Ölümün ASTANasında- LƏMAN ƏLƏŞRƏFQIZI DEPUTATIN VƏFATINDAN YAZIR

09:25 16.04.2018 638
Ölümün ASTANasında- LƏMAN ƏLƏŞRƏFQIZI DEPUTATIN VƏFATINDAN YAZIR
Astan Şahverdiyev öldü. Bu günün xəbər manşeti də bu oldu. Əslində torpaqdan yaranan biri torpağa getdi. Hamımızın başına gələn və gələcək bir hadisədir. Buna görə sevinmək məncə ədəbsizlikdən başqa bir şey deyil. Amma sevinənlər də vaxtilə edilən ədəbsiz bir rəftarın əvəzini çıxırlar. Hansı ki, Astan Şahverdiyevin ağzından çıxmış və əksəriyyət bu adda, bu soyadda deputatın olduğunu da onda bilmişdi. Yalan nə deyim, şəxsən mən özüm də Astan müəllimi həmin “otxod” söhbətindən tanımışam. O vaxta qədər Şahverdiyev soyadında bircə adam tanıyırdım. O da facebook dostum Nemət Şahverdiyev idi. Çox vətənpərvər, çox zəhmətkeş bir Azərbaycan oğlu. Tez-tez onun paylaşımlarını bəyənirdim, gah saz çalırdı, gah rəsm çəkirdi, gah da əsgər paltarında Vətənin namusunu, qeyrətini çəkdiyini göstərirdi. Nemət hərdənbir sovet istehsalı maşınının da şəklini paylaşırdı. Xüsusilə o vaxtlar ki, kimlərsə “Galenvagen”li qaqaşların yüksək sürətinə qurban gedirdi, bax onda Nemətin ağ köhnə “Jiquli”si də facebookda “cövlan edirdi”. Gah matoru dağılırdı, gah “qluşiteli” xarab olurdu. Yazığım gəlirdi, Nemətə. Ürəyimdə deyirdim ki, bu uşaq “Galenvagen” sürəndən əskik deyil ki. Əksinə, vətənpərvərdir, ağıllıdır, torpaq, millət dərdi çəkəndir. günlərin bir günü Astan Şahverdiyev “otxod” söhbəti ilə gündəmə gələndə və mən bu haqda bir yazı yazanda Nemət də mənə belə yazdı. ” Ləman xanım, o mənim dost-doğma əmimdir. Ondan heç dədə-babası xeyir görməyib, millət nə xeyir görəcək?”

Xeyli gülmüşdüm onda. Əslində isə ağlayası bir durumdur. İnsan həqiqətən də bu dünyadan heç nə aparmır. Bircə yaxşı addan, hörmətdən, xeyirxahlıqdan başqa . Astan Şahverdiyev o şansı əlindən verdi. Adamın ölümü çox hörmətsiz oldu. Halbuki, onun əlində nə qədər imkanları vardı yaxşı ad qoyub getmək üçün.
Ölümün ASTANasında- LƏMAN ƏLƏŞRƏFQIZI DEPUTATIN VƏFATINDAN YAZIR



Haqqındakı Vikipediya məlumatlarını oxuyuram. Titulları bitmir ki, bitmir. Professordur, elmi rəhbərliyi altında 9 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə olunub, 300-dən çox elmi əsərin, filan qədər monoqrafiyanın müəllifidir. Beynəlxalq konfrans və simpoziumlarda oxuduğu mühazirələr gəzdiyi ölkələr qədər rəngarəngdir. Rus və ingilis dillərini bilirdi. Amma təəssüf ki, öz millətinin dilini bilmədi. Haçan danışdısa, bir quş buraxdı.

Gah, Rusiyaya işləməyə gedənləri “otxod” adlandırdı, gah da “Qarabağın qələbəsi məni maraqlandırmır” açıqlamasını verib sonra isə “mən bəyəm qudurmuşam ki, belə deyim?” təkzibini verdi. Bu bəyanatının səs-küyü unudulmamış müğənni Firuzə İbadovanın torpağını mənimsəmə faktı ilə gündəmə gəldi. Amma Milli Məclisin 3 çağırış deputatı olan bu adam bir dəfə də olsun yaddaqalan bir çıxışı, bir təklifi ilə gündəmə gəlmədi. Bu da son.

7 arşın kəfən, bir ovuc torpaq. Firuzə İbadovanın Badamdardakı zəbt olunan torpağı yox haa…Qurd qapısı qəbristanlığındakı torpaq. Nə deyək, Allah günahlarını bağışlasın. Ölümün ASTANasında olan hər kəs üçün bu aqibət bir dərs olsun.

Ləman Ələşfrəzqızı

Əməkdar jurnalist
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...