Gədəbəy rayon rəhbərliyi jurnalistin profilinə hücum kampaniyası təşkil edir - VİDEO+FOTOFAKT

10:36 29.06.2020 393
Gədəbəy rayon rəhbərliyi jurnalistin profilinə hücum kampaniyası təşkil edir - VİDEO+FOTOFAKT
Demokratik vətəndaş cəmiyyəti quruculuğu prosesində kütləvi informasiya vasitələrinin xüsusi yeri və rolu var. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra senzura ləğv edildi, spz və fikir azadlığı yarandı. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində "Məlumat azadlığı" bölümündə göstərilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək, ötürmək, yaymaq azadlığı var, kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir, kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır.

Bütün bunlara rəğmən Gədəbəy rayon icra hakimiyyətinin rəhbərliyində təmsil olunan şəxslər "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunun tələblərinə zidd olaraq söz azadlığına qarşı çıxır. Söz və məbtuat azadlığı boğmağa çalışır.

Redaksiyamıza daxil olan vətəndaş şikayətləri və apardığımız aşadırmalar nəticəsində əldə etdiyimiz faktlara əsasən Gədəbəy ira hakimiyyətinin işində yol verilən qanunsuzluqlar barədə məqalədən (onu da qeyd edək ki, barəsində danışdığımız məqaləyə Gədəbəy İcra hakimiyyətindən münasibət bildirməsini istəsək də hələlik cavab almamışıq - red) narahat olan icra başçısı tabeçiliyində olan işçilər vasitəsilə əməkdaşımız Zaur Qənbərovun Facebook profilini şikayət etdirir və bu yolla bağlatdırmağa çalışır.

Şikayət barədə video və fotofaktı təqdim edirik:



Əldə etdiyimiz məlumata görə, videomaterialda profilin şikayət edilməsi təlimatını verən Gədəbəy icra hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Qədir Bağırovdur.

Fotofaktda Gədəbəy icra hakimiyyətinin başçısı İbrahim Mustafayevin göstərişini icra nümayəndələrinə çatdıran Gədəbəy rayon icra hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nizaməddin Qılıcovdur.

Gədəbəy rayon icra hakimiyyətinin rəhbərliyinə xatırlatmaq istəyirik ki, jurnalistin profilinə hücum təşkil etmək barədə göstərişi verməklə Cinayət Məcəlləsinin 163-cü maddəsinin tələblərini pozur. Həmin maddəni olduğu kimi dövlət rəsmisinin diqqətinə çatdırırıq.

Maddə 163. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma;

163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.[308]

163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ümid edirik ki, hüquq mühafizə orqanları bu məsələ ilə məşğul olacaq və jurnalistimizin profilinə edilən hücumun qarşısı alınacaq.

Onu da qeyd edək ki, Gədəbəy bölgəsi üzrə müxbirimi Zaur Qəmbərov bu ilin mayında öz peşə vəzifəsini yerinə yetirərkən Gədəbəy DSMF rəhbəri Elsun Xudaverdiyev və onun sürücüsü tərəfindən elə Gədəbəy DCMF binasının içindəcə döyülüb, döyülmə faktını telefona çəkməyə cəhdedərkən telefonu Elsun Xudaverdiyev tərəfindən əlindən alınaraq qırılıb. Təəssüf ki, bu hadisəyə də hələlik hüquqi qiymət verilməyib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI