Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

13:49 11.06.2020 459
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Müşfiq Ələsgərli əlavə edib ki, ölkədə karantin rejiminin şərtlərini və pandemiya ilə bağlı durumu nəzərə alaraq, bölgələrdən verilən şikayətlərin onlayn qaydada müzakirəsinə qərar verilib.

Komissiya ilk olaraq Qax rayon ictimaiyyəti nümayəndələrinin “qax.org.az” saytına qarşı şikayətini araşdrıb. Komissiya sədri məlumat verib ki, Qax rayonun 83 nəfər sakini adından imzalanan müraciətdə “qax.org.az” saytında mərhələlərlə dərc edilmiş 10-a yaxın materialdan şikayət olunub. Müraciət müəllifləri adından onlayn müzakirəyə qatılan 2 saylı məktəb-litseyin direktor müavini Dilşad Mustafayeva, rayon sakinləri Hümbət Məmmədov, Məhəmməd Məhəmmədov və digərləri şikayət doğuran materiallarda ayrı-ayrı təhsil, səhiyyə müəssisələrinə, dövlət, hakimiyyət orqanlarına, o cümlədən, konkret şəxslərə qarşı əsaslandırılmamış kəskin ittihamların yer tutduğunu, həmçinin, etnik separatizmə yol açan fikirlərin verildiyini bildiriblər. Belə yanaşmanın etnik-mədəni qruplar arasında narazılığa səbəb olduğunu qeyd ediblər.

Komissiya üzvləri materialların araşdırılması zamanı müəyyən ediblər ki, “qax.org.az” saytında yayımlanan və rayon sakinlərində şikayət doğuran materiallar birtərəfli hazırlanıb, barəsində ciddi ittihamlar səsləndirilən şəxslərin mövqeləri öyrənilməyib, onlara öz mövqelərini işıqlandırmaq üçün şərait yaradılmayıb. Beləliklə, materiallarda balans prinsipi pozulub, ittiham xarakterli faktların əsaslılığının yoxlanılmasına təşəbbüs göstərilməyib. Komissiya “qax.org.az” saytında xəbərdarlıq edərək, yol verilən qüsurların aradan qaldırılmasının zəruriliyini bildirib.

Baki şəhər sakini, Xətai rayonunda fəaliyyət göstərən həkim-ginekoloq Aytən Səfərovanın “yenisabah.az” saytına qarşı şikayətini araşdıran komissiya müəyyən edib ki, şikayətçidə narahatlıq doğuran materiallar “yenisabah.az” saytından öncə digər xəbər portallarında da yayımlanıb. Saytın təsisçisi Elnur Məmmədli qeyd edib ki, şikayətçi tərəfindən zamanında təkzibedici açıqlamalar yayımlanmadığı üçün həmin məqamlar “yenisabah.az” saytında yayımlanmış məqalələrdə də yer tutub. Bununla yanaşı, komissiya üzvləri bildiriblər ki, sayt materialı hazırlayarkən qarşı tərəfin rəyini öyrənməyib, bununla da balans prinsipi pozulub. Komissiya tövsiyə edib ki, qarşı tərəfə öz fikirlərini ifadə etmək üçün şərait yaradılsın.

Agcabədi Rayon İcra Hakimiyyətinin “ZAMAN TV”nin xüsusi müxbiri və “DÜHA-İNDO” informasiya şəbəkəsinin rəhbəri İqbal Muğumova qarşı şikayətinin də araşdırılıb. “ZAMAN TV”-nin təsisçisi Xəyal Əsgərov bildirib ki, sözügedən şikayət “ZAMAN TV”nin redaksiyasına da daxil olub. Araşdırma zamanı İqbal Muğumovun redaksiyanı bilgiləndirmədən hərəkətlər etməsi, özfəaliyyətlə məşğul olması faktları aşkarlanıb. Muğumov işdən kənarlaşdırılıb, onunla əməkdaşlıq dayandırılıb və redaksiyanın vəsiqəsi geri alınıb.

İclasda Milli Məclisinin deputatı Nurlan Həsənovun bir qrup seçicisinin adından MŞ-yə “Qərb Bölgəsi Press” qəzeti ilə bağlı ünvanlanmış şikayəti də araşdırılıb. Komissiya üzvləri müraciətin geniş şəkildə araşdırılması üçün əlavə faktlara ehtiyac olduğunu vurğulayıblar. Tövsiyə edilib ki, müraciət müəllifləri onları narahat edən materiallar barədə təfsilatlı bilgiləri Şuraya göndərsinlər.

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu