Narkozsuz, əməliyyatsız kök hüceyrə transferinə başlanılacaq – Vüsal Mahmudov

09:52 27.08.2020 376
Narkozsuz, əməliyyatsız kök hüceyrə transferinə başlanılacaq – Vüsal Mahmudov
Son zamanlar təbabətin inkişafı ilə birlikdə bir çox xəstəliklərin müalicə üsulları da dəyişib, inkişaf edib. Maraqlıdır ki, bəzi yeniliklər heç də birmənalı qarşılanmır. Bunlardan biri də kök hüceyrə transferi prosedurudur.

"Baku Medical Plaza”nın həkimi, travmatoloq-ortoped cərrah Vüsal Mahmuvodla söhbətimizdə bu və digər məsələlərə aydınlıq gətirməyə çalışdıq. "Bizim ixtisasımız bir neçə hissəyə bölünür” – deyən Mahmudovun sözlərinə görə, bunlardan birincisi pediatrik ortopediyadır ki, burada da problemlər öz növbəsində iki cür olur: anadangəlmə problemlər, qazanılmış problemlər: Anadangəlmə problemlər içərisində Azərbaycanda ən çox rast gəlinəni bud-çanaq oynağının çıxıqları, beyin iflici (serebral iflic deyə tanınır-red.), düzdabanlılıq və əyripəncəlilikdir. Bunlarla bərabər, qazanılmış problemlər arasında ilk yerləri oynaqlardakı deformasiyalar, böyümə qığırdaqlarının hər hansı bir səbəbdən pozulması, infeksion xəstəliklər nəticəsində baş vermiş qüsurlar tutur.

Sahəmizdə ikinci yerdə olan əsas problemlərdən biri daha çox yaşlı insanlarda rast gəldiyimiz oynaq xəstəlikləridir. Bunlar artrozlarla bağlıdır, hansı ki, qığırdaqların yeyilməsi, hərəkət məhdudiyyətinin olması ilə müşahidə olunur və bütün yaşlı nəslin başına gələ biləcək xəstəlikdir.

Üçüncü travmalarla bağlı yaranan problemlərdir. Travmaların içərisində ən çox rast gəlinən əl travmalarıdır. Bu istiqamətdə daha sıx-sıx xəsarətlərlə rastlaşırıq. Yaxud böyük qəzalarda əzalardan hansınınsa qopması hallarına tez-tez rast gəlirik. Həmin əzaların yerinə bərpa edilməsini həyata keçiririk. Bununla yanaşı, spor cərrahisi deyilən problemlərlə də rastlaşırıq. Yəni idmançılarla da işləyirik, əməliyyatdan tutmuş fizioterapevtik müalicələrinədək yerinə yetiririk. Bilirsiniz, ortopediya elə bir sahədir ki, fizioterapiyan olmazsa edilən əməliyyatların nəticəsi olmaz. Ona görə də biz "Baku Medical Plaza”da bütün fizioterapiya şəraitini qurmuşuq”.

Həmsöhbətimiz deyir ki, elə xəstəliklər var doğuşdandır və təbii ki, onda müalicə elə də effektiv olmur: "Çalışırıq müalicəyə üstünlük verək, amma məsələn, doğuşdan gələn əyripəncəliyin müalicəsi əməliyyat qədər effekt vermir. Çünki artıq ana bətnindəykən o problemlədir. Onların müalicəsi qazanılmış xəstəliklərin müalicəsindən çox çətindir. Tutaq ki, əyripəncəliyin müalicəsinə doğuşdan ən geci 2 həftə sonra başlamaq lazımdır. Bud-çanaq probleminin müalicəsinə isə doğuşdan dərhal sonra başlanmalıdır. Yəni problemin üzərinə nə qədər tez düşülsə o qədər tez aradan qalxar. Bunları nəzərə alaraq valideynlərə də məsələni izah edib xəstələri əməliyyata alırıq.

Elə qrup xəstəliklər də var ki, mümkün qədər müalicə ilə idarə etməyə çalışırıq. Hansı ki, onların cərrahiyyəsində müəyyən yaş həddi var. Məsələn, xəstənin hazırkı durumu imkan verirsə mümkün qədər müalicə ilə saxlayıb nə qədər üst yaşda etsək, bir o qədər xəstə üçün faydalıdır. Yox əgər yaşından asılı olmayaraq, xəstəyə yeriməyə, rahat hərəkət etməyə imkan verməyəcək qədər ağır problem varsa, ona boş-boş dərman verib xəstəni də əlavə əziyyətə salmağın mənası yoxdur”.

Yeri gəlmişkən, son illər meydana çıxan müalicə metodlarından biri də kök hüceyrə transferidir. Bu proseduru tənqid edənlər də var, müdafiə edənlər də. Kök hüceyrə transferi hansı xəstəliklərdə tətbiq olunur? Effekti nə qədərdir? Vüsal Mahmudovun sözlərinə görə, bir çox xəstəliklərin müalicəsində əvəzedilməz rol alan kök hüceyrə proseduru son bir neçə ildə populyarlaşmağa başlayıb: "İstifadə olunduqdan sonra nəticələrinə görə ən effektiv, ən zərərsiz prosedurlardan biri olaraq qəbul edilib. Kök hüceyrə ortopediya sahəsində geniş istifadəyə sahibdir. İlk növbədə oynaq xəstəliklərində, artrozlarda kök hüceyrələr transfer olunaraq itirilmiş qığırdaqların bərpasını təmin edir. Bu gedişatla da artroz xəstəliklərində uzunmüddətli ağrısız və hərəkətli oynaqlar əldə edilə bilir. Bununla yanaşı, kök hüceyrə transferi sinir sistemi xəstəliklərində, sinir kəsirlərində, bitişməyən sümüklərin müalicəsində geniş istifadə olunur.

Biz yeni kök hüceyrə transferinə hazırlaşırıq. İstifadə edəcəyimiz kök hüceyrə proseduru 2020-ci ilin ən son müasirləşmiş kök hüceyrə prosedurlarından biridir. Hansı ki, daha öncəki transferlərdən fərqli olaraq narkozsuz, əməliyyatxana olmadan, poliknik şəraitdə belə tətbiq edilə bilməsi, əvvəlkilərdən 90 faiz daha effektiv olması ilə fərqlənəcək. Biz bundan sonrakı müalicə prosedurlarında bu üsuldan istifadə etməyi hədəfləyirik”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar