Impera
XƏBƏR LENTİ
22:02COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına “Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İctimai Birliyi” də qoşuldu12:34Yasamal rayon icra hakimiyyətinin qarşısında vətəndaşların kütləvi etirazı - İcra hakimiyyətinin özbaşnalığı12:25Xocavənd rayon İcra başçısı və qardaşı haqqında maraqlı məlumatlar.../VİDEO12:20Mühakimə olunmuş sayt rəhbəri Apellyasiya Məhkəməsinə ümid edir21:50Əli Əsədov karantin rejimi ilə bağlı sərəncam imzaladı21:4540 min pakistanlı Azərbaycana gəldi – RƏSMİ AÇIQLAMA21:38Novxanıdakı milyonluq sarayın sahibi tapıldı - VİDEO21:28Təhsil Nazirliyi MƏLUMAT YAYDI: 28 sentyabrdan etibarən...15:50"Socar" şirkətinə məxsus sərnişindaşıma avtomobilinin sürücüsü ilə sakinlər arasında yaranan mübahisə-VİDEO12:32"İŞĞALA SON QOYULMALIDIR..." -12:02Azərbaycan Prezidenti: “İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır”11:17Ramiz Həsənovla Ramiz Mehdiyevin kirvəliyi başa çatır- ZƏNGİLAN RİH-İN BAŞÇISI HƏBS OLUNUR?11:02İlham Əliyev: “Ermənistanda rejim dəyişsə də, faşist ideologiyası dəyişmədi”11:02QEYRİ-ADİ HADİSƏ: Arvadını boşayıb Qayınanası ilə EVLƏNDİ - FOTO13:49Məleykə Abbaszadə tələbə adı qazananlara müraciət etdi13:47"Hərə oz bacardigindan bu xalqdan nəsə ogurlayır .."- Gəncə şəhəri Gold Əminə hipermarketin şikayət FOTO13:43Ordu sərhədi pozan nazirlik əməkdaşını güllələdi - Bölgədə gərginlik13:41Mehdi Səlimzadə də ortalıqda görünmür... - Sakinlərdən ilginc mövqe13:36Ramiz Mehdiyevin yeznəsi ilə uşaqlıq dostu olan Həsən Həsənov Sabirabadı dağıdır.. - VİDEO13:33İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA13:01İlham Əliyevin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə təyin edilib? - İLGİNC13:00Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM12:59“Müharibə bitən kimi səfərbər olunan insanlar da, o cümlədən texnika da geri qaytarılır” - İZAHAT12:16“Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq” – TROFİMÇUK12:10AMEA-da qalmaqal – Professor Əbülhəsən Abbasovun açıqlamaları akademiyanı lərzəyə gətirdi10:52Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb16:5460 yaşlı qadın media nümayəndələrinə müraciət etdi16:11Əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanır16:10Cəbhədə “tufanqabağı sakitlik” - TƏHLİL16:09"Mən o günləri görmək istəyirəm"16:08Gələn aydan məktəblərlə bağlı təhlükə daha da böyüyəcək - Diqqət!16:07Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...16:06Sahibkarların qəsdinə durub... - İTTİHAM16:05"Sosial şəbəkə istifadəçilərinə yanlış məlumat veriblər" - QALMAQAL16:04“Ramiz Mehdiyev öz elmi qüsurunu gizlətmək üçün bioqrafiyasını saxtalaşdırıb” - İTTİHAM16:03Məhkəmə sisteminin daha bir eybəcərliyi... - GİLEY16:01Həqiqi qazilər cəbhəyə üz tutur, saxta “qazi”lər isə dövlətin mülkünü zəbt edir16:00DTX-nin həbs etdiyi başçının adamları "vurulur"... - Faiq Qürbətov təmizləməyə başlayıb...15:57“Ümid edirik ki, Rusiya bu qarşıdurmaya...” - Sahibə Qafarova15:56Azərbaycanda yenidən SƏRT KARANTİN... - Qadağalar geri qayıdır?15:55"Ordumuz ildırım sürəti ilə irəliləyəcək və..." - MÜHARİBƏ HARADAN BAŞLAYACAQ?15:54Yaşı 65-dən yuxarı olan şəxslər, DİQQƏT! - Qərar verildi...15:52Məsuliyyətsiz insanların baş "TACI"15:03Azərbaycanda ilk: İcra Hakimiyyəti rayona loqo hazırlatdırır15:02Rusiya o ölkəni hədələdi: “Bu, sizə baha başa gələcək”15:01Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlandı15:00Qonşuya ağır zərbə: Lukaşenko vədini yerinə yetirdi14:59Putin üçün böyük fürsət: Ərdoğan geri çəkilir? – Şok iddia22:26EVİ SÖKÜLƏN 60 YAŞLI QADIN (NİNA İBRAHİMOVA) MEDİA NÜMAYƏNDƏLƏRİNƏ MÜRACİƏT ETDİ (MƏTBUAT KONFRANSI) VİDEO21:21Bərabərhüquqlü tərəfdaşsan, yoxsa SSRİ-nin varisi? - Moskva qərar ver21:16Bu ərazidə su olmayacaq21:14Məktəblərdə vəziyyət acınacaqlıdır, oktyabrdan... - Həyəcan təbili21:10DİN ​​​​​​​"Pikap"ların saxlanılmasının səbəbini açıqladı21:08Heç yerdə yayılmayan foto: Həmsədrlər Qarabağda eyş-işrətdə... - Video16:56Lukaşenko 2021-ci il planını açıqladı - "Kamçatkada..."16:54Saman Həsənzadənin baş redaktordan şikayəti rədd edildi16:52Daşınmaz əmlak bazarında vəziyyət: İl sonuna qiymətlər necə dəyişəcək?14:31Ermənilər sosial şəbəkələrdə təxribata başladılar - FOTO14:02Müharibə ehtimalı çoxdur, amma... - Politoloq12:34“İstər media, televiziya, istər teatr, hamısı batıb gedir”12:30Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur12:18Qarabağ veteranından Prezidentə müraciət-FOTO09:49Prezident: "Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir"09:46Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfəri davam edir - YENİLƏNİB - FOTO09:41Valideynlərin NƏZƏRİNƏ - Baş Nazir qərarı TƏSDİQLƏDİ09:38Hafiz Hacıyev-dən YAP-çılara ağır İTTİHAM... - "Hamısı burnunuzdan gələcək..."09:37Goranboyda nələr baş verir? - İDDİA09:34“Vətənə, səngərdəki əsgərə, prezidentə sevgi mediada öz geniş əksini tapmalıdır”13:23Bu ŞƏR CÜTLÜYÜ Məhəmməd Ərsoyu NİYƏ HƏDƏFƏ ALDI?.. - Mehdiyev-Həsənov ortaqlığının YENİ HOQQASI13:20Sevil Nuriyeva yazır :"İşğal olunmuş Qarabağ və PKK terrorçuları"12:18Saatlı İcra Hakimiyyətinin tenderini qazanan şirkət kimə məxsusdur? – İzlər deputata aparır12:17Hicablı şagird və müəllimlər yenidən gündəmdə - Belə getsə...12:16Göydə çənnət yaratmış Azəri bəgləri - Şəddadilər12:14Türkan icra nümayəndəsinin qızının qətli ilə bağlı rəsmi məlumat12:12Bu məmurlar həbs edildi - Zirzəmidən çıxan 5 milyon manatlıq... / VİDEO11:59ABŞ nüvə silahlarını Avropadan çıxarmaqdan imtina etdi11:58Cəlilabadda BİABIRÇILIQ: TŞ-nin müdiri Qərənfil Əhmədova jurnalistin həbsini sifariş edir11:52Türkiyədə təbii fəlakət baş verib11:50Sərxan Babayevin Türkiyədə nəzarət etdiyi otellər və ticarət mərkəzi hansı azərbaycanlı məmura məxsusdur?11:492 gündür bir neçə bank kartları istifadəçiləri kartlarından səbəbsiz pul çıxdığı haqda şikayətlər edir.14:14MN: Düşmən Tərtər və Ağdamı atəşə tutub – RƏSMİ14:10Bu gündən sentyabrın 21-dək Bakı, Sumqayıt və Abşeronda daha bir qadağa qüvvəyə mindi12:31Yoxa çıxan qadını tapmaq üçün evinə gəldilər, qarşılaşdıqları mənzərədən şoka düşdülər – FOTO12:13Şortikdə gələn oğlan imtahan binasına buraxılmadı: “Camaatın anası, bacısı var” – BDYP-dən ŞİKAYƏT12:11Gələn ay məktəblər bağlanır?12:10Moped və motosiklet sürücülərinə XƏBƏRDARLIQ EDİLDİ12:07Bakıda dəhşətli hadisə: Yaralılar var - Hadisə yerindən video17:12Azərbaycanda yeni telekanal açılır - VİDEO17:09Azərbaycanda məktəblər yenidən BAĞLANACAQ — AÇIQLAMA17:07Operativ Qərargah: Şəkidə bazar 3 günlük bağlanıb17:01Azərbaycanda koronavirusun ikinci dalğası barədə ÜST-dən diqqətçəkici proqnoz - Azərbaycan nələrin hesabına xilas olacaq?16:59Korrupsioner məmurlar və Ramiz Mehdiyevin Komissiya sədri kimi yarıtmaz fəaliyyəti olmasaydı – Lakin Prezident keyfiyyətcə yeni mərhələ aça bilir...16:56Korrupsioner məmurların həbsi davam edəcək16:31Xətai rayonunun Keşlə qəsəbəsində, Babək prospektində yerləşən "Dalğa" və Suraxanı rayonundakı “Maral” restoranı15:04Hər gün balqabaq yeyin- Kişi və qadınlarda seksual gücü artırır15:03Nəcməddin Sadıkovun qızı Emin Ağalarovla nişanlandı - Fotolar15:01Bu gün bürcünüz sizə nələr vəd edir14:59Belarus Qərblə dövlət sərhədlərini bağlayır – “Biz buna məcburuq!” - Lukaşenko14:55İki başlı uşaq doğuldu - FOTO14:46Dövlət qurumlarının "COVİD 19" tenderləri... - İLGİNC SİYAHI
BÜTÜN XƏBƏRLƏR

"Azərişıq ASC"nin "frıldağı"nı məcburi köçkünlər necə ifşa etdilər-VİDEO

10 Eyl 2020, 12:35   
"Azərişıq ASC"nin "frıldağı"nı məcburi köçkünlər necə ifşa etdilər-VİDEO
Azərbaycanda məmur və sadə vətəndaş arasında olan fərq dünyanın heç bir ölkəsində yoxdur. Olsa da bizdə olan fərq qədər deyil. Bəs görəsən bunun səbəbi nədir? Səbəblərə gəlincə, bir çox səbəblər qeyd etmək olar,amma onlardan ən başlıcası tamahkar olmalarıdır.

Yəqin ki,hər kəs indi qeyd edəcəyimiz hadisədən məlumatlıdır. Məmurlarımızdan biri Qəbələ rayonundan keçərkən gözəl və təm-təraqlı bir ev görür və maşını mənzilə yaxın saxlatdıraraq sürücüsünü həmin mənzilə göndərib deyir ki,get gör bu mənzili satırlarsa alıram. Sürücü gedib qapıda duran mühafizəçidən mənzilin satılıb-satılmadığını soruşur,mühafizəçi isə bu mənzilin böyük bir məmura məxsus olduğunu və heç vaxt satıla bilməyəcəyini bildirir. Sürücü qayıdıb gəlir və oliqarx məmura bildirir ki,mühafizəçi təkidlə bildirdi ki,bu mənzil yüksək məmurların birinə məxsusdur və heç vaxt satıla bilməz. Oliqarx məmurda maraq oyanır ki,görəsən hansı məmura məxsusdur və dərhal sürücünü yenidən mənzilə göndərib bildirir ki, get gör hansı məmurundur. Sürücü yenidən mühafizəçinin yanına qayıdır və israrla soruşur ki,bu mənzil hansı məmura məxsusdur bəs? Mühafizəçi, sürücünü göndərən oliqarx məmurun adını deyəndə sürücü təəccüb edir və təkrar olaraq soyadını da soruşandan sonra tələsik maşına qayıdır və bildirir ki,ey "alihəzrət" bu ki,sizin öz malikanənizdir..!!

Bəli bu bir nağıla bənzəyir,amma ötən illərin həqiqi hadisəsidir. Təbii ki,hər kəs yaxşı bilir ki,söhbət kimdən gedir,amma bu hadisəni nəql etməkdə məqsədimiz,sadəcə tamahlarına sahiblik edə bilməyən və mal-mülklərinin sayını itirən acgöz,tamahkar və oliqarx məmurların gözlərinin doymamasıdır ki,bizi təəccübləndirir. Bu gün isə diqqətinizə çatdıracağımız mövzu həmin yüksək məmurlardan birinin sadə vətəndaşlardan özünü necə yüksək hesab etməsi və villalarından birində sadə vətəndaşlardan fərqli olaraq hansı işləri gördürdüyü barədə olacaqdır.

Yəqin ki,ötən buraxlışımızda "Azərişq ASC"i haqqında gedən yazını yaxşı xatırlayırsınız. Kiçik xatırlatma olsun deyə qısa olaraq həmin məlumatdan təkrar yaddaş edirik. Belə ki,illər öncədən Qaradağ rayon Müşviqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış müasir standartlara uyğun olan şəhərcikdə 10.000-nə yaxın sakin "Azərişıq ASC"in səhlənkarlıq və yarıtmazlığı ucbatından əziyyət çəkirlər. Söhbət qəsəbədəki işıq sayğaclarından gedir..!! Hansı ki,bu qoyulan cihaz hansı versiyayladırsa,sadəcə bir məntəqədən balans artırmaq mümkündür. Bu isə insanların böyük növbələrinin yaranmasına səbəb olur.

Əlbəttə ki,sürətlə inkişafa doğru gedən bir dövlətdə əhali üçün ən vacib və maliyyə baxımından isə ən gəlirli bir qurumun bu qədər geridə qalması təəccüb doğurur. Amma hesab edirik ki,bu cür bir qurumun geridə qalmasının ən başlıca səbəblərindən biri budur ki,qurum rəhbəri və tabeliyində olanlar,qurumun çıxarlarından çox öz şəxsi çıxarlarının peşindədirlər. Xülasə,bu mövzu barəsində ötən buraxlışlarımızda kiçik də olsa bəhs etmişdik,amma bu gün diqqətinizə bir neçə maraqlı məqamları çatdırmaq istəyirik. Bilin ki, "DogruXeber.az" informasiya agentliyində gedən məlumatdan sonra dərhal qurumun mətbuat xidmətindən agentliyimizlə telefon əlaqəsi saxlanıldı və xahiş edildi ki,gedən yazını durduraq və qısa müddət ərzində qeyd etdiyiniz nöqsanları aradan qaldıracağıq. Biz isə öz böyüklüyümüzü nümayiş etdirərək edilən xahişi nəzərə aldıq və yazını müvəqqəti olaraq dondurduq.

Əlbəttə ki,məqsədimiz əhalinin probleminin aradan qalxması idi ki,biz də bunu nəzərə aldıq. Bəli,deyildiyi kimi operativ olaraq köçkün şəhərciyində sayğacların dəyişdirilmə prosesi həyata keçrilirdi ki,hər şey birdən birə dəyişdi. Dəyişən isə yenə də qurumun saxta niyyəti və böyük bir korrupsiyanı ört-bastır etmək kimi məqsədləri olmuşdur. Amma... Ammasını birazdan siz də biləcəksiniz. Bildiyiniz kimi,məcburi köçkünlərin kommunal xidmət haqlarını,müəyyən məbləğdə dövlət özü ödəyirdi. Bu gedişat isə 2017-ci ildən dəyişdi və dövlət mənzillə təmin etdiyi köçkünlər üçün,sabit qaydada kommunal xərclər üçün müəyyən olunmuş məbləği nağd qaydada hər bir köçkün ailəsinin plastik kartlarına yüklədi. Bu günə qədər də proses bu cür davam etdirilir. Amma məsələnin qaranlıq tərəfləri də buradan yaranmağa başlayıb. Biz isə burada qaranlıq qalan tərəfləri izah etməyə çalışacağıq. Maraqlıdır "Azərişıq ASC"i necə böyük bir maliyyəni büdcədən öz hesablarına keçirməyə çalışıblar.

Diqqətinizə çatdıraq ki,Müşviqabad qəsəbəsində köçkünlər üçün inşa edilən yaşayış şəhərciyi 2013-cü ilin Mart ayından etibarən köçkünlərin istifadəsinə verilib. Diqqət edin ki,köçkünlər həmin qəsəbədə 4 ilə qədər yaşayandan sonra (yəni 2017-ci ilə qədər) müvafiq qərar verilir və verilən kommunal xidmət haqları bayaq qeyd etdiyimiz qayda üzrə plastik kartlara yüklənir. Deməli o 4 il ərzində yüklənən məbləğlər hər bir məcburi köçkünün balansına yüklənmişdir. Bu isə elə olurdu ki,bir çox ailələrdə istifadə az olduğu üçün balanslarında olan işıq vəsaiti böyük rəqəmlərlə qalmış olurdu. Hətta mənzil var ki,bu günə qədər hesabında 1000 manatdan artıq vəsait var və bu məbləği isə Dövlət Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Komitəsi tərəfindən "Azərişıq ASC"nə ödənilmişdir. Bu gün isə o vaxt ödənilən məbləğin üzərindən xətt çəkməyə çalışan "Azərişıq ASC"i qəsəbədə böyük haqlı vətəndaş narazılığı ilə üz-üzə qaldı və başladıqları sayğac dəyişdirmə prosesi 40 mənzillə kifayətləndi.

Hansı ki,dəyişdirdikləri 40 sayğac üzərində böyük məbləğin olması və o məbləğlər ki,komitə tərəfindən zamanında sözügedən quruma ödənilmiş və indi də həmin məbləği vətəndaşa geri qaytarmaq istəmirdilər. Amma mübariz sakinlər heç vaxt haqsızlıqla barışmadıqları üçün qanuni addımlar ataraq üst dairələrə rəsmi müraciət etdilər və bu haqda da mətbuat vasitəsi ilə bütün baş verənləri ictimaiyyətə çatdırdılar. Sonunda qara əməllərinin üzərinin açıldığını görən "Azərişıq ASC"i tez bir zamanda sözügedən sakinlərin sayğaclarının üzərində olan vəsaiti təmin etdilər. Hətta özləri haqsız ola-ola qabaqdan gəlmişlik edib şüar etmişdirlər ki,guya biz sayğacları dəyişdirmək istəyirik sakinlər isə bizə mane olurlar. Amma işin əsası buradadır ki,olan balansları mənimsəmək isdədikləri üçün,sakinlər buna etiraz edib balanslarını tələb edirdilər və etdikləri haqlı tələbə də nail oldular. Məlumunuz olsun ki,qəsəbə təxminən 1400 mənzildən ibarətdir və mənzillərin təxminən 600-dən çox olan sayğacının üzərində böyük vəsait vardır. İndi o vəsaitlərin "çatısını" boğazlarına keçirə bilməyən yarıtmaz "Azərişıq ASC"i bu məsələnin həllini vətəndaşların öhdəsinə buraxıb.

Bununla hələ məsələ bitmir,bu qurumun o qədər "macəra"ları var ki,yazıb qurtarmaq olmur. Amma bir agentlik olaraq söz veririk ki,yorulmadan sonuna qədər bu qurumun bütün əyri addımlarını və yarıtmaz fəaliyyətlərini siz dəyərli oxucuların diqqətinə çatdıracağıq.

Qayıdaq yuxarıda bəhs etdiyimiz sədr müavininin sadə vətəndaşlardan fərqli olaraq "villa"sında gördüyü işə. Bir neçə ay öncə redaksiyamıza Abşeron rayon Novxanı qəsəbəsi "Qurd dərəsi" adlanan ərazi sakinlərindən işıqla bağlı çox-saylı müraciətlər daxil olmuşdur. Müraciətdə əsasən işığın normadan hədsiz dərəcədə aşağı olması və qeyri normal olan işığın ucbatından məişət cihazlarının tez-tez yanmasıyla nəticələndiyi qeyd olunmuşdur. Müraciətdə ən diqqət cəlb edən məqam isə budur ki,həmin ərazidə "Azərişıq ASC"in sədr müavini Ramil Yusifovun da mənzili vardır. Amma tam fərqli.

Fərqi isə bundadır ki,hörmətli R.Yusifov səlahiyyətindən sui-istifadə edərək mənzilinin yaxın məsafəsinə iki yarımstansiya transformatorları qoyduraraq elektrik enerjisindən əziyyət çəkməməsi üçün,mənzilinə yüksək naqillərlə işıq çəkdirib. Məhz elə bu baxımdandır ki,mənzilinin görünən tərəflərində 8-ə yaxın kondisionerin olması elektrik enerjisinin yüksəkliyindən xəbər verir. Amma sadə vətəndaşlar isə ildə iki-üç dəfə elektik enerjisinin qeyri normal verilməsi ucbatından xeyli dərəcədə ziyan çəkirlər. Bəs görəsən R.Yusifovda bu qədər arxayınçılıq və qorxmamazlıq haradan qaynaqlanır? Açıq-aydın şəkildə sadə vətəndaşlardan fərqli əmələ imza atması onu deməyə əsas verir ki,daşıdığı vəzifədə özünü "ağa" hesab edir və xalqı isə "kölə" zənn edir. Ümidvarıq ki,ölkə Prezidenti cənab İlham Əliyev bizim məlumatlarımıza nəzər salar və tezliklə bu cür özlərini xalqın "ağa"sı zənn edən məmurları o kürsüdən aşağı endirərək layiq olduqları zindanla əvəzləyər. İnşəallah...!!!
"DogruXeber.az"

Redaksiya qarşı tərəfin söz haqqını tanıyır:

Məsələyə qayıdacağıq...!!!

OXŞAR MÖVZULAR