Tələbəni təhqir etdiyi deyilən direktor: "O sözün mənasını indi öyrənirəm"

22:09 19.02.2021 38
Tələbəni təhqir etdiyi deyilən direktor: "O sözün mənasını indi öyrənirəm"
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Zamantv.az xəbər verir ki, bununla bağlı "Report”a açıqlama verən N.Qaralova indiyədək heç kimi təhqir etmədiyini bildirib:

"Mən heç bir tələbəni təhqir etməmişəm və indiyə qədər heç bir kəsin ünvanına artıq ifadə işlətməmişəm. Çünki buna mənim tərbiyəm yol vermir. Çox təəssüf edirəm ki, ifadə etdiyim o sözün ölkəmizdə yayılmış mənasını bu yaşımda öyrənirəm. Çünki mən o ifadəni tamam başqa mənada bilirəm. Axı, həmin sözün başqa mənası da var. Ona görə də o ifadədən təhqir kimi istifadə etməmişəm. Qədim Yunanıstanda filosofolar, pedoqoqlar tələbələrə dərs keçən zaman məkanın işıqlandırılması üçün orada tələbələrdən biri şam yandırıb tuturmuş. Bu, elektrik enerjisinin olmadığı bir zamanda qədim Yunanıstanda bir ənənə olub. Bu prosesdə dərs keçirilən məkanın işıqlandırılması üçün əlində şam tutan tələbənin ən əsas etibarlı olması vacib olub. Mən də o ifadədən bu mənada istifadə etmişəm. Ona görə də sinif nümayəndəsinə ehtiyac olmadığını, tələbələrin üç nəfərdən ibarət olmaqla imtahana girmələrini, burada hansısa şahidə və etibarlı şəxsə ehtiyac olmadığını bildirmişəm. Çünki burada müəllim, assistent, tədris şöbəsinin müdiri var. Ona görə də əlavə şəxsə ehtiyac yoxdur”.

N.Qaralova sözügedən videonun qərəzli şəkildə yayıldığını hesab edir:

"Çünki imtahan yanvar ayında olub. İmtahanı düzgün keçirilmədiyinə görə saxlatdırmışam. Bu da narazılıqlara səbəb olub. Ona görə də düşünürəm ki, bu, mənə qarşı təxribatdır. Çünki mən onların bu günə qədər oynadıqları oyunları pozmuşam. Təəssüflər olsun ki, videoda yalnız o hissəsini kəsib və qərəzli şəkildə yayıblar”.

"Nə həmin tələbənin, nə onun valideynlərinin, nə də həmin prosesdə iştirak edən müəllimlərin mənə qarşı heç bir narazılığı yoxdur”, - deyə direktor Nərmin Qaralova əlavə edib.

Qeyd edək ki, distant formada keçirilən imtahan zamanı ADMİU nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın xanım tələbəni xoşagəlməz ifadə ilə təqdim etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Direktorun tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:13

“Saloğlu” qanunları saymır

11:09

Əsir düşən zabitimizin atasından ürəkdağlayan müraciət - VİDEO

11:07

Göyçay rayon İcra hakimiyyətində Vətən müharibəsi iştirakçısının anasına qarşı hörmətsizlik - VİDEO

11:01

MEDİAMIZIN YENİ ERASI…

21:17

Moskvadan İrəvana təcili zəng edildi - SON DƏQİQƏ!

21:16

Sülhməramlılar İrəvana, Azərbaycan ordusu Xankəndinə - 3-cü Qarabağ müharibəsi başlayır?

21:12

Azərbaycanda yoluxma kəskin azaldı, sağalanlar yoluxanları üstələdi

21:08

SON DƏQİQƏ! Moskvadan İrəvana təcili zəng edildi

21:07

SON DƏQİQƏ! Prezident Ermənistana xəbərdarlıq etdi: "Biz heç vaxt imkan vermərik ki..."

11:41

Qara görə qiymətləri ceyran belinə qalxan təksilər VİDEO

11:39

SON DƏQİQƏ! Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ

11:38

Rusiya MN-dən Laçındakı su elektrik stansiyası ilə bağlı AÇIQLAMA

20:48

SON DƏQİQƏ! Bakıda dəhşət: 39 nəfər yaralı var

20:44

Pərvin qarlı havada çəkdirdiyi FOTOsu ilə göz oxşadı

20:06

Sabah məktəblərdə dərslər dayandırılacaq? - RƏSMİ AÇIQLAMA

13:42

“SMS-icazə” bərpa edilir?

13:39

Bakıda 5 nəfərin öldüyü dəhşətli olayın təfərrüatları üzə çıxdı -Hadisə yerindən VİDEO

11:50

Pandemiyanın sona çatacağı tarix açıqlandı

11:48

Bakı-Qazax yolunda 30 maşının toqquşduğu dəhşətli qəzadan VİDEO

11:42

Qarlı və şaxtalı hava nə qədər davam edəcək? (RƏSMİ)

21:53

Bakıda meyiti tapılan tələbə dünən onlayn dərsdə iştirak edib - FOTO

21:46

Zaur Kamal Vüsalə Əlizadəni əvəz etdi – ATV-də yerdəyişmə?

21:43

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 200-ü keçdi

21:26

Əhaliyə xəbərdarlıq, Məktəblərlə bağlı mühüm məlumat, Vacib qanun dəyişdi - ​GÜNÜN VACİB XƏBƏRLƏRİ

21:18

"Əgər pensiyaçı 12 ildən çox yaşayırsa..." - Nazirlikdən ilginc açıqlama

14:03

Milli Məclisdə operativ qərargah tənqid edildi: “Toylar keçirilməlidir”

13:52

Xüsusi Təyinatlı 3 polkovnik həbs edildi – VƏTƏNƏ XƏYANƏT

13:28

Yalçın Rzazadənin son sözləri: "Gücünü topladı və dedi ki..."

13:27

Stilist Balaşın ölüm səbəbi bəlli oldu

13:25

26 illik arvadının başını qantel ilə əzdi - VİDEO - FOTO

13:05

SON DƏQIQƏ! Yerə stadion böyüklükdə asteroid yaxınlaşır

12:55

Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın olub

10:28

Mərkəzi Bank dollarla bağlı yeni məlumat yaydı

10:26

Bu sahədə qiymətlər kəskin artdı: 350 manatdan 800 manata...