Elmi Tədqiqat İnstitutuna yeni direktor təyin olundu - FOTO

22:17 30.07.2020 438
Elmi Tədqiqat İnstitutuna yeni direktor təyin olundu - FOTO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Tibb elmləri doktoru, professor Allahverdiyev Adil Məhəmmədəli oğlu V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İstitutuna direktor vəzifəsinə təyin edilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

A.Allahverdiyev bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, Adil Allahverdiyev 1974-cü ildə Azərbaycan Tibb İnstitutunu əla qiymətlərlə bitirib.

1978-1981-ci illərdə elmi-tədqiqat fəaliyyətini Moskvada Tibb Elmləri Akademiyası nəzdində Y.İ.Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun məqsədli aspiranturasında davam etdirib və tibb elmləri namizədi alimlik dərəcəsini alıb. İlk dəfə olaraq Qlükoza-6-fosfatdehidrogenaza (G-6PD) fermentinin çatışmazlığı olan şəxslərdə istifadə edilən dərman preparatlarına qarşı olan həssaslığı in vitro təyin etmək üçün yeni metodu işləyib hazırlamaqla problemin həll olunmasında önəmli rol oynamışdır. 1989-cu ildə tibb elmləri doktoru elmi dərəcəsini alıb. A.Allahverdiyevin tədqiqatında ilk dəfə olaraq eyni zamanda malyariya parazitlərinin eritrositar mərhələsinin daxilində “rest state” dinclik vəziyyəti aşkar edilib ki, bunun da böyük epidemioloji və müalicəvi əhəmiyyəti vardır.

1990-cı ildə A.Allahverdiyev Azərbaycan Mikrobiologiya, Epidemiologiya ve Peşə Xəstəlikləri İnstitutunda (indiki V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu) hüceyrə kulturası və krioprezervasiya laboratoriyasının qurucusu və rəhbəri olaraq tədqiqatlarını davam etdirib. 1992-ci ildə beynəlxalq konqresdəki (İran, Tehran) çıxışından sonra A.Allahverdiyev Türkiyənin tanınmış Universitetlərindən biri olan Çukurova universitetinin tibb fakültəsinə dəvət edilib. Dəvətin əsas məqsədi, malyariya sahəsində əldə etdiyi yeni elmi nailiyyətlərin Türkiyədə tətbiqi olub. A.Allahverdiyev dünyada ilk dəfə leyşmaniozun dəri formasının və insan üçün təhlükəli olan visseral formasının diaqnostikasında yeni mikrokultura metodunu işləyib hazırlayıb. Dünyanın müxtəlif konqreslərində (Avropa dermatoloqları və veneroloqları konfransı, İspaniya, 2004, İtaliya, 2004, Türkiyə Mikrobioloqlarının konfransı, İzmir, Quşadası, 2004; Beynəlxalq Transmissiv xəstəliklər simpoziumu, İstanbul, 2005; leyşmanioz üzrə III Dünya konqresi, İtaliya, 2005) təqdim edilən kəşf bu sahədə işləyən alimlərin diqqətini cəlb eib. Hazırda mikrokultura metodu dünyanın müxtəlif ölkələrində (ABŞ, Çin, İspaniya, İsveç, Yunanıstan, İndoneziya, Azərbaycan və s.) uğurla tətbiq edilir.

2006-cı ildə A.Allahverdiyev Yıldız Texniki Universitetinin Biomühəndislik kafedrasına (İstanbul) dəvət edilərək, burada kafedranın qurucularından biri, "Hüceyrə kulturası və toxuma mühəndisliyi" laboratoriyasının isə qurucusu və rəhbəri olaraq fəaliyyətini davam etdirib. Çox sayda beynəlxalq mükafatlara layiq görülüb, bundan əlavə, Türkiyədə yaşadığı illərdə diaspora fəaliyyəti ilə də məşğul olub.

O, Türkiyə Parazitologiya və Tropik xəstəliklər şurasının fəxri üzvü, 2019-cu ilin sentyabr ayından etibarən isə Türkiyə Səhiyyə Nazirliyi və Biotexnologiya İnstitutunun himayəsi altında Peyvənd Elmi Şurasının üzvü seçilmiş və indiyə kimi fəaliyyətini davam etdirməkdədir. Eyni zamanda, Stony Brook Universitetinin (ABŞ) adjunct professorudur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) malyariyaya qarşı mübarizə proqramında (Kopenhagen, 2000) iştirakı ilə yanaşı, A.Allahverdiyev dünyanın məşhur tədqiqat mərkəzləri və universitetləri ilə birgə tədqiqatlar aparır. Bu sıraya Stony Brook Universiteti (ABŞ), Universitet de Barcelona (İspaniya), U.S Army MRMC, the University of Health Sciences Chicago Medical School (ABŞ) daxildir. A.Allahverdiyev müxtəlif ölkələrin (Amerika, Türkiyə, Rusiya və s.) elmi cəmiyyətlərinin, o cümlədən Türkiyə parazitoloqlar Cəmiyyətinin fəxri üzvüdür.

Elmi Tədqiqat İnstitutuna yeni direktor təyin olundu - FOTO
Elmi Tədqiqat İnstitutuna yeni direktor təyin olundu - FOTO
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM