Firdovsi Umudov ön cəbhədə sərhədçilərimizə bayraq təqdim edib - FOTO

20:59 16.11.2020 27
Firdovsi Umudov ön cəbhədə sərhədçilərimizə bayraq təqdim edib - FOTO
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, polkovnik-leytenant Firdovsi Umudov da müharibə vaxtı ön cəbhədədir. Tanınmış mütəxəssis azad olunmuş torpaqlarımızda rəşadətli Azərbaycan sərhədçilərinə bayraq təqdim etdiyi fotoları sosial şəbəkə hesablarında paylaşıb.

Umudov sosial şəbəkədə bununla bağlı fikirlərini də açıqlayıb. Mütəxəssis tarixi qələbəmizdən söz açıb:

“Ali Baş Komandanın rəhbərliyi altında biz tarixi qələbə qazandıq. Məhz prezidentimizin rəhbərliyi ilə biz sərhədlərimizi bərpa edirik. Bizim uzun illərdir beynəlxalq yarışlarda qaldırdığımız bayrağı Vətən müharibəsində qalib gəlmiş qardaşlarıma təqdim edirəm.

Biz hamımız Azərbaycana xidmət edirik. Biz həmişə bütün şəhidlərimizi xatırlayacağıq. Yaralılarımıza isə tez bir zamanda sağalmalarını arzulayıram. Qarabağ bizimdir! Qarabağ - Azərbaycandır!”

Xatırladaq ki, Firdovsi Umudov müharibədən öncə “Real TV”dəki müsahibəsində üzərində daşıdığı bayrağı nümayiş etdirərək “Bu bayraq Qarabağ torpaqlarında dalğalandırılacaq” deyə vurğulamışdı.

“Qələbə çox şirin sözdür. Biz idmançılar beynəlxalq arenalarda qələbə qazanmağa öyrəşmişik. Amma döyüş meydanında zəbt olunmuş əraziləri azad etmək tamam başqadır. Burada ölüm-qalım mübarizəsi gedir. Biz bütün cəbhələrdə qazanmağa hazırıq və bizim idmançılar da döyüşməyə hazırdılar.

Bu gün ölkəmizdə bütün insanların fikri Qarabağın azad olunması ilə bağlıdır. Bütün hər kəs bir ideya ətrafında birləşib. Haqq bizim tərəfdədir. İstəyirik ki, Qarabağda bizim bayrağımız dalğalansın.

Bu gün Azərbaycan 90-ların əvvəlində olan dövlət deyil. Bu gün bizim müdrik liderimiz, İlham Əliyev kimi Ali Baş Komandanımız var. Xalq ona inanır.

Mən özüm Qazaxdanam. Bu, Ermənistanla sərhəd zonasıdır. 13-14 yaşım olanda müharibənin bütün faciələrini öz gözlərimlə gördüm. Amma biz nə onda qorxurduq, nə də indi.

Azərbaycanlılar qəhrəman xalqdır. Ermənilər anlamırdılar ki, tez, ya gec Qarabağda törətdiklərinə görə cavab verəcəklər?! Biz bütün komponentlərdə onlardan güclüyük. Və bu gün biz bunu sübut edirik. Biz öz torpaqlarımızı azad edəcəyik!”, - deyə Firdovsi Umudov əminliklə həmin vaxt demişdi. Və 44 günlük müharibədən sonra Ermənistan kapitulyasiyaya qol çəkdi.

Firdovsi Umudov ön cəbhədə sərhədçilərimizə bayraq təqdim edib - FOTO
Firdovsi Umudov ön cəbhədə sərhədçilərimizə bayraq təqdim edib - FOTO
Firdovsi Umudov ön cəbhədə sərhədçilərimizə bayraq təqdim edib - FOTO
Firdovsi Umudov ön cəbhədə sərhədçilərimizə bayraq təqdim edib - FOTO
Firdovsi Umudov ön cəbhədə sərhədçilərimizə bayraq təqdim edib - FOTO
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:43

“Topçu Vüsal”ın adıyla pul qazanmaq istəyənin kimliyi bəlli oldu - VƏKİL İMİŞ

21:41

Azərbaycanda 1 ay sonra koronavirus yox olacaq - PROFESSOR

21:33

SON DƏQİQƏ: Xalq artisti VƏFAT ETDİ - FOTO

21:30

Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır

16:11

Hər il sentyabrın 27-si Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM

16:10

10 Noyabr Azərbaycanda Zəfər Günü elan edildi - SƏRƏNCAM

12:38

Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ necə həll olunacaq...

11:17

İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - AÇIQLAMA

10:35

Sərt karantin rejimi tətbiq edilməsə... - Açıqlama

10:30

DYP rəisi vəzifədən AZAD OLUNDU

21:22

Şəhid generalımız Polad Həşimovun oğluna "İnşallah sən də şəhid olarsan" dedi: Tənqid atəşinə tutuldu

21:20

Azərbaycanda şəhid ailələrinə 11 min manat veriləcək- Rəsmi açıqlama

21:17

Lavrovdan Dnestryanıdan Rusiya qoşunlarının çıxarılması ilə bağlı AÇIQLAMA

21:13

Ağasəlim Mircavadov Rəşad Sadıqovu özündən çıxardı - VİDEO

21:12

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi - Bu qəhrəmanı siz də tanıyın

21:02

Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi

11:36

Dəhşətli hadisə: Qadın öldü,kişi ağır yaralandı

10:32

ÜST: Yoluxma sayında sentyabrdan bu yana ilk dəfə azalma olub

10:31

Laçının tanınmış şəxsləri - SİYAHI

10:29

Rəsul Quliyev: “Bu quşbeyin anlamır ki...”

13:45

Azərbaycanda koronavirusa görə karantinin sərtləşdirilməsi və SMS-in bərpası XƏBƏRDARLIĞI

12:48

Qaxda 95 aztəminatlı ailələrə sosial yardımlar paylanılıb

11:27

İti ilə oynayarkən yıxılan Co Baydenin ayaq sümükləri sındı

10:53

Paşinyan Putinlə Qarabağa dair danışıqların bir hissəsini açıqlayıb

10:41

Bakıda dəhşətli qəza: Avtomobil marketə çırpıldı, üç tibb işçisi öldü - VİDEO

21:02

Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi... - NARAZILIQ...

20:52

Paşinyana ŞOK: "Sən türkün ayaqqabılarını yalamısan"

20:43

“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” - GƏLİŞMƏ

12:12

Koronavirusu təyin etmək üçün EV TESTİ

12:11

Laçın dəhlizində son durum: Şuşaya giriş niyə qadağandır?

12:07

Pensiyaları nə vaxt ödəniləcək? - NAZİRLİK AÇIQLADI

21:38

Elçin Axundzadənin rəhbərliyi ilə diplomatik ikinci Beynəlxalq konfrans keçirildi

22:06

Bu rayonlarda 2 gün qaz olmayacaq - SİYAHI

21:58

Ermənistan itkilərini açıqladı - ŞOK RƏQƏM