Sınaq imtahaları özünü sınamaq istəyən hər kəs üçün əlçatan olmalıdır...

16:23 10.04.2018 655
Sınaq imtahaları özünü sınamaq istəyən hər kəs üçün əlçatan olmalıdır...
Sınaq imtahanı özünü sınamaq üçündür, bunun başqa adı yoxdur...

TQDK-nın (DİM) sınaq imtahanları müxtəlif ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına, magistraturaya, rezidenturaya qəbul olmaq istəyən namizədlərin, dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə keçirilir və ən başlıcası isə könüllülük prinsipinə əsaslanır. Son iki ildir ki, bu imtahalarda iştirak etmək istəyində olanlar üçün hər hansı bir məhdudiyyət qoyulmayıb.
Əlbəttə bu imtahanların təşkili və keçirilməsi də heç də hamı tərəfindən birmənalı qarşılanmayıb, müxtəlif irad, ittiham və nöqsanların irəli sürülməsi ilə müşayət olunur. Baxmayaraq ki, bu sınaqlar imtahanöncəsi psixoloji gərginliyi və stressi azaldır, özünə inam və güvən hissi yaradır, hər bir iştirakçının zəif və güclü tərəflərini üzə çıxarır, onların imtahan vərdişlərini formalaşdırır.
Bu iradlar əsasən ödəniş qiymətlərinin yüksək olması (3 manatdan 20 manata qaldırılması), bu səbəbdən imtahanda az sayda abituriyentlərin iştirak etməsi, imtahan mərkəzlərinin yalnız mərkəz rayonlarda olması, müəyyən mərkəzlər üzrə məsafənin uzaqlığı, iştirakçıların qeydiyyata alınması prosedurunun qəlizliyi, elektron xidmətlərdə müəyyən problemlər, tələb olunan vəsitin ödənişi zamanı ortalığa çıxan çətinliklər, orta məktəbin tədris proqramı ilə sınaq – test tapşırıqlarında müəyyən uyğunsuzluqlar, imtahanların başlanma vaxtında müəyyən gecikmələr və s. obyektiv və subyektiv səbəblərlə əlaqədardır.
Maraqlıdır ki, AzEdu.az saytının DİM-in abituriyentlər üçün təşkil etdiyi sınaq imtahanlarını necə qiymətləndirirsiniz mövzusu üzrə keçirdiyi sorğuda da respondentlərin böyük əksəriyyəti məhz qeydiyyat prosesinin qəlizliyini, ödənişlərin yüksək məbləğ təşkil etməsini, imtahan məntəqələrinin yalnız mərkəz rayonlarda olması problemini önə çəkiblər. Yeri gəlmışkən, bu və bir neçə digər saytın bu və digər səpgidə keçirdiyi sorğular təhsilimizin taleyüklü məsələlərinə diqqət çəkilməsi, ictimai rəyin öyrənilməsi və gələcəkdə nəzərə alınması baxımından təqdirəlayiqdir və yalnız alqışlanmalıdır.
Ödəniş qiymətlərinin yüksək olmasına əlavə şərh verməyə elə də bir ehtiyac duymuram.
"Əlbəttə ki, Azərbaycan cəmiyyəti üçün bu rəqəmlər kifayət qədər böyük idi. Nəzərə alsaq ki, DİM publik hüquqi şəxsdir və dövlət büdcəsindən maliyyələşmir, bu zaman bütün xərcləri, sərf etdiyi resursları hesablayıb xidmət haqqı müəyyən edir. Qiymətlərə təsir göstərən amillər əsasən, test tapşırığı yazan, yoxlayan mütəxəssislərə verilən vəsaitlər, sual kitabçası üçün sərf olunan kağız daşıyıcıları və elektron xidmətlərin dəyəri, imtahan nəzarətçisi və rəhbərinə verilən vəsaitlər, nəqliyyat və digər xərclərdir. Yəni DİM bütün xərcləri və özünün büdcəsini formalaşdırmaq üçün lazım olan məbləği hesabladıqdan sonra müəyyən imtahanlar üzrə xidmət haqları müəyyən edir. Nə qədər yüksək görünsə də, əməkdaşların saxlanılması və digər vacib amillər üçün bu vəsait zəruridir”.

Lakin qeydiyyatdakı qəlizlik və ödənişlərdəki çətinliklər heç kəsdə şübhə doğurmaya bilməz:
“Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş istifadəçilər isə istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.”
Düzdür bu istiqamətdə artıq mühüm bir addımlar atılır. Abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında yeni fəaliyyətə başlayacaq “Məsləhət mərkəzi”ndə xüsusi treninq keçmiş əməkdaşlar tərəfindən ödənişsiz köməklik göstərirlməsi nəzərdə tutulub. Lakin belə mərkəzlərin Bakı şəhərindən daha çox regionlarda yaradılmasına ehtiyac var. Çünki bu kimi problemlərlə əsasən əyalətlərdə üzləşirlər.
Əgər təhsilin hamı üçün əlçatan olmasını istəyiriksə, adambaşına düşən ali təhsillilərin sayına görə öncül yerlərdən birini tutmaq fikrindəyiksə, sınaq imtahanlarının daha da humanist və demokratik xarakter alması istiqamətində təkmılləşmə və yeniləşmə işləri davam etdilməli, bütün iştirakçılara bərabər imkan və şəraitin yaradılması təmin olunmalıdır. Yalnız bu halda sınaq və qəbul imtahanlarında müşahidə oluna biləcək enmə tendensiyasının qarşısı alına bilər...

Nadir İsrafilov,təhsil eksperti
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR