Azərbaycan koronavirusla mübarizədə Gürcüstan təcrübəsini tətbiq edə bilər - Gec deyilmi

12:34 26.06.2020 371
Azərbaycan koronavirusla mübarizədə Gürcüstan təcrübəsini tətbiq edə bilər - Gec deyilmi
Koronavirusdan qorunmaq üçün tibbi maskadan istifadə bir sıra yerlərdə məcburi olsa da, hələ də qanunun tələbinə məhəl qoymayanlar var. Dünən Prezident İlham Əliyev Gəncə şəhərində modul tipli xəstəxananın açılışından sonra bir qrup tibb işçisi ilə görüşündə tibbi maskadan istifadə etməyənlərlə bağlı sərt fikirlər səsləndirib. Prezident hətta tibbi maskadan istifadə ilə bağlı qanunun tələbini pozanlara qarşı cərimənin məbləğinin artırılmasının qaçılmaz olduğunu vurğulayıb: "İdarələrdə idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir. Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar. Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər. O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir".

Prezident deyib ki, tibbi maska taxmayanlara qarşı ictimai qınaq da olmalıdır.

"Konstitusiya Araşdırmalar Fondu"nun prezidenti Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında məcburi olan yerlərdə tibbi maskalardan istifadə etməyənlərə qarşı cərimələrin sərtləşdirilməsini zəruri hesab edir. Ə.Nuriyev deyir ki, müxtəlif ölkələrdə cərimələrin məbləği çox böyükdür və bu insanları daha məsuliyyətli olmağa vadar edir:

"Azərbaycan vətəndaşlarında kollektiv məsuliyyət məsələsində bir az səhlənkar yanaşma, laqeydlik var. Hətta bəzi insanlar bu boyda həngamədən sonra virusa inanmırlar. Düzdür, bəzi dövlət qurumlarının, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərərgahın da günahı var ki, vətəndaşarı inandıra bilmədilər. Vaxtında koronavirusa yoluxma ilə bağlı nümunələr təqdim olunmalıydı. Bu inamsızlıq da yoluxmanı sürətləndirdi. Prezidentin də qeyd etdiyi kimi əsas üç amilə diqqət yetirilməlidir. Bunların da ən əsası tibbi maskadan istifadədir. Çox təəssüf ki, insanlar bu tələbə əməl etmirlər. İnsanların çoxu qapalı yerlərdə maskasızdır. Artıq xəstəxanalarda yerlər dolmağa başlayıb. Tibbi maskadan istifadə etməmək belə bir mürəkkəb situasiyanın yaranmasına səbəb olur. İş yerlərində də insanların və müəssisə rəhbərlərinin səhlənkarlığı müşahidə olunur. Müəssisələrdə, hətta dövlət qurumlarında koronavirusa yoluxma hallarının baş verməsi buna əyani sübutdur. Odur ki, prezidentin vurğuladığı kimi, cərimələrin məbləğinin artırılması qaçılmazdır".

Ə.Nuriyev bildirir ki, bu gün əsas diqqət insanların gündəlik istifadə etdiyi yerlərdə tibbi maskadan istifadəyə yönəlməlidir: "Hər bir vətəndaş ən azı gündə bir dəfə ərzaq üçün mağazaya gedir. Ona görə də, iş yerləri ilə yanaşı, supermarketlərdə də maskadan istifadəyə əməl edilməlidir. Ticarət mərkəzlərinin rəhbərləri tərəfindən tibbi maskadan istifadəyə dair səsli elanlar verilməlidir. Açıq şəkildə görünür ki, supermarketin rəhbərinin vecinə də deyil ki, mağazaya daxil olan müştəri maska taxıb, ya yox! Prezidentin dediyi kimi cərimələrin artırılması məsələsinə gəlincə, İnzibati Xətalar Məcəlləsində epidemiyanın yayılması ilə bağlı cərimələrin tətbiqi məsələsi öz əksini tapıb. İnzibati Xətanı törədənlərin şəxsiyyətinin müəyyən edilməsi məsələsi də nəzərdə tutulub. Bu, prezidentin dediyi məsələni tətbiq etməyə imkan verəcək".

Ə.Nuriyevin sözlərinə görə, cərimələrin insanları nə dərəcədə intizama cəlb etdiyini araşdırmaq lazımdır: "Görünən odur ki, insanların çoxu maskadan istifadə etmir, məsafə saxlamırlar. Əvvəllər marketlərin girişində dezinfeksiyaedici məhlullar qoyulurdu, indi çoxunda yoxdur. Məncə, ən azı ticarət mərkəzlərində insanlara maskaları pulsuz vermək daha yaxşı olardı. Mağaza rəhbərliyinin buna imkanı çatar ki, müştərilərinə maska paylasın".

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal Əliyev də tibbi maskalarla bağlı cəzaların sərtləşdirilməsinin qaçılmaz olduğunu deyir. Baş infeksionist bildirir ki, tibbi maskanın insanları koronavirusa yoluxmadan qoruduğuna dair maarifləndirici tədbirlər çox az effekt verir:

"Artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da maska ilə bağlı tövsiyələrinə dəyişiklik edib. Maskanı yalnız koronavirus simptomu və ya gizli daşıyıcısı olanların yox, hər kəsin taxması tövsiyə edilir. ÜST-ün məlumatına görə, maska taxmayan COVID-19 daşıyıcısının maska taxan sağlam insanı yoluxdurma ehtimalı 70 faizdir, maska taxan COVID-19 daşıyıcısının isə maska taxmayan sağlam insanı yoluxdurma ehtimalı 5 faizdir. Hər iki şəxs maska taxarsa, virusun yoluxma ehtimalı 1.5 faizə düşür. İnsanlar çox təəssüf ki, tibbi maskanın koronavirusla mübarizədə rolunu anlamırlar. Beləcə, həm özlərini, həm də ətrafdakıların həyatını təhlükəyə atırlar".

Qeyd edək ki, dünyanın bir çox ölkələrində maska taxmaq məcburi elan olunub. Bu qaydanı pozanlar cərimə və ya həbs olunur. Koronavirusla mübarizədə ən yaxşı nəticənin əldə edildiyi qonşu Gürcüstanda tibbi maskadan istifadə etməməyə görə cərimələr çox yüksəkdir. Bu tələbin icrasına nəzarət etməyən hüquqi şəxslər 15 min lari məbləğində cərimə olunurlar. Azərbaycanda da maskadan istifadə etməməyə görə cərimələr qüvvədədir. Belə ki, müəyyən edilmiş yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU