Hər sinifdə 30 şagird və potensial yoluxma: - Məktəbləri bu şərtlərlə açmaq mümkün olacaqmı?

16:47 24.07.2020 395
Hər sinifdə 30 şagird və potensial yoluxma: - Məktəbləri bu şərtlərlə açmaq mümkün olacaqmı?
Məlumdur ki, məktəbləri açan ölkələrdə pandemiya şəraiti ilə əlaqədar xüsusi təlimatlar var və orada şagird sayı da əsas götürülür. Statistikadan da məlum olduğu kimi, məktəblərdə şagird sıxlığı var. Bir çox hallarda, xüsusilə Bakı məktəblərində şagird sayı bəzi siniflərdə 30-dan yuxarı olur. Bu, əsasən ibtidai siniflərdə müşahidə olunur ki, şagird sıxlığı da mənimsəmə faizini aşağı salır. İndi isə həm də pandemiya bu məsələnin həllini aktuallaşdırıb. Çünki koronavirusun yayıldığı indiki durumda tədris başlayacağı təqdirdə siniflərdə şagird sıxlığı yoluxmanı artıra bilər. Nazirlər Kabinetinin şagird sayı ilə bağlı təlimatı olsa da, reallıq fərqlidir.

Maraqlıdır, hazırda statistika neçədir? Bu sayla məktəbləri açmaq mümkün olacaqmı? Xüsusi təlimatlar dedikdə nələr nəzərdə tutulur və təkliflər nələrdir?

Mövzu ilə bağlı Təhsil eksperti Kamran Əsədov Cebhe. info-ya danışıb.

O bildirib ki, orta məktəblərdə siniflərdəki şagirdlərin sayı 24 nəfər, sinif otağının sahəsi isə 36-42 kvadratmetrdir:

"Amma son illər ölkədə fəaliyyət göstərən 4447 orta məktəbdə 1.6 milyon şagirdin təhsil aldığını nəzərə alsaq, xüsusilə Bakı şəhərində siniflərdə şagird sayı normadan çoxdur. Nəzərə alsaq ki, Bakıda 320 orta məktəb var və burada 440 min şagird təhsil alır, rəqəmlər şagird sıxlığını qaçılmaz edir".

Ekspert bildirib ki, pandemiya dövründə şagird sıxlığı ilə məktəblərdə dərslərin təşkil olunması yolverilməzdir:

"Bir müddət əvvəl Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nı təsdiq edib. Bu qərarda dövlət ümumi təhsil müəssisəsində ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir.

Xüsusilə 1-ci sinifdə 165 min şagirdin təhsil aldığını nəzərə alsaq, Nazirlər Kabinetinin qeyd etdiyi sayda sinifdə şagird sayını tənzimləmək mümkün deyil.

Düşünürəm ki, pandemiya dövründə siniflərdə normalar çərçivəsində tədris həyata keçirilməlidir. Belə ki, dərslər sinifdə üzbəüz formada keçirildikdə otaqların sahəsi bir şagirdə 2,0-2,5 kvadratmetr, qrup formasında və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 2,5-3,0 kvadratmetr ilə hesablanır".

Təhsil eksperti Kamran Əsədov əgər ənənəvi tədris bərpa olunacaqsa, təkliflər nələrdən ibarətdir onları da qeyd edib.

O bildirib ki, sinif otaqlarının ölüçüsü, partalar arasındakı məsafələr diqqətə alınmalıdır:

"Əgər ənənəvi tədris bərpa olunacaqsa, avadanlıqlar arasında aşağıdakı məsafə normativlərinə əməl edilməsinə şərait yaradılmalıdır:

-İki yerlik masalar yerləşən sıraların arasında 60 sm-dən az olmayaraq;
-Masaların cərgələri ilə çöl uzununa divar arasında 70 sm-dən az olmayaraq;
-Masaların cərgələri ilə daxili uzununa divar arasında və ya bu divar boyu dolablar arasında 70 sm-dən az olmayaraq;
-Sonuncu masalardan yazı taxtasının əks istiqamətində yerləşən divara və ya arakəsməyə qədər ən azı 70 sm;
-Sonuncu yerdə oturan şagirddən yazı taxtasına qədər ən uzaq məsafə 760 sm;
-Yazı taxtasının kənarından öndəki şagirdin oturduğu masanın arxasına qədər 350 sm, 6-7 yaşlı uşaqlar üçün isə 450 sm-dan az olmayaraq".

Ekspert bildirib ki, mövcud vəziyyətlə əlaqədar olaraq dərslər 2 hissəyə bölünərək həftədə 3 dəfə təşkil olunmalıdır:

"Bundan başqa siniflərdə, xüsusilə ibtidai siniflərdə şagird sayı 20 nəfərdən çox olarsa, onlar iki hissəyə bölünməli, bir hissəsi 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir.

Hesab edirəm ki, bu qaydalar ilə tədris ili ənənəvi formada baş tuta bilər".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət