Əhmədzadənin rayonunda narazılıq var... - GİLEY

12:56 4.06.2020 412
Əhmədzadənin rayonunda narazılıq var... - GİLEY
Zaqatalanın Aşağı Tala və Muxax kəndlərinin sakinlərinin içməli su problemi var. Sakinlər içməyə sularının olmadığını, məcbur qalıb bulanıq, palçıqlı çay suyu içdiklərini söyləyirlər. Bunun da onların səhhətinə mənfi təsir etdiyini deyirlər. DİA.AZ bildirir ki, sakinlər bir müddət öncə su yoxluğuna görə Prezident İlham Əliyevə də şikayət ünvanlayıblar: “Məktubumuz şikayətimizə baxılması üçün Zaqatala Rayon İcra Hakimiyyətinə ötürülüb. Necə ki, bu neçə ildə veclərinə deyildi, indi də veclərinə deyil”.

Muxax və Aşağı Tala əhalinin sayına görə Zaqatala rayonunun ən böyük kəndlərindəndir. Şikayətçilər bildirirlər ki, bu kəndlərin su təchizatı sistemləri uzun müddətdir yararsız haldadır. Hər iki kəndin sakinləri içməli suyun yoxluğundan əziyyət çəkir: “Çoxsaylı müraciətlərə aidiyyatı qurumlar tərəfindən baxılmır. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair verilən sərəncam və fərmanlar arasında təəssüf ki, Zaqatalada su təchizatının yaxşılaşdırılmasına dair heç bir sənəd yer almır. Halbuki hər iki kənd 10 ildir su problemi ilə üz-üzədir. Bu sahədə işin görüldüyünə dair layihələr üçün büdcə vəsaiti ayrılsa da, təyinatı üzrə bura qədər heç bir iş görülməyib. Xüsusən də pandemiya dövründə susuzluğun yarada biləcəyi təhlükəni nəzərə alaraq, bu onillik problem haqqında rəsmi şikayət etmək istədik”.

Sakinlər deyirlər ki, 21-ci əsrdə regionun ən güclü ölkəsinin vətəndaşının içməli suyunun olmaması biabırçılıqdır: “Bizi içməli su ilə təmin etmirlər. Əvəzində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti də iki daşın arasında Koronavirusla Mübarizə Fonduna 300 min manat ianə edir. Bir cibdən al, o biri cibə qoy. Əgər vəsait varsa, daha böyük problem də var. Birinci onu həll etsinlər”.

Muxax sakinləri bildirirlər ki, 10 min sakin suyu maşınlardan almaqla keçinir. Halbuki kənd elə dağların arasında yerləşir. İstəsələr, asanlıqla bütün əhalini su ilə təmin edə bilərlər: “Ancaq istəmirlər. İçməli su çaydan gəlir. Su hövzəsinə dolur, ordan da kəndə. Sabunçu kəndinin yuxarı hissəsində yerləşən hövzədə sutəmizləyici qurğu yoxdur. Çayın suyu tez-tez artdığından və ya azaldığından suyun yeri dəyişir, Muxaxa gedən su bununla bağlı azalıb artır, yağışa görə torpaqlı, palçıqlı olur və s. 2016-cı ildə suya görə kənddə nə qədər uşaq zəhərləndi. Sonradan məlum oldu ki, hövzədə heyvan cəsədi tapılıb. O qədər təhlükəlidir. Qorunmur, təmizlənmir, birbaşa kəndə verilir”.

Muxaxın 10 min nəfər sakini var. Şikayətçilər deyirlər ki, yay aylarında içməli suyun bir tonuna 5-10 manat pul ödəyirlər. O da ki, yenə təmiz su deyil: “Kənd sakinlərinə içməli su adı ilə suvarma üçün olan çaylaq suyu verilir. Bu suyun keyfiyyəti standarta uyğun olmadığından insanların səhhətində problemlər yaranır. 2016-cı ildə onlarla uşağın sudan zəhərlənməsi halı baş verib. Buna səbəb kəndə gələn su borusunun mənbəyində tapılan heyvan cəsədi olmuşdu. Zaqatala rayon Su Təsərüfatı İdarəsinin rəhbərliyi kənd sakinlərinin şikayətinə baxmayaraq uşaqların kütləvi zəhərlənməsini günvurma ilə əlaqələndirmişdi”.

Sakinlər deyirlər ki, içməli suyun keyfiyyətinin standarta uyğun olmaması su hövzəsindəki filterlərin istifadəyə yararsız vəziyyətdə olması ilə əlaqədardır. Kəndə su əvvəlki illərdə iki ayrı boru ilə gəlirmiş. Lakin borulardan biri torpaqdan çıxarılıb satılıb. Kənd sakinləri imza toplayaraq aidiyyatı qurumlara müraciət etsə də, əhalinin içməli su problemi hələ həllini tapmayıb.

Aşağı Tala kəndinin isə 8000 nəfər əhalisi var. Sakinləri deyirlər ki, kəndin su xətti keçən əsrin 70-ci illərində çəkilib. Sözügedən su xətti mənbəyini Meşleş körpüsünün yuxarı hissəsindən götürür, Yuxarı Tala ərazisi ilə gəlir, Aşağı Talanın başlanğıcındakı su anbarına (anbarın vəziyyəti çox acınacaqlıdır) tökülür: “Suyun keyfiyyəti standartlara uyğun deyil. Əhaliyə bulanıq çay suyu verilir. Təmizləyici filterlər yararsızdır. Bələdiyyə vaxtaşırı su mənbəyində təmir işləri aparsa da, kəndin içməli su probleminin həlli üçün yeni su hövzəsinin inşasına ehtiyac var. Xırda təmirlər üçün isə kənd sakinləri öz aralarında pul toplayaraq, müvəqqəti həll yolu tapırlar. Bunun isə sonu yoxdur”.

Sakinlər su ilə təmin edilməyi tələb edirlər. Bildirirlər ki, içməli suyun keyfiyyəti sanitariya tələblərinə, o cümlədən dövlət standartlarına uyğun gəlmədiyi üçün bu halların araşdırılmasına dair göstəriş verilməlidir. Aidiyyatı qurumlar problemin həlli üçün tez bir zamanda fəaliyyətə keçməli, deputat Elşən Musayev Zaqatala rayonunda su təchizatı və su təsərrüfatı ilə bağlı məsələni parlamentdə müzakirəyə çıxarmalıdır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi