Nəsimi Paşayev Metropolitenin sözçülüyündən getdi

09:48 18.05.2018 520
Nəsimi Paşayev Metropolitenin sözçülüyündən getdi
Tanınmış jurnalist Bakı Metropoliteninn mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev vəzifəsindən ayrılıb. Bu varədə Paşayev özü sosial şəbəkədəki səhifəsində məlumat verib. zamantv.az onun qeydlərini dərc edir.

"Hörmətli kütləvi informasiya vasitələri nümayəndələri, sevgili dostlar!

2014-cü ilin mart ayında mindiyim metro qatarı son stansiyaya çatdı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, mayın 31-də artıq bu stansiyada düşməliyəm. Bu işə başlayarkən “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovla uzun bir söhbət etdik. Dövlət başçısı tərəfindən böyük məsuliyyət yüklənmiş bu işi birlikdə çiyinlərimizdə daşımağa qərar verdik. Zaur müəllimin “Gəlin başlayaq. Şərt deyil ki, mən sizin işinizi bəyənim, bəlkə heç siz mənim iş prinsipimi bəyənməyəcəksiniz” sözləri məsuliyyətimi daha da artırdı. Tam 4 il 3 ay çalışdıq. Biz bir komanda idik. Əsas məqsədimiz metromuzun imicini yüksəltmək, dünya metropolitenlərilə yarışacaq səviyyəyə gəlmək, yeni texnologiyaların tətbiqi və sair sahədə əlimizdən gələnin artığını etmək idi. Hər şey göz qabağındadır. Təbii ki, hər başlanğıcın bir sonu var. Mənim bu müddət ərzində necə fəaliyyət göstərdiyimin qiymətini siz verə bilərsiniz. Ancaq bu bir reallıqdır ki, rəhbərlik mənə şərait yaratmasaydı, ictimaiyyətlə işləməkdə bu qədər maraqlı olmasaydı, sərnişinlərə bu qədər önəm verməsəydi Bakı metrosunun ictimaiyyətlə əlaqələri bu səviyyədə olmazdı.

Başlanğıcda olduğu kimi, getmək haqqında qərarımı uzun söhbətdə müzakirə etdik. Zaur Hüseynov getmək istəyimə etiraz etsə də, qərarıma hörmətlə yanaşdı. “Bakı Metropoliteni sizə darlıq edir. Artıq siz daha böyük yerlərdə, daha böyük layihələrdə özünüzü sınamalısınız. Bizimlə böyük işlər gördünüz. Əminəm ki, bundan da böyük işlər görəcəksiniz” deyən sədr gələcək işlərimdə əlindən gələn köməkliyi göstərəcəyini bildirdib uğurlar arzuladı.

Bu müddət ərzində əlimdən gələni etməyə çalışdım. Hesab edirəm ki, üzüm ağ, alnım açıq, başım dikdir. Ola bilər, iş prosesində kiminsə istəmədən qəlbini qırmışam, hansınızınsa xətrinə dəymişəm. Bunun üçün həmin şəxslərdən üzr istəyirəm. Amma “mənim metrom”a qarşı qərəzli münasibət göstərən hər kəsin qarşısında olacağıma əmin ola bilərsiniz.

Metro mənim qanıma işləyib və komanda yoldaşlarımdan heç zaman köməyimi əsirgəməyəcəm.

Gələcəkdə daha böyük layihələrdə, işlərdə görüşmək ümidi ilə!".

N.Paşayev qyydələri P.S. yazaraq əlavə edib: "Bir müddət istirahət edəcəm, müalicə alacam. Daha sonra elmi işlərlə məşğul olmağı planlaşdırıram. Zarafat edirəm. Nazir postundan istefa verməmişəm ey. Gedim uşaqlara pul qazanmaq yollarını axtarım".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu