“Təəssüf ki, Xalq artisti Teymur Mustafayev COVID-19-dan vəfat edib”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
O bildirib ki, T.Mustafayevin vəziyyəti kritik olub:
“Müvafiq qaydada onun müalicəsi istiqamətində tədbirlər görülüb. Lakin təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb”.
Zamantv.az