Fransada Azərbaycan Diasporunun rəhbəri Mirvari Fətəliyeva koronavirusdan sağalıb.
Oxu.Az-ın xəbərinə görə, o bunu sosial şəbəkədəki hesabında bildirib:
“Bir aydan çox sürən COVID-19 xəstəliyni artıq geridə qoyduğum üçün hər birinizə bir daha bu çətin günlərimdə mənə göstərdiyiniz diqqət və qayğı üçün təşəkkür etmək istədim. Sizin mənə olan bu mənəvi dəstəyi, sevgisi bütün dava və dərmanlardan güclü oldu. Hər birimiz üçün çətin olan bu dövrdə xalqımıza xas olan insani dəyərlərin, həmrəyliyin nə qədər mühüm olduğunu bir daha anladım.
Bu virusa yoluxmuş biri kimi öz təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, xəstəliyə qalib gəlmək üçün ən əsası panikaya düşməmək, qorxmamaq, immunitetinizi gücləndirmək üçün xoş əhval ruhiyyədə qalmaq ən vacib şərtlərdəndir.
Odur ki, hər birinizi dövlət tərəfindən qoyulan qayda-qanunlara riayət etməyə səsləyir və inanıram ki, tez bir zamanda birlikdə dünyanı bürüyən bu bəlaya qalib gələcək və sağlam dünyamıza qovuşacağıq”.
Qeyd edək ki, onun koronavirusa yoluxmasını ilk olaraq Oxu.Az ictimaiyyətə bəlli etmişdi.
Zamantv.az