Kafe-restoranlar karantinin zərərini müştərilərdən çıxacaqmı – GÖZLƏNTİLƏR

15:06 20.05.2020 389
Kafe-restoranlar karantinin zərərini müştərilərdən çıxacaqmı – GÖZLƏNTİLƏR
Karantin rejiminin yumşaldılması kafe-restoranların fəaliyyətini bərpa etməsinə imkan yaratdı. Doğrudur, hələlik tam fəaliyyətə icazə verilmir, xidmət saat 08-18.00 arası mümkündür. Üstəlik, yeni qaydalara əsasən, yan masalar arasındakı məsafə 2, eyni masa arxasında oturanlar arasındakı məsafə isə 1 metrdən az olmamalıdır.

Karantin günlərində kafe-restoranlar ciddi ziyanla üzləşdi. Bununla əlaqədar olaraq ictimai iaşə obyektlərində qiymətlərin qalxa biləcəyi proqnozlaşdırılır.

Mövcud durumu AYNA-ya şərh edən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikrincə, qiymətlər 5 faiz artacaq, amma bundan çox olmayacaq: “Haralardasa dərhal, haralardasa bir qədər gec qiymətləri qaldıracaqlar. Buna baxmayaraq, insanlar restoranlara gedəcəklər və düşünürəm ki, çox sayda müştəri olacaq. Vətəndaşlar dörd divar arasında oturmaqdan yorulublar, buna görə də asudə vaxtlarını şaxələndirmək istəyirlər. Ancaq həm müştərilərin, həm də işçilərin davranışı mövcud vəziyyətə uyğun olaraq dəyişəcək”.

“Müştərilər qaydalara məhəl qoymayan müəssisələrə getməməlidirlər. Çoxlu insan kütləsi, masalar arasında məsafələrin olmadığı, maska və əlcəklərdən istifadə etməyən ofisiantların olduğu yerlərə getməmək lazımdır. Müştərilərin mətbəxdə nələr baş verdiyini, orada yeməyin necə hazırlandığını görmələri vacibdir. Əlbəttə ki, hər kəsin mətbəxə daxil olmasına izn verilməz, amma salonda mətbəxdə baş verənləri görüntüləyən monitorlar olmalıdır. Bizim tövsiyəmizlə paytaxtdakı restoranlardan birində belə bir monitor quraşdırılıb, amma mən istərdim ki, başqaları da baxıb onlardan ibrət götürsünlər. Elə olur ki, bir restoran hazır yeməkləri başqa bir iaşə obyektindən gətirir, burada qızdırılıb təzə bişmiş kimi təqdim olunur. Bütün mətbəxlər sanitar qaydalara uyğun gəlmir. Lakin belə olsa, hər şey şəffaf olacaq”, - Hüseynov bildirib.

Bütün iaşə müəssisələrinin çətin günlərdən keçdiyini deyən AİB rəhbəri hesab edir ki, belə müəssisələrin, təxminən 25%-i bağlanacaq: “Xüsusən bölgələrdə olan müəssisələrin vəziyyəti çətindir. Dövlət onlara kömək etmək məcburiyyətində deyil, ancaq uyğun görsələr, bunu da edə bilərlər”.

İqtisadçı-ekspert Fuad Əlizadə isə AYNA-ya deyib ki, kafe-restoranlarda qiymət artımının olacağını güman etmir: “Bunun üçün heç bir zəmin yoxdur. Ərzaqların dəyəri artmadı. Əlbəttə ki, restoran sahibləri qiymətləri qaldırmaq istəyərlər, amma bu şərtlərdə belə bir qərar ağılsızlıq olardı, çünki müştəriləri qorxudar və öz obyektlərindən uzaqlaşdıra bilərlər”.

“Əhalinin istehlak qabiliyyətini və insanlar üçün restoranlara baş çəkməyin əsas xərclər siyahısında olmadığını nəzərə almaq lazımdır. Əhalinin gəlirləri daha çox xərcləmək üçün hələ də artmayıb. Lakin tədricən bu müəssisələrin müştəriləri peyda olacaq. Qida müəssisələrinin bağlanmasına gəlincə, dövlət onları dəstəklədiyi üçün, karantin müddətində belə bir problemin yaranacağına ehtimal vermirəm”, - Əlizadə bildirib.

İqtisadçı-ekspert Natiq Cəfərli də kafe-restoranlarda qiymət artımına gedilməsini məntiqsiz hesab edir: “Əks halda müştərilər həmin obyektlərə getməyəcəklər. Bəzi obyektlərin sahiblərinin qiymətləri qaldırmaq istəyi başa düşüləndir, çünki sosial məsafəni saxlamaq onlar üçün baha başa gələcək. Dezinfeksiya xərcləri də onların xərclərinə əlavə olunacaq. Ancaq ölkədə çox sayda kafe-restoran var, aralarında rəqabət də güclüdür. Birinci mərhələdə qiymətlərdə cüzi artım olsa da, onları endirməli olacaqlar”.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin (DİTM) sədri Nəriman Ağayev məsələyə fərqli yanaşır. Onun AYNA-ya verdiyi şərhə görə, 10-20 nəfərin işlədiyi kiçik iaşə müəssisələri qiymətləri qaldırmayacaq, lakin böyük restoranlarda vəziyyət fərqli olacaq: “Kiçik müəssisələr, hansılar ki, illər boyu qazandıqları müştəriləri itirmək istəmirlər, onlar qiymət artımına getməyəcək. Belə müəssisələrdə işçilərin sayı da dəyişməyəcək, çünki onların bir xeylisi ailə biznesidir. Düzdür, gəlirləri azalacaq, amma buna baxmayaraq, kiçik iaşə obyektləri bağlanmayacaq”.

“Böyük restoranlara gəldikdə, onlar qiymətləri 15 faizədək qaldıra bilər. Məşhur restoranlarda masalar arasında lazımi məsafələr olacaq, lakin xərclər yenə artacaq. İndi ərzaq və spirtli işkilərin qiyməti qalxıb. Bir neçə aylıq kassa çeklərini müqayisə etmək kifayətdir ki, artımın fərqini tutaq”, - Ağayev bildirib.

Ekspertin qənaətincə, elit restoranların bəziləri icarə qiymətlərinin artması səbəbindən bağlana bilər: “Obyekt sahibləri icarəhaqqını qaldırmaq fikrindədirlər, lakin qısa zaman ərzində yeni icarədarlar tapmaq elə də asan olmayacaq – bunu düşünmürlər. Ağıllı icarədarlar isə, əksinə endirimlər ediblər”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...