Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
Anews.az xəbər verir ki, bu barədə həkim Ramil Həsənli "Facebook" səhifəsində məlumat yayıb. O bildirir ki, bir neçə gün əvvəl koronavirusa yoluxan
1 saylı Xəstəxananın həkim-reanimatoloqu Kərəm Yaqubov vəfat edib.
Qeyd edək ki, vəziyyəti ağır qiymətləndirilən həkim-reanimatoloq Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmiş və süni tənəffüs aparatına qoşulmuşdu.
Zamantv.az