Ziyalılar komitə sədrini topa tutdu: “Deputatlar cəmiyyətə pis nümunə olurlar”

13:48 16.05.2018 562
Ziyalılar komitə sədrini topa tutdu: “Deputatlar cəmiyyətə pis nümunə olurlar”
“İlk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?”

Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Aqiyə Naxçıvanlı deyib.
Sədrin səsləndirdiyi bu fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Aqiyə Naxçıvanlının səsləndirdiyi fikrə münasibət bildirən yazıçı-publisist Mehriban Vəzir deyib ki, ən asan xalqı, insanları, vətəndaşı ittiham etməkdir:

Ziyalılar komitə sədrini topa tutdu: “Ən çətini xalqa, vətəndaşa, fərdlərə görə höküməti ittiham etməkdir. Bizim bu insanlar, deputatlar öz missiyalarını anlamırlar. Anlamırlar ki, onlar fərdlərin, xalqın, toplumun təmsilçiləridir. Buna görə də xalqın sözçüsü olmalıdırlar, hökümətin yox. Onlar isə əksinə hökümətin sözçüsü kimi çxış edirlər. Məsələdə ən başlıca yalnış budur.

Heç kimin haqqı yoxdur desin ki, 2 uşaq və ya 5 uşaq dünyaya gətir. Normal ölkələrdə çox uşaqlılığı təbliğ edirlər. Bizdə də bunu təbliğ edən zəif də olsa qanunlar var. Məsələn, 5 uşaqlı anaya müavinət vermək kimi. Ona görə də, təəssüflənirəm, deputatlar cəmiyyətə pis nümunə olurlar”.

“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə Aqiyə Naxçıvanlının fikirinə bu cür reaksiya verib:

Ziyalılar komitə sədrini topa tutdu: “Mənə elə gəlir ki, bu normal təfəkkür söhbəti deyil. Aqiyə Naxçıvanlının ya dili çaşıb, ya da ki, onun şəxsiyyətinə ehtiram şərti olaraq deyə bilərəm ki, bu müəyyən mənada xəstəlik əlamətidir. Dünya uşaq doğumunun azaldılmasına, abortlara qarşı mübarizə aparır. Bizim genofondumuzun məhv olmasında azuşaqlılığın da rolu var. Tarixən çoxuşaqlı olmuşuq. İndiki zamanda parlamentdə “Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?” ifadəsi səsləndirmək ən azı normal deyil.

Dövlət vətəndaşının, uşağının, xəstəsinin qeydinə qalmalıdır, ehtiyacı olanın ehtiyacını ödəməlidir. İndiki zamanda uşağın sayını qarışmaq doğru deyil. Həmin millət vəkili təklif etsin, qanun qəbul olunsun ki, uşaq istehsal etməyək. Bununla da dövlətin də yükü yüngül olsun. Belə bir məntiq varmı? Konkret Çində uşaq doğuşunu məhdudlaşdıran qanun var. Onun özü də, müəyyən mənada allahsızlıqdır. Azərbaycanın kifayət qədər imkanları var. Əksinə bizi istəyərdim ki, yeni ailənin 5 uşaqdan aşağı uşağı olmasın”.

Tanınmış siyasətçi uşaqlara verilən müavinətlərin azlığından narazılığını dilə gətirib:

“Hətta uşaqlara verilən müavinətlər də utanc gətirən səviyyədədir. Maaşların hansı həddə olduğunu bilirik. Qanunverici orqan bunun üzərində düşünməlidir ki, büdəcdən kənar axmalar hara gedir. Hökümət üzərində nəzarət paketini ortaya qoymalıdırlar. Bizim büdcəmiz zənginləşməlidir ki, o cür anormal təkliflər də səslənməsin”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

12:06

“Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

11:33

İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

10:54

“İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

10:11

Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

09:39

Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

09:17

“İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

16:33

"Azpulmat" məlumatlarınızı OĞURLAYIR: - Tətbiqin sahibini hansı CƏZA GÖZLƏYİR?

16:07

Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir

15:24

Ənvər Əfəndiyevin “sağ əli” Firuz İsmayılov həbs təhlükəsi altında - İLGİNC

14:57

Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

14:17

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

13:37

Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir

13:13

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

12:51

Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...

12:24

İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: Taleh Bəşirov və Eldəniz Qafarov prezidentə sabotaj içində

11:44

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb – Qumarda uduzdu

11:12

Nazirlik "Siyəzən Broyler"də nöqsanlar aşkarlayıb - DETALLAR

10:34

14 saylı Ərazi İdarəsi sənəd SAXTALAŞDIRIR? - BU NƏDİ BELƏ?!

09:45

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

09:25

"Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..." - GİLEY

09:02

Coşqun Əliyevdən heyrətamiz təqdimat: Süd-qatığ satan dostunu vəzifəyə təyin etdi,o da borcunu BELƏ ÖDƏDİ –FOTOFAKT

19:27

Azərbaycan BRICS-ə yalnız bu halda qoşula bilər...

18:17

İran-İsrail müharibəsi: Azərbaycan nə etməlidir?

17:40

Milli Onkologiya Mərkəzi-nin əməkdaşları rüşvəti necə özbaşına alırlar? - FAKTLAR