirlər planlaşdırdıqları əyləncələrdən imtina edərək günün əksər hissəsini ailə-məişət işlərinə sərf etməli olacaqlar.

Qız - Parlaq, yaddaqalan gündür. Sevinmək üçün asanlıqla bəhanə tapırsınız. Odur ki, pozitiv emosiyaların qıtlığından şikayətlənməyəcəksiniz. Ancaq narahatlığınız da az olmayacaq - istənilən xırdalığı ürəyinizə salmağa meyllisiniz. Təmkininizi qoruyun, bunu bacaracaqsınız.

Xeyli pul ala bilərsiniz. Ola bilər ki, aldığınız pulu dərhal xərcləyəsiniz. Bunda pis heç nə yoxdur. Alış-verişiniz uğurlu olacaq. Şəxsi xarakterli məsələləri tələsik həll etmək məsləhət deyil, bu gün düşünülməmiş hərəkətlər etməyə çox həvəslisiniz.Tərəzi - Dünyanızı dəyişdirmək üçün gücünüz yetər. Əsas odur ki, hərəkət istiqamətinizi düzgün seçəsiniz. Eyni zamanda bir neçə iş görməklə heç nəyə nail ola bilməyəcəksiniz, yaxşı olar ki, doğrudan da vacib hesab etdiyiniz bir işlə məşğul olasınız.

Görüşlərin sayı çox olacaq. Bunların arasında görməyi heç qəsd etmədiyiniz şəxslər də var. Tamamilə qırılmış hesab etdiyiniz romantik münasibətlərin yenidən bərpa olması mümkündür. Səfərlər yaxşı keçəcək, amma yolda qəfil xərclər sizi çətinliyə sala bilər.

Əqrəb - Zərif cinsin nümayəndələri ilə ünsiyyət, sırf "qadın tədbirləri"nə qatılmaq üçün münasib gündür. Üstəlik, nüfuzlu adamlarla işgüzar danışıqlar aparmaq və vacib məsələləri müzakirə etmək olar. Cazibəniz istədiyinizə çatmağa imkan yaradır.

Evdə özünüzü əla hiss edirsiniz. Böyük həvəslə qonaqları qarşılayır, ziyafətlərə dəvətlərdən də imtina etmirsiniz. Orada yeni tanışlar tapacağınız ehtimalı çox azdır, ancaq çoxdan görmədiklərinizlə görüşlər mümkündür. Maliyyə vəziyyətiniz sabitdir, böyük xərcləriniz olmayacaq.

Oxatan - Möhtəşəm hadisələr gözləməyin. Əvvəlcə başladığınız işi sakitcə sona yetirə bilərsiniz. Düşmənlərinizin işinizə qarışacağından, yaxud şəraitin istəmədiyiniz axarda dəyişəcəyindən qorxmayın. Çox pul xərcləməyin, yaxınlarda vacib bir iş üçün çox lazımınız olacaq.

İşgüzar baxımdan faydalı tanışlıqlar qura bilərsiniz. Peşəkar planlarınızı və ambisioz məqsədlərinizi reallaşdırmaqda kömək edə biləcək adamı tapa bilərsiniz. Şəxsi münasibətlər baxımından neytral gündür.

Oğlaq - Cəmiyyətdə baş verən proseslər, siyasi xarakterli hadisələr həyatınıza güclü təsir göstərir. Fəlsəfi və sosial suallar fikrinizi məşğul edir, şəxsi işləriniz ikinci plana keçir. Xoşbəxtlikdən, bu, ciddi itkilərə yol açmır.

Günün ikinci yarısı liderlik keyfiyyətləriniz artacaq. Sizə tabe olan işçilərin vay halına! Kimsəyə hansısa təşəbbüs göstərməyə şans verməyəcəksiniz. Ailə münasibətlərinizin ahəngdar olması sizin əlinizdədir: onları nəyəsə inandırmaq istəyərkən çox nəzakətli olun.

Dolça - Ünsiyyət bacarığı, çox müxtəlif xasiyyətli insanlarla dil tapmaq məharətiniz köməyinizə gələcək. Planlaşdırılmamış görüşlər qarşınızda yeni perspektivlər açacaq. İdeyalarınızı gerçəkləşdirmək, möhtəşəm bir nəticə ortaya qoymaq şanslarınızı qaçırmırsınız. Uğurlarınız çox böyük ola bilər.

Qeyri-adi yerlərə getmək, ekstravaqant əşyalar, ekzotik suvenirlər almaq olar. Mətbəxdəki eksperimentləriniz də uğurlu olacaq. Uzun illər başqa bir ölkədə yaşamış köhnə tanışınızla görüşə bilərsiniz.

Balıqlar - Cazibəniz, gözəl zövqünüz, xoş rəftarınız diqqətdən kənarda qalmayacaq. Təsadüfi tanışınız, iş ortaqlarınız, yaxud da rəhbəriniz olacaq bir şəxslə - kiminlə olur-olsun - görüşünüz super keçəcək, hamıda əla təəssüratlar yaradacaqsınız. Sərfəli sövdələr bağlaya bilərsiniz.

Şəxsi həyatınızda yaxşılığa doğru irəliləyiş mümkündür. Vaxtında təşəbbüs göstərir, yaxınınızla münasibətləri yaxşılaşdırmaq şansınızı qaçırmırsınız. Ancaq enerjiniz azdır, yorğunluq səbəbindən səhhətiniz korlana bilər. Özünüzü qoruyun.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu