“Nə var-nə var, dünya təcrübəsində belə bir şey var…”

14:23 16.04.2018 579
“Nə var-nə var, dünya təcrübəsində belə bir şey var…”
Ənənəvi “elmlər namizədi”ni “Fəlsəfə üzrə baytarlıq doktoru”na çevirməklə beynəlxalq məkana inteqrasiya görüntüsü yaratdıq

Təhsilin vəzifəsi təhsilalanlara sistemləşdirilmiş bılik, bacarıq və vərdişlər aşılamaq, onları müstəqil həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi müəyyənləşdirildiyi halda, təhsil alanlarımız müstəqil həyatda özlərinə yer tapmaqda, səmərəli əmək fəaliyyətinə qoşulmaqda çətinliklərlə üzləşirlər, özlərinə karyera qurmaq üçün əlavə hazırlıq keçməli, müvafiq kursları bitirməli , təlimlərə, treninqlərə cəlb olunmalı, əlavə olaraq müsabiqə, müsahibə və imtahan prosedurlarına cəlb olunmalıdırlar.
Təhsil haqqında Qanunun 1.0.34. maddəsinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsi, 1.0.35. maddəsinə əsasən isə magistr – magistraturanı bitirmiş şəхslərə verilən ali elmi-iхtisas dərəcəsidir. (1.0.7. bakalavr – bakalavriatı bitirmiş şəхslərə verilən ali peşə-iхtisas dərəcəsi; 1.0.8. bakalavriat – müvafiq ixtisaslar üzrə geniş prоfilli mütəхəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi.) Belə bir təsnifat bir çoxlarına bakalavriat təhsilinın yarımçıq, kollec, “köhnə dildə” desək texnikum səviyyəsi kimi dəyərləndirməyə, magistraturanı bitirənlərə isə sadəcə olaraq əvvəllərdə olduğu kimi ali təhsili bitirənlər kimi yanaşmağa “əsas” verib.
Həmin Qanunun 22.3.maddəsinə əsasən “Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta iхtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil prоqramları üzrə geniş prоfilli ali təhsilli mütəхəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqоji fəaliyyət istisna оlmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”
Elə həmin Qanunun 22.4. madəsinə əsasən isə “Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı iхtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqоji işlərlə məşğul оlmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”
Indi gəlin görək, bəhs etdiyimiz Qanunun “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” müddəsındakı qaydalar hansı səviyyədə dərəcədə müəyyən edilib, və müəyyən edilən qaydaların mexanizmi nə dərəcədə işləkdir?
İndi, bakalavriat və maqistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib.Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən. Işdir, sənə hansısa bir ış təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq.
Digər bir məsələ. Bəyənmədiyimiz Sovet dönəmində təhsi məktəbəqədər tərbiyədən başlamış, texniki-peşə təhsili də daxil olmaqla ümumi orta təhsil, orta ixtisas təhsili, ali təhsil və akademik təhsil sayılan aspiranura pillələrindən formalaşırdı. Ümumtəhsil məktəblərində ümumi təhsil üç səviyyədə həyata keçirilirdi – ibtidai təhsil, əsas (natamam orta) təhsil və orta təhsil. Ölkəmizdə ümumi orta təhsil icbari idi. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin II bəndində “Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir” müddəası təsbit edilmişdi.
Ölkəmizdə ümumi orta təhsil hal-hazırda da icbaridir, lakin necə? Çox sadəcə… Konstitusiya ilə ziddiyyət təşkil etməsin deyə, əvvəlki təsnifatdakı “əsas” (natamam orta) təhsil pilləsini “ümumi orta təhsil”, ümumi orta təhsil pilləsini isə “tam orta təhsil” etməklə, “ümumi orta təhsil” pilləsi yenə də icbariliyində, Əsas Qanunumuz da kı, toxunulmazlığında qaldı.
Buna müvafiq olaraq, IX və XI sinifləri bitirənlərə verilən dövlət təhsil sənədinin adı eyniləşdirildi. Yəni, onlardan birinin şəhadətnamə, digərinin isə attestat adlandırılması mahiyyət etibarilə məqbul sayılmadı. Ona görə də ümumi orta təhsil səviyyəsini bitirmiş məzunlara verilən təhsil sənədinin “ümumi orta təhsil haqqında attestat” adlandırılması məqsədəuyğun hesab edildi.
Eyni zamanda, yeni attestatların formatı da təkmilləşdirilib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” və attestat nümunələri yeni redaksiyada təsdiq edilib.
IX sinifləri “ümumi orta təhsil” təsnifatına salaraq, “dünya təcrübəsində də belə bir şey” var düşüncəsi ilə onlara da attestat verməklə nəyə nail olduq… “IX sinifdə buraxılış imtahanını verdikdən sonra 30% şagird X-XI sinfə keçmir. Onlar məktəbi atıb, əmək bazarına gedirlər. Peşə məktəblərinə isə cəmi 1-2% şagird gedir” Bir halda ki, 12 illik təhsili hədəfləmişik, olmazdımı bir az da səbr edib, birdəfəlik 10+2 sisteminə keçəydik?

Etiraf edə-edə gedirik…Haraya və nə vaxta qədər…?
Nadir Israfilov,təhsil eksperti
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...