"18 iyunda Ali Məhkəmədə mənim işimə baxılacaq" - Hüseyn Abdullayev prezidentə məktub yazdı

11:42 13.06.2020 375
"18 iyunda Ali Məhkəmədə mənim işimə baxılacaq" - Hüseyn Abdullayev prezidentə məktub yazdı
Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin məsələsi Azərbaycan hökuməti ilə prezident və Xarici İşlər Nazirliyi səviyyəsində müzakirə olunub. Hüseyn Abdullayevin dövlət başçısı İlham Əliyevə məktubundan belə məlum olur.

Keçmiş deputat iyunun 12-də Azərbaycan prezidentinə məktub ünvanlayıb.

Burada yazılanlara görə, Almaniyanın Azərbaycandakı səfirliyi Hüseyn Abdullayevin məsələsini prezident və Xarici işlər Nazirliyi səviyyəsində bir neçə dəfə qaldırıb. Hüseyn Abdullayev bu işdə Almaniya prezidenti Frank-Valter Ştaynmayerə göndərdiyi məktubun birbaşa rolu olduğunu düşünür. Çünki aprelin 6-da Almaniya prezidenti ofisindən onun vəkilinə cavab məktubu gəlmişdi.

Hüseyn Abdullayev dövlət başçısına məktubunda haqsız mühakimə olunduğunu yazıb. Onun sözlərinə görə, irəli sürülən ittiham qondarmadır. Hüseyn Abdullayev məktunda iki ilə yaxın Bakı İstintaq Təcridxanasında təkadamlıq kamerada saxlanılmasından, mənəvi, psixoloji işgəncələrdən bəhs edib.

“Mən bu qədər aqressiv, hadisələrə qətiyyən adekvat olmayan təzyiq və işgəncələri haqq etməmişəm. Bununla belə, heç kimə qarşı kin və ədavət saxlamıram. Ola bilər ki, sizə yalan və qərəzli məlumatlar verilib, vəziyyəti bu həddə çatdırıblar. Buna baxmayaraq, bu haqsızlığı edənləri də mərhum atanızla aramızda olmuş yaxın və səmimi münasibətlərə xatir bağışlamağa hazıram... 18 iyunda Ali Məhkəmədə mənim işimə baxılacaq. Azərbaycanın beynəlxalq aləmdəki imicinə ciddi zərbə vurmuş bu insan oğurluğu hadisəsinə mənə bəraət verilməklə aradan qaldırmaq mümkündür. Haqq etdiyim bəraətimi aldıqdan sonra Almaniyaya qayıdıb öz işim və yaradıcığımla məşğul olub, xalqımız üçün yeni-yeni nəğmələr yazmaq istəyirəm”, - məktubda yazılıb.

Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilmişdi. Keçmiş deputat dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi əməllərdə ittiham edilmişdi. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum olunmuşdu. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayandan sonra Ali Məhkəməyə şikayət verilmişdi.

Hüseyn Abdullayevlə eyni cinayət işi üzrə onun anası da cəza alıb. Z.Abdullayeva haqqında ittiham hökmü çıxarılıb, qadın 4 min manat cərimə olunub. //Bizimyol.info//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...