Azərbaycanda koronavirusun ikinci dalğası barədə ÜST-dən diqqətçəkici proqnoz - Azərbaycan nələrin hesabına xilas olacaq?

17:01 18.09.2020 344
Azərbaycanda koronavirusun ikinci dalğası barədə ÜST-dən diqqətçəkici proqnoz - Azərbaycan nələrin hesabına xilas olacaq?
Lalə Rüstəmova: “Koronavirusla mübarizə istiqamətində görülən işlər sayəsində ikinci dalğa ölkəmizdə yüngül formada keçə bilər”

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son statistikaları müxtəlif ölkələrdə koronavirusla bağlı yenidən həyəcan təbili çalmağa səbəb olub.

Hazırda dünya üzrə COVID-19-a yoluxanların sayı 30 milyona çatır. Yoluxanların sayına görə ABŞ və Braziliya hələ də liderliyini davam etdirir. Hindistan isə bu ölkələrin ardınca qərarlaşır. Koronavirusa yoluxanların sayının kütləvi olması İsraildə karantin rejiminin yenidən tətbiq edilməsi ilə nəticələnib. Avropada getdikcə COVID-19 virusunun daşıyıcıları artmaqdadır. Azərbaycanda ikinci dalğanın payız aylarında gələcəyi proqnozlaşdırılır.

Qeyd etdiyimiz kimi, ÜST ikinci dalğa ilə bağlı dünya ölkələrinə müraciət edib. Bəzi ölkələrdə virusun sərt, bəzilərində orta formada keçəcəyi ilə bağlı proqnozlar səsləndirilir. ÜST-in mütəxəssisləri hesab edirlər ki, pandemiyanın ikinci dalğası Azərbaycanda orta-yüngül formada keçəcək.

Maraqlıdır, nə səbəbdən pandemiyanın ikinci dalğasının Azərbaycanda orta-yüngül formada keçəcəyi ilə bağlı fikirlər səslənir?

Virusoloq, Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, dosent Lalə Rüstəmova bildirdi ki, ikinci dalğanın payız aylarında olacağı ilə bağlı fikirlər səslənir: “Nəzərə almaq lazımdır ki, payız aylarında digər kəskin respirator virus infeksiyaları aktiv olur. Adenaviruslar, entenevirus, paraqrip infeksiyaların payız aylarında ikinci dalğaya qoşulması ilə epidemik vəziyyət bir az da kəskinləşə bilər. Kəskin differensasiya olunma getməlidir, hər zökəm və respirator əlamətləri olan şəxsi koronavirus qrupuna aid etmək özü məsuliyyətdir. 6 ayın nəticələrini analiz edib düşünürəm ki, bizim respublikada qabaqlayıcı tədbirlərin aparılmasını nəzərə alsaq, ikinci dalğa orta-yüngül formada keçə bilər. Əlbəttə ki, burada əsas məsələ respirator infeksiyalar aşkar edilən xəstələrin koronaviruslu xəstələrlə qarşılaşmaması məsələsidir. Epidemioloji nəzarətdə ona çalışmaq lazımdır ki, onlar tam ayrı klinikada, ayrı palatada müalicə olunsunlar. Belə bir hal olsa, bu, xəstəxanadaxili infeksiyanı artıracaq, həm də COVID-li xəstənin özünün başqa infeksiyaya yoluxmasına səbəb olacaq. Bu da, sözsüz, vəziyyəti ağırlaşdıra bilər. Hesab edirəm ki, həm tibbi təchizatın, həm də tibbi yardım şəbəkəsinin imkanları çox genişdir. Həmin xəstələrin yerləşdirilməsi üçün imkanlar, palatalar, ayrıca xəstəxanalar var. Bu amilləri nəzərə alaraq, düşünürəm ki, koronavirus infeksiyası bir qədər yüngül keçə bilər. İkinci dalğanın olması ehtimal olsa belə, ən azı, onun qarşısını alan əks- epidemik tədbirlərə hazırıq"./baki-xeber.com/
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU