Zakir İbrahimov: “İnsanları düzgün qiymətləndirmə uğurlu idarəçidə vacib keyfiyyətdir” - VİDEO

21:41 12.03.2020 466
Zakir İbrahimov: “İnsanları düzgün qiymətləndirmə uğurlu idarəçidə vacib keyfiyyətdir” - VİDEO
“Yüksəliş” müsabiqəsi onlayn mərhələni geridə qoydu. Müsabiqədə potensialını lazımınca göstərə bilənlər artıq yeni imkanlara və təcrübələrə doğru yola çıxırlar. Təbii ki, bu uğurlu yolda namizədlərin ölkənin böyük təcrübəyə malik peşəkarları, şirkətlərin, dövlət qurumlarının rəhbərləri ilə görüşü baş tutacaq.

Onlar əyani şəkildə idarəçi menecerlərin iş mühitində peşəkar tövsiyələrindən yararlanacaqlar. Bildiyiniz kimi, “Yüksəliş” müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) toplanıb.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov həmin heyətin üzvləri sırasındadır.

Zakir İbrahimov bildirib ki, uğurlu idarəçi mütləq mənada qarşıya qoyulmuş hədəflərə nail olan şəxsdir:

“Bu hədəflərə nail olmağın ilkin şərti yüksək nəticəli peşəkar komanda formalaşdırmaq bacarığıdır. Uğurlu idarəçi liderlik xüsusiyyətlərinə sahibdir, məsuliyyətlidir, qərar və məqsədlərinin doğru olduğunu tərəfdarlarına sübut etməklə özünəinam qazanmağı bacarır.

Uğurlu lider kompetensiyalıdır. Həvəsləndirməyi bacaran insandır. O, özünəinamını effektiv şəkildə ötürə bilir. Uğurlu idarəçi intellektualdır, strateji düşüncə bacarığına malikdir. O, böyük həcmdə informasiyanı toplayır, analiz və şərh edir, dəqiq nəticələr çıxarır. O, problemləri həll edir və doğru qərarlar verir”.

Zakir İbrahimov qeyd edir ki, əsas şərtlərdən biri də idarəçi rəhbərin uzaqgörənlik, müxtəlif situasiyalarda ədalətli mühakimə vərdişlərinə sahib olmasıdır:

“Uğurlu idarəçi yeniliklərə açıq, ideyaları qiymətləndirməyi bacaran, müasir yanaşmaları tətbiq etməklə işin səmərəliliyini artırmağa nail olan şəxsdir”.

Risketmə həvəsi və bacarığı idarəçidə vacib keyfiyyətlərdəndir

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri idarəçi olmaq istəyən şəxslərə fərdi inkişafla bağlı özünün də çox maraqla oxuduğu tanınmış sosioloq və jurnalist Malkolm Qladuelin “Dahilər və autsayderlər” kitabını tövsiyə edib. Kitabda peşəkarlığın ən yüksək səviyyəsinə mütəmadi təcrübə olmadan çatmağın qeyri-mümkünlüyü, uğurun sirrinin istedadda yox, yüksək işləmə bacarığında olduğu barədə bəhs edilir:

“İdarəedici mövqeyinə yüksəlmək istəyən şəxslərə yüksək nailiyyət həvəsini daim artırmağı, ambisiyalı olmağı, fəaliyyətlərində yorulmadan təşəbbüskarlıq göstərməyi tövsiyə edirəm. İdarəçi olmağa iddia edən şəxslər daim öz üzərilərində işləməli, fərdi bacarıqlarını inkişaf etdirməlidirlər.

İşgüzarlıq, məsuliyyətlilik, risketmə həvəsi və bacarığı, peşəkar ünsiyyət mədəniyyəti, iş vaxtının səmərəli bölüşdürülməsi, insanları düzgün qiymətləndirmə, əmək resurslarının səmərəli istifadəsi, rasionallıq peşəkar və uğurlu idarəçidə vacib keyfiyyətlərdir”.

Ölkənin ən irimiqyaslı müsabiqəsinin qaliblərinin də yüksək peşəkarlıq, üstün mənəvi keyfiyyətlərə malik idarəçilər olacağına əminliyini ifadə edən Zakir İbrahimov “Yüksəliş” müsabiqəsindən böyük gözləntilərinin olduğunu deyib:

“Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət idarəetmə sistemi yeni bir mərhələyə qədəm qoyub. İdarəetmə sisteminin ən vacib elementi olan kadrların seçilməsi dövlət başçısının müvafiq sərəncamı ilə ənənəvi üsullardan tamamilə fərqli bir mexanizm əsasında həyata keçirilir.

Yeni mexanizm ölkənin bütün vətəndaşlarına dövlət idarəçiliyində təmsil olunmaq üçün bərabər imkanlar yaradır. “Yüksəliş” müsabiqəsinin təşkili ölkədə gənclərin karyera qurmasına dəstək və kadr ehtiyatı bankının yaradılması baxımından olduqca faydalı təşəbbüsdür.

Bu müsabiqənin yekununda əminəm ki, qeyri-neft sənayesinin əsas tərkib hissələrindən biri olan dağ-mədən sahəsinin də faydalana biləcəyi bacarıqlı, işgüzar və layiqli yeni kadrlar üzə çıxarılacaq. Müsabiqədə iştirak edən bütün iştirakçılara uğurlar arzu edirəm”.

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu