Tibb işçiləri əməkhaqlarından narazıdır: - “İstirahətsiz çalışırıq, amma maaşlara əlavələr verilmir”

17:49 21.05.2020 419
Tibb işçiləri əməkhaqlarından narazıdır: - “İstirahətsiz çalışırıq, amma maaşlara əlavələr verilmir”
“Pandemiya dövründə tibb işçilərinin maaşlarına əlavə ödənişlərin ediləcəyi deyilsə də, heç bir artım olmayıb”.

Oxu.Az xəbər verir ki, Bakıda 39 saylı Şəhər Poliklinikasının və Maştağada 7 saylı Birləşmiş Xəstəxananın həkimləri maaşlarda artımın olmamasından şikayət edirlər.

Redaksiyamıza ünvanlanan şikayətdə həkimlər gücləndirilmiş iş rejimində çalışdıqları növbələrin əlavə ödənişlərini almadıqlarını deyirlər:

“İki gün xəstəxanada, bir gün evdə qalmışıq. Ağır rejimdə çalışırıq. Pandemiya ilə əlaqədar olaraq, tibb işçilərinin əməkhaqlarının artırılacağı deyilsə də, biz bunu görmədik. Operativ qərargaha da müraciət etmişik. Onlar deyir ki, bununla bağlı TƏBİB-ə müraciət edək. Yenidən TƏBİB-in “qaynar xətti” ilə əlaqə saxladıq. Oradan isə bizim tibb müəssisəsi ilə əlaqə yaradılacağını dedilər.

Aidiyyəti qurum tərəfindən bizim müəssisəyə zəng olunub və mart-aprel ayları üzrə növbədə olan tibb işçilərinin siyahısı tələb edilib. Mənim 14 il iş stajım var. Normal maaşımız 447 manatdır. Qərara görə, stajdan asılı olaraq, maşımızın iki və ya üç mislini almalı idik. Amma heç nə almadıq. Siyahı təqdim olunubsa, biz nə üçün maaşlara əlavələrimizi almamışıq?

İstirahət günləri, bayram günləri nəzərə alınmadan, bizi işə çağırıblar. Nə gecə növbəsinin əlavəsini almışıq, nə də mövcud vəziyyətlə bağlı çalışdığımız əlavə günlərin. Biz başa düşə bilmirik ki, bu problem çalışdığımız tibb müəssisələrində kadrlar şöbəsindən, TƏBİB-dən, yoxsa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən qaynaqlanır. Bu məsələ ilə bağlı tibb işçilərinə çox laqeyd yanaşırlar”.

Eyni zamanda, bənzər vəziyyət Bakıda 39 saylı poliklinikada da müşahidə edilir. Orada çalışan tibb işçiləri də eyni vəziyyətdən şikayətçidir:

“Sırf pandemiya ilə bağlı xəstəxanalarda çalışan tibb işçilərinə deyil, digər həkimlərə də əlavə ödənişlərin şamil ediləcəyi deyilmişdi. Pandemiya xəstəxanalarında çalışan tibb işçilərinə maaşlarının bir neçə misli dəyərində əlavələrin ödəniləcəyi bildirilmişdi. Terapevtlərin yalnız bir hissəsinə, dar ixtisas həkimlərinin isə heç birinə ödəniş edilməyib.

Biz özümüz də deyildiyi qədər əlavə ödəniş almadıq. Bəzən elə bilirlər ki, həkimlər işləməkdən şikayət edir. Xeyr, bu, bizim işimizdir, vətəndaşlara xidmət edirik. Amma istirahətsiz, ailəmizdən, uşaqlarımızdan uzaqda neçə gün ardıcıl işləmişik.

Biz də sağlamlığımızı qorumalıyıq ki, vətəndaşlara keyfiyyətli xidmət göstərək. Elə həkimlərimiz var ki, körpə uşaqlarını evdə qoyub, xəstəxanada növbədə qalıblar. Xahiş edirik, bu problemin həllində bizə kömək edin”.

Mövzu ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə əlavə ödənişlər edilib:

“Prezident İlham Əliyevin sərəncamına və Nazirlər Kabinetinin qərarına uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq müddətli əlavə ödənilib.

Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən işçilər haqqında siyahı dövlət tibb müəssisələri tərəfindən Agentliyə göndərilir. Nəzərinizə çatdırırıq ki, siyahılara uyğun olaraq Agentlik tərəfindən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasından 55 tibb və qeyri-tibb işçisinə, 39 nömrəli Şəhər Poliklinikasından isə 78 tibb və qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq müddətli əlavə ödənilib”.

Cavabda dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən aprel ayı üzrə müddətli əlavələrin ödənilməsi prosesinin davam etdirildiyi də qeyd olunub.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU