Impera
XƏBƏR LENTİ
16:17Rafael Ağayev: "Elə gün olub ki, bizim evdə çörək olmayıb. Quru çörəyi suya batırıb, yemişik"16:15“Azərbaycan Ordusu Laçına yaxınlaşır” - Rusiyalı ekspert16:13“Biz divanə deyilik ki, Rusiyanı təktərəfli sevək” - deputat16:10Çeçenistan müftisindən Makrona sərt sözlər: “Bir nömrəli terroçusan”16:07Krımdan Qarabağa muzdlu döyüşçülər gəldi - FOTO16:03Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur - Müdafiə Nazirliyi16:01Azərbaycan Ordusu Laçına yaxınlaşır15:58Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir - Belə deyirlər...15:56"Türkiyə Fransaya aldığından daha çox mal satır" - ekspert15:55Samir Şərifovun adından yayılan məktub Ermənistanın növbəti təxribatıdır - Nazirlik15:53Paşinyanın məşhur “Kokeyşn Büro”su və tarixi həqiqətlər - SƏNƏD15:51Bir nazirlik kəndini işğaldan azad edir... sevindirir, digər nazirlik isə... - GİLEY15:50Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur - Müdafiə Nazirliyi15:48Vətən Müharibəsi: Əsrə bərabər ay - TƏHLİL15:45Müdafiə Nazirliyi daha bir məlumat yaydı15:42Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ilə bağlı qayda dəyişir14:59"Erməni qadınlar ərlərini döyüşə getməyə razı salmaq üçün...”12:56Ramiz Mehdiyev Ağalar Vəliyevi özünə partnyor seçdi - Milyon yarımlıq tender12:55Paşinyan həyat yoldaşını Qarabağa döyüşə göndərir12:53Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni təyinatlar12:51İşğaldan azad edilən Qubadlı şəhəri - VİDEO12:45Sahibə Qafarovaya ağır itki22:30Ermənilər “fake” videoları necə hazırlayır? - VİDEO22:25İcra hakimiyyətində məsul vəzifələrə "şoferlər,baytarlar" təyin olunur22:16Azərbaycana dəstək verdiyi üçün həbs edildi22:13Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - VİDEO22:12Ermənistan təyyarələri Rusiyadan bir ucdan silah daşıyır21:51Erməni əsgərlər arasında mübahisə düşdü — Mövqeləri tərk etdilər (VİDEO)21:49Son dəqiqə! Azərbaycan tərəfi əsir və girovlarla bağlı məlumat yaydı13:10Trampın Qarabağ açıqlamasına Rusiyadan reaksiya13:04Prezident İlham Əliyev xalqa müraciət edir - CANLI13:00Rəsmi Moskvadan Türkiyəyə çağırış12:58İgid əsgərlərimiz Laçının Səfiyan kəndindədir12:57Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Solntsevlə vida mərasimi keçirilir13:30Erməni saytlarında "Qarabağ Azərbaycandır!" şüarı12:47Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir12:43Prezident: “Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq”12:52Pulu çox, şərəfi az olan erməni biznesmen Azərbaycana sərsəm təkliflə çıxış etdi12:49Lokmagezyan: "Türkiyədə ermənilərə nifrət indi hər zamankındən daha güclüdür" - Köçün, gedin, sizi heç kim saxlamır12:40Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi yalandır12:14Cənubi Koreyada 32 nəfər qripə qarşı peyvənd olunduqdan sonra öldü12:13Kolumbiyada asma körpü çökdü: Ölənlər var12:12Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? - AÇIQLAMA12:11Deputat: “Azərbaycan könüllüləri, işğaldan azad olunmuş ərazilərin bərpasına hazırlaşın!”12:11Deputat: “Azərbaycan könüllüləri, işğaldan azad olunmuş ərazilərin bərpasına hazırlaşın!”12:10Fransada erməni lobbisinə böyük zərbə: Cəbhədə düşmən təxribatı ilə bağlı reportaj yayımlandı - VİDEO12:07Mikayıl Cabbarov İran rəsmisi ilə Xudafərini müzakirə etdi - FOTO12:05Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - VİDEO12:04Azərbaycanın iki böyük şirkəti ordumuza dəstək üçün birləşdi12:03Keçmiş erməni deputat məhv edildi12:02“Qarabağın məşhur müəllimləri” - Süleyman Sani Axundov11:59Bugünün əhəmiyyətli bürcləri! 23 Oktyabr 2020-cu il.11:57İnsanlar haqqında bilmədiyimiz maraqlı faktlar15:52İlham Əliyev: “Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivi çox uzaqdır”14:15İtlərlə müsəlmanları bir tutan kafe sahibinə Mayk Taysondan ağır dərs - VİDEO14:13"Elmar Vəliyev heç özünü tanımır" - Vəkilindən Açıqlama14:08Azərbaycan “İti qovan” PUA-larının istehsalına başladı - FOTO14:00General-leytenant uğurlu Zəngilan əməliyyatından danışdı13:59Erməni mətbuatı Sərdar Ortacın hərbi geyimli şəklini paylaşıb, "Azərbaycan hərbiçisini öldürdük" yazdı - FOTO13:55Əriştədən bir ailənin 9 üzvü öldü13:54SON DƏQİQƏ: Düşmən Qəbələyə "Skad" raketi atdı - Evlər dağılıb, yaralı var13:52Ermənilər Qarabağda məhv edilən əsgərlərini kütləvi şəkildə dəfn edir - FOTO13:50Vaqif Əsədova ağır itki - Oğlu vəfat etdi - FOTO13:48Erməni diasporu daxilində parçalanma: “Müharibə partiyası “kompromislər partiyası”na qarşı13:06Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi - TƏCİLİ15:51Rayonun sevincinə kədər qatan kimlərdir?!12:08Bürclər bu günümüz üçün nə xəbər verir? 21 Oktyabr 2020-cu il.12:03Bunları bilmək maraqlıdır!10:54Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib10:53Pakistanın konsulluğunun qarşısında sıxlıqdan 12 nəfər ölüb, 12 nəfər yaralanıb10:52Müdafiə Nazirliyi: Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb10:50Ermənistan prezidenti Brüsselə gedib10:48“Barselona”dan dörd yeni müqavilə - FOTO10:47Tramp çıxılmaz vəziyyətə düşdü - VİDEO10:46Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü10:45Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi nisbətən sabit qalıb10:44Hikmət Hacıyevdən özünü sülhsevər göstərən Sarkisyana SƏRT REAKSİYA - FOTO15:29Zəngilan şəhəri və bu kəndləri işğaldan azad edildi - Prezident açıqladı11:24Azərbaycan XİN rəhbəri Mustafa Şəntopla görüşüb - VİDEO11:23Ceyhun Bayramov pakistanlı həmkarı ilə Qarabağı müzakirə etdi - FOTO11:22Rusiyada şəhərdə gəzən nəhəng ayı qorxu yaratdı - VİDEO11:21Elnur Allahverdiyev: “Yerevanda Rusiya bayrağının yandırılıb ayaqlar altına salındığını kim unudub?”11:17Cavad xanın nəslinin davamçısı Ermənistana sərt çağırış etdi - FOTO11:16Milli Məclisin iclası başladı - CANLI YAYIM11:14Ağcabədi sakini qardaşı oğluna ağır xəsarət yetirdi11:13Energetika naziri: “Son 10 ildə elektrik enerjisinin istehsalı 40% artıb”11:11Prezidentin uzaqgörən siyasəti - “Xudafərin” və “Qız Qalası” su bəndi11:01Düşmənin bu gecə məhv edilən texnikaları - SİYAHI10:54Ərdoğan Azərbaycanla bağlı nazirləri toplayır10:53Aprel döyüşlərində iştirak etmiş daha bir erməni məhv edildi - FOTO10:47Paşinyan hansı dünya liderlərinə neçə dəfə zəng edib? - SİYAHI10:45Tramp düşmənlərini açıqladı13:39"Qızıl Qələm" mükafatı laureatı Ləman Xəyal qızı13:07Dövlət başçısı: "Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub"12:30Anası dilənçi bilib ona çörək verdi, puldan ötrü vağzallarda qarmon çaldı, müəmmalı şəkildə öldü - Nüsrət Kəsəmənlidən maraqlı faktlar12:26Ali Baş Komandan generala tapşırıq verdi12:24Ermənilərin Avropa çempionu Qarabağda məhv edildi - FOTO11:00Sərnişin avtobusu torpağın altında qaldı: 16 nəfər öldü10:58DİN vətəndaşlara çağırış etdi10:57Hikmət Hacıyev: "5 bölgəyə 229 mərmi atılıb"
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə sisteminin daha bir eybəcərliyi... - GİLEY

23 Eyl 2020, 16:03   
Məhkəmə sisteminin daha bir eybəcərliyi... - GİLEY
Son dövrlər Azərbaycanın sosial-iqtisadi və siyasi həyatının yenilənməsinə hesablanan islahatların bir qolu kimi də məhkəmə-hüquq sistemindəki dəyişikliklər göstərilir. Ali Məhkəmənin rəhbər heyətindəki dəyişikliklər, yeni hakimlərin təyinatı, eləcə də Respublika Baş prokuroru postuna yeni şəxsin gətirilməsi bu islahatların əhəmiyyətli tərkib hissəsi kimi göstərilir.
Təbii ki, bu addımlar təqdirəlayiqdir və indiyə qədər Azərbaycanda idarəçiliyin ən çox “axsadığı” pozisiyalardan biri, öz fəaliyyətilə cəmiyyətin bütün istiqamətlərdə inkişafını ləngidən və nəhayət ki, qaydaya salınmalı olan sahə məhz məhkəmə-hüquq sistemidir. Elan olunan islahatların bu sahədə uğur qazanacağına isə ümid edənlər də var, buna pessimist yanaşanlar da.
Hakim ədalətsiz qərar çıxararsa
İllərin təcrübəsi göstərir ki, Azərbaycanda bir zamanlar “toxunulmazlar kastası”na aid olanlar sırasında icra hakimiyyəti başçıları ilə yanaşı hakimlər də yer alıb. Bu sahədə çoxsaylı korrupsiya, rüşvətxorluq faktlarının mövcud olmasına baxmayaraq, olduqca nadir hallarda hansısa hakimin cəzalandırılması və xüsusilə həbsi faktına rast gəlmək olar. Hansı ki, sıravi Azərbaycan vətəndaşının, yaxud sahibkarın ən çox narazı qaldığı vəzifəli şəxslər sırasında məhz ədalətsiz, kimin pulu, gücü çoxdursa onun xeyrinə, sifarişlə qərarlar çıxaran hakimlər xüsusi yer tutub. Bu ədalətsiz qərarlar çoxlu sayda vətəndaşın mülkündən, ev-eşiyindən, biznesindən məhrum olmasına, hətta həbsinə, eləcə də ölkədə qeyri-şəffaf, rəqabətdən uzaq, eybəcər bir biznes mühitinin yaranmasına xidmət edib. Statistika göstərir ki, Azərbaycanda ilkin instansiya məhkəmələrinin çıxardıqları qərarların olduqca böyük hissəsindən, az qala hamısından apellyasiya şikayəti verilir. Bunun özü Azərbaycan məhkəmələrinin və hakimlərinin “faydalı iş əmsalı”nın bariz göstəricisidir.
Lakin bu o demək deyil ki, vətəndaş bu ədalətsizliklərə müqavimət göstərməyib, şikayət etməyib. Əlbəttə ki, edib. Lakin hakimlər və məhkəmələr “alınmaz qala” olduqlarından bu şikayətlər həmin qalanın divarlarına dəyərək, geri qayıdıb. Hansı ki, AR Cinayət Məcəlləsində haklimlərin çıxardıqları ədalətsiz qərarlara görə cinayət məsuliyyətinə dair xüsusi maddə var – 295-ci maddə. Lakin Azərbaycanda faktiki olaraq, bu maddə işləmir və sözün əsl mənasında “ölü maddə”yə çevrilib. Həmin maddədə deyilir: “Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökm ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
Məsələ necə başlayıb

Ədalətsiz məhkəmə qərarı ilə üzləşənlərdən biri də Bərdə rayonundan Mövsümov Əsgər Umudvar oğludur.
Aktualxeber.az-ın redaksiyasına müraciət edən şikayətçi bildirir ki, 2002-2003-cü illərdə tanıdığı Dostuyev Mayıl Dostu oğlu və ailə üzvləri ilə pay torpaqlarının dəyişdirilməsi haqda razılığa gəlib.

Yəni Əsgər Qaratəpə kəndində olan 9 hektarlıq pay torpağından 6 hektar,99 sot ərazini Mayıla etibarnamə ilə verir. Həmçinin Mayıl da öz pay torpağından 6 sot,99 sot torpağı etibarnamə əsasında Əsgərə verir.

Dəyiş-düyüş işlərində Mayılın həmən kənddə bələdiyyə üzvü olan qardaşı İsmayıl Dostuyev də iştirak edir.

Bundan bir neçə il sonra, Mayıl Dostuyev Əsgər Mövsümovdan aldığı pay torpağını 13 aprel , 2005-ci ildə ,4Ə-112 saylı alqı-satqı müqaviləsi ilə Həsənov Vaqif Hümbət oğluna satır.
2018-2019-cu illərdə Dostuyevin ailə üzvləri tərəfindən Əsgər Müvsümovun onların pay torpağından qanunsuz istifadə etdiyi üçün çıxarılması tələbilə məhkəməyə müraciət edirlər.
Maraqlı olaylar bundan sonra başlayır.

Əyyub Kərimovun bu işdə marağı nədir

Məhkəməyə iddia ilə Dostuyeva Cəmilə Şahsevən qızı müraciət edir.Onun ailəsinə məxsus pay torpağından cavabdehlərin çıxarılmasını xahiş edir.

İş Bərdə Rayon Məhkəməsinin sədri Məhərrəm Allahverdiyevin icraatında olur.

İş nömrəsi 2(021)-671/2019-cu il tarixli qətnamədə iddiaçının tələbi qismən təmin olunur.

Hal-hazırda həmin qətnamə qüvvəyə minib və icra vərəqəsi üzrə icra olunur.

Buna baxmayaraq Cəmilə Dostuyeva və qeyriləri eyni predmet üzrə,eyni tərəflər arasında olan iş üzrə iddia ərizəsi ilə təkrar məhkəmə müraciət edir.

Hazırda həmin iddia ərizəsi Bərdə rayon Məhkəməsində Əyyub Kərimovun icraatındadır.

Əsgər Mövsümov yazır:

“ Mən və diğər cavabdeh şəxslər məhkəməyə ərizə ilə müraciət edərək bildirdik ki, bu iş eyni tərəflər arasında, eyni predmet üzrədir.

Məhkəmənin bu işə baxması qanunla yolverilməzdir.

Ancaq məhkəmə ərizələrimizi protokol qaydasında rədd edərək,bizim qanunla nəzərdə tutulmuş şikayət hüququndan məhrum etdi.”
Əsgər Mövsümovun şikayətindən görünür ki, hakim Əyyub Kərimov bu işdə tərəflərdən birinin marağını güdür.

Yuxarıda qeyd etmişdi ki, Əsgər Mövsümovla Dostuyevlər ailəsi öz pay torpaqlarını dəyiş-düyüş ediblər.

İndi Dostuyevlər ailəsi etibarnamə ilə verdikləri pay torpaqlarını Əsgərdən geri almaq istəyirlərsə təbii ki, sonuncu da qarşı tərəfə verdiyi torpağı tələb etməlidir.

Mövsümov Əsgər və ailə üzvləri də öz növbəsində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pay torpaqlarının Dostuyev və ailə üzvlərindən geri alınması, verilmiş etibarnamənin etibarsız hesab olunmasını tələb edirlər.

Son 6 ayda Əsgər Mövsümov 3 dəfə məhkəməyə bu iddia ilə müraciət edir. Lakin həmin iddia ərizəsi hər dəfə qeyri-qanuni olaraq baxılmamış saxlanılır.

Ancaq əks tərəfin iddiasına eyni predmet üzrə qanunsuz olaraq ikinci dəfə baxılır.

Əyyub Kərimov Mövsümovlara bildirir ki, “Mən belə qərar qəbul edirəm, Gedin hara şikayət edirsiniz edin”.

Hər halda hakimin qanunsuz əməlindən Məhkəmə-Hüquq Şurasına və aidiyyatı yerlərə şikayət olunacaq.

Ancaq bir məhkəmə hakiminin vətəndaşla belə danışmağa haqqı yoxdur. Hakim verdiyi qərarı Azərbaycan dövlətinin adından çıxarır.

Azərbaycan dövlətinin adından qərəzli qərar çıxarmaq, vətəndaşları dövlətdən incik salmaq olmaz.

Mövzuya qayıdacağıq. //aktualxeber.az//
OXŞAR MÖVZULAR