İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto

13:56 16.07.2020 352
İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto
Cəlilabadda baş vermiş qanunsuz əməllər nə üçün ört-basdır olunur?

Ötən gün "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına Cəlilabad rayon Göytəpə şəhər,O.Eynullayev küçəsi ev 36 ünvanında yaşayan Kovalenko İvan İvanoviç oğlu tərəfindən maraqlı məlumatlar daxil olmuşdur. Məlumatlarda qeyd olunmuşdur ki,Göytəpə şəhərində Rafiq adlı sahibkar yerli məmurlarla əlbir olaraq bir neçə qanunsuz işləri həyata keçirir. Hətta Kavalenko İvanın sözlərinə görə,əslən Yardımlı rayonundan olan Abışov Rafiq Dilavər oğlu Göytəpə ərazisində çoxsaylı mülklərə sahiblik etməsinə baxmayaraq,vətəndaşlara məxsus daşınmaz əmlakını saxta yolla ələ keçirir.



Deyilənə görə,sahibkar Abışov Rafiq Dilavər oğlu yerli məmurların maddi maraqlarını təmin etməklə,Göytəpə şəhərinin Qurtuluş küçəsində,insanların istirahəti üçün nəzərdə tutulmuş böyük bir ərazini Həsənov Mirağa Mirağagül oğlunun adına rəsmiləşdirərək 231 kv/m sahəsi olan ticarət obyekti və yaşayış binası inşa etmək üçün,sənəd əldə etmişdir. Məlumat üçün bildirək ki,obyektin inşa olunması üçün nəzərdə tutulan ərazidə 15-dən çox böyük diametrlik sərf və müxtəlif cinsli ağacların olması xüsusi qeyd olunmuşdur.

İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto

Əlbəttə ki,məlumat daxil olduqdan qısa müddət sonra,qeyd olunmuş məlumatların nə dərəcədə doğru olub-olmaması barədə Cəlilabad rayon Göytəpə şəhərinə səfər etdik. Deyilən əraziyə baxış keçirdiyimiz vaxt sözün əsl mənasında dəhşətə gəldik. İlk öncə şəhərin Qurtuluş küçəsində şəhər İcra nümayəndəliyinin inzibati binasının bir neçə addımlığında dibinə neft və mazut tərkibli yandırıcı maddə tökülən ağaclara baxış keçirdikdən sonra,əlindən daşınmaz əmlakının alındığını iddia edən Kavalenko İvanın mənzilində olduq.

İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto

Şəxsin mülkünə dair bütün sənədlərlə tanış olduqdan sonra məlum oldu ki,Kavalenko İvanın ata mülkü sayılan və ərazisi 9 sot olan torpağın 2 sotu,əsası olmayan sənəd üzərindən saxta yolla alqı-satqı edilərək,R.Abışov adlı sahibkara satılıb. Təbii ki,vətəndaş buna etiraz edərək hüquqi qaydada aidiyyatı qurumlara müraciət edib. Amma təəssüflər olsun ki,yerli və regional məhkəmə orqanları,vətəndaşın haqlı tələbinə ögey münasibət göstərərək,iddiaçının tələbini icra etmirlər.

İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto

Burada belə qənaətə gəlmək olur ki,yerli məmurlar sahibkarı müdafiə etdikləri üçün vətəndaşın hüquqlarını kobud şəkildə pozurlar. Bu məsələni növbəti buraxlışımızda geniş şəkildə diqqətinizə çatdıracağıq. Keçək məsələnin ən diqqət cəlb edən və maraqlı tərəflərinə. Əlbəttə ki,yuxarıda qeyd etdiyimiz kimi,şəhərin mərkəzi ərazisi hesab olunan Qurtuluş küçəsində 231 kv/m sahəsi olan ticarət obyekti və yaşayış binasının tikilməsində maraqlı olan dövlət qurumları,böyük bir qanunsuzluğa imza atmış hesab olunurlar.

İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto

Təbii ki,bu gün ölkənin bir çox ərazisində yaşıllıqlar məqsədli şəkildə məhv edilərək,şəxsi maraqlar naminə yerində binalar,şirkətlər və ticarət obyektləri inşa edilir. Bütün bu qeyd olunanların bariz nümunəsi olaraq,Göytəpə şəhər Qurtuluş küçəsini qeyd etməyi daha məqsədə uyğun hesab etmək olardı. Belə ki,sözügedən ərazidə biznes lahiyyələrin həyata keçirmək istəyən şəxs və yaxud şəxslər,ərazidə olan böyük diametrlik ağacları asan yolla yox etmək üçün,gecə ilə həmin ağacların dibinə neft tökdürərək,qurutmaq planını həyata keçiriblər. Yerli sakinlər tərəfindən böyük narazılığa səbəb olan hadisənin yerli icra nümayəndəsi Sabir Hüseynov tərəfindən ört-basdır olunması haqda böyük iddialar var.

İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto

Hesab edirik ki,törədilən hadisə cinayət xarakterli əməl olduğu üçün bu işi həyata keçirən şəxslər dərhal məsuliyyətə cəlb edilməlidir. Amma təəssüflər olsun ki,araşdırmalarımız zamanı müəyyən olundu ki,baş vermiş hadisə yerli məmurlar tərəfindən elə də ciddiyə alınmadığı üçün,hadisəni gizlətməyə çalışırlar. Elə bu məqsədlə hadisə yerində olduğumuz vaxt Ekologiya nazirliyinin 1 saylı Regional Ekologiya şöbəsi ilə əlaqə saxladıq. Qurumdan verilən məlumata görə 1 saylı Regional Ekologiya şöbəsinin əməkdaşları baş vermiş hadisə ilə bağlı həmin əraziyə baxış keçirib və ağacların dibinə tökülən maddədən analiz üçün nümunələr götürdüklərini bildiriblər.

İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto

Təbii ki, verilən cavab bizi qane etmədi və daha ətraflı məlumat əldə ətməyimiz üçün hadisə baş verən ərazinin bir neçə addımlığında yerləşən Göytəpə şəhər İcra nümayəndəliyinin inzibati binasında İcra nümayəndəsi Sabir Hüseynovun qəbulunda olduq. Diqqətinizə bir məlumatı çatdıraq ki,aldığımız məlumata görə S.Hüseynov bir neçə il öncə İcra hakimiyyətində mühüm vəzifədə çalışırmış. Hətta əldə etdiyimiz digər bir məlumatda oda qeyd olunur ki,S.Hüseynovun qardaşı Fizuli Hüseynov uzun illər Cəlilabad rayon Torpaq şöbəsinin müdiri vəzifəsində işləyib.Məsələnin maraqlı tərəfi burasıdır ki,sahibkar R.Abışov İcra nümayəndəsi Sabir Hüseynovun qohumudur. Təbii ki,R.Abışovla qohumluq əlaqələrinin olmasını,məhz Sabir Hüseynovla söhbət etdiyimiz vaxt özü bildirdi.

İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto

Burada daha bir diqqət cəlb edən məqam budur ki,Sahibkar R.Abışovun əldə etdiyi hər iki sənədlər,məhz Sabir Hüseynovun İcra hakimiyyətində mühüm vəzifədə çalışdığı dövrə təsadüf edir.

İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto

Dəyərli izləyicilər,bütün baş vermiş hadisələrlə bağlı adları qeyd olunan S.Hüseynov və R.Abışovla etdiyimiz söhbətlərin hər birini növbəti buraxlışımızda diqqətinizə çatdıracağıq. Ardı var..
Bizi izləyin...!!

İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto
İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto
İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto
İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto
İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto
İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto
İnzibati binanın önündə cinayət xarakterli əməl-Video/Foto
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya