Səhiyyə Nazirliyi 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının tibbi blankların satın alınması ilə əlaqədar keçirilən kotirovka sorğusu ləğv edilib.
FED.az xəbər verir ki, satınalma "Dövlət satınalmaları haqqında” qanununun 11.1-ci maddəsinə əsasən baş tutmamış hesab edilib.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında” qanunun 11.1-ci maddəsində deyilir ki, Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
Zamantv.az