[medium=left]http://zamantv.az/uploads/posts/2020-10/1603262852_027.jpg[/medium
Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Soltannuxa kənd sakini Allahyar Baxışlı idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili ilə Qəbələ-Ağdaş yolunda hərəkətdə olan zaman Zarağan kəndi ərazisində piyada, 1958-ci il təvəllüdlü Aydınqışlaq kənd sakini Qafarov Şərafəddin Şərif oğlunu vurub.
Ş.Qafarov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Zamantv.az