Vətəndaş koronavirusdan müalicə alırsa... - fərqi yoxdur, evdə, ya xəstəxanada

16:37 24.07.2020 380
Vətəndaş koronavirusdan müalicə alırsa... - fərqi yoxdur, evdə, ya xəstəxanada
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yaqub Rəhimov ev şəraitində müalicə alır, lakin buna rəğmən qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Şəxsin koronavirus xəstəsi olduğu müəyyən edildikdə əraziyə həkim briqadası dəvət edilib. Həmin şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana aparılıb. Mingəçevir Şəhər Polis Şöbəsində Y.Rəhimov barəsində Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb və o, polis nəzarətinə götürülüb. Y.Rəhimovun əlaqədə olduğu şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Təəssüf ki, belə məsuliyyətsiz davranışların şahidi oluruq. Xəstə olduğunu bildiyi halda evi tərk edib kütlə arasına çıxan şəxs neçə insanın həyatını təhlükəyə atdığının fərqinə varmır. Səbəb nədir? Cahillik, virus barədə məlumatların kasad olması, yoxsa, məsuliyyətsizlik?

Həkim Fəxranə Hüseynzadə “Şərq”ə açıqlamasında bu məsələdə əskik gələnin məhz vətəndaş məsuliyyəti olduğunu dedi:

- Bu, məsuliyyətsiz bir hərəkətdir. Birincisi, məsuliyyətsizlik, ikincisi də, eqoistlik. Eqoist olmayan insan özünü düşünməsə də, ətrafdakıları düşünər. Bilə-bilə ki koronavirus xəstəsidir, evdən çıxıb harasa getmək başqalarını real təhlükəyə atmaqdır. Bəziləri səbəb gətirir ki, səbrimiz daralır, darıxırıq, məncə, ümumi mənafeyimiz naminə dözməliyik. Anam həkimdir, xroniki xəstəliyi var deyə aylardır evdən çıxmır. Deməli, məsuliyyət daşıdığını bilir. Məsuliyyətsiz insanların olacağını da istisna etmirəm, əlbəttə hamı eyni ola bilməz. Amma daha bu qədər də yox. Artıq 5 aydır koronavirusla mübarizə aparılır. İndiyədək bilməyənlər, inanmayanlar da bilir və inanmağa başlayıblar. Təbliğatın, maarifləndirmə işinin zəif olduğunu da deyə bilmərəm. Hər yerdə plakatlar, xəbərdarlıq elanları vurulub, televiziyada daim sosial çarxlar, videolar, xəbərdarlıqlar efirə verilir. Nə qədər dünyadan bixəbər olmalısan ki, xəstəlik haqqında məlumatsız qalasan. Mən o vətəndaşın hərəkəti yalnız məsuliyyətsizlik və eqoizmlə bağlayıram.

F.Hüseynzadə evdə müalicə alan xəstələrə yerli poliklinika həkimlərinin nəzarət etdiyini bildirdi:

- Evdə müalicə alan xəstələr poliklinikada qeydiyyata alınır və onlara müalicə təyin edilir. Konkret bu sahədə çalışmadığım üçün poliklinika həkimlərinin evdə müalicə alanlara hansı formada nəzarət etdiyini deyə bilmərəm. Amma vətəndaş koronavirusdan müalicə alırsa, fərqi yoxdur, evdə, ya xəstəxanada, xəstə olduğunu və yoluxdurma riski daşıdığını anlamalıdır. Daha buna həkim neyləsin? Həkim xəstənin evinini qarşısınsa növbə çəkə blməz. Amma sizə bir missal deyim, məsələn Qazaxıstanda koronavirus xəstəsinin sakini olduğu bina tamamilə polis nəzarətinə alınır. Tutalım, hansısa binanın bir blokunda xəstə varsa, polis oranı daim nəzarət, müşahidə altında saxlayır, beləliklə, o şəxslərin mənzllərini, binanı tərk etməsinə icazə vermirlər. Bizdə ölüm halları baş verdikdə bu cür nəzarət mexanizmi işə düşür. Paytaxtda və bəzi bölgələrdə belə hallar olub, koronavirusdan dünyasını dəyişən adamın ev, mənzili nəzarətə götürülüb, polis kənar şəxslərin əraziyə yaxınlaşmasının qarşısını alıb. Yaxşı olardı ki, belə bir nəzarət mexanizmi koronavirus xəstələri ilə bağlı da tətbir edilərdi və xəstələrin yaşadığı ərazi nəzarətdə saxlanardı. Çünki hazırda evdə müalicə alan xəstələr çoxdur. Evdə müalicəyə icazə verildikdən sonra belə hallar artıb. Bunu nəzərə alaraq polis nəzarətinin gücləndirilməsi daha məqsədəuyğundur. Yenə də vətəndaşlarımız məsuliyyət hissini itirməməlidir. Və təhülkənin yayılmasına rəvac verməməlidrilər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU