Impera
XƏBƏR LENTİ
16:59Avtovağzalda 1 manat pul, 1 qəbz, onlarla gözlədilən insan: - “Giriş niyə pullu olmalıdır?”16:55Mingəçevir sakini ”Ata Bank”dan şikayətçidir - kompensasiyasını ala bilmir16:51"Azərsun" qəsdimizə NECƏ DURUB? - İTTİHAM16:48Türkiyədən Azərbaycana mühüm dəstək - Ankara İrəvanı küncə sıxır16:43Qanunları pozmaqda davam edən "Unibank"ın yalanı: - “Bu müştərilərin adlarının siyahıya düşməməyi...”11:57Azərbaycan səhiyyəsində növbəti qalmaqal - Xəstə əməliyyat zamanı hepatitə yoluxub11:41Saatlının başçısı "racon kəsir"... - İDDİA11:13Səfir: Azərbaycanın iştirakçısı olduğu enerji və nəqliyyat layihələri bütün region ölkələrinin inkişafına böyük töhvə verir11:10“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Milli Qurtuluş Günü qeyd edilib10:41Azərbaycanda Milli Qurtuluş Günüdür14:3535 tanınmış ziyalıdan Prezidentə və I Vitse-Prezidentə MÜRACİƏT - MƏTN14:12"Aqrar Kredit və İnkişaf Agentliyinin güzəştli kreditlərindən yararlanmaq istədim, amma..."13:55Nazir bu tibb ocağında baş verənlərdən xəbərsiz olar, yəqin... - İTTİHAM13:43"Qəbələ" "Keşlə"dən ayrılan futbolçunu baxışa çağırdı12:25"Binə"dəki sahibkarlar narazılıq edirlər... - GİLEY11:54Beyləqanda torpaq qalmaqalı... - İş məhkəmədədir11:25Hacı İbrahimdən Prezidentə şikayət: - "Dövlət binamızı öz balansına götürsün"11:03AMEA-da YEYİNTİ MÜƏMMASI çözüldümü? - GƏLİŞMƏ10:38Milli Məclis bu gün də TOPLANIR10:24"Sonsuz dəhliz" filminin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatına layiq görülüb10:09Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar təsdiqlənib18:09Prezident onları təltif etdi17:52İcra başçılarının kütləvi “vurulması”na start veriləcək - İDDİA17:39İki bələdiyyədən 1-ci Vitse-prezidentə şikayət - Müraciət17:12“Kontak Home”dan daha bir fırıldaq - FOTO16:45Aldadıcı vakansiyalar, səmərəsiz əmək yarmarkaları - Gənclər gileylənir16:22Əhmədzadınin korrupsiya "kurotarları" - Onlar kimlərdir?..14:35''Məhkum işgəncələrə dözməyib özünü ülgüclə doğradı''13:56İspaniya jurnalında İmadəddin Nəsimi haqda məqalə çap olunub13:39"Sabah"ın hazırlıq planında dəyişiklik12:55“Unibank”da SKANDAL: - müştərinin gizli məlumatlarını başqasına verdilər12:30Tovuzda səhiyyə sistemi ÖLÜM SAÇIR... - TƏHLÜKƏ12:16Bakıda məktəb direktorlarının arayış biznesi: - Bakı Türk litseyinin nüfuzu təhlükə altında11:49Universitetlərə imtahansız qəbul olmaq istəyən kollec məzunlarının DİQQƏTİNƏ!11:34"Onların torba tikməklərindən xəbərim olmur"11:17Vaşinqtondakı Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunan tədbir keçirilib11:03Bakıda Aİ-Azərbaycan biznes forumu keçirilir21:58Pensərçay çayında sahilbərkitmə işlərinin aparılmasına 1 milyon manat ayrılıb21:53Müsəlman olmaq məni daha yaxşı insan etdi21:47Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar - VIDEO21:43Ceyhun Bayramov bunu mütləq nəzərə almalıdır... - Təkcə Sumqayıtda belə deyil...17:07Sabah dollar neçəyə olacaq?16:50Gəncənin icra başçısının təmizliklə heç arası yoxdur... - GİLEY16:35Əhməd Əhmədzadənin mövqeləri nədən zəif düşüb... - İDDİA16:07Bakıdakı "Kral" şadlıq evi bədlik gətirir... - VİDEO15:55Nazirlikdə nə baş verir? - Sensasion manipulyasiya14:54“Brent” neftinin qiyməti 61 dollardan aşağı düşüb14:39Gədəbəydə narazılıq yaradan kimdir? - GİLEY13:01Bakıda 26 yaşlı qadın çimərlikdə itkin düşdü12:35Bakıda İNANILMAZ HADİSƏ – Tanınmış müğənnini hədələyib maşınını əlindən aldılar11:59Keçmiş bank kollektorlarının dəhşətli cinayətləri – banklar hətta residivistləri müştərilərin üstünə yönəldirmiş…11:50Kirayədə qalan şəxslərin DİQQƏTİNƏ! - Ekspertdən TƏKLİF11:19Səfər Mehdiyev üçün gərgin dönəm... - İDDİA11:04İlham Əliyev və Mehriban Əliyeva “Yanardağ” qoruğunun AÇILIŞINDA10:49Bakıda gömrük işi sahəsində blokçeyn texnologiyalarından, süni intellektdən istifadə müzakirə edilir10:19Bakıda III Milli Mühasiblər Forumu keçirilir17:00Fazil Məmmədovun göz qamaşdıran var-dövləti – SİYAHI16:33DYP əməkdaşları və nümunəvi sürücülər cəmiyyətə tanıdılacaq16:30İnsanlara 3-cü sort kimi baxan icra başçısını kimdir? – İş adamı prezidentdən kömək dilədi16:21“Səslər o qədər aydın gəlir ki, adamı vahimə basır” – Bakıda gözəgörünməz varlıqlar peyda olub16:00Fenomenə çevrilən “Miss Polad Omba” azərbaycanlı qız: Onu dünya ulduzları izləyir – FOTOLAR16:00Prezident SƏRƏNCAM İMZALADI15:40AZƏRBAYCANDA FƏTÖ İLƏ BAĞLANTISI OLAN UNİVERSİTETLƏR... - Onların diplomları "Biləcəridən o tərəfdə" tanınmır...15:38Sənədsiz evlərə “kupça” verilməsi ilə bağlı açıqlama15:20Ermənistandan Qarabağ separatçılarına sanksiya: Bir qəpik də verməyəcək15:16Xəzər dənizində tanker partladı: ölənlər var15:00Bakıda ev tikən usta hündürlükdən yıxılıb öldü14:51Bakıda məktəbli qızları tora salıb fahişə kimi satan Cəlalın FOTOLARI14:40Cəlilabadda iflic vəziyyətə salınan səhiyyə sistemi... - İTTİHAM14:32ABŞ prezidentinin xüsusi diplom verdiyi azərbaycanlı yeniyetmə – FOTOLAR14:20Bakıdan Dehliyə birbaşa uçuşlar başlayır14:13Bakıda transdan küçədə qeyri-etik hərəkət – VİDEO14:00Prokurorluq övladını döyən ata ilə bağlı MƏLUMAT YAYDI13:47““Liverpul”un futbolçuları mesaj yazdı, cavab vermədim”13:20Bu fotodakı şəxs şəhid atası deyil13:19Şimali Koreya Prezidentinin öldürülən qardaşı ABŞ-a işləyib?13:00"Yaxşı ki, Flora Kərimovanın qolu sındı"12:40Yaradıcılığı gənc nəsil üçün məktəb olan sənətkar12:20İrəvan məsuliyyətini dərk etmir - TƏHLİL12:00Lənkəran icra hakimiyyətində rəsmi özbaşınalıq... - İTTİHAM11:40Ermənilərin Gürcüstanın daha bir kilsəsini saxtalaşdırma cəhdi - GƏLİŞMƏ11:20“Oksigen” klinikası əməliiyat zamanı infeksiya düşən xəstəyə yaxın durmur -Vəziyyəti ağırdır11:00Ramin Quluzadəyə inhisarçılıq İTTİHAMI - “Bu, faktiki olaraq, müştəri oğurluğudur”10:45Bu yollarda rənglənmə işləri aparılır10:30Məşhur milyarderin şirkətində yoxlama - Azərbaycanlı iş adamı da həbs edildi10:15Xəzər dənizində partlayış : ölənlər var10:00Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub18:00Nazir müavinin 19 yaşlı oğluna 2 milyon avro veriblər ki, get Almaniyada şirkət aç... - ilginc17:44Gürcüstanın tanınmış simaları: “Rəşid Behbudova Tbilisidə mütləq xatirə lövhəsi və büst qoyulmalıdır” - MÜSAHİBƏ17:33Avtonəqliyyat Baş Gömrük idarəsində Prezident Sərəncamı deyil, ''kalkluyator Rövşən''in dediyi əsas götürülür - İTTİHAM17:20Səfir: "İlham Əliyev, Putin və Ruhani Rusiyada görüşəcək"16:42Qazaxıstanın yeni prezidenti iyunun 12-də and içəcək16:17Jurnalistlər üçün müsabiqə elan olundu16:04İşçinin haqqını yeyirlər... - GİLEY15:25Rusiya səfiri: "Fuad Abbasovun hansı KİV-i təmsil etdiyini hələ də bilmirəm"15:11"Belə növbələrdə əsəblər tarıma çəkilir..." - GİLEY14:58Dərdlərini deməyə belə qorxurlar... - ŞOK İDDİA14:39Kino sənətinə ağır itki - Məşhur aktyor öldü - FOTOLAR14:24Koçaryanın gəlini Cıdır düzündə - FOTO11:39Şəkidə vətəndaşın başına necə oyun açdılar... - GİLEY
BÜTÜN XƏBƏRLƏR

Ağsu icra başçısının özbaşınalıqları haqda... - İTTİHAM

22 May 2018, 12:13   
Ağsu icra başçısının özbaşınalıqları haqda... - İTTİHAM
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qohumları özlərinin doğma Ağsu rayonunda kriminal-feodal strukturu-sprut yaradıblar

Yerli KİV-də dərc olunan yazılarda belə deyilir və bildirilir ki, onlar rayonun praktiki olaraq bütün sakinlərinə “haqq” (“özəl vergi”) tətbiq ediblər.

Bildirilir ki, klanın başında Səlim Müslümovun dayısı, eyni zamanda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və onun qardaşı Mirfazil Seyidəliyev dururlar.

Seyidəyliyevlərin Ağsuda yaratdıqları feodal qaydaları haqda mətbuatda ilk dəfə deyil yazılır. Uzun müddətdir ki, Ağsuda icra başçısı Ənvər Seyidəliyevin rayonda “ailə hakimiyyəti” qurması və başçının qohumlarının rayonu soyub-talaması haqqında məlumatlar ölkə KİV-inin gündəmindən düşmür. Lakin...

Rayonda əksəriyyət Ənvər Seyidəliyevin “toxunulmazlığını” başçının Səlim Müslümovun dayısı olması ilə əlaqələndirir. Çünki hakimiyyət dairələrində müəyyən nüfuz sahibi olan Səlim Müslümov öz geniş əlaqələrindən istifadə edərək dayısının özbaşınalıqlarını müdafiə edib.

Mirfazil Seyidəliyevə gəlincə, onu Ağsuda uşaqdan-böyüyə hamı tanıyır. Çünki qapı-qapı düşüb bacısı oğlu Səlim Müslümovun və icra başçısı olan qardaşının adından əhalidən “haqqı” məhz o toplayır.

Qeyd olunur ki, özünü “ağır seyid” kimi təqdim edən Mirfazil Seyidəliyev Ağsuda, demək olar, hər kəsə “aylıq vergi” təyin edib. Məsələn, xırda dükanlar M. Seyidəliyevə hər ay 100 manat verməlidir. Sahəsi 20 kvadratmetrdən artıq olan dükanlar 200, 50 kvadratmetrdən artıq olan dükanlar isə 300 manat... Verginin miqyası həm kvadratmetrə, həm də dövriyyəyə görə artır. Bu siyahıya Ağsuda fəaliyyət göstərən bütün iaşə obyektləri, kafe və restoranlar, o cümlədən digər sahələrdə fəaliyyət göstərən kiçik və orta biznes qurumları daxildir. Eyni zamanda Ağsuda fəaliyyət göstərən yük maşınları, taksilər, müxtəlif xidmət maşınları da Mirfazil Seyidəliyevə “vergi” verirlər. Misal üçün, daş daşıyan yük maşınlarının hər biri S.Müslümovun dayısına, icra başçısının isə qardaşına 200 manat verir. Əks təqdirdə onlar daş satmağı xəyallarından belə keçirə bilməzlər.

“Özəl vergi”ni verməyənlər isə “Müslümov-Seyidəliyev klanı”nın digər vəzifəli şəxsləri ilə üz-üzə gəlirlər. Yəni elə bir vəziyyətə salınırlar ki, həmin ay müxtəlif qurumlara verəcəklərinin 10 qatı qədər cərimə ödəməli olurlar. “Ağıllanmayanların” isə “obyektləri” ümumiyyətlə bağlanır və onlar müflis vəziyyətdə Ağsudan didərgin salınırlar.

Məsələn, Ağsuda daş bazarı var. Amma Fazil Seyidəliyev həmin bazara “qıfıl” vurub. Niyəsi isə çox sadədir. Ağsu rayonunun Ağabəyli kənd sakinləri olan daş bazarının sahibləri M. Seyidəliyevin şərtləri ilə razılaşmayıblar. Bundan sonra M.Seyidəliyev Ağsuya gəlib-gedən bütün daş maşınlarının sürücülərinə ismarıc yollayıb ki, Ağsu daş bazarına gedən maşın ikinci dəfə rayona girə bilməyəcək. Elə o gündən də Ağsuda daş satıb ailəsinə çörək aparan maşın sürücüləri rayonun küçələrinə səpələniblər. Kim harada istəyir, maşınını orda da saxlayır, müştəri gəzir. Daş bazarı isə, necə deyərlər, ağzı günə qalıb.

Bildirildiyinə görə, hazırda Mirfazil Seyidəliyev Ağsu daş bazarının sahibləri olan qardaşlardan bazarı bütöv şəkildə tələb edir. Yəni qardaşlardan tələb olunub ki, bazarı təhvil versinlər və Ağsunu tərk eləsinlər.

Hələlik qardaşlar Mirfazil Seyidəliyevin və klanın bu özbaşınalıqlarına qarşı dirəniş göstərirlər. Amma bunun nə qədər çəkəcəyi məlum deyil…

Ancaq o da var ki, qüdrətli nazir Səlim Müslümovun vəzifəsindən çıxarılması kriminal sprutun planlarını dolaşıq salıb.

S. Müslümovun yüksək vəzifədən gedişindən sonra KİV-də “Müslümov-Seyidəliyev klanı”nın əvvəlki cinayətləri haqda xəbərlər yayılmağa başladı. Məsələn, Ağsu sakini Rövşən Daşdəmirov öz atasının rayon klanının nümayəndələrindən biri olan Fətulla Seyidəliyev tərəfindən qətlə yetirilməsinin qorxunc tarixçəsi barədə videoyazı yaydı.

Rövşənin atası Mahmud Daşdəmirov 35 il yerli poçt şöbəsində baş mühasib vəzifəsində işləyib. Onun vəzifəsinə həm də pensiyaçılara verilən müavinətlərin vaxtında sahiblərinə çatdırılmasını təmin etmək daxil idi.

9 sentyabr 2002-ci ildə yerli bankda direktor vəzifəsini tutan Fətulla Seyidəliyev onun evinə gəlib. O, Mahmud Daşdəmirova təklif edib ki, pensiyaların ödənişini saxlasın və bunun üçün nəzərdə tutulan pulu faizlə dövriyyəyə buraxsın. Poçtun baş mühasibi bankirin bu təklifini rədd edib və növbəti gün öldürülüb. Onun başına odlu silahdan atəş açıblar...

Rövşən Daşdəmirov iddia edir ki, onun atasını məhz Fətulla Seyidəliyev öldürüb və cinayəti intihar kimi təqdim etdirib. Bütün bu illər ərzində ailə heç yerə şikayət edə bilmirdi, amma indi, Səlim Müslümovun işdən çıxarılmasından sonra, işə ədalətlə baxılacağına və günahkarların cəzalandırılacağına ümid edir... (virtualaz.org)
OXŞAR MÖVZULAR