Sərt karantin rejimi tətbiq edilməsə... - Açıqlama

10:35 2.12.2020 67
Sərt karantin rejimi tətbiq edilməsə... - Açıqlama
Dekabrın 1-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, 1 995 nəfər sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, bu günə qədər isə ümumilikdə 1 746 198 test icra olunub.

Azərbaycanda koronavirusa yoluxanların sayının artması karantin tədbirlərinin sərtləşdirilməsini reallaşdırır. Ölkədə koronavirusa təkrar yoluxma hallarının qeydə alındığı da bildirilir. Xəstəxanalar artıq dolub, yoluxmuş şəxslərin sayı isə artmaqda davam edir. Bəs görəsən, əvvəlki kimi yaşlıların küçəyə çıxmasına qadağa qoyulması, SMS-icazələrin yenidən tətbiqi gözlənilirmi?

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Bizimlə söhbətdə həkim-ekspert Adil Qeybulla bildirib ki, dünyanın hər yerində görülən tədbirlər yerli epidemioloji vəziyyəti nəzərə alaraq həyata keçirilir: "Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, Operativ Qərargah qərar verir. Vəziyyət kritik həddə çatdıqda, daha sərt tədbirlər görülür. Amma bu, insanlarda əlavə gərginlik yaradır. Onlar həm psixoloji, həm də maddi baxımdan çətinlik yaşayırlar. Yoluxma isə davam edir. Ona görə də düşünürəm ki, karantini daha da sərtləşdirməyə gərək yoxdur. İctimai nəqliyyat hələ də bərbad durumdadır, amma açıq havada maska taxmaq məcburidir. İctimai nəqliyyatda qayda-qanun yaratmaq lazımdır, yoluxmanın böyük əksrəriyyəti ona bağlıdır”.

Fazil Mustafa: "Azərbaycanda təhsilsiz qadın qalmamalıdır”

"Yeni Müsavat”a danışan deputat Fazil Mustafa isə bildirib ki, karantin qaydaları daha da sərtləşdirilməlidir: "Başqa yol yoxdur. Hamı səbəbli, səbəbsiz yollarda, küçədədir, xəstəliyin daşıyıcıları virusu istənilərn səviyyədə yaya bilirlər. Ona görə də çıxış yolları düşünülməlidir. Çünki maskaya əməl etməyənlərin də sayı kifayət qədər çoxdur. Onun da təsiri olub. Qələbə yürüşlərinin də təsiri var. Bütövlükdə xeyli təsiredici amillər var, buna görə də karantin şərtlərini sərtləşdirmək lazımdır. Çox güman ki, müəyyən məhdudiyyətlərə gedilməsi intensivləşdiriləcək. Karantin qaydalarını cəmiyyətin öhdəsinə buraxmaq bir qədər doğru deyil. Bu daha çox Operativ Qərargahın aldığı qərarlar çərçivəsində həll olunmalıdır.

Çünki hazırda ölkədəki durum, xəstəxanalardakı mövcud durum, çarpayının olub-olmaması kimi dəqiq məlumatlar onlardadı. Bununla bərabər əhaliyə ilə təbliğat işi də gücləndirilməlidir".

"Artıq son dövrlərdə ölkəmizdə koronavirusa yoluxma hallarının sürətlə artması ciddi narahatlıq doğurur və rəqəmlər kifayət qədər ciddidir”.

Musa Quliyev: 'Karantin rejimindən tez çıxmaq üçün qaydalara əməl etməliyik' - GanjaNews

Bunu "Trend”ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri vurğulayıb ki, ciddi tədbirlər görülməsə, vəziyyət daha da gərginləşə və çətin durum yarana bilər: "Hamı bilir ki, maska taxmaq lazımdır, hamı bilir ki, gigiyena qaydalarına riayət etmək lazımdır, ara məsafəsi saxlamaq lazımdır, amma əməl etmirlər. İstənilən halda hökumət sərtləşdirilmiş addımlara getməlidir.

Ən azı 2 həftəlik sərt karantin təmin olunmalıdır ki, vəziyyət normallaşsın. Təmasları azaltmasaq, nəyəsə nail olmaq çətindir. 65 yaşdan yuxarı insanların evdən çıxmasna ən azı iki həftəlik qadağa qoyulmalıdır. Çünki onların küçəyə çıxması həyatları üçün daha təhlükəlidir. Bütövlükdə hesab edirəm ki, yenə sərt rejimə keçməliyik, başqa yol yoxdur".

Nazirlər Kabinetindən isə bildirilib ki, hələ ki bununla bağlı hər hansı qərar yoxdur.

Daxili işlər orqanları əməkdaşları respublika üzrə yaşayış yerini tərk edən aktiv koronavirus xəstələri ilə bağlı araşdırmaları davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, noyabrın 30-da keçirilən tədbirlər nəticəsində yaşayış yerini tərk edən 28 nəfərin yeri müəyyən edilərək saxlanılıb. Saxlanılıan şəxslərdən 26-sı evə qaytarılıb, 2 aktiv xəstə isə xəstəxanaya yerləşdirilib. Həmin xəstələrdən 19 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Nuran Abdullayev: "Azərbaycan bunu etsə, COVID-19-la mübarizədə Almaniyanı keçər" | Report.az

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev koronavirusdan qorunmaq üçün açıq havada tibbi maskalardan istifadənin təsirləri barədə məlumatlara münasibət bildirib.

Açıq havada tibbi maskadan istifadə etməməyin fəsadlarından danışan azərbaycanlı alim bildirib ki, virus təkcə hava-damcı yolu ilə deyil, həm də aerezollar vasitəsilə yayılır:

"Aerezollar isə gözlə görünən damcıdan yüzlərlə dəfə kiçikdir. Ona görə də aerezolları gözlə görmək mümkün deyil. Açıq havada aerozolların hərəkəti və onlar vasitəsilə virusun yayılması barədə bir misal çəkə bilərəm: Açıq havada adi maskadan istifadə edən şəxsə onun yaxınlığından keçən digər bir adamın parfümünün qoxusu necə gəlirsə, virus da aerozollarla açıq havada eyni formada hərəkət edib insana yoluxa bilər. Beləliklə, açıq hava şəraitində də yoluxma yayıla bilir. Burada yüksək qoruyuculuğa malik tibbi maskalar insanları virusa yoluxmadan qoruya bilər. Digər tərəfdən, elmi tədqiqatlar sübut edir ki, tibbi maska taxan adamlar virusu özündən daha az xaric edir və az xaric olunan viruslar havadakı hərəkətindən sonra bir çox hallarda yoluxduruculuq qabiliyyətini itirir. Bununla bağlı hələ yay aylarında aparılan araşdırmalar, elmi məqalələr haqqındakı elmi şərhim geniş oxucu kütləsinə təqdim edilib. Ona görə də tibbi maskalardan istifadə və məsafənin saxlanılması açıq havada da mütləqdir ki, virusu gizli keçirən insanlar xəstəliyi daha çox yaymasınlar. Eyni zamanda maskasız məsafə saxlamaq və ya məsafəsiz maska taxmaq insanları virusdan qorumur”.(Musavat.com)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:47

Ramin Quluzadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

10:45

Günün qoroskopu: İctimai və siyasi sahələrdə uğurlara nail ola bilərsiniz

10:26

Ermənilərin Şuşaya "İskəndər" atmaq planı - Paşinyan xalqı necə aldadıb?

10:19

Azərbaycanda bu şəxslər məcburi şəkildə vaksinasiya olunacaqlar - Əsədov AÇIQLADI

10:18

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür – MÜHÜM AÇIQLAMA

10:16

FHN dağıntılar altından meyit tapdı

15:05

Məşhur meyxanaçı gecə saatlarında vəhşicəsinə döyüldü

15:04

Azərbaycanda təmtəraqlı toyların keçirilməsinə nə vaxtdan icazə veriləcək? - KOMİTƏ SƏDRİ AÇIQLADI

15:01

Baku Medical Plazada əməliyyat olunan pasiyent vəfat edib - YENİLƏNİB

14:59

Rövnəq Abdullayev vəzifəsini icra edir – EKSKLÜZİV

14:10

Özünü 18-ci mərtəbədən atan qızla bağlı YENİ MƏLUMAT - VİDEO

10:23

Bakıda dəhşət: Qız hamamda...

10:15

Vasif Talıbov məmuru işdən çıxararaq yeni vəzifə verdi

10:13

Azərbaycanda karantin rejimi yumşaldıldı

10:11

Dəniz quldurlarının azərbaycanlı dənizçini öldürməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI: “QAPINI SINDIRDILAR, İÇƏRİ GİRƏN KİMİ..."

10:06

Xəzər dənizinin suyu sürətlə azalır - Səbəb?

12:18

Azərbaycanda tanınmış iş adamı vəfat etdi

12:07

Yüksək vəzifəli ERMƏNİ QADIN təyyarə ilə ölkədən qaçdı

11:59

Bu avtobuslarda gediş haqları BAHALAŞDI - 80 QƏPİK...

11:53

Rusiya çalxalanır: “Vəziyyət sürətlə pisləşir” – Kremldən sərt qərar

00:06

AĞIR İTKİ ÜZ VERDİ-Daha bir məşhur aktrisa QƏFİL dünyasını dəyişdi

23:54

Emin Əmrullayev: “Fikirlərim təhrif olunub”

23:51

Hərbçilərin maaşlarının azaldılması iddiası ilə bağlı - Nazirlikdən açıqlama

11:19

“Deyirlər, get, müalicə ol…” - GİLEY

11:07

İşinə tələsən polis zabiti dünyanın ən qısa nikah mərasiminə imza atdı - VİDEO

11:06

“Rusiyanın hansısa kadrları müdafiə etməsi təbiidir” – Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

10:59

“Leyla Yunus üçün əsas pul qazanmaqdır” - yeni “məhbus siyahısı”na etirazlar...

10:49

Türkiyədə pitbul iki yaş yarımlıq azyaşlını xəstəxanalıq etdi - ANBAAN VİDEO

10:39

Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə etdilər

10:29

“Dəmir yumruq” əməliyyatı “Dəmir təpik” ilə tamamlana bilər” - GƏLİŞMƏ

21:15

Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı

15:21

Vilayət Eyvazov DYP rəisini İŞDƏN ÇIXARDI - ƏMR

15:21

Qar Ağsu dolarlarında hərəkəti çətinləşdirdi - RƏSMİ

15:19

Şuşada 100 metrlik televiziya qülləsi tikilə bilər