Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (Soveti) sabiq sədri Namiq Həsənov dünyasını dəyişib.
Anews.az xəbər verir ki, 76 yaşlı N. Həsənov qısa çəkən xəstəlikdən sonra vəfat edib.
Namiq Həsənov 1990-92-ci illərdə Naxçıvan Daxili İşlər Nazirliyinin polkovniki olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Namiq Həsənov vəfat edib. 1994-cü ilin aprel ayından 1995-ci ilin iyul ayınadək Naxçıvana rəhbərlik edib. Azərbaycan Prezidentinin Sərəncamı ilə onun son iş yeri respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsi olub. Bu vəzifəni 1995-2000-ci illərdə icra edib.
Qeyd edək ki, Namiq Həsənov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənovun atası idi.
Zamantv.az