SON DƏQİQƏ! Türkiyə hərbçiləri bu ərazilərdə xidmət aparacaq

20:51 25.11.2020 464
SON DƏQİQƏ! Türkiyə hərbçiləri bu ərazilərdə xidmət aparacaq
“Rusiya Dağlıq Qarabağa sülhməramlılar göndərməklə bağlı planını müharibənin ilk günündən hazırlayıb. Moskva bu planını oktyabrın ilk günlərindən gündəmə gətirməyə çalışdı. Ancaq bunun üçün həm Ermənistanın, həm də Azərbaycanın razılığı lazım idi, bunu rusiyalı rəsmilər də bir neçə dəfə səsləndirmişdilər”.

Oxu24.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 10-da Moskvada keçirilən ilk görüşündə bu mövzu geniş müzakirə olunub:

“Müzakirənin təxminən 11 saat davam etməsinin səbəblərindən biri də məhz bu mövzuyla bağlı idi. Ancaq oktyabrın 10-u üçün Azərbaycan Ordusu hələ ilk qələbələrini qazanmışdı, rusiyalı sülhməramlıların bölgəyə gəlişinə yaşıl işıq yandırmaq Azərbaycan baxımından işin yarımçıq qalmasına səbəb ola bilərdi. Buna görə də rəsmi Bakı sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsinin hələ erkən olduğunu bildirirdi.

Prezident İlham Əliyev oktyabrın 29-da Rusiyanın “İnterfaks” agentliyinin əməkdaşının sülhməramlılarla bağlı sualına belə cavab vermişdi:

“Biz bu bəndə çatmamışıq. Regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsində, işğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda planlaşdırılırdı. Bəli, erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaq. Ancaq sülhməramlılar harada yerləşəcək, onların mandatı necə olacaq, şəxsi heyəti, sayı, silahları, funksiyaları nə olacaq, onların təhlükəsizliyini kim təmin edəcək? Buna görə də bütün bu məsələlərin çox diqqətlə öyrənilməsi tələb olunur və yalnız bundan sonra deyə bilərik ki, bəli, biz buna razıyıq və ya razı deyilik. Ona görə bu sual hələ tezdir”.

Siyasi şərhçinin qənaətincə, İlham Əliyevin bu müsahibəsindən 10 gün keçdikdən və Azərbaycan Ordusunun strateji şəhər olan Şuşanı işğaldan azad etməsindən sonra rəsmi Bakı rusiyalı sülhməramlıların bölgədə yerləşməsinə razılıq verdi:

"Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan arasında telefon danışığı olub. Böyük ehtimalla Türkiyə Cumhurbaşqanı da tərəflər arasında bəyanatın mətni ilə əvvəlcədən tanış idi.

Təsadüfi deyil ki, Ankara Bakı ilə paralel şəkildə imzalanan bəyanatı müsbət qiymətləndirib. Buna baxmayaraq, Rəcəb Təyyub Ərdoğan Vladimir Putinlə telefon danışığında Rusiya kimi türkiyəli hərbçilərin də bölgədə sülhməramlılar qismində iştirakının vacib olduğunu Kreml sahibinin diqqətinə çatdırdı. Putinin cavabı belə oldu ki, ermənilər tarixdən çıxış edərək türkiyəli hərbçilərin Dağlıq Qarabağın daxilində yerləşməsindən qorxurlar. Putinin sözlərinə görə, Ərdoğan vəziyyəti anlayıb və israr etməyib. Ancaq Putin daha sonra verdiyi müsahibədə sözlərinə onu da əlavə etdi ki, Türkiyə ilə Azərbaycan strateji müttəfiqdirlər, bu, onların hüququdur və Türkiyə hərbçilərinin Azərbaycanda varlığına mane ola bilməzlər. Başqa sözlə Türkiyə hərbçilərinin Şuşada, Laçında və ya Kəlbəcərdə yerləşməsinə heç kim və heç nə mane ola bilməz. Bu istiqamətdə çalışmalar sürətlənib. Türkiyənin müdafiə naziri Hulusi Hakar da hər dəfə vurğulayır ki, Rusiya hansı hüquqla hərbçilərini Azərbaycan ərazisində yerləşdiribsə, Türkiyə hərbçilər də eyni hüquqla Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda və ətrafında mövcud olacaqlar, sayları da rusiyalı hərbçilərin sayından az olmayacaq. Bundan başqa Türkiyə hərbçilərinin Suriyada olduğu kimi Dağlıq Qarabağda da rusiyalı hərbçilərlə birgə patrul xidmətində iştirakı da təmin olunacaq. Türkiyə və Rusiya prezidentləri bu mövzunu noyabrın 24-də telefon danışığında yenidən müzakirə ediblər”.

Politoloq vurğulayıb ki, Türkiyə və Rusiya Dağlıq Qarabağda birgə fəaliyyət üzərindən bölgədə yeni əməkdaşlıq formatı üzərində fikir mübadiləsi aparırlar:

“Türkiyə Cumhurbaşqanının sözçüsü İbrahim Kalın “Twitter” hesabında son yazdığı “Türkiyə Qafqazın ən yeni tarixində aktiv rol oynamağa davam edəcək” cümləsi də bundan xəbər verir. Yaxın gələcəkdə Naxçıvan istiqamətində nəqliyyat və dəmiryolunun açılması Azərbaycanla Türkiyəni birləşdirməklə yanaşı Türkiyə ilə Rusiya arasında da quru və dəmir yolu ilə birləşməsinə, ticarət mübadiləsinin artmasına şərait yaradacaq.

Ermənistan Azərbaycan torpaqlarına iddiasından və bir sıra Qərb ölkəsində Dağlıq Qarabağın “müstəqilliyini” tanıtmaq kimi təxribatlarından əl çəkərsə bu ölkənin də gələcəkdə regional layihələrdən faydalanması mümkündür. Ancaq bunun üçün ermənilər yüzillərdir türk əleydarlığı üzərindəki düşüncə tərzinə son qoymalıdırlar. Ermənistan bu ağır xəstəlikdən qurtulmayınca əvvəlki kimi regional layihələrdən kənar qalacaq”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU